ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə59/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   55   56   57   58   59   60   61   62   ...   100

 

234 


türüb atıb göyə. Evə girir, görür ki, arvad tapşırıbmış ki canı-

nı.  Deeb  zalımın  qızı  öləcəymiş.  Allahı  da  özümnən  yaman 

elədim ki. Bax hadısə belə olub. 

 

İt yalağı 

 

41-ci  ildə  bizim  atamız  müharibəyə  getdi.  İki  bacı  qal-



düy. Acdığ bi yannan, yalavajdığ bi yannan. Anamın atası bi-

zi saxladı. Nənəm bi gün:  

– İt yalağınnan su içərəm, oğlum sağ-salamat müharibə-

dən qayıtsün, it yalağınnan su içərəm.  

Bəli,  atam  müharibədən  sağ-salamat  qayıtdı.  42-ci  ildə 

yaralandı, gəldi. Nənəm getdi molla yanına. Dedi:  

– A molla, mən bu cür boyun almışam.  

Molla qəyitdi dedi:  

– Ana, boyun almısan əcəb eləmisən. Ged benamaz olan 

qadınnan əyləş, xörəy ye, bu oldu sənin itün.  

Anam da getdi o deyəni elədi. 

 

Molla Hüseynlə erməni 

 

Molla  Hüseyn  Bakinin  Binə  qəsəbəsində  olurmuş.  Bi 



dəfə  sovet  dövründə,  hüzür  məclisinə  erməni  gəlir.  Erməni 

diyir:  

- Sizin ağə əfəndüzi mən pərt eliyəcəyəm.  

Müsəlmanlar deyir:  

- Pərt eliyə bilməzsən. 

Diyir:  


- Ağə əfəndi!  

- Bəli! 


Diyir:  


 

235 


–  Niyə  müsəlmanlər  öləndə  onun  ayıb  olmasın  dalına 

pambıq təpirlər.  

Diyir:  

– Pambığı təpürüy ki, nəcis olsə, kəfənə dəyməsün.  

Diyir:  

– Bəs sən erməni burda neynirsən? 

Diyir:  

– Mən müsəlmanlərnən işçi yoldəşəm. Hüzür düşdü gəl-

dim.  

Diyir:  


– Bizim Peyğəmbər meyraca gedəndə  yoli düşdü behiş-

də, gördi burdə bir erməni var.  

Dedi:  

– Bura müsəlmanin yeridü, sən burda neynirsən?  



Erməni dedi:  

  –  Mən,  dindar,  mömin  müsəlmannan  qonşu  idim.  O, 

ölmişdi, mən onun dalindən girdim qarninə. O düşdi behişdə, 

məndə onun qarnindən sıpbədən düşdim behişdə.  

  O vaxdən Peyğəmbər qayıdandan sonra dedi: 

  – Müsəlmanlar öləndə onlarin dalinə pambıq təpün, 

qoy ermənilər gəlib girməsün.  

 

Axundun müəllimə cavabı 

 

Sorə bir müəllim deyir:  



– Axund əmi! 

Deyir:  


– Bəli!  

Deyir:  



 

236 


–  Dolu  gəldi,  möminlərün,  müsəlmanların,  seyidlərün 

təğinə dəydi, bizikinə dəymədi.  

Molla Hüseyin üç dəfə müəllimə dedi:  

– Cavəb versəm kefinə dəyməz?  

Diyir:  

– Xeyr!  

Diyir:  

– Heç görübsən ki, dabağ gələndə eşşəyə, donuza dəyə? 

Dabağ gələndə, fəqir heyvanatə dəyər. Qoyinə, quziyə dəyər.  

 

Elə öz pulunu ver də 

 

Qış  günlərinin  biri  idi,  onda  da  belə  idi  ki,  camaat  top-



laşardı bir  yerə. Mənim atam da  yaşlı olduğundan ancaq bizə 

toplaşırdılar. Mənim bir  yeddi, səkkiz  yaşım var idi, bəlkə də 

bir az da aşağı olardı. Bu peç filan yoxudu, camaat ocaq başı-

na yığışardı. Ocaq başı da belə idi ki, bunun normal vəziyyəti 

üç  adamlıqdı.  Mən  də  uşaq  olduğumdan  xeyli  kənarda,  evdə 

belədi  ki,  üç  beşə,  dörd  beşə  otaqdı.  Bir  saat  ikiyə  qalmışdı, 

hələ dağılışmamışdılar. O  vaxt da noxud qaynadırdılar.  Tele-

vizor  zad  yoxudu,  noxud  qaynadırdılar,  boranı  qaynadırdılar. 

Həm də bular söhbətə şirinlik qatardı. Bizim bu dağların, talış 

dağlarından gələn girdəkan varddı, girdəkanlar da bərk olardı, 

çox möhkəm girdəkanı var idi.  

Bir səs gəldi, Allah cəmi ölənləri rəhmət eləsin, ev sahi-

bi  çıxdı  səsə.  Gördü,  indi  rəhmətə  gedib  Yavər  kişi,  nə  isə, 

bunun belə bir işi olur ki, guya bunu vəzifəyə dəvət eliyirlər, 

bunun  da  nə  bilim  yüz  manatı  olur,  nətər  deyirlər,  beş  yüz 

manat pul lazım olur buna. Deyillər ki, səhər səkkizdə beş yüz 

manatı  versən, səni götürəcəyik  işə,  yox  yubatsan, bir başqa-



 

237 


sını  götürəcəyik.  Buna  belə  deyiblər.  Bu  da  çox  and-aman 

eliyir  ki,  əşi,  yüz  manatı  alın  qalanın  da  nə  vaxtsa  düzəldib 

gətirrəm.  Deyirlər  yox,  sabah  səhər-səhər  gətirməlisən  beş 

yüz manatı. Belə oldu ki, bu da gəldi məclisə çıxdı, indi məc-

lisə təzə adam gəlib dənə, görüşdülər elədilər. Bu dedi, mənə 

təcili pul lazımdı səhər verəcəm. Verəcəm də, bir işə görə ora 

verəcəm, biri də sənə qaytaracam. Düzdü, təhsili yox idi, ama, 

dünya görüşü var idi. Dedi:  

– Vallah, əmi, arxayın ol, sənin pulunu qaytaracam.  

Sora  qağam  çox  and-aman  elədi,  əşi,  belə  demə,  səhər 

sən  ona  pul  aparacaqsan  da!  Daha  mənim  pulumu  hardan 

verəcəksən?!  

Dedi:  

–  Yox  əmi,  başladı  and  içməyə  ki,  Allah  haqqı,  imam 



haqqı pulu qaytaracam. Gecə də saat üçdü.  

Rəhmətlik kişi dedi:  

- Quk qulu qu, səhər açıldı, Yavər ver pulu!  

Dedi: 


- Oğul yalan danışma, belə, yaraşığlı yalan danış. Denən 

iki  günnən  sora  verəcəm,  beş  günnən  sora  verəcəm,  ya  nəsə 

satıb verəcəm. Sən elə deyirsən! Doğurdan da pulun varsa, sə-

hər  verəcəysənsə,  elə  öz  puluu  verdə.  Daha  mənim  pulumu 

niyə verirsən?!  

 

Beş yumurtalıq yasin 

 

Günlərin bir günü kətdə bir yaşlı qadın, Xanımcahan ad-



lı  bir  arvad,  o  günlərdə  daha  belə  idi  dənə,  inək  süd  vermir-

disə,  ya xəstəlikdənmi,  ya hansısa səbəbdən, belə olur ki, bu-

nun  inəyi  hürkür,  sağmağa  qoymur.  Gəlir  dua  yazdırmağa. 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə