ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə48/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   44   45   46   47   48   49   50   51   ...   100

 

190 


xoz sədri  yuxudan oyanır, gəlir. Deer, nə deyir. Deellər, belə, 

belə. Deer, a bala,  yazıq düz deyir də, mən artıq 2-3 ildi səd-

rəm, camaatın qazancıdı də, həqiqətə acığın gəlməsin. 

 

Bir araba dolusu məhsul 

 

Vaxtilə  kolxozda  xalqa  əmək  günlərinin  verilməsi  vaxtı 



var  imiş.  Bu  Xırmandalı,  Hacitəpə,  Ərəb  bir  kolxoz  olduğun-

dan, Xırmandalı əhalisinin sayı çox olduğundan, bir gündə iki 

nəfərə  əmək  günü  müəyyənləşdirilibmiş. Hacıtəpədə  1  nəfərə, 

Ərəbdə də 1 nəfərə. Günlərin birində Polad kişiyə əmək günü 

verilməsi  təyin  olunur.  Gecəni  gəlir  evdə  danışır  ki,  bəs  belə 

belə məsələ var. Polad kişinin atası Bığır kişi kor olur. O vaxtı 

belə  idi  ki,  yaşdı  adamlar  evlərinin  qulabanında  əyləşirdilər, 

gedib  gələni  dinləyərdilər. O da bir nəfər  qonşusunnan oturub 

qulabanda  söhbətləşirdilər.  Birdən  araba  səsi  gəlir.  Səs gəlndə 

kor ata qonşuya deyir ki, filankəs, bu gələn Polad olacağ.  

Deer:  

– A Bığır kişi, nə bilirsən ki, Poladdı.  



Deer:  

–  Yox,  mən  arabanın  səsindən  bilirəm  ki,  dolu  arabadı, 

özü də Polad bu gün əmək gününü alıb gətirməlidir.  

Araba bir az da  yaxınnaşanda, təzədən kor kişi  söyləyir 

ki, bəs, filankəs, sən görürsən arabanın ağırrıgını. Araba güc-

nən yeriyir. Az qalır araba ağırrığınnan sına. Qayıdır, ay Bığır 

kişi, lap sən deyəsən bu Poladın bu əmək günü almasına belə 

qibtə  eliyirsən.  Az  qala  lap  paxıllıq  hissi  kecirdirsən.  Deer, 

vallah, ay axmaq, ona paxıllıq eləmirəm. Özümün gəncdiyim, 

işdədiyim  illər  yadıma  düşdü.  Mən  həmin  illərdə  demək  olar 




 

191 


ki,  heç  əmək  günü  almamışam.  İndi  isə  sevinirəm  ki,  mənim 

oğlum Polad bi araba dolusu məhsul gətirir. 

 

Fətulla məllim belə zəifdi ki, sənnən də zəifdi? 

 

Mən  tələbə  idim,  olarda  qalırdım.  O  məllimin  dörd  öv-



ladı vardı. Getdilər uşaxlar qapını açdılar. Gələn buların dayı-

ları idi. Fətulla məllim. O da ibtidi sinif  məllimi idi. Cox sə-

mimi,  gözəl  bir  insan  idi.  Hə,  gəldi  əyləşdi.  Bizdən  də  xeyli 

böyükdür.  Bir  az  sora  bundan  hal-əhval  tutdu.  Soruşdu  mək-

təbdə vəziyyət necədi? Dedi:  

– Tədrisin vəziyyəti necədi?  

Dedi:  

– Uşaxlar yaman zəifdir bilik cəhətdən.  



Dedi:  

– Fətulla məllim, yəni belə zəifdi ki, sənnən də zəifdi?  

Da  yaziğ  yaman  pərt  oldu.  Biz  də  üzr  istədik  ki,  əşi, 

zarafat eliyir filan. 

 

Niyə, məni tanımadın 

 

Bizim kətdə Fətulla adlı bir məllim vardı. Ancaq savadca 



çox  aşağı,  ama  baməzə  məllim  olub.  Buların  Salyannan  ata-

baba qonağı olub. Get gəl elədiyi adamlar. Bir gün məktəbdən 

çıxıb görüb həmən adam kəndə sarı gəlir. Əvəl elə bilib ki, bını 

tanıyacaq. Sora görüb ki, bu bunu tanımadı. Tanımıyanda bını 

sorğu  suala  tutub  ki,  sən  hara  gedirsən.  Əvəl  boyun  almıyıb. 

Deyib  yox,  səni  buraxmaq  olmaz,  sən  şübhəli  adama  oxşı-

yırsan. Əslində tanıyır eeee, ata-babasının qonağıdır. Kişi deyir 

əşi, vallah mənim heç bi şübhəli işim-zadım yoxdu.  




 

192 


Deer:  

– Yox, mən səni buraxa bilmərəm.  

Xulasə,  bınnan  çox  sora-sora  qoparır  ki,  hara  gedirsən. 

Həsənlidə bi xata Əhməd var idi. Deer, ora gedirəm.  

Deer:  

–  Bax  mən  sənə  deyirəm.  Sən  xatalı  adama  oxşayırsan. 



Mən  yaxşı  şüpələnirəm  sənnən.  Dee,  bax  görürsən,  qoy  mən 

zəng eliyim deem, milis gəlsin səni aparsın.  

Deer: 

– Sən Allah, məni xatıya salma.  



Deer:  

– A kişi sən elə başdan ayağa xatalı adamsan. Düz adam 

olsan, xalı Əhmədgilə gedərdin, da Xata Əhmədgilə niyə ge-

dirsən?  

Sora  birdən  kimsə  bunu  çağırır  ki,  ay  Qulam  məllim. 

Qulam deyəndə kişi ayılır ki, bu kimdi, indi tanıyır. Deer:  

– A kişi, sən məni niyə belə qorxutdun, ay Allah saxla-

mış Qulam.  

Deer:  

– Ə, mən səni tanıdım, a nursuz, sən məni niyə tanımadın?  



Hə, xeyləm gülüşüllər. 

 

Adam var, adam var 

 

Bozu  kişi  Hacıtəpədən  sonsuz  bi  kişi  olub,  çox  səmimi 



bir adam olub. Bir gun həmkəndlilərinin biri bunnan xış isti-

yir, bu da vermir. Elə olub üstünnən bi həftə 10 gün keçənnən 

sora  orda  Əziz  adında  bir  məllim  həmin  aləti  istiyir  bunnan. 

Bu  da  verir  onu  Əziz  məllimə.  O  birinci  istiyən  adam  eşidib 

ki, bu aləti o, Əziz məllimə verib, elə bu məqam gəzirmiş ki, 



 

193 


buna öz gileyini bildirsin. Bozu kişi də xətirri adam olduğun-

nan birbaş evinə gileyə getmiyiblər. Belə olub 1 həftə, 10 gün 

sora  rastlaşıblar.  Elə  bu  buna  bi  balaca  soyuxlux  göstərib. 

Bozu  kişi  hiss  eliyib  ki,  mənim  öz  cəzamdır.  Deyib  bəs,  ay 

filankəs, bəs sən mənə niyə belə soyuqluq göstərirsən? Deyib, 

ay Bozu kişi, axı, mən səni düz kişi bilirdim,  yaxşı kişi bilir-

dim. Nətəri olur, axı, mən səndən iki həftə qabağ aləti istədim 

vermədin. Amma Əziz məllimə vermisən. Bozu kişi deyir, hə, 

bala, incimə. Ancaq adam var, adam var. 

 

Hərə öz işinnən məşğul olsun 

 

Günlərin bi günü Bakıdan evə gəlirəm, gəldim karvansara-



ya. Maşınnar o vaxt xaltura eliyirdilər. Rayonnan şəhərə, şəhər-

dən də rayona adam aparırdılar. Hə nə isə gəldim bura, hərəsi bi 

yandan  yapışdı, gəl gedək, gəl gedək. Mən də buları tanıyırdım 

biri  məllimdi,  biri  də  ağranom.  Mən  də  bilirəm  ki,  bu  məllim 

yaxşı  maşın  sürə  bilmir.  Hec  o  ağranom  da  yaxşı  sürə  bilmir. 

Hər ikisi də yaxınnaşıb ki, gəl gedək, ikisinnən də yaxamı qutar-

mağ istiyirəm. Elə oldu bi sürücüyə rast gəldim, ona “hə” deyəsi 

oldum. Gördüm, bular inciyir. Hətta etiraza belə qalxdılar. Mən 

də həqiqətən yumşaq adamam, hec kimin xətrinə dəymərəm.  

Dedim:   

– Ay qardaş, bax sən yaxşı ağranom olsaydın, indi sahə-

də olardın. Məllim incimə, sən də yaxşı məllim olsaydın, indi 

işinin başında olardın.  

Nə  isə  bulardan  canımı  qutardım.  Hə,  o  sürücüynən  də 

gəldim  evə.  Sora  eşitdim  ki,  o  ağranom  gedib  maşını  aşırdıb  

– gələndə, qəza eliyib. Üssünnən xeyli kecmişdi, rastlaşdıq.  

Dedi:  



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə