ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə50/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   46   47   48   49   50   51   52   53   ...   100

 

198 


qabağında,  pul  kisəsi  qabağında  qəlyan  çəkir.  Pulun  ona 

çatacağını hiss edən Həbi get-gedə gülməli sözlər atıb məclisə 

şənləndirimiş.  Bunu  ən  çox  alqışlayanlardan  biri  pristav  özü 

olur. Bundan ani istifadə edən Həbi oynaya-oynaya gəlib pris-

tavın  qabağında  əyilib  bir  dənə  bərkdən  əldən  qoyur.  Məclis 

çaşbaş düşür. Hamı yəqin eləyir ki, bu biədəb hərəkətinə görə 

pristav Həbini güllə ilə vuracaq. Cavad bəy mauzer əvəzinə əl 

atır pul kisəsinə, bir onluq qızıl atır Həbinin üstünə və bağırır. 

– Əda zalım oğlu, birinin də vur, bəlkə ağzım düzələ. 

Hamı  şaqqanaq  çəkib  gülür.  Məclis  davam  edir.  Həbi 

bir xırda kağız parçası istəyir, verilir. Həbi kağızı  yerə qoyur 

dizliyi çəkir aşağı gücənib bir fındıq boyda salır kağızın üstü-

nə. Bu dəfə ki, İranlı kağız istəyir. Bu qonaq olduğundan ona 

iri kağız verirlər. Bu da sərir yerə dizliyini çəkir aşağı bir xey-

li salır kağızın üstünə. Həbi sürətlə fırlanıb öz kağızını qığ qa-

rışıq götürür, atır ağzına və udur. Üzünü tutur İranlı lotusuna: 

– Ədə köpək oğlu, çağır ata-qardaşıyı, köməkliknən mu-

nu udun, tək sənin işin dəyil bu. 

Camaat Həbini göyə atıb tutur. Pristav Cavad bəy onun 

üzündən  öpür,  dost  olurlar.  Deer,  Ağzıəyri  pristav  Cavad  2 

dənə qırmızı onnuğ basar munun cibinə. Həbi çıxar gedər.  

İranlılar o gedən olurlar, bir də bu taya qayıtmırlar. 

 

Başı da sənin 

 

Bi gün Həbi günortadan sora oturubmuş evin böyründə. 



Görür bi atlı gəlir. Atın böyründə bi dənə qırmızı ziyad balığı 

asdanıb. Quru ziyad. Deer, qardaş, dayan, dayanır. Deer, mə-

nim  arvadımın  ağzının  dadı  dəyişib,  o  balığdan  birini  ver  də 

mənə.  Sən  Allah  kasıb  adamam.  Kişi  deer,  get  evdən  biçax 




 

199 


gətir gəl bi az kəsim verim. Gedir evdən biçax gətirir. Atlı tu-

tur  quyruxdan  yuxarı,  deer,  qardaş  kəs.  Həbi  görür  bu  azdı 

axı,  bıçağı  çəkir  bunun  barmağına.  Bu  görür  əlin  kəsir  çəkir, 

əlin kəsir çəkir, belə-belə gəlir çatır balığın başına. Başınnan 

kəsir  balığı  aparır.  Atlı  baxır-baxır,  deer,  ala,  qardaş,  başı  da 

sənin mən balığsız gedərəm. 

 

İmam neçədir 

 

O vaxtlar o taydan bu taya keçən saillər qapı-qapı gəzib 



dilənçilik  edərlərmiş.  Kimin  bunlara  yazığı  gəlirmış,  evində 

saxlayarmış, dənnən-düşdən  verib  yola salırlarmış. Bu saillər 

imam,  ağa  adı  altında  belə  dolanarmış  elə  indiki  kimi.  Kim 

imkanlı idi, onları bir-iki gecə qonaq saxlayardı. 

Bir  dəfə  də  belə  oldu.  Üç  dilənçini  ürcah  oldu  Mürsəl 

babamgilə. 

Babam  deer,  axşamcağı  idi,  həyətdə  biyaz  qar  varmış. 

Birdən  görür  ki, həyətə  3  dənə  seyid  girdi:  “Ya  cəddimin  nö-

kərrəri,  məə  yiyə  durun. Babam  deer  gəlin  icəri,  çıxın  yuxarı. 

Azdan-çoxdan  yeyənnən  sora,  şam  namazının  vaxtı  gəlir.  Ba-

bam  bulardan  soruşur  ki,  ibadətnən  necəsiniz,  üçü  də  verir 

ağız-ağıza,  ağa,  bu  söz  bizə  artuqdu.  Biz həddi-buluğ  olandan 

ibadətkeşlərük. Babam çox bilən adam idi, abtava-ləyən gəzdi-

rir, dəstamaz almağa. Babam deer, durun namaza. Deellər, ba-

ba baş üstə. Deer, baxdım ki, mən nətəri dəstəmaz alıram bular 

da o cür eliyillər. Başa düşdüm ki, bular namaz qılan deyillər.  

Gəlillər icəri namaz qılanda babam baxır ki, mən nətəri 

əyilirəm, bular da helə,nətəri qalxiram bular da  helə eliyillər. 

Hər  bir  şeyi  eyni.  Namazı  qutarannan  sora  babam  təsvilatın 

salamın  verir,  sora  başın  qoyur  yerə  bir  dəfə  dombalaq  aşır. 




 

200 


Seyidlər  də  baxıllar  bir-birinə  başdeellər  dombalaq  aşmağa. 

Babam başa düşür ki, bular seyid deyillər.  

Deer, arvad bir kisə mənə saman gətir. Samanı basır oca-

ğa.  O  da  yaxşı  tüstü  verir  axı.  Əvvəlcə  buları  yaxşıca  boğur 

tüstüynən. Sora beşdilli tilov olardı o vaxtı, qırmanc qol boyda. 

Bu dəfə babam lap yanında oturandan soruşur: 

– Sizlərdə imam neçə olur? 

Biri belə deyir: 

– Bizlərdə həştad da digeylər, həşdad beş digeylər. 

Babam  işarə  edir  şallaq  gətirirlər.  Bunlar  şallaq  görüb 

təəccüblənirlər,  babam  buna  həşdat  şallaq  çəkir.  Bunun  ba-

ğırtısına qonum-qonşu tökülür gəlir. 

Növbə  çatır  ikincisinə.  Demə  bunun  adı  Mirməmməd 

imiş. 


Babam eyni ilə sualı buna deyir: 

– İmam neçədir? 

Mirməmmməd dinməmiş birinci döyülən deyir: 

– Azalt, Mirməmməd azalt, çox deyəndə çox şallaq vurar. 

Mirməmməəd əsə-əsə deyir: 

– Ağa, bizdə altımış ikidə deyərlər, altımış üç də deyərlər. 

Bunun söz ağzında qalır şallaq işləyir buna, bunun mə-

lərtisinə o biri qonşular da tökülüb gəlirlər. 

Növbə çatır üçüncüsünə. Babam buna deyir,  yaxın otur, 

sənnən işim yoxdur. Üçüncü dilənçi özünü itirir. 

Birdən birinci döyülənnən ikinci bağırır. 

– Adə, zalım oğlu, denən imam yoxdur. Görməysən şal-

laqnan bizi dildən saldu çox digeysən çox vurey, az digeysən 

az vurey. 

Bu, yarı sevincək deyir ki: 

– Ağam, imam nəmənə şeydü, digəm imam yoxdu. 




 

201 


Babam şallaq ilə bunun başına, gözünə o qədər vurur ki, 

kəndin  yarısı tökülür bura. Hamı deyir ki, Mürsəl, sən Allah, 

bəsdi, burax getsinlər, gedib imamı öyrənərlər.  Bunlar da de-

yir  ki,  tay  sailçlik  eləmərik,  gedib  əkinçiliklə,  heyvanlıqla 

məşgul  olarıq.  Babam  bunları  gecə  saxlayır.  Sabah  üçünü  də 

qoşur  arabaya,  arabanın  içində  2  tay  taxıl,  birbaş  Üç  daş  də-

yirmanına, taxılı dəyirmanında çəkib bunlar da qoşquda, yenə 

qayıdırlar  kəndə.  Həyətə  çatanda  açar  buraxar  hər  üçünü  də. 

Da o bu olar bi də bu zonaya gəlmiyiblər. 

 

Sənə deyənnən olmuram 

 

Bizdə Məmmədhəsən oğlu Həsən kişi vardı. Mənim ya-



dımdadı bi nəfər ona dedi ki, yaxşı bi dənə eşşəyim var, verim 

sənə yüküvü daşı. O qədər dedi, dedi. Qayıtdı Həsən kişi dedi 

ki,  ə  filankəs!  Dedi,  nədi?  Dedi,  sən  deyənnən  oluram,  sənə 

deyənnən olmuram. 



 

Dədənin yanına 

 

Bi dəfə Həsən  kişi qəbir üstə gedir, 4-cü günnər. Bizdə 



də Rəcəb vardı, el arasında ona Çapax deyirdilər. O da gəlir-

miş qəbir üstə. Deer, Həsən paşa, ay Həsən paşa, hara gedir-

sən? Deer: 

– Dədəyin yanına.  

Deer:  

– Ə yava-yava danışma!  



Deyir:  

–  Ə  yava-yava  özün  danışırsan,  bi  şey  varındısa,  ver 

aparım.  Dədən  qabağıma  gələndə  deyim  bunu  üzüqara  övla-

dın göndərib, sənə gətirmişəm. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə