Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə99/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   95   96   97   98   99   100   101   102   ...   112

Ancaq boziləri,  təəssüflor olsun -   indi  mən  belə  fikrə gəlməyə 
məcburam  -  nə  xalq,  nə  millət,  nə  də  mənəviyyat  haqqında  dü­
şünürlər.  Yəqin  ki,  onlar  bu  yollarla  hansısa  qazanc  əldə etmək 
məqsədi daşıyırlar. Belə qazanılan vəsait də,  təbii  ki,  halal olmaz, 
bizim  millətin gözəl  sözü var -   haram  olar.  Yaxud  da,  sadəcə, ya 
özləri,  onların arxasında  duran  qüvvələr,  ya  da  xaricdən  hansısa 
qüvvələr Azərbaycanda  təxribat etmək və Azərbaycanda  milləti­
mizin milli-mənəvi dəyərlərini ləkələməyə çalışırlar.
Ona görə də mən bu hadisəyə kəskin etirazımı bildirirəm, hid­
dətlənmişəm  və  cəmiyyətimizdə  bu  məsələ  ilə  əlaqədar  yaran­
mış hiddətə tam  təbii qiymət verirəm.  Düşünürəm ki, bu  barədə 
qanun çərçivəsində ölçülər götürülməlidir.
Mən  Şeyxülislam  Hacı  Allahşükür  Paşazadə  ilə  telefonla  da­
nışmışam.  O  mənə  bildirib  ki,  məhkəməyə  veribdir.  Güman 
edirəm ki, məhkəmə də ədalətli  qərar çıxaracaqdır.
Bu  fürsətdən  istifadə  edərək,  bir-iki  məsələyə  də  toxunmaq 
istəyirəm.  O da  ondan  ibarətdir ki,  biz öz  milli-mənəvi  dəyərlə­
rimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamət­
lərdə qorumalıyıq,  saxlamalıyıq və gənc nəsli əsrlər boyu  böyük 
sınaqlardan  keçmiş  bu  mənəvi,  əxlaqi  dəyərlər  ruhunda  tər­
biyələndirməliyik.
Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının men­
taliteti  onun  böyük  sərvətidir.  Heç  vaxt  iki  xalq  bir-birinə  bən­
zəməz.  Heç  vaxt  iki  xalq  bir-birinə  bənzər  dəyərlərə  malik  ola 
bilməz.  Yenə  də  deyirəm,  hər xalqın  özünə,  öz  tarixi  köklərinə, 
əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılı­
ğı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyər­
lərindən istifadə edərək,  xalqımızın  mədəni səviyyəsini  daha  da 
inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf 
əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik. Amma bunun əvə­
zinə, bizim cəmiyyətimizdə bəzi qüvvələr buraxdıqları ayrı-ayrı 
qəzetlərlə,  jurnallarla  xalqımızın  içərisində,  xüsusən  gənclərin 
içərisində  pozuculuq işləri ilə məşğuldurlar.
Hevdor Əliyev siyasəti: TOLERANTLIQ________ _________ _________________________________
426
Heydor Əliyev siyasati: TOLERANTLIQ
Yəqin  ki,  ictimaiyyətə  məlumdur.  Bir  neçə  belə  qəzetlər,  bir 
neçə  belə  jurnallar  harada  çıxır,  kim  çıxarır,  nə  məqsəd  daşı­
yır.  Nə  məqsəd  daşımağı  məlumdur.  Amma  başqa  şeylər,  mən 
bu  gün  soruşurdum,  bizim  dövlət  orqanlarına  məlum  deyildir. 
Bu,  bir  tərəfdən,  bizim  Azərbaycanda  azadlığın  nə  qədər  yük­
sək  dərəcədə olduğunu  göstərir,  eyni  zamanda,  onu  göstərir  ki, 
ölkəmizin  ictimaiyyətinin  müxtəlif  təbəqələrinə  mənsub  olan 
şəxslər,  bəzi  adamlar verilmiş bu  azadlıqdan  öz şəxsi  mənafelə­
ri, şəxsi məqsədləri üçün sui-istifadə edirlər. Ya anlamırlar, ya da 
anlayaraq  bizim  xalqımızın  mənəviyyatını,  əxlaqını  və  xüsusən 
gənclərin  əxlaqını  pozmağa  cəhd  göstərirlər.  Vaxtilə,  bir  neçə  il 
bundan öncə mən bu barədə fikrimi  bildirmişdim.
Bakıda  fəaliyyət  göstərən  bəzi  gecə  klublarında  səhərə  qədər 
müxtəlif oyunlar,  əyləncələr təşkil  edilir  və çox  vaxt da  bu  əylən­
cələr  ifrat dərəcəyə gəlib çatır.  Bütün Azərbaycan  xalqının  əxlaqı­
na,  mənəviyyatına  zidd  forma  alır və beləliklə də, bizim  gəncləri­
mizin bir hissəsinin əxlaqı pozulur. Bu, dəhşətli bir şeydir.
Ölkəmizin dərdi  var,  bu,  ümumi  dərddir.  O da Azərbaycanın 
işğal olunmuş torpaqlarının azad edilməsi və xüsusən bu torpaq­
lardan didərgin düşmüş, çadırlarda yaşayan insanların öz yerlə­
rinə-yurdlarına  qaytarılması  dərdidir.  Hələ  ki,  bunun  mümkün 
olmadığı  halda  onların  o  çadırlarda  minimum  yaşayışını  təmin 
etmək  -   bunlar  bizim  ümumi  dərdimizdir.  Amma  bir  qütbdə 
həddindən  artıq  zənginləşmiş,  bəzi  hallarda  qanunsuz  zəngin­
ləşmiş,  öz  vəzifələrindən  sui-istifadə  edərək  zənginləşmiş,  ha- 
rınlaşmış  insanlar  və  onların  övladları  eyş-işrət  içərisindədir,  o 
biri  tərəfdən,  çadırlarda  yaşayan  insanlar  inildəyirlər,  nə  qədər 
əziyyətlər çəkirlər.
Hər bir  vətənpərvər insan  düşünməlidir ki,  əgər mənim  xalqı­
mın  bir hissəsi  belə ağır vəziyyətdədirsə,  mən  bu  qədər harınlaş- 
mamalıyam. Amma harınlayanlar, bəzi zənginləşmiş adamlar var.
Biz insanların bəzilərinin bizneslə məşğul olaraq zənginləşmə­
sinin əleyhinə deyilik. Ancaq bizə o da məlumdur ki, Avropanın, 
Amerikanın ən zəngin insanları birinci növbədə mənəviyyatı qo­
427


Hevvl.’ r Olivov му.ълй: TOLERANTLIQ
ruyurlar. Onlar nə qədər zəngin olsalar da, milyardlarla dolların, 
böyük  işlərin  sahibi  olsalar da  heç vaxt  mənəviyyatsız  yola  get­
məzlər.  İnsanlar  varlandıqdan,  zənginləşdikdən  sonra,  xalqına, 
dövlətinə daha yaxşı xidmət etmək barədə düşünməli, daha  çox 
iş görməlidir.  Əldə etdiyi vəsaitlə yeni  işlər görüb Azərbaycanın 
iqtisadiyyatını  inkişaf etdirməlidir. Amma təəssüf ki, bəziləri öz­
ləri  də, övladları  da  əxlaqsızlığa,  mənəviyyatsızlığa  yol  verirlər. 
Bəziləri bizim gənc qızlarımızı yoldan çıxarırlar, onları  əxlaqsız­
lığa  sövq  edirlər.  Bunların  hamısı  bizim  yeni  bəlalarımızdır.  Bu 
bəlalarla mübarizə aparmaq  lazımdır.
Mən  bu  gün  şəhər  icra  hakimiyyətinin  başçısı  Abutalıbova 
və  daxili  işlər  naziri  Usubova  bu  barədə  lazımi  göstərişlər  ver­
mişəm. Lazım olan ölçülər götürülməli  və bütün bunların hamı­
sına  son  qoyulmalıdır.  Bizim  məqsədimiz  xalqımızın  mənəviy­
yatını  qorumaq  və zənginləşdirməkdir.
Avrı-ayrı  jurnallarda,  qəzetlərdə  pornoqrafiya  səviyyəsində 
fotoşəkillər  nümayiş  etdirənlər  nə  düşünürlər?  İndi  ən  inkişaf 
etmiş Avropa  ölkələrində,  Amerikada,  başqa  ölkələrdə belə şey­
lər  yoxdur.  Vaxtilə,  nə  vaxtsa  olubdur.  Amma  indi  belə  şeylər 
yoxdur. Orada mənəvivyat çox yüksək səviyyədədir. Amma biz, 
bu  barədə  tamamilə  başqa  mentalitetə  malik  olan  xalqımız  indi 
bir neçə il  içərisində bəzi adamların pozğun hərəkətlərinə məruz 
qalmışıq. Biz buna dözə bilmərik. Biz bunların hamısının qarşısı­
nı alacağıq. Ona görə də mən bu  fikirlərimi cəmiyyətə bildirmək 
üçün  bu  gün  televiziya  və radio qarşısında  çıxış edirəm. Güman 
edirəm  ki,  cəmiyyət  mənim  bu  fikirlərimin  tərəfdarı  olacaqdır 
və  hərə  öz  yerində  bu  cür  mənəviyyatsız  hərəkətlərin  qarşısını 
almağa çalışmalıdır.
Bizim  millətimizdə,  xalqımızda,  azərbaycanlılarda  namus, 
qeyrət  həmişə  ən  yüksək  keyfiyyət  hesab  olunubdur.  Amma 
namusunu,  qeyrətini,  şərəfini  alçaldan  insanlar  özləri-özlərini 
bu  uçuruma  salırlarsa,  artıq  başqalarının  da  mənəviyyatını  po­
zurlar.  Biz bunlara  dözə bilmərik və xalqımız da  dözməməlidir. 
Təəssüflər  olsun  ki,  bizim  cəmiyyətimizdə  çoxları  bunu  görür,
4 2 8
amma buna münasibətini  bildirmir.  Yaxud  da  ki,  üzünü o  tərəfə 
döndərir:  Mənə nə dəxli  var".  Bu  desə ki,  "mənə nə dəxli  var", 
o desə  ki,  "mənə  nə  dəxli  var",  o  birisi  desə  ki,  "mənə  nə  dəxli 
var", onda bizim millətimiz ayrı-ayrı təxribatçıların əli  ilə get-ge­
də, əlbəttə ki, çox  böyük çətinliklərlə rastlaşacaqdır.
Azərbaycanın  Prezidenti  kimi,  mən  bu  barədə qəti  fikrimi  bil­
dirirəm.  Bir də bəyan edirəm ki, biz Azərbaycanda  demokratiya­
nın  bütün  tələblərini  tətbiq  etmişik  və edəcəyik.  Ancaq Azərbay­
canın  milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın  milli mentali­
tetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır 
və  qanun  çərçivəsində  lazımi  ölçülər  götürüləcəkdir.  Bu  sözləri 
deyərək  mən  bir  daha  Azərbaycan  xalqına,  Azərbaycanın  vətən­
daşlarına  müraciət  edirəm  ki,  hər bir  insan  vətəndaşlıq  borcunu 
ən yüksək borc hesab etsin.
Hər bir insan özü öz mənəviyyatını qorusun. Əgər görəndə ki, 
haradasa  mənəviyyat  pozulur,  onun  qarşısını  alsın.  Onun  axa­
rında  getməsin.  Pornoqrafiya  halına  düşmüş  bəzi  qəzetlər,  jur­
nallar burada  nəşr olunur və ayrı-ayrı  adamlar tərəfindən alınır. 
Amma  əgər  onu  nəşr  edənlər  bilsələr  ki,  bunlar  alınmır,  onlar 
nəşr etməzlər.  Çünki  onlar  zərərə  düşəcəklər,  pul  itirəcəklər  və 
onda  da  belə şeylər olmazdı.  Ona  görə də  mən həmin o şəxslərə 
də  müraciət  edirəm  ki,  düşünsünlər:  onlar Azərbaycan  xalqına 
məxsusdurlar.  Azərbaycan  xalqının  milli-mənəvi  dəyərləri  on­
ları bugünkü  günə gətirib  çıxarıbdır.  Bunlara  xəyanət etmək ol­
maz.  Bu  sözləri deyərək  mən  xalqımıza  müraciət edirəm, Azər­
baycan  xalqını  çağırıram  ki,  bizi  narahat  edən  bu  nalayiq  və 
cəmiyyətimiz  üçün  təhlükəli  olan  halların  qarşısının  alınması 
üçün  hərə öz səyini göstərsin. Sağ olun.
__________________________________________________ Heydar Əliyev sivasoıi: TOLERANTLIQ
4 2 9


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə