ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə67/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   63   64   65   66   67   68   69   70   ...   100

 

262 


lalarnan  göndərmişdilər  atamı  İrana.  Təbliğatdı  də  eləmişdi 

Stalin. Onnan sora atam gəldi. Haman indiki məçid anbar idi. 

Taxıl-zad  tökürdülər.  Sora  taxılı-zadı  təmiziyənnən  atam  gə-

lib o məçidi açdı. Onnan sora o məçiddə bir neçə il İmam Hü-

seyn təzyəsin keçirtdilər. 

 

*  *  * 



Anamızın  atası  Balaca  Kolatannan  evlənib.  Oda  orda 

dərs  alıb.  Deməli,  o  orda  evlənib  Ərəb  qızınən.  Bu  Ərəb  qı-

zınnən bizim anamız olub.  Anamızın atası bizim atamıza de-

yir ki, day bu qızı başqasına yox, sənə verək. Atamızda qəbul 

eliyir, onu alır. 59– cu ildə atamız vəfat eliyir.  

 

*  *  * 



2 dənə Malakan var: Biri Göytəpə Malakanı, biri də Ka-

linovka. Kalinovkada heç malakan qalmayıb. Göytəpədə ma-

lakanın 2-3 dənə qala-qalmaya. Bizim evin qabagında iki me-

şənin arasınsda orada Mollahəsənli torpagı sayılır. 26 hektar-

lıg yer var. Elə bil külqabıdı. Hər dəfə oranı şumlyanda ordan 

saxsı qablar çıxır.  

Stalinin  vaxtında  o  səngərdən  bu  səngərə  gedəndə  o 

vaxt çox acdığ idi. Mən arxa cəbhədə briqadir işləyirdim, əs-

gər getməmişdim, onda mənim 20  yaşım vardı. Şunametr de-

yirdilər  Məsələn,  hər  metirdə  100  qr.  O  vaxtı  bilmədən  elə-

mişəm 150 gr. Bilməmişəm quruyannan sora çəkmişəm. Mə-

sələn, bunun müqabilində buğda gətirdim, toninan. 5 min ton 

olmalı idi . Olub 6 ton. Payızda götürəndə nəm olur axı. Mən 

6 ton buğda ğötürmüşəm axı. 5 min vermişəm buğdadan 1ton 

artığ qaldı. Bunun atası dedi:  



 

263 


–  Otur,  bala,  səbr  elə,  Allahın  dostu  səbr  eliyən  olar. 

Nəryədnən, şundametrnən olan şeydi. 

Dedim:  

– Nağayrağ mıni. Novruz əmi, əziyyətin özüm çəkəcəm. 

Hər  kəs  nə  qədər  şundametir  çəkər  qalan  buğdanı  böləcəm. 

Kimə nə qədər düşəcəy gecə aparıb hamıya paylıyacam. Mən 

qalan 1 ton buğdanı gecənən 5 kilo -10 kilo payladım, arxayın 

oldum.  


 

*  *  * 


Allah rəhmət eləsin. Hikmətin atası Hacı Maliki, onun ba-

bası  Allah  rəhmət  eləsin.  Babalı  kişini.  Babalı  kişi  özü  avam 

adam olub. Quran oxuyan olub. Amma savadı olmuyub. Gəlib-

lər  ki,  əsgərlikdən  qaçan  var imiş.  Səlyandan gəlib, buda çıxıb 

damda  gizlənib.  Axundda  gündüzlər  damda  qalarmış.  Gecələr 

düşüb  Babalıgilin  üst  evində  qalarmış.  Alt  evində  Babalı  özü 

qalarmış. Bir gün rəhmətlik Axund orda damda gizlənib otların 

arasında,  gəliblər  ki,  bu  adamı  gəzməyə.  Neftçalalı  ilə  Axun-

duda  tutublar.  Axunduda  ki,  tutublar  gətirsinlər  Allah  rəhmət 

eləsin yaxşı insanlara. Alişan müəllimin atası Fəyyaz olub – iki 

qardaş  olublar.  İndi  Köçəklidən  çıxardıblar.  Həsəniyə  tərəf 

gətirirlər. Ordan gələndə rəhmətlik İsrafil yeriyir irəli deyir:  

–  Axund,  KKB  bizim  qabağımızda  gedir.  Biz  yerimizi 

dəyişmək bəhanəsi ilə sənin arxanı boş qoyacayığ. Sən özüvü 

at bu qamışlığa qaç.  

Axund  rəhmətlik  deyir.  Bunlar  yerlərini  dəyişməyinən 

mən özümü atım sanduxa, o getməynən getdi. Birdən hər yer-

də oxşama deməy ağlaşma Axund ölüb. Getdi Neftçalada  ya-

şadı  aralığa  gətirib  çıxmasına  o,  Mikayıl  kişi  Allah  rəhmət 

eləsin, o səbəb oldu. Süleyman oğlu Mikayıl oda Rayspalko-




 

264 


mun burda müavini işliyirmiş. Belə bizlərdə haqq sevər yaxşı 

insanlar olub. Allah rəhmət eləsin. Şeyx Bəşir, bizim bu Ərki-

vanda bir Mir Bəşir olub. Şeyx Bəşir Axund Nəcəf alimi olub. 

Şeyx Bəşir Axundu axtarırlar. Tutmağa gəlib çıxırlar Mir Bə-

şirgilə. Mir Bəşir də seyid babası olub. Deyirlər ki, Mir Bəşir 

deyir,  mənəm,  kişini aparıb  salıblar zindana əzab-əziyyət eli-

yiblər. Mən Bəşirəm, Mir Bəşir demiyib ki, axund mən deyi-

ləm, deyib qoy Axund sağ qalsın. Belə fədai insanlar olubdur. 

Mir  Bəşirin  sonradan  məndə  məktubuda  var.  Həmin  Şeyx 

Bəşir Axundun həmən biz toplum  yığırıq ki, kitab halına sal-

mağa.  Bu  insan  dörd  dəfə  epillasiyaya  uğruyub.  Var-dövləti 

izzəti hamısı əlinnən gedib. Belə işlərdə bunu  yaşatmağ gələ-

cək nəslə lazımdır. Məsələn,  yetmiş beş dənə Nəcəf alimləri-

nin adlarını çəkib birbəbir. Bayaq dediyim kimi Fikrət müəl-

lim deyir ki, atam  yaxşı bilərdi, kaş bu  vaxt tez gəlib  tez ge-

dəydi. Yəni burda ged-gedə tariximizi unuduruq.  

Gələcək nəslimizi unuduruq. Hələ bir dənə Ərkivanda Al-

lah  rəhmət  eləsin  on  yeddi  dənə  Nəcəf  alimi  olub.  Ərkivanda 

rəhmətlik Molla Qulami axund olub. Allah rəhmət eləsin. Molla 

Qulami Axundun yanına biri gəlir, kəbin kəsdirməyə bu arvadın 

əri  varmış.  Əri  ola-ola  kəbin  kəsdirir  başqası  üçün.  Buna  ki, 

deyirlər  bunu  sən  etmisən,  qaçır  özün  atır  quyuya  öz-özünü 

öldürür.  Niyə  mən  belə  səhv  eləmişəm.  Allah  rəhmət  eləsin 

Lənkəranda  olub  Molla  Qulaməli  Axund.  Mollaları  tutdu-tutdu 

özünü vurur dəliliyə. Oturarmış pul  yığarmış. Durarmış atarmış 

pulu  guyə,  ay  Allah,  ay  Allah  neynürdün  bu  qədər  camaatı 

yaratdun.  Yəni  bu  yolnan  özünü  saxlıyıb  türməyə  düşmüyüb. 

Yetmiş  beş  dənə  bizim  burda  Nəcəf  alimlərimiz  olub.  Həmən 

Nəcəf alimlərinin başına qan işləri gətiriblər. Onların əksəriyyəti 

gedib Nargin adasına tökdülər.  Allah  lənət eləsin. O,  vaxtı  Mir 




 

265 


Cəfər  Ağananın  onun  tədbiriynən  onun  göstərişiynən  ki,  Nəcəf 

alimlərinin kökü kəsilsin. Çox sözlər var.  

 

*  *  * 


Atamın  da  dindar  öz  atası  olub.  Çox  dindar  olub.  Sovet 

dövründə  sovet  hakimiyyəti  qurulanda  Masallıda  Nəcəfil  Əş-

rəfdə oxuyan 112 şeyxin siyahısını tuturlar. Bunların hamısını 

sürgün eləmək uzaqlaşdırmağ üçün. Bu mənada Masallının Ça-

xırlı  kəndində  Şeyx  Rəhmət  axund  bu  da  öz  dövrünün  alim-

lərindən  idi.  Bu  alimi  müəyyən  adamlar  çıxardırdı  ki,  o 

siyahıda adı getməsin. Bu da gəlir babama sığınır. Babam buna 

şərait  yaradır  Masallının  Köçəkli  kəndində  öz  evində  bunu 

gizlədir.  Deməli,  bu  ərəfələr  də  bunların  başına  çox  hadisələr 

gəlir.  Hətta  bir  nəfər  deyir  ki,  Babalı  sənin  Şeyxi  saxladığını 

bilirik.  Bu  xəbər  NTB-yə  çatsa  səni  gülləliyəcəklər.  Babalı 

deyir  ki,  mənim  üçün  xoşdur.  Deyir,  ailəvi  uşağuvu  o  mənim 

üçün xoşdur. Sənə görə dakument var əlimdə. Deyir, necə sə-

nəd  olar  o  sənədnən  də  ölənə  qədər  gedərəm  Peyğəmbərin 

yanına deyərəm, ya Peğəmbər, bir Şeyxi qoruduğum üçün mə-

ni  şəhid  elədilər.  Ailəmi,  uşağımı  ailəmdən,  uşağımdan  keç-

dim. Əgər mən Kərbəla müsübətində oğlun Hüseynin  yanında 

olsaydım onun qeyrətini çəkərdim. Bu cür bu Şeyxi saxladı.  

Şeyxi  saxlamaq  onun  ailəsini,  uşağını,  mal-qarasını  da 

öz evində saxlıyırdı. Deməli, bir gün Şeyx üçün ot tayası qo-

yur qışa hazırlıq işləri görür. Şeyxin xanımı Fatma nənəni qal-

dırır tayanın üstünə özü aşağıdan otu  verir nənə  yuxarıda otu 

yığır.  Bəzən  otu  ala  bilməyəndə  yuxarıdan  ot  düşür  babanın 

başına  saqqalına  yapışır  tərli  adama  yapışır.  Hirslənir  babam 

deyir ay Fatma alda bu otu. Bunu evin damında gizlənən Şeyx 

eşidir,  Şeyx  hirslənir.  Axşam  vaxtı  babam  yenə  Şeyx  üçün 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə