ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə52/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   48   49   50   51   52   53   54   55   ...   100

 

206 


Pişik gəldi 

 

Arvad  ərinə  şikayət  edir  ki,  bir  oğru  pişik  onu  zinhara 

gətirib. Kişi deyir ki, sabah evdəyəm, pişik evə gəlsə, onu mə-

nə göstər, öldürüm, canın qurtarsın. 

Günorta  yeməyi  vaxtı  pişik  oğrun  gəlib  qapı  ağzında 

pusquda durur. Arvad: – Bu  yer talış mahalıdır, pişik də talış 

dilindən  özgə  bir  dil  bilməz,  zənni  ilə  talışca  deyil,  türkcə 

ərinə deyir ki, pişik gəldi ha.  

Şübhə  yox  ki,  pişik  səs  eşidib  aradan  çıxır.  Amma “pi-

şik gəldi” məsəli qalır. Kənddə bir gizli xəbəri digərinə çatdır-

maq  üçün  bir  rəmz-zarafat  kimi  “pişik  gəldi”  deyirlər.  Bu 

zərb məsəl də belə yarandı. 

 

Gələr ahu bu kəməndə... 

 

Mahmudavarda  özündən  razı,  təkəbbürlü  adamlar  barə-



sində  Səmədxan  Talışinskiyə  sual  verəndə  bir  avaz  üstündə 

deyərmiş: 

– Gələr ahu bu kəməndə, 

Hələ bəd havadır, qoy getsin. 



 

Mirzəmmədin qocalığı 

 

Sovetleşmədən  qabaq  İrandan  bir  dəstə  quldur-basqınçı 



Mahmudavara gəlib gecə ikən Qazı Məmmədəlinin evinə bas-

qın  edib  vəzndən  yüngül,  qiymətdən  baha  əşyaları  götürüb 

aradan  çıxırlar.  Bunu  eşidən  Həmidi  Mirzəmməd  dostlarını 

cəm  edib  izə  düşür,  quldurlara  yetir,  silahlı  toqquşmada  on-

lardan  birini  öldürür,  qalanları  oğurladıqları  əşyaları  qoyub 



 

207 


qaçırlar.  Mirzəmməd  quldurların  oğurladıqlarını,  qiymətli 

əşyaları olduğu kimi gətirib Qazı Məmmədəliyə qaytarır. 

 

Qorxaq kişi 

 

Cütcü  Yusif  kişi  arvadından  bərk  qorxarmış,  arvadla 

kəlmə  kəsə,  bir  söz  deyə  bilməzmiş.  Günlərin  birində  bəlkə 

də ömründə birinci dəfə cürət edib, ağız açıb arvada deyir ki, 

acmışam,  mənə  yemək  ver.  Arvad  özünü  eşitməzliyə  qoyub 

qışqırır Yusifin başına:  

– Tez ol, nə dedin, təkrar elə, nə deyirsən?  

Yusif qorxusundan tez sözünü dəyişib deyir:  

– Baltanı ver, meşəyə gedirəm.  

Arvad baltanın yerini Yusifə göstərib deyir:  

– Get özün götür. 

Baltanı götürüb kənddən uzaqlaşan Yusif arvadının səsi-

ni  eşitmədiyinə  yəqin  olandan  sonra  bir  təpənin  başına  çıxır, 

üzünü kəndə tutub guya arvadına deyir:  

– Yemək  istəyirdim ey, balta ilə  meşəyə odun  yarmağa 

yox. 


 

Erkək kartof 

 

Xanıbəy  yemək istəyir, arvadı deyir ki,  yeməyə heç nə-

yimiz  yoxdur,  əkməyə  saxladığımız  kartofa  da  dəymək  ol-

maz.  Xanıbəy  kartof  adını  eşidib  dərhal  bir  şey  fikirləşir,  ar-

vaddan soruşur:  

– Kartofların erkəklərini dişilərindən ayırıb ya yox?  

Arvadı təəccüblənib deyir:  

– Kartofun da erkəyi-dişisi olar?  




 

208 


Xanıbəy arvadını inandırmağa çalışaraq deyir: 

– İri kartoflar erkək – artmayan, xırda kartoflar dişi artıb 

çoxalan olur.  

Beləliklə,  iri  kartofları  ayırıb  seçir,  arvada  verir,  bişirib 

yeyirlər. 

 

Qatıq dağılar – yeri qalar, 



Ayran dağılsa, nəyi qalar? 

 

Ötən əsrdə Mahmudavar xanlarının nəslindən olan Səki-



nə  xanımın  əri  həbs  olunmuşdu.  Onun  iki  oğlu  atasız  böyü-

yürdü. Səkinə xanım qardaşı Yaranaldan (General İbrahimbəy 

Talışinski)  xahiş  edir  ki,  özünün  general  rütbəsindən  istifadə 

edərək ərini buraxdırsın. Çünkü çar hökuməti generallara ildə 

bir  dəfə  bir  nəfəri  həbsdən  azad  etmək  hüququnu  vermişdi. 

General bacısının xahişini qəbul edir, əvəzində Səkinə xanıma 

məxsus  olan  Şonəkon  meşələrini  ondan  istəyir.  Yaranalın  iki 

qızı  varmış,  oğlan  varisi  yox  imiş.  Səkinə  xanım  özünün  iki 

oğlu  olmasını,  qardaşının  isə  oğlan  varisi  olmamasına  işarə 

edərək, onun artıq-tamahını görüb deyir: 

– Qatıq dağılar, yeri qalar, 

Ayran dağılsa, nəyi qalar? 

 

Övladın arzusu 

 

Tövlə  təmizləməkdən,  mal-davar  otarmaqdan,  heyvan-

lara qulluq etməkdən bezikən bir övlad Allaha yalvarır ki, bu 

heyvanları öldürsün, bəlkə canı bu əzab-əziyyətdən, xoşlama-

dığı  bu  işdən  qurtara.  Bir  azdan  fikirləşir  ki,  heyvanlar  ölsə, 

atası  təzələrini  alar,  yaxşısı  budur  ki,  Allah  atasını  öldürsün. 

Üz qoyur bu arzu ilə Allaha yalvarmağa. 



 

209 


Həsənqulu pəhləvanı yıxdı, sonra... 

 

Mir  Abdulla  bəyin  toyuna  gələn  Lənkəran  şəhərindən 

xanın pəhləvanı sayılan bir güləşçi öz gücünü, əzələlərini nü-

mayiş etdirərək,  yerli cavanları güləşə dəvət edir. Onunla heç 

bir  kəs  güləşməyə  cürət  etmədiyi  bir  anda  kəndin  güclü-qa-

mətli  cavanlarından  biri  Həsənqulu  onunla  güləşir  və  pəhlə-

vanı  bir  göz  qırpımında  yıxır  yerə.  Xan  da,  pəhləvan  da  pərt 

olurlar. Həsənquluya ikinci dəfə güləşmək təklif edirlər. O isə 

güləşmək  istəmir.  Hədə-qorxu  gəlib  deyirlər  ki,  əgər  sən  gü-

ləşməsən, xanın pəhləvanını yıxdığına görə səni tutub Lənkə-

ran  qazamatına  salacaqlar.  Həsənqulu  güləşmək  əvəzinə,  qa-

çıb  meşəyə,  orada  üç  gün  gizlənir  ki,  birdən  onu  tutub  həbs-

xanaya salarlar. 

 

Bunların arvadları ilə kim yatır? 

   

Mahmudavar mollaları bir dəfə Lerikə hüzrə gedir, ora-



da  gecələməli  olurlar.  Yer-yatağın  azlığındanmı,  qonaqların 

çoxluğundanmı, cüt-cüt  yatmaq təklif olunur. Amma bu mol-

laların əksəri cüt  yatmağa razı olmur, deyirlər ki, biz cüt  yat-

mağa öyrənməmişik. Bu yerdə Molla Qulamhüseyn deyir:  

– Bilmirəm, bu dəyyusların arvadları ilə kim yatır də. 

 

Bizim ağzımızda qatıq çalmayıblar ki? 



 

Lənkərandakı bir hüzrdən yük maşınında qayıdan molla-

lardan bir qismi Mahmudavarda düşür. Molla Əli Axund görür 

ki,  Molla  Qulamhüseyn  Axund  hüzr  sahibi  tərəfindən  qoyul-

muş zənbili də götürüb yerə düşdü, əlacsızlıqdan belə deyir:  



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə