ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə47/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   43   44   45   46   47   48   49   50   ...   100

 

185 


verəndə  biri durdu getməyə.  Durmuşdu  elə  iki addım  atmışdı, 

biri ordan asqırdı. Asqıranda bu ayağ saxladı. Bizdə deyim var

asqırdı ayağ saxla, biraz gözdə. Dayandı, asqırana dedi:  

– Səbrin nətərdi?  

Dedi:  

–  Vallah  dörd  il  bundan  qabağ  qardaşım  Rusiyyətə  ge-



dib. Asqırdım, gedəndən hələ də ondan xəbər yoxdu. 

 

Keçi dərisini öpürsən? 

 

Bir  müştehid  gedir  şeyxə  bir  dənə  Quran  bağışlıyır. 



Şeyx götürüb onu öpür. Öper qoyur gözünün üstünə.  

Deyir:  


– Keçi dərisini öpürsən, Müştehid.  

Deyir:  


–  Ona  deyil,  onun  içindəkinə  mən  ibadət  eliyirəm,  onu 

mən öpürəm.  

 

Dayanın, yazmayın 

   


Bizim  kənddə  bir  kişi  var  imiş.  Baba  adında.  Bu,


 

186 



 

187 


Bu qədər soğan tayasının qarovulunu sən çəkmirsənmi? 

İstam kişi coşur. Hikkəsindən arvadının gətirdiyi  yemə-

yi geri qaytarır. Deyir:  

–  Ay  filan-filan  olmuşun  qızı,  sən  mənə  yaşımın  bu  ahıl 

çağında  haram  yedizdirib,  dost-düşmən  yanında  xar  elətdirmək 

istəyirsən?  Allah-təala  mənə  bu  bir  baş  haram  soğan  üçün  o 

dünyada  cəhənnəm  əzabı  verər,  hökümətsə  bu  dünyada!  İstə-

yirsən məni bir baş soğana görə gedər-gəlməzə sürgün eləsinlər?  

 

Boş məzar 

 

Rəhmətdik İstamın rus dostu vardı, gedib gələrdilər olara. 



Onun bi dənə oğlu var idi. Yekə oğlan idi. O elə bil ki, Allah 

gölünə xilov* saldı, gəldi dedi ki, mən müsəlman olmaq istiyi-

rəm.  O  vaxtı  İstama  dedi.  İstam  da  70-80  yaşında  idi.  Dedi, 

musəlman olmaq issirəm. Onu rəhməttik İstam musəlman elə-

di.  Rusu  kəssirdi  əməlli-başdı.  Musəlman  eliyənnən  sora  üs-

sünnən  bir  ay  kecməmiş  İstam  rəhmətə  getdi. Elə  kətdə  ölüb. 

Orda kişini qoydular cənazəyə gətilər evəki, əfn-dəfn eləməyə. 

İndi aparıllar bunun qəbirsannığa basdırmağa, biz də uşağ idik. 

Hamımız qacıb durmuşuğ yolun üssündə. Bu kişinin cənazəsi-

nə girənnər cənazənin altında qacıllar. Elə bil cənazə ucur göy-

nən,  bala.  Ucur  elə  bil.  Mən  gözümnən  görmüşəm  onu,  bala. 

Vahimeydi ona. Biri deyir kişi ucur, o biri deyir kişi ucur. An-

cax  əllərində  tutublar  cənazəni,  hamı  qacır,  tutublar  əllərində. 

Cənazənin altında hamı qacır. Bunu apardılar qəbirsannığa bas-

dırdılar,  gəldilər.  Gələnnən  iki  gün  sora  bir  nəfər  adam  yatır, 

yuxusunda görür ki, bı İstamı aparıllar ağ dəvənin üstündə.  

Soruşur:  

– A kişi, səni hara aparıllar?  




 

188 


Deyir:  

– Hec özüm də bilmirəm vallah, məni hara aparıllar.  

Sora  gedillər  bılar  baxsınnar  ki,  görək  qəbirdədir,  ya 

yox. Oğlannarı də, hamı danışır. Gedillər bələ, qəbri bi balaca 

qazıllar görüllər nə, orda hec nə yoxdu. Qəbir boşdu. Lal, din-

məz sirr batsın deyə, ustünü örtüllər, gəlillər evə. Onu o vaxtı 

hamı  belə-belə  bir  birinə  danışdı.  Yaxşı  kişi  idi  o  rəhmətdik. 

İndi  Allah  tərəfinnən  qeyb  olub,  nətərı  olub  bilinmədi.  Düz 

adam olub haaaa özu, ona görə də ömrü boyu kasıb olub.  

 

İstamın ac yatmağı 

 

Elə bil o vaxti İstamın arvadı gedib ambardan nəbilim in-



di bir az buğda, bir az un, nəbilim belə-belə şeylər gətirib, bu 

ambara  buğda  atmırlar,  mən  də  atmışam.  Biçib  gətirib  tökür-

dülər xarmannığa, ordan da soorurdular təmız, gətirib onu am-

bara  tökürdük.  Arvad  vedrənin  yarısından,  kasıb  imişdər  da, 

gətirib bunu qoot cəkib arvadı, ora da qoot plov bişirib. Hə gə-

tirib bu kişiyə yeməyə. O dəmdə elə bil ürəyi xəbər verib.  

Deyib:  

– Arvad mən bunu yemərəm. Orda səənnən işdiyənnərin 

hamısının gözü var idi bunda. Olar madəm gətirmədi, sən mu-

nu niyə gətirdin? Bu oğurruxdu. Mən bunu  yemərəm. Arvadı 

da elə o vaxt danışardı, gülərdi.  

Deyir elə İstam ac yatdı, bizsə yedik. 



 

İstamın düzlüyü 

 

Hə  kasıbçılıq  vaxtları  idi  onda.  Qağam  rəhmətdiknən 



İstam kişi də qalxoz bostancısı idilər. Yemiş, qarpız, əkirdilər, 

bınnan  qabağ,  bala,  nur,  bərəkət  vardı.  İndi  su  da  veririk 




 

189 


olmur. Belə-belə qarpız, yemış olardı. Rəhmətdik qağam gəti-

rir  verir qarpızdarı  maşınnan.  İcinnən bi  dənəsini götürür kə-

sir yeyir, bu İstam kişi dilini də vırmır. Bunu mən yeməm Pa-

şa, bu oğurruxdu. Mən yemirəm deyərmiş. Onda qağamgilcün 

uşaxları  cölə  yemək  gətirərmiş  yeməyə.  Uşaxlar  qayıdanda 

qağam zənbilə 2-3 dənə  yemişdən qarpızdan  atarmış ki  apar-

sınnar. Deyirmiş ki, mənim uşaxlarıma qoyma,  özüvünkülərə 

qoy. Qağam da atarmış öz uşaxlarının zənbilinə deyərmiş, ba-

la,  bunu  yolda  kecəndə  verin  olara.  3-ü  olara,  3-ü  bizə.  Gör 

indi belə düz adam olub o İstam. 



 

Neçə illərdi camaatın qazandığını yeyirsiz 

 

Masallıda bi kəndin ən yaşdı sakini olur. Çox təbii insan 



olur,  geyiminə,  keciminə  heç  fikir  vermir.  Adı  Orucəli  kişi 

olur. Bi gün bunun işi kolxoz sədrinə düşür. Kolxoz sədri də 

adətən  rəiyyətdən  gec  durardı,  çıxardı  kəndə-kəsəyə.  Kişi 

gəlir kolxoz sədrinin evinə. Evdəkilər bu kişinin geyim, keci-

minə  görə  bunu  bir  az  maraxla  qarşılayıllar.  Sora  cay  icə-icə 

nahar  yeməyi  də  təklif  edirlər.  Hələ  kolxoz  sədri  yuxudan 

oyanmır. Yavaş-yavaş buna yemək də verillər. Elə yemək ərə-

fəsində kişi kolxoz sədrinnən arvada giley eliyir. Sədrin uşağı 

da narahat olur ki, olmaz da, kolxoz sədri haqqında danışmaz-

dar da. Anasını cəkir kənara deyir: 

–  Ay  ana,  görürsən  bu  kişini,  cörəyimizi  yeyir,  hələ 

atamdan da qiybət eliyir.  

Kişi  bunu  eşidir  deer,  a  bala,  siz  neçə  illərdi  camaatın 

qazandığını  yeyirsiz, burda mənim də zəhmətim var. Ola bil-

məz ki, ha ilin bütün günün siz yeyirsiniz, bir dəfə də mən öz 

qazancımdan bi qarın cörək yeyim? Elə söhbət əsnasında kol-




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə