ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə42/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   38   39   40   41   42   43   44   45   ...   100

 

165 


də xırdalanan var dövlətdi. Helə xirdalanır, artır. Pılı xərjdiyər-

sən  qutarar,  amma  mənim  bı  var-dövlətimnən  heç  nə  tükənir, 

nə  bitir. Bı  kişi də  mat-mat baxır bının üzünə.  Çatmır  bına  bı 

nə deyir. Deyib ağa bırda axı elə bi var-dövlət əldə eləməy ol-

maz. Ağa deyər ki, bunnan böyük var-dövlət ola bilməz. 

Atam hər günü üçün şükür eliyən adam olub. Bizlərə də 

onu  həmməşə  tövsiyə  eliyərdi.  Deyirdi,  Allahtala  sənə  nəyi 

verib  ona  qane  ol!  Sən  Rəbbüü  həmişə  yadunda  saxla,  o  da 

səni yaddan çıxarmaz inşallah. 

Deyərdi, Allah adama həmişə iki dəfə gülür. Bi səni qal-

dıranda  yuksəyə,  ətrafındakılar  istiyir  dartıb  səni  salsın  yerə, 

onda gülür, bi də səni yıxanda, o yerdəkilər istiyir səni qaldır-

sın,  bir  də  onda  gülür  ki,  mən  yıxıram  eeee  sən  hara  əlləşir-

sən? Sən mənim qüdrətin qarşısında kimsən? 

 

Mir Əlican Ağanın qadının yuxusuna girməsi 

  

Uşağ idim, 6-7 yaşım olardı, babamın qulluğunda durur-

dum. Bi gün həyətdə durmuşdum, gördüm söhbət gedir qde-to 

1970-ci  illər  olardı,  bir  maşın  gəldi  dayandı.  Soruşdular  ki, 

ağanın evi buradı? Mir Əlican ağanın? Dedim ki, bəli. Balaca 

bir ev vardı o vaxtı. Qadınnardı, iki də kişi idi. Qadınnar gəl-

dilər, sürünə-sürünə evin başında 3 dəfə fırrandılar. Baba rəh-

mətdik də balkonda oturmuşdu.Yuxarı qalxanda həmən qadı-

nın biri babanı gördü, huşu getdi özünnən. Dedi ki, bu kişi idi

Maskvada məəm qarşıma çıxan.  

Deməli,  məsələ  nə  idi.  Olar  gəldilər  babanı  tapdilar,  qur-

ban  kəsmişdilər.  Deməli,  Maskvada,  bu  qadının  qardaşı  öz  öv-

ladınnan avto avariya düşüblər. Belə olub ki, bı xəstəxananın hə-

yətinə  gündə  gəlirmiş,  deyirmişdər  ki,  vəziyyəti  ağırdı,  öləcək. 

Ölməsə,  bunu  tutacaxlar,  günahkar  budu.  Qadın  deer  ki,  Allah 



 

166 


dərgahına əlimi qaldırdım ki, İlahi, özün kömək ol. Deer, başımı 

belə tutmuşdum yuxu məni tutdu. Yuxu tutanda bacımı gördüm 

dedi  ki,  Mir  Əlican  Ağanın  cəddini  çağır,  o,  köməy  olar.  Deer 

başımı belə qaldırdım, səs eşitdim. Dedi ki, qızım, noolub? Ba-

şımı qaldırdım dedim, ağa, sənsən? Maskvada, xəstəxanada hə-

yətdə  gördüm  onu.  Deeb.  dərdüü  bilirəm.  Allahı  çağır,  cəd-

dimizi çağır. Hər şey yaxşı olar, narahat olma. Allaha iman gətir, 

yəni namaz qıl söbəti olub. Deer, gözümü belə yumdum, dedim, 

ay ağa, nə desən eliyərəm, başımı qaldırdım gördüm ağa yoxdu.  

Üstünnən  bir  yarım  saat  keçdi,  oturmuşuğ  də  hamımız. 

Birdən həkim gəldi, qaçdım qabağına, dedi ki, qardaşın özünə 

gəlir. Belə oldu ki, iki günnən sora ekspertizanın rəyi çıxdı və 

rəydə də çıxdı ki, həqiqətən günahkar başqa maşın imiş. Olar 

da  alkaqol  vəziyyətində  olublarmış  sən  demə.  Ordan  deer, 

mən bacıma zəng elədim ki, bəs belə də, o seyidi tanıyırsan? 

Bacım  dedi,  mən  sənə  nə  deyim  bilmirəm  valla,  amma 

eşitmişəm,  hardasa  var  Masallıda.  Nə  isə  olar  gəlib  tapdılar, 

qurban kəsdilər. Bax bu mənim uşağlığ xatirələrimdi. 



 

Mir Rəsul Ağa və atası Mir Əlican Ağa 

 

Əvvəcə onu qeyd edim ki, babamız da, atamız da, burda 



anadan olmuyub. Yardımlı rayonunun Primbil kəndində olub-

lar.  Primbil  seyiddərinnən  olublar.  Müharibədən  sora,  baba-

mın  o  vaxtı  50  yaşı  olub,  arxa  cəbhədə  olub.Əmimiz  də  rəh-

mətə  gedənnən  sora  hardasa  Bir-iki  il  sora  47-48-ci  illərdə 

əvvəl  köç  eliyiblər  Cəlilabada,  sora  50-ci  illərin  əvvələrində 

bura  köçüblər.  O  vaxta  qədər  burda  yaşayış  olmuyub.Yəni 

bizdərdən söbət gedir. 



 

167 


Mir Rəsul Ağanın övlad verməsi 

 

Atamızda da böyuk kəramət olub. Vaxtilə mən ədliyədə 



işdiyən zaman babamın, atamın cəddinin hansı qüvvədə oldu-

ğunu  mənim  iş  yoldaşdarım  eşidmişdi.  Mənim  iş  yoldaşda-

rımnan biri evlənmişdi, amma  yeddi  ildi övladı olmurdu. Bir 

gün belə qərara gəldik biz cənub bölgəsi üzrə ezamiyyətə gə-

lək, gələndə həmən yoldaş ki, var o da biznən gəldi. Nəsə bəzi 

lazımi  işdəri  görənnən  sora  gəldik  ağamın  yanına.  Oturduğ 

söbət elədüy. Həmın adam dedi: 

– Ağa, mən bi niyyətnən gəlmişəm.  

Dedi:  

–  Demiyə  bilərsən.  Sənin  övladın  olmur.  Bu  qurudu, 



duruxdu.  

Dedi: 


– Allah sənə övlad verəcək. Amma bir şərtnən əyər sən 

özün  namaz  qılmağa  imkanın  yoxdursa,  sənin  valideynlərin-

nən  atan  və  yaxud  da  anan,  kimsə  namaz  qılsın  hec  olma-

sa.Yəni onun müqabilində. 

Dedi  ki,  ağa,  baş  üstə.  Üstünnən  3  ay  keçmişdi,  iş  yol-

daşıyığ  mənə  yaxınnaşdı,  dedi  ki,  seyid  xəbərin  var  əmi  ola-

cağsan. Deməli, Məhəmməd peyğəmbərin mövlud günü onun 

qızı  oldu.  İndinin  indisində  də  həmən  yoldaş  deyir  ki,  sizin 

övladınızdı, sizin qızınızdı. Bir neçə dəfə belə hadisələr olub. 

Atamın da, babamın da belə möcüzələri çox olub. 



 

Mir Əlican Ağanın batan maşını çıxarmağı 

 

 



Masallının uzağ  bir kəndinə babam əlil  bir qadına ərzağ, 

əlinə düşəni aparıb. Geri qayıdanda bərk yağış tutub, axşamcağı 

olub. Avtobus da olmuyub geri qayıtmağa. Söhbət gedir 1960-



 

168 


cı illərdən. Qonşu kətdən biri təzə qaz 53 maşın alıbmış. Bora-

digah  qəsəbəsinnən  qayıdanda  görüb  ki,  yolda  yağış  yağır,  bir 

yaşdı  kişi  əl  eliyir.  Deeb,  baxıb  kinayənən  ki,  mən  bu  yağışda 

səni  də  götürəcəm?  Nəsə  saxlamıyıb.  Maşın  babadan  ayrılan 

kimi  xarab  olub.  Gedib  qabaxda  dayanıb,  nə  qədər  eliyib  təzə 

maşındı  tərpənmiyib  yerinnən.  Nəysə,  deer,  belə  otmuşdum 

baxdım gördüm maşının qapısın aşdı kimsə, baxdım gördüm bu 

ağadı.  Tanımıyıb  də.  Deeb  ki,  ağa,  cəddivə  qurban  burda  niyə 

sən?  Deeb  ki,  burda  əlil  bir  qadın  var,  ona  ərzaq  gətirmişdim. 

Deeb,  bə  niyə  getmirsən?  Deer  ki,  ağa  getmir  axı.  Əlin  belə 

deer  vurdu  maşına,  dedi  ya  Allah  deməynən  maşın  xoddandı. 

Mən də ağa da mindüy maşına. O qədər həyəcannandım ki, ma-

şınnan  nə  vaxt  gəlmişəm  bilməmişəm.  Şıxlara  çatanda,  o  vaxt 

da  belə  yollar  yox  idi,  torpax  yol  idi. Yağış da  yağdığına görə 

aləm palçığ idi. Baba deyib ki, bala, girmə bura, batarsan. Bur-

dan da özüm piyada gedəcəm. Dedim, yox eee ağa, sən nə danı-

şırsan. Namazın vaxtıdı. Deer, hələ də özümə gələ bilməmişəm.  

Əlqərəz  maşını  saxladım,  baba  düşdü,  getdi  dəstəmaz 

almağa. Mən də dedim da maşını arxaya cevirim, batdı maşın. 

Elə  batdı  ki,  təkərin  axırına  qədər.  Nə  qədər  elədim  gördüm 

ki,  qeyri  mümükündü  çıxartmağ.  İndi  fikirrəşirəm  ki,  trak-

tordan-zaddan tapım bu maşını çıxartmağa. Bi də gördüm ağa 

əlindəki  suqabını  qoydu  gəldi.  Dedi,  mən  sənə  dedim  axı 

girmə  bura.  Dedi,  maşını  xodda,  dedim  ağa  maşın  xoddadı. 

Əlin  deer  ki,  maşına  vurmağnan  elə  bil  ki,  maşını  böyük  bir 

traktor  götürdü  qoydu  kənara.  Maşın  o  sürətnən  elə  gəldi  ki. 

Evə  gəldim  təzə  evlənmişdim,  ağlıyıram,  yoldaşım  baxır  ki, 

sənə noolub. Deeb heç nə ağanın möcüzəsin görmüşəm. Sora 

kimə  o  maşın  batan  yeri  göstərib  deyirdim  ki,  mən  burdan 

çıxmışam heç kəsin inanmağı gəlmirdi. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə