ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə60/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   56   57   58   59   60   61   62   63   ...   100

 

238 


Bunu iki  variantda deyirlər. Bir  variantı belədir ki,  rəhmətlik 

Yadulla kişi vardı, arvad gedir Yadulla kişinin yanına ki, bəs 

ölənlərimə  bir  yasin  oxu.  Gedəndə  də  evdən,  o  vaxt  doğru-

danda  pul  az  işlək  idi,  beş  yumurta  götürür  evdən  gedəndə, 

beş yumurta da bir yasin üçün bir az aşağı qiymətdi axı.  

Kişi də məcburiyyət qarşısında qalır oxuyur  yasini. Ar-

vad  da  gedir,  xüdafizləşirlər.  Üstündən  bir-iki  saat  keçmiş, 

görürlər  pələtlərdə  oturub  söhbətləşirlər,  dokqaz  diyək,  pələt 

diyək. Genə oturub söhbət edəndə, Ağalı kişi oxumağı bilirdi, 

məlumdu  dərin  savad  sahibi  deyildi,  ama,  oxumağı  bilirdi. 

Yadulla kişidən soruşur ki, aravad sizdən gedir nə işdi?  

Deyir:  


– Bəs belə-belə gəlmişdi ki, yasin oxutmağa.  

Deyir:  


– Oxudun?  

Deyir:  


–  Əşi,  vallah  pulu-zadı  yox  idi,  pul-zad  gətirməmişdi, 

beş dənə yumurta gətirmişdi. Elə o yumurtalara görə oxudum.  

Ağalı kişi bunnan tutaşır ki, sən niyə belə eliyibsən? Beş 

yumurtaya  da  yasin  oxuyarlar?!  Sən  yasini  nə  ucuz  eliyib-

sən?!  Belə  eləmə,  düz  eləmiyibsən,  sən  səhv  eliyibsən.  Çox 

mübahisədən sora, Yadulla kişi deyir:  

–  Ə,  nə  yapışıbsan  mənim  yaxamnan,  o,  mənə  beş  yu-

murta verdi, məndə ona beş yumurtalıq yasin oxumuşam. Ba-

halı bir yasin oxumamışam. Elə qiymətinə uyğun oxumuşam.  

 

Yol böyüyündür 

 

Yazın  pöhrə  götürən  vaxtı  olub,  Allah  rəhmət  eləsin, 



atam  və  onun  doğmaca  əmisi  oğlu  var  idi.  Atam  Müfti  kişi, 


 

239 


əmisi oğlu Zöhrab kişi qonşu Təkdam kəndində, o dövrün məş-

hur  ustası,  həqiqətən  məşhur  usta  olub,  Əli  kişi  təxminən  de-

yirlər  otuzuncu  illərin  ən  məhşur  ustası  olub  olara  getməli 

olurlar.  Deyilənə  görə,  köhnə  rayspalkom  binasını  da Əli  kişi 

tikmişdi.  Bir  balaca  qohumluğumuz  da  var.  Nəsə  o,  bir  gün 

xəstələnir. Elə olur ki, atamla əmisi oğlu üz tutur İstillik deyi-

lən  yerə.  İstilə  bəzən  çandığ  da  deyirlər.  Yol  olmur,  yəqin 

müəyyən  vaxt  keçəndən  sora,  o  bitkilər  balaca  solandan  sora, 

bu İstillik üstündən cığır yaranarmış. Elə vaxtmış ki, hələ cığır 

yaranmıyıbmış,  həmin  o  yerə  gəlib  çatırlar  ki,  addımbaadım 

getməy lazım olur. Belə olur ki, yaş böyüklüyünə hörmət kimi 

kiçik əmi oğlu böyüy əmi oğluya deyir ki, buyur qabağa geç. O 

diyir get, bu deyir get. Sora böyük əmi oğlu deyir: 

- Ay Zöhrab, lazım olan  yerdə heç böyüyə  yol  verməyi 

gözləmirsən?! İndi nə məni əzizləyirsən?! Sən burdan cəngəl-

liyə salırsan məni ki, yaşda böyüksən, cəngəlliyi mən aça-aça 

gedim, sən də mənim dalımca gələsən. Hələ elə ola bilsin ki, 

ilandan-zaddan da məni vursun.  



 

Məcidin küsməyi 

 

Məcidin  küsməyindən  də  deyirlər.  Molla  Məcid  olur 



bizim kənddə, gətirirlər bunun qabağına süd yeməyi qoyurlar. 

Deyir: 


- Bu hansı inəyin südüdü?  

- Deyirlər: 

- Həyətdəki o inəyin südüdü də.  

- Bəs o, inək harda otduyub?  

Deyirlər, qonşunun bağına girib otduyub. 



 

240 


Onnan  da  səhəri  veşin-vüşün  nəyi  var,  palın-paltarların 

götürüb çıxıb gedir Təbrizə. Deyir: 

– Mən haram otdan yeyib südü sağılan, onnan da yemək 

hazırlanan vilayətdə yaşamaram!  



 

Qırx gün gecikibsən 

 

Qurban  olduğumdan  biri  təzə  uşağı  olmuş  bi  adama 



deyir ki: 

– Sən uşağına təlim-tərbiyə verirsən?  

Deyir: 

– Hə, bu gün başladım. 



Deyir: 

– Haçağ uşağ anadan olub? 

 Deyir: 

 – Qırx gündü. 

Deyir:  

– Sən 40 gün gecikibsən.  



 

Mənim uşaqlarımı belə şeylərə öyrətməyin 

 

Muşteyid həddinnən artıq savadlı adam olub. Onu birax-



meeblər  İraqdan  bıra  gəlməyə  saxleeblar  orda.  İndi  bizdə  şı-

fahi söhbətlərə görə, onun fiqh elmi haqqındakı əsərləri Sank-

Peterburqda  dərslik  kimi  istifadə  olunub.  Elə  mükəmməl 

adam  olub.  Məsələn,  onun  toxnəfsliliyi  haqqinda  bi  söz  de-

yim. Bı adam çox ciddi ehtiyac içində yaşamışdır. Lakin onun 

evinə bırdan gedənnər onçün hədiyyə aparıblar qəbul etmiyib 

hec  birini.  Hətta  belə  bi  rəvayət  deyillər  ki,  bir  dəfə  zəvvar 

olur  gedillər  bının  evinə.  Gedəndə  özləriynən  çörəy  alıllar, 




 

241 


pendir  alillar,  o  vaxtı  yemiş  varmış,  yemiş  alıllar,  qənd,  çay, 

dügi zad alıllar ki, da bı pıl zad almır qoy  mını aparağ. Apa-

rıllar, bı biyaz evə gec gəlir. Elə olur ki, verillər xanımına.  

Kişi  gəlir  evə  qonağlarnan  görüşür,  bəli  eldən  gəlibsüz 

filan xoş gəlibsüz. Söz söhbətdən sora deer sürfə gətirün, sürfə 

gətirənnən sora görür sürfədə yemiş, pendir, cörəy, qənd, çay a 

bizim evdə bə yoxdı axı hardan oldı? Qonağlar görür ki, bı kişi 

durdu  keşdi  o  gözə  arvadnan  ərəb  dilində  nə  isə  danışdı. 

Arvadı  ərəb  imiş  də  onda,  uşağları  da  ərəbcə  bilir.  (Məsələn 

oğlunun biri Qum şəhərində məllim işdiyir mədrəsədə, hərdən 

gedib  görüşürəm eliyirəm).  Qonağlar elə bilir  bi  gavara  bizim 

gəlişimizə  narazıdı  yəqin  nöş  biraxıbsan,  axı  olarda  belədi 

bıraxmıllar evə, gərək kişi özü ola evdə. (Mənim başıma gəlib 

o işdər orda.) Xüləse, bir azdan sora kişi gəlib oturub süfrədə. 

Biyazzan sora arvad alahıdan sürfiyə lavaş, şor nələrsə gətirdi, 

kişi başın salır aşağı deer, bismillah yeyin. Bı qayda belədi də 

müsəlmançılığda  ki,  yeyənə  baxmazzar.  Bəli  qutarannan  sora 

ilahi  şükür.  Deer  ki,  gəlübsüz  xoş  gəlibsüz,  həməşə  gəlün. 

Qaldı mənim evimə belə şeyləri gətirmöün, gətirdiyiüz şeyləri 

özüüznən  aparun.  Mənim  uşağlarımı  bına  örgətmöün.  Mənim 

uşağlarım  belə  şeyə  örgənmeeb.  Olar  elə  lavaş,  şor-zad 

yeməynən dolanıb və mənim qazancım da helə o qədərdi. 



 

Şeyx pişik alır 

 

Bir  gün  küçədə  gedirmiş  bı  görür  ki,  bir  dəstə  uşağ  yı-



ğışıb bı su gölməçəsinin başına birda bir qişqiriğ, hay-küydü. 

Gəlir catır görür ki, bi dənə pişiyi salıblar o gölməciyə, bı vı-

rır bi pişiy qaçır, o yana o vırır, pişiy qaçır bu yana, deer, ədə, 

ədə, vırmoun nüş öldürürsüz o heyvanı? Görür ki, bu uşağlar 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə