Heydor Əliyev siyasoti: TOLERANTLIQ
II Aleksi: Zati-aliləri, indi icazə verin, sözümə davam edim. Bu
gün bizi qəbul etdiyinizə görə ürəkdən təşəkkürümü bildirirəm,
xalqlanmız arasında qarşılıqlı münasibətlərin tarixinə toxunduğu
nuza görə çox sağ olun. Buraya səfərimiz, ünsiyyətdə olmağımız
bizim üçün son dərəcə faydalı oldu. Bir var eşidəsən, bir də var ki,
göl əsən. Bunlar başqa-başqa şeylərdir.
Bakı öz gözəlliyi, səliqə-sahmanı, təmizliyi ilə bizə həqiqətən
çox xoş təsir bağışladı, insanlar bugünkü dövlət bayramını qeyd
edir və bu bayrama sevinirlər. Əlbəttə, rus və Azərbaycan xalqlan
arasında keçmişdə olmuş və bu gün də inkişaf edən birgə əmək
daşlıq əvəzsizdir. Faciəli səhifələr olmuşdur və
buraya gəldiyimiz
elə ilk gün Şəhidlər xiyabanını ziyarət etdik və o faciəli günlərdə
şəhid olanlara ehtiramımızı bildirdik.
Biz orada azərbaycanlıların da, rusların da familiyalarını gör
dük, onların ruhuna dua oxuduq.
Biz dövlət xadimləri, şəhərin rəhbərləri ilə də görüşdük, İçə
rişəhərlə tanış ola bildik və daim münasibətlərimizin inkişaf ta
rixini xatırladıq. Bu gün təsdiqləmək olar ki, rusdilli əhali burada
həqiqətən bütün hüquqlara, bərabər hüquqlara malikdir. Onlar
özlərini ikinci dərəcəli adamlar kimi hiss etmirlər və pravoslav
lar öz dininə, öz imanına heç bir maneə olmadan etiqad edirlər,
təəssüf ki, bu hətta bəzi pravoslav ölkələrində də yoxdur.
Möhtərəm Şeyxlə bizim aramızda artıq neçə illərdir ən xoş qar
şılıqlı münasibətlər mövcuddur, onunla tanışlığımız və əmək
daşlığımız 1988-ci ildən başlamışdır. Bu illər ərzində biz bəzən
ən faciəli anlarda, Dağlıq Qarabağda qan axıdıldığı günlərdə,
qan tökülməsini dayandırmaq lazım olduğu vaxtlarda Rus Pra
voslav Kilsəsinin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Ru
siya ruhani liderlərinin dörd dəfə üçtərəfli görüşünü keçirmişik.
Din xadimləri vəziyyətdən çıxış yolunu görür və böhrandan çıx
maq üçün öz yollarını təklif edirdilər.
Elə dünən biz səfərimizə yekun vuraraq, bəyannamə imza
ladıq. Biz bu bəyannamədə mövcud problemin həll edilməsinə
tərəfdar olduğumuzu və Azərbaycanın, Ermənistanın dövlət
4 0 8
Heydor Əliyev siyasati: TOLERANTLIQ
rəhbərlərinə indi bu iki ölkə qarşısında duran problemin siya
si yolla aradan qaldırılmasını arzuladığımızı bildiririk. Bizə gə
lincə, daha bir üçtərəfli görüş keçirmək və bu problemin həllini
necə təsəvvür etdiyimizi bildirmək niyyətindəyik.
Ev-eşiklərindən məhrum olmuş, yurd-yuvasından məhrum
olmuş və bu gün burada yaşayaraq, dövlət üçün müəyyən iqti
sadi çətinliklər törədən qaçqınlarla görüşmək, zənnimcə, bizim
üçün çox vacib idi, çünki 8 milyon əhalinin 1 milyonunun qaçqın
olması müəyyən dərəcədə böyük iqtisadi problem yaradır. İn
sanların öz müsibətlərindən necə danışdıqlarını eşitmək və bu
müsibətləri görmək din xadimləri üçün də - biz onlarla görüşə
qardaşımız Şeyx Paşazadə ilə birlikdə getmişdik - olduqca ağır
idi. Odur ki, kilsə də, dinlər də həmişə öz diqqətini əzab-əziyyət
çəkənlərə, müsibətlərə məruz qalanlara, ev-eşiyindən məhrum
olanlara yönəldir. Ona görə də qeyd etmək istərdim ki, qaçqın
larla görüşlər zamanı səslənmiş bütün çıxışlarda Ermənistandan
və Dağlıq Qarabağdan, digər rayonlardan didərgin salınmış bir
çox ruslar Şeyx qardaşımızla bizdən xahiş edirdilər ki, bu prob
lemin həllinə kömək göstərək. Onlar bunu ancaq sülh yolu ilə
aradan qaldırmaqda görürlər, çünki bu müharibədə hərbi əmə
liyyatlar zamanı tökülən qanları, xalqların verdikləri qurbanları,
itkiləri xatırlayırlar.
Hələ inqilabdan əvvəl dövlətlərimizin inkişafına rusların da,
azərbaycanlıların da necə qarşılıqlı surətdə töhfə verdiklərini
bizə Siz də xatırlatdınız. Biz elə sovet dövründə də milli mənsu
biyyətlərə ayrılmadan bir ailə kimi yaşayırdıq. Vaxtilə mövcud
olmuş ənənəvi əlaqələr, əlbəttə, Sovet İttifaqı dağıldıqdan sonra
pozuldu, canlı əlaqə itirildi, lakin mənə elə gəlir ki, bu əlaqə təd
ricən bərpa edilir və burada təhsil almış, neft sənayesinin təşki
lində təcrübə toplamış bir çox sahibkarlar indi Rusiyada işləyir
və məsul vəzifələr tuturlar.
Xüsusi qeyd etmək istərdim ki, burada rus dilində çoxsaylı
məktəb var, bu məktəblərdə təkcə rusdillilər deyil, azərbaycanlı
lar da oxuyurlar. Biz Slavyan Universitetinə getdik. Orada slav
4 0 9
yan xalqlarının mədəniyyəti, dilləri öyrədilir. Bütün bunlar yad
laşmanın xalqlarımız arasında kök atmaması üçün edilir. Zən
ııimcə, bu baxımdan Azərbaycan ərazisində ənənəvi dinlərimi,
çox mühüm rol oynayırlar. Biz məscidləri də, fəaliyyətdə olaı
üç pravoslav məbədini də, səfirliyin ərazisində tikilmiş kiçil
kilsəni də ziyarət etdik. İbadət etməyə gələn çoxsaylı pravoskr
dindarlar gördük. Məhəmməd peyğəmbərin nəvəsinin uyudu
ğu yerdə Sizin zəhmət və qayğılarınızla bərpa olunmuş məscid
ziyarət etdik. Gözəl məsciddir. İndi o, müsəlmanların ziyarətga
hma çevrilmişdir. Biz görürük ki, dini həyat, həqiqətən dirçəliı
Düşünürəm ki, bu dirçəliş insanların öz əməyinə, vəzifələrin
münasibətində müsbət rol oynayacaqdır. Onlar öz borcuna və ö
vəzifələrinə vicdanla yanaşacaqlar.
Elə bu gün mən müsahibə verərkən bildirdim ki, bəzən ölkək
rimizdə deyirlər ki, bu məsələləri məhz Prezident, hökumət hə
etməlidir. Mən isə deyirəm ki, ölkənin gələcəyi, xalqın gələcə}
hər bir kəsin töhfəsindən asılıdır və buna görə də hər bir vətər.
daşın üzərinə məsuliyyət düşür.
Pravoslavlar din xadimlərinin ağsaqqalı kimi, müxtəlif millə
lərin və müxtəlif dinlərin nümayəndələrinin necə birgə yaşam;
sına, əməkdaşlıq etməsinə gözəl nümunə olduğuna görə, Şey
qardaşımız Paşazadəyə çox miıınətdardılar. Zənnimcə, Azərba)
can yeganə dövlətdir ki, burada müsəlmanların dini başçısı hər ı
sünnilərin, həm də şiələrin başçısıdır. Odur ki, bu nümunə İsi.
min iki qolu arasında bəzən qarşıdurmaların baş verdiyi bir ç c .
ölkələr üçün örnək olmağa layiqdir. Elə qardaşım da mənə deı i
ki, İrana gedir, çünki orada məhz bu təcrübəyə ehtiyac duyulu
Bu gün biz Haqq-Təalanın xeyir-dua verdiyi qonaqpərv. r
Azərbaycan torpağına səfərimizi başa çatdırırıq, özümüzlə a '
xoş və nurlu təəssüratlar aparırıq. Mənə elə gəlir ki, XXI əsr və
üçüncü minillik dövlətlərimiz arasında inkişaf etməkdə olan in
tensiv əlaqələrlə başlanır. Vladimir Vladimiroviç Putinin səfəri
də, parlamentin sədri başda olmaqla, parlamentin böyük bir nü
mayəndə heyətinin Rusiya Federasiyasına səfəri də belə əlaqələr-
1 ievdar Əliyev sivasoli: TOLERANTLIQ
......................... —
------------------------- „--------
4 1 0
dəndir. Əgər bizim səfərimiz də buna öz töhfəsini verərsə, çox
şad olarıq. Bizi ənənəvi Qafqaz mehribanlığ, və qonaqpərvərliyi
ilə hər yerdə həqiqətən çox səmimiyyətlə, gülərüzlə qarşılayır
dılar. Aldığımız təəssüratlar olduqca zəngindir. Budur, indi biz
zati-alilərinizin qəbulundayıq, bizdə belə bir məsəl var ki, işin
sonu onun bəzəyidir. Ona görə düşünürəm ki, zati-alilərinizlə
bugünkü görüş də bizim səfərimizin bəzəyidir. Öz xalqınız üçün
və Azərbaycan torpağında yaşayan xalqlar üçün gördüyünüz
bütün işlərə görə Sizə səmimi təşəkkürümüzü bildirmək istər
dik. Siz qan tökülməsini dayandırdınız, Siz bu torpaqda yaşayan
insanlara bərabər hüquqlar verilməsinə, dindarların öz dininə,
öz imanına etiqad etməsinə, hamının çiyin-çiyinə işləməsinə və
bir-birinə qarşı durmamasma nail oldunuz, onlara bu hüquqları
verdiniz.
Ənənəvi dinlərin fəaliyyətinə eyni dərəcədə diqqət yetirdiyi
nizə və qiymət verdiyinizə görə Rus Pravoslav Kilsəsi adından
Sizə təşəkkürümüzü bildirmək istərdik. Eyni zamanda, müxtəlif
təriqətlərin, başabəla missionerlərin Azərbaycan ərazisində, habelə
bütün keçmiş Sovet İttifaqı respublikalarının ərazilərində həyata
keçirməyə çalışdıqları dini ekspansiyalarla əlaqədar dövlət səviy
yəsində də narahatlıq ifadə edilir, bu narahatlıq ənənəvi dinlərin
başçıları səviyyəsində də bildirilir. Mən qəti əminəm ki, belə mis
sionerlərin fəaliyyəti adamlan maarifləndirməyə yox, adamların
arasına həm də dini etiqad əlamətinə görə rəxnə salmağa yönəldil
mişdir. Təhlükə də, bax, bundadır.
Çünki tamamilə yad olan, heç bir kökü, ənənələri olmayan tə
riqətlər, missionerlər torpağımıza gəlir və 70 illik ateizm tərbiyəsin
dən və dini dəyərlərin inkarından sonra yaranmış
mənəvi boşluğu
doldurmağa can atırlar. Onlar Rusiyanı və keçmiş Sovet İttifaqının
digər ölkələrini mənəvi boşluq adlandırır və ona görə də buraya
gəldiklərini bildirirlər. Biz bununla razı deyilik. Biz bu təhlükəni
dünən qəbul etdiyimiz bəyannamədə də xatırlatmışıq. Çünki bu,
xalqları bir-birindən ayırır.
-------------------------------------------------------------------------
Əliyev slyasKI: TOLERANTLIQ
4 1 1