ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə44/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   40   41   42   43   44   45   46   47   ...   100

 

173 


Oğlanın böyük qardaşı deyib ki, bir iş var, səni aparacam ora 

barışığ  etməyə.  Nə  isə  gəliblər  ora,  deyir,  orda  mən  anladım 

ki,  məni  bura  nəyə  gətiriblər.  Ona  qədər  işin  tam  mahiyətini 

başa  düşmürdüm.  Biləndə  ki,  bu  iş  bu  qədər  dərin  məsələdi, 

orda  ev  yiyəisnə  də  qızgilə  də  demişdi  ki,  mən  istiyirəm  ki, 

siz bu işdə özünüz qərar  verəsiz. Əgər tutdurmağ istiyirsiniz-

sə, bunun cəzası budursa, özünüz qərar verin. Mənə anlatsay-

dız, heç bura gəlməzdim. Amma qızın atası durub demişdi ki, 

bu kişinin bu cür xasiyyətinə görə mən keçirəm, mən bağışdı-

yıram. Ağam demişdi ki, sən keçsən belə mən bağışdamaram. 

Bunu mənim qəlbim qəbul eləmir. 

 

*  *  * 



Demək burda təkcə babamın qəbri var idi. Bax görürsüz 

yazılıb  orda  da.  1980-ci  ildə  yanvarın  8-də  dünyasını  dəyişib, 

bir  məqbərə  kimi  var  idi  onda.  Sora  isə  1994-cü  ildə  buranın 

yeri  atıldı  və  nəzərdə  tutuldu  ki,  bura  nisbətdə  böyük  olsun. 

Ağam özü öz istəyinnən öz qəbrini qazdırmışdı hələ sağ ikən. 

Baxın  bırda  sizə  bir  şey  göstərəcəm,  bəlkə  də  heç  fikir  ver-

mədiniz bayağ. Diqqətnən baxsaz görərsiz ki, burda bir qəbir o 

biri  qəbirə  nisbətdə  2-3  sm  fərqlidir  hündürlüyündə.  Bu  da  o 

deməkdir ki, yəni özünü atasınnan aşağıda tutub. Öz qəbrini bir 

az  aşağı  hördürüb.  O  əvvəlcədən  hər  şeyi  fikirrəşib.  Həftənin 

hər 4-cü günü o gələrdi bura, atasını ziyarət eliyərdi. 

 

*  *  * 



Ağamın  yanına  hər  dərdə  görə  gəlirdilər.  Bi  dəfə  qonşu 

kətdən bi kişi gəlmidi, onun qolu çürüyürdü. Ağam ona əl çək-

məknən onun çürüməsi dayanmışdı, hələ də var o adam sap sağ-

lam  adamdı.  Bi  də  əllərdə  xırda  ziyil  filan  olardı  ha,  elə  bircə 

dəfə tüpürürdü üstünə elə onnan da səhəri görürdün ki, yoxdu.  



 

174 


Mir Kazım Ağa “Tüfəngim olaydı” 

 

Mir  Kazım  ağa  1939-cu  ildə  gəlib  bizim  kəndə.  Gülli-



təpədə  olurdı.  Ordan  gəlib  qalıb.  Qar  idi,  muharibədən  sora 

idi. Oların evinin qabağında dik var. Göydən qaz ucur, deer bi 

tüfəngim  oleydi  oon  birin  vıreydim.  Ordan  qazın  biri  ayrıldı 

gəldi,  düşdü  onun  qanşarına.  Mir  Kazım  Ağa  tutdı  dedi,  Al-

lahın  heyvanı  çıx  get.  Getmədi.  Nəğada  əlləşdi  qaz  getmədi. 

O da götürdi, gətirdi. Özü elə bizim kətdə olurdu. Onun burda 

türbəsi var, camaat ora ziyarətə gedir. Onun nəvəsi indi bizim 

axunddu. Qumda oxuyub gəlib.  



 

Söyləyicilər: 

Hacı  Mir  Qiyas  Təhməzov,  doğum  tarixi  1944,  təhsili  orta, 

Masallı şəhəri 

Musarza Əsgər oğlu, doğum tarixi 1956, təhsili ali, Mahmu-

davar kəndi 

Arif Fərzəliyev, doğum tarixi 1956, təhsili ali, Xırmandalı kəndi 

Hacı  Nüsrət  Nəsrullayev,  doğum  tarixi  1947,  təhsili  ali, 

Qızılağac kəndi 

Molla  Kərbəlayi  Nüsrət  Qızılağaclı.  Qızılağac  kəndi,  dünən 

və bu gün. B., 2003  

Ərkinaz  Ağabalayeva,  doğum  tarixi  1942,  təhsili  səkizillik  , 

Qızılağac kəndi  

Ələkbər  Ələkbərov,  doğum  tarixi  1928,  təhsili  orta,  Qızıla-

ğac kəndi   

Musarza Əsgər oğlu, doğum tarixi 1956, təhsili ali, Mahmu-

davar kəndi   

İbrahim Sadıqov, doğum tarixi 1950, təhsili ali, Seybətin kəndi   

Şabikə Bəşirova, 75 yaş, təhsili yoxdur, Dadva kəndi  




 

175 


Bulqeyis  Gözəlova,  doğum  tarixi  1947,  təhsili  orta, 

Xırmandalı kəndi. 

Nəriman  Qafarov,  doğum  tarixi1939,  təhsili  ali,  Hişkədərə 

kəndi. 


Aygul Səmədova, doğum tarixi 1972, təhsili orta, Rüdəkənar 

kəndi. 


Dilbər  Nağıyeva,  doğum  tarixi  1954,  təhsili  orta,  Bədəlan 

kəndi. 


Məleykə  Nağıyeva,  doğum  tarixi  1968,  təhsili  orta,  Bədəlan 

kəndi. 


Elxan Kazımov, doğum tarixi 1981, təhsili orta, Ərkivan kəndi.  

Ələddin Nəzərov, doğum tarixi 1957, təhsili ali, Ərkivan kəndi. 

Mir  Yaqub  Abdullayev,  doğum  tarixi  1961,  təhsili  orta, 

Bambaşı kəndi.  

Şövkət Huseynova, 50 yaş, təhsili ali, I Şıxlar kəndi. 

Mir Əli Tağıyev, doğum tarixi 1956, təhsili orta, Masallı şəhəri. 

Mir Möhsün Tağıyev, doğum tarixi 1961, təhsili ali, Masallı 

şəhəri. 


Mircənnət Rəfiyeva, doğum tarixi 1963, təhsili  orta, Masallı 

şəhəri. 


Gülüstan Şükürova, 45 yaş,təhsili orta ixtisas, Masallı şəhəri. 

Mir Qabil Tağıyev, doğum tarixi 1974, təhsili orta, Masallı 

Mir  Rafiq  Bədirov,  doğum  tarixi  1965,  təhsili  ali,  //Şıxlar 

kəndi. 


Mir Paşa Bədəlov, doğum tarixi 1972, təhsili ali, //Şıxlar kəndi. 

Məhəmməd  Abıyev,  doğum  tarixi  1927,  təhsili  orta,  Köhnə 

Alvadı kəndi. 

 

Toplayanlar: 

Füzuli Bayat 

Nuridə Muxtarzadə 

Çiçək Əfəndiyeva 



 

176 


5. ƏFSANƏLƏR 

 

*  *  *



 

Qədimdə burda qocalar varmış. Otururmuşlar burda. Ma-

rağlı məsəllər söylərmişlər. Bura karvan ticarət yolu qovşağın-

da  yerrəşdiyinə  görə  burdan  keçən  adamlar  söylərmiş.  Bura 

məsəl  söylənən  yerdi.  Əfsanədə  böyük-kiçiyliy  yoxdu.  Rəva-

yətdi toponamik əfsanələr var. Masallı ilə bağlı əfsanə yoxdu.  



 

Qızılağac 

 

Suyu  şirin  və  acı  olan  ancağ  Qızılağacdadı.  Bizdə  ona 



“Kiçik  dəniz”  deyirlər,  “Böyük  dəniz”  deyirlər.  Suyu  da  bir 

birinə  qarışmaz.  Quranda  var  ki,  deyir  suyu  acı  və  şirin  olan 

“Ərrəhman”  surəsində.  Ancağ  bizdədi  –  Qızılağacdadı.  Ora-

da,  deyir  ki,  İsgəndər  dəniz  suyu  acı  və  şirin  olan  yerdə  da-

yandı  və  orda  istirahət  elədi.  Sonra  səhər  durdu  gördü  ki,  atı 

“Bukival”  yoxdu.  Atını  oğurruyublar.  Isgəndər  dedi  ki,  əgər 

mənim atımı gətirməsöz buranı xaraba qoyacağam. Əgər gəti-

rib atımı  versöz, nə hörmət desəz, eliyəcəm. Gətirib deyir atı 

buraxırlar ki,  İsgəndər bu atı götür. Həmən o,  Qızılağac əha-

lisinə hörmət eliyir.  



 

Əli bulağı 

 

Orda var məsələn, “Əli bulaq” haqqında əfsanə. Həzrəti 



Əli  haqqında  əfsanədə  deyilir  ki,  burda  su  da  çıxır,  şirin  su. 

Allahtala Quranda deyir ki, biz insanları cəzalandırmağ üçün 

yorğun bitirdik həmin yerdə. Amma orda “Əli bulağı” deyilən 

bir yer var. Əli bulağıdı, “Alı bulağı”da deyirlər.  




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə