185
verəndə biri durdu getməyə. Durmuşdu elə iki addım atmışdı,
biri ordan asqırdı. Asqıranda bu ayağ saxladı. Bizdə deyim var,
asqırdı ayağ saxla, biraz gözdə. Dayandı, asqırana dedi:
– Səbrin nətərdi?
Dedi:
– Vallah dörd il bundan qabağ qardaşım Rusiyyətə ge-
dib. Asqırdım, gedəndən hələ də ondan xəbər yoxdu.
Keçi dərisini öpürsən?
Bir müştehid gedir şeyxə bir dənə Quran bağışlıyır.
Şeyx götürüb onu öpür. Öper qoyur gözünün üstünə.
Deyir:
– Keçi dərisini öpürsən, Müştehid.
Deyir:
– Ona deyil, onun içindəkinə mən ibadət eliyirəm, onu
mən öpürəm.
Dayanın, yazmayın
Bizim kənddə bir kişi var imiş. Baba adında. Bu,
187
Bu qədər soğan tayasının qarovulunu sən çəkmirsənmi?
İstam kişi coşur. Hikkəsindən arvadının gətirdiyi yemə-
yi geri qaytarır. Deyir:
– Ay filan-filan olmuşun qızı, sən mənə yaşımın bu ahıl
çağında haram yedizdirib, dost-düşmən yanında xar elətdirmək
istəyirsən? Allah-təala mənə bu bir baş haram soğan üçün o
dünyada cəhənnəm əzabı verər, hökümətsə bu dünyada! İstə-
yirsən məni bir baş soğana görə gedər-gəlməzə sürgün eləsinlər?
Boş məzar
Rəhmətdik İstamın rus dostu vardı, gedib gələrdilər olara.
Onun bi dənə oğlu var idi. Yekə oğlan idi. O elə bil ki, Allah
gölünə xilov* saldı, gəldi dedi ki, mən müsəlman olmaq istiyi-
rəm. O vaxtı İstama dedi. İstam da 70-80 yaşında idi. Dedi,
musəlman olmaq issirəm. Onu rəhməttik İstam musəlman elə-
di. Rusu kəssirdi əməlli-başdı. Musəlman eliyənnən sora üs-
sünnən bir ay kecməmiş İstam rəhmətə getdi. Elə kətdə ölüb.
Orda kişini qoydular cənazəyə gətilər evəki, əfn-dəfn eləməyə.
İndi aparıllar bunun qəbirsannığa basdırmağa, biz də uşağ idik.
Hamımız qacıb durmuşuğ yolun üssündə. Bu kişinin cənazəsi-
nə girənnər cənazənin altında qacıllar. Elə bil cənazə ucur göy-
nən, bala. Ucur elə bil. Mən gözümnən görmüşəm onu, bala.
Vahimeydi ona. Biri deyir kişi ucur, o biri deyir kişi ucur. An-
cax əllərində tutublar cənazəni, hamı qacır, tutublar əllərində.
Cənazənin altında hamı qacır. Bunu apardılar qəbirsannığa bas-
dırdılar, gəldilər. Gələnnən iki gün sora bir nəfər adam yatır,
yuxusunda görür ki, bı İstamı aparıllar ağ dəvənin üstündə.
Soruşur:
– A kişi, səni hara aparıllar?
188
Deyir:
– Hec özüm də bilmirəm vallah, məni hara aparıllar.
Sora gedillər bılar baxsınnar ki, görək qəbirdədir, ya
yox. Oğlannarı də, hamı danışır. Gedillər bələ, qəbri bi balaca
qazıllar görüllər nə, orda hec nə yoxdu. Qəbir boşdu. Lal, din-
məz sirr batsın deyə, ustünü örtüllər, gəlillər evə. Onu o vaxtı
hamı belə-belə bir birinə danışdı. Yaxşı kişi idi o rəhmətdik.
İndi Allah tərəfinnən qeyb olub, nətərı olub bilinmədi. Düz
adam olub haaaa özu, ona görə də ömrü boyu kasıb olub.
İstamın ac yatmağı
Elə bil o vaxti İstamın arvadı gedib ambardan nəbilim in-
di bir az buğda, bir az un, nəbilim belə-belə şeylər gətirib, bu
ambara buğda atmırlar, mən də atmışam. Biçib gətirib tökür-
dülər xarmannığa, ordan da soorurdular təmız, gətirib onu am-
bara tökürdük. Arvad vedrənin yarısından, kasıb imişdər da,
gətirib bunu qoot cəkib arvadı, ora da qoot plov bişirib. Hə gə-
tirib bu kişiyə yeməyə. O dəmdə elə bil ürəyi xəbər verib.
Deyib:
– Arvad mən bunu yemərəm. Orda səənnən işdiyənnərin
hamısının gözü var idi bunda. Olar madəm gətirmədi, sən mu-
nu niyə gətirdin? Bu oğurruxdu. Mən bunu yemərəm. Arvadı
da elə o vaxt danışardı, gülərdi.
Deyir elə İstam ac yatdı, bizsə yedik.
İstamın düzlüyü
Hə kasıbçılıq vaxtları idi onda. Qağam rəhmətdiknən
İstam kişi də qalxoz bostancısı idilər. Yemiş, qarpız, əkirdilər,
bınnan qabağ, bala, nur, bərəkət vardı. İndi su da veririk
189
olmur. Belə-belə qarpız, yemış olardı. Rəhmətdik qağam gəti-
rir verir qarpızdarı maşınnan. İcinnən bi dənəsini götürür kə-
sir yeyir, bu İstam kişi dilini də vırmır. Bunu mən yeməm Pa-
şa, bu oğurruxdu. Mən yemirəm deyərmiş. Onda qağamgilcün
uşaxları cölə yemək gətirərmiş yeməyə. Uşaxlar qayıdanda
qağam zənbilə 2-3 dənə yemişdən qarpızdan atarmış ki apar-
sınnar. Deyirmiş ki, mənim uşaxlarıma qoyma, özüvünkülərə
qoy. Qağam da atarmış öz uşaxlarının zənbilinə deyərmiş, ba-
la, bunu yolda kecəndə verin olara. 3-ü olara, 3-ü bizə. Gör
indi belə düz adam olub o İstam.
Neçə illərdi camaatın qazandığını yeyirsiz
Masallıda bi kəndin ən yaşdı sakini olur. Çox təbii insan
olur, geyiminə, keciminə heç fikir vermir. Adı Orucəli kişi
olur. Bi gün bunun işi kolxoz sədrinə düşür. Kolxoz sədri də
adətən rəiyyətdən gec durardı, çıxardı kəndə-kəsəyə. Kişi
gəlir kolxoz sədrinin evinə. Evdəkilər bu kişinin geyim, keci-
minə görə bunu bir az maraxla qarşılayıllar. Sora cay icə-icə
nahar yeməyi də təklif edirlər. Hələ kolxoz sədri yuxudan
oyanmır. Yavaş-yavaş buna yemək də verillər. Elə yemək ərə-
fəsində kişi kolxoz sədrinnən arvada giley eliyir. Sədrin uşağı
da narahat olur ki, olmaz da, kolxoz sədri haqqında danışmaz-
dar da. Anasını cəkir kənara deyir:
– Ay ana, görürsən bu kişini, cörəyimizi yeyir, hələ
atamdan da qiybət eliyir.
Kişi bunu eşidir deer, a bala, siz neçə illərdi camaatın
qazandığını yeyirsiz, burda mənim də zəhmətim var. Ola bil-
məz ki, ha ilin bütün günün siz yeyirsiniz, bir dəfə də mən öz
qazancımdan bi qarın cörək yeyim? Elə söhbət əsnasında kol-
Dostları ilə paylaş: |