ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə45/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   41   42   43   44   45   46   47   48   ...   100

 

177 


Deyirlər ki, guya Həzrəti Əli ora gəlib orda şirin su axar 

olub, indiyəcən də qalır. Həzrəti Əli taxta çıxıb 656 – cı ildə. 

661 – ci ildə qətlə yetirilib. İndi isə ora 2012 – ci ildi. Həzrəti 

Əli çıxmıyıb e Ərəbistannan qırağa. Bəzi  yerlərin adı dəyişib 

amma  Qızılağac  elə  Qızılağacdı.  Qızılağac  növü  indidə  bitir. 

Kənddə yoxdu o, çayın qırağındadı.  



 

Qızılağac təkrar 

 

O,  vaxtı  bir  dənə  şah  yaşıyıb.  Padşahın  böyük  evi  var 



imiş.  Bu  zəvvarrar  gedəndə  onnarda  baxıb.  Deyillər  gedirik 

eşirik,  ilannar  çıxır.  İlannı  təpədi  ora.  Ora  gələndə  görüb  ki, 

fəhlələr işliyəndə, ev tikəndə yayın günü imiş də ocağın yanı-

nada  quyu  var  imiş.  Bir  də  görüb  bir  qoca  kişi  oturub  orda. 

Deyib  ki,  get  su  gətir  fəhlələr  içsinlər.  Gəlib  dolduranda  sə-

həngi,  saxsıdan  olarmış,  onu  dolduranda  aparıblar  görüb  buz 

bağlıyıb  bu.  Aça  bilmiyiblər.  Ona  görə  –  buz  bağlıyıb  deyə. 

O, şübhələnib ki, burda bir möcüzat  var. Yayın  günü bu, buz 

bağlıyar. Olar gəlincə Allahtala buları qeyb eliyib. Bir cavan, 

bir qoca. Ad ondan qalıb: Qızılağac. 



 

Muğan şəhəri 

 

Deyirlər, bu  yerlərin təbiəti çox gözəl, adamları isə igid 



olub.  Oğlanlar  qızları,  qızlar  oğlanları  bacarığına,  igidliyinə, 

qəddi-qamətinə  görə  sevərmiş.  Burda  Muğan  adlı  bir  igid 

oğlan  varmış.  Muğan  enli  kürəkli,  sağlam  bədənli,  ağıllı  və 

qocaq oğlan idi. Qəbilənin qızları elə buna görə də ona vurul-

muşdular.  Muğan  isə  Zivər  adlı  bir  qızı  sevirdi.  Hər  ikisi  bir 

obada  böyümüşdülər.  Mugan  Zivəri  görərkən  qızarar,  danış-

mağa söz  tapmaz, nitqi  tutulardı. O  vaxtlar  Atəşgahlarda dua 



 

178 


mərasimi zamanı igidlərə xoşbəxtlik arzulanırdı. El ağsaqqal-

ları deyərdilər: "Bizim Muğanımızın canı nə qədər sağdır, sü-

rümüz arxayın otlayacaq, adamlarımız arxayın gəzəcək, yam-

yaşıl  meşələrimiz,  durna  gözlü  bulaqlarımız,  cüyürlü  çölləri-

miz  yadellilərin  olamyacaqdır."  Bax,  Muğan  elin  hörmətini 

beləcə qazanmışdı. 

Xoşbəxtlik  saatı  yaxınlaşırdı.  Lakin  el  adəti  var  idi.  Onu 

icra etməyincə toy mərasimini başlamaq olmazdı. İlk növbədə, 

oğlan  və  qızın  nəsli,  qohumluğu  öyrənilirdi.  El  adətinə  görə, 

qohumla ailə qurmaq olmazdı. Sonra bir sıra məhəbbət sınaqları 

başlanırdı.  Son  sorğu  və  son  söz  qız  atasının  idi.  Zivərin  atası 

vəfat  etmişdi.  Ana Muğanı  el ağsaqqallarının  hüzurunda qəbul 

edib deyir: "Mən qohumluğa razıyam. Lakin izdivacla əlaqədar 

bir  xahişim  var.  Bizim  el  alaçıqlarda  və  bir-birindən  çox  uzaq 

kəndlərdə  yaşayır.  Düşmən  hücum  edərkən  sığınacaq  yerimiz 

olmur.  Muğan,  sən  küçələri  enli,  ətrafı  hasarlı  bir  şəhər 

salmalısan.  Şəhər  çay  üzərində,  dəniz  kənarında  tikilməlidir. 

Baxandan sonra mən öz qızımın toyuna razılıq verəcəyəm." 

Şəhər salmaq asan deyildi, özü də çox vaxt tələb edirdi. 

Muğan ruhdan düşdü. Ağsaqqallar isə ona ürək-dirək verdilər: 

"Oğul, qorxma, bizim xalq əməksevərdir, sizi darda qoymaz, 

biz  elliklə  qolumuzu  çırmayıb  daş  daşıyarıq,  gözəl  bir  şəhər 

salarıq. “Elin gücü,  selin gücü”– deyiblər. Bir şəhər nədir ki, 

bu xalq onun əlində aciz qala, sən razılıq ver." 

Muğan ruhlandı. Hamı qolunu çırmayib işə başladı. Elin 

gücü  ilə  ətrafı  qırmızı  kərpicdən  hörülmüş  bir  şəhər  salındı. 

Şəhərin  darvazası  Xəzərin  ləpədöyəninə  açıldı.  Şəhər  çayın 

yanında  tikildi.  Bundan  sonra  toy  məclisi  başlandı.  Muğan 

vüsala çatdı. Xalq bu təzə şəhəri öz igid oğlunun adı ilə "Mu-

ğan" adlandırdı. 




 

179 


Qəhrəman  Muğan  yeni-yeni  igidliklər  göstərdi.  Onun 

igidliyi ellərdən ellərə yayıldı. 



 

Qanlı göl əfsanəsi 

 

Kəndin  cənub-şərq  tərəfində  uzaq  keçmişdə  ətrafı  cən-



gəlliklərlə əhatə olunmuş bir göl olub. Adına Çandıq deyiblər. 

Gölün  üzərini  çox  vaxt  çən,  duman  örtərdi.  Bəlkə  də,  gölün 

adının Çandıq olmasında elə çənin rolu olmuşdu. Belə ki, əv-

vəllər  yerli  camaat  tərəfindən  “çənni  yer”,  “çənnik”  kimi  de-

yilə-deyilə,  nəhayət,  Çandıq  kimi  bizim  dövrümüzə  gəlib 

çıxaraq belə adlandırılmışdır. 

Yaşlı  kişilər  belə  danışırdılar  ki,  keçmiş  zamanlarda 

kəndin ovçuları buraya ova gedərmişlər. Bir dəfə  yenə gölün 

kənarında olan quş və heyvanlardan ovlamaq ücün ora gedən 

ovçular  bir  hadisədən  heyrətə  gəlirlər.  Görürlər  ki,  gölün  kə-

narında bir ana maral yaralı halda uzanıb. Maralın yarasından 

axan qan suya qarışırmış. Gölün suyu qan rəngində olub. Ən 

maraqlısı  o  olub  ki,  maralın  yanında  təzəcə  doğulmuş  bala 

maral dayanıb heyrətlə o yan-bu yana boylanırmış. 

O vaxtdan bu gölün adı “Qanlı göl” qalır. 

 

Cənnət məkan 

 

Belə rəvayət edirlər ki, insanlara torpaq paylanarkən bir 



qrup  xalq  bu  mərasimə  kecikir.  Gecikənlər  arasında  indiki 

"Talış-Muğan"  zonasında  yaşayanların  babası  da  olur.  El  ağ-

saqqalları  məsləhətləşib  öz  nümayəndələrini  Allahın  yanına 

göndərirlər.  Nümayəndələrin  başçısı  olan  Muğan  çox  ağıllı, 

cəsur,  müdrik  və  mömin  bir  adam  idi.  O,  Allaha  gəlişinin 

məqsədini  bildirib,  yalvarış  etməyə  başlayır.  Allah  məşvərət 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə