ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə63/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   59   60   61   62   63   64   65   66   ...   100

 

250 


Süleymannan  güləşib.  Sarı  Süleyman  özü  qağamı  şagird  gö-

türürmüş  ozünə.  Deyib  gəl  mənnən  işdə,  qağam  deyib  yox. 

Qumarı qoyub gedərdi heç. Ancax düzgün adam idi. Cox düz 

danışan  olub.  Oturardı  məsəl  evdə,  biri  vırıb  birini  öldürüb 

qan  düşüb,  ya  məsəl  hayatınnan  tiryək,  xaşxaş  tapıblar.  Du-

rardı gedərdi 3-4 il iş veriləcək də filankəsə işi bağlıyardı gə-

lərdi. Bir kəlməsiynən davalılar barışardı. Girdiyi qapıda sülh 

kəsərdi. Belə kişi idi. Qocu idi də. 

Cox  namıssı  qiryətdi  idi.  Muharibə  vaxtı  qağam  qa-

cağtutan olub.  At  veriblər, belinə qatar, beşacılan, tufəng  ve-

riblər. Veriblər bi qacağları tuturmuş, muharibədən qacıb giz-

dənənnəri  tuturmuş  verirmiş  təhvil.  3-nü  deer  tutdum  təhvil 

verdim  bi  dənə  orden  deer  vurdular  burama.  Deer,  bi  at  ve-

riblər  mənə qara atdi  vallah at deer əlləri üssə  qalxır. Biri də 

deer ailəsinin az qalıbmış doğmağına, gəldim deer bını güdə-

güdə  gördüm  deer  bı  evdədi.  Gəldim  yavaşca  qapını  açdım 

girdim icəri. Deer dik qalxdı ayağa. Arvadı yaylığını açdı atdı 

ayağımın  altına  kı,  sən  gəl  mənim  ailəmi  aparma.  3-4  günə 

azad  olacam.  Mənim  onnan  başqa  hec  kimim  yoxdu.  Yetim 

adamam.  Mən  bına  gümannıyam.  Baxdım  baxdım  deer,  de-

dim insandı dana. Əgər bı gedərsə vətəni qorumağa elə bu da 

vətəninin  adamıdı  də.  Deer,  dedim  mən  səni  ələ  vermərəm. 

Amma biz 2 yoldaşıq o da mənnəndi. Adı Mirzədi. 

Nəisə  üssünnən  4-5  gün  kecdi  səhər-səhərdi,  atı  minmi-

şəm. Hələ hava tam işıxlaşmıyıb. Gedirəm deer. Yer də deer əl 

naziklikdə  buzdu.  Atı  sürdüm  bizdə  cay  var  Adıgözəldi  adı. 

Helə ora az qalmışdım, gördüm bi dənə atlı qabağında bi arvad 

gətirir. Arvad da buracağ tumanının ətəyini, tutub əlində gəlir. 

Yer  buz,  deməynən  3-cə  gündü  azad  olubmuş.  Mən  də  deer 

ayrı  yerə  getmişəm  qacağ  tutmağa.  Bılardan  xəbərim  yoxdu. 




 

251 


Hə  bi  də  gördüm  atın  qabağında  Mirzə.  Ayə,  bu  nədi  dedim. 

Ağlım başımnan çıxdı. Ayə, bı nağayrır? Gəl ha gəl, gəl ha gəl 

gördüm  əəəəə  bu  həmin  qadındı.  Suyu  keçdim.  Dedim,  əəəə, 

bu  kişilikdəndi?  Bu  arvadı  neynirsən,  sənə  deyiblər  kişini  tut, 

bu arvadı neynirsən. Deer, dedi əmi belə başaa dönüm, ayağıın 

altında ölum sən də məni bağışda 3 gündü azad olmuşam.  

Dedim:  

– Ə, sən nə təhər adamsan.  

Bunu deer hərbələdim. Qolumun pencəyini belə elədim 

ki,  əli  əlimə  dəymısin.  Bala  Allahın  da  yanında  üzüm  ağdı 

bəndənin də, pencəyimi belə elədim, dedim bala yapış mənim 

əlimnən. Yapışdı burdan deer götdüm atdım atın tərkinə.  Ata 

bi qırmanc, aman çəkmədi ki, hazır olduğ bunnarın hayatında. 

Hey deyərdi bala o uşaxların səsi  mənim qulağımnan getmir. 

Biri  3  yaşında,  biri  2  gündü  doğulub.  İkisi  də  nətəri  ağlaşır, 

mələşir. Uşağın səsi beynimə girdi.  

Dedim:   

– Tfuuu nəhlət olsun sənə, sən nə yava adamsan.  

Bala düş atdan, bıni düşürtdüm.  

Mirzə bunu görndə:  

– Paşa səni tutduracam dedi.  

Getdim deer Masallıya rayona, gördüm ordadı. Gördüm 

oturub  mənnən  döşüyur.  Mən  əhvalatı  olduğu  kimi  də  danış-

dım böyükümüzə. Danışan kimi kişi qalxdı yerinnən hax-tfuu 

üzünə. Hec ölürsən? O nədi, əəəə, 2 körpənin sən anasını gəti-

rirsən  mənə  təhvil  verməyə,  salaq  türməyə  o  2  körpəyə  kim 

baxacaq?  

Nəisə  qacaxlardan  2-ni  tutdum  verdim,  bunu  isə  ələ 

vermirəm. Deer, dedim səni ələ vermirəm ailəvi, uşağıvı sax-

la.  İnan  deer,  az  qalır  uzana  ayağımın  altına.  Belə  oldu  ki,  o 




 

252 


Mirzə gedir deer ki, Paşa qacaxları görür tutmur. Deer, dedim 

ayə  mən  4  qacax  tutmuşam  sən  hec  bir  dənə  də  tutmamısan. 

Deer,  yox mən tuta bilmirəm,  sən qacırdırsan.  Nə isə  ikimizi 

də tutdular. İkimizə də iş verdilər. 6 il ona verdilər, 5 il mənə. 

Getdik türməyə. O orda öldü. Mən isə qayıtdım. 

Qağam  rəhmətdik  öləndə  də  onnan  1  gün  qabaq  gedib 

bazara.  Bazarın  icində  də  hamam  var  idi.  Orda  yuyunardı. 

Təmizkar idi. Həm də yaraşıqlı idi. Hə gedib hamamda yuyu-

nub  gəlib  qatığ  alıb,  deyib  arvad  bunnan  doğa  bişirərsən,  ar-

vad  da  səhər  durub  doğa  bişirib.  Balığ  bişirib.  Məscidə  də 

gedib namazını qılıb, surfanu səriblər, hamı gəlib, gəlin, oğul, 

hami oturub yeyiblər günorta. Deyib:  

–  Hə,  arvad  hərif  haxlıyıb  məni.  Dur  məəm  yerimi  sal. 

Sən  görmürsən,  mən  görürəm.  Dur  mənim  yerimi  sal.  Arvad 

deeb,  əşi,  özüü  itiribsən  nədi,  deeb  sora  Molla  Yusifi  çağır, 

uşaxları yığıb yanıma.  

Arvad heç bilmiyib kimə deyə. Deer, həmişəki kimi bu-

nun  yerini  beləsinə  saldım,  belə  baxdı  deer  gülümsədi.  Deer, 

dedi  arvad  dünya  görübsən,  sən  tək,  mən  də  ölü  bu  yeri  kim 

döndərəcək?  Mən  ağzı  qibləyə  ölüm  də,  tərsiyə  yox.  Arvad 

deer məəttəl qaldım. Bunun yerin döndərdim üzü qibləyə. So-

yundu,  adicə  ağ  dizzig,  ağ  köynək  geyindi,  girdi  yerə.  Dedi, 

molla Yusifi çağır. Çıxdim çölə uşax  tapıb molla Yusifə  yol-

luyum. Gördüm bıy molla Yusif yolnan gedir. Çağırdım, a ba-

la,  sən  Allah  bura  gəl,  əminin  kefi  yoxdu.  Gəldi.  Kişi  dedi, 

mənə yasin oxu. Molla dedi, əşi, sən də nə var e, dedi oxu sən 

görmürsən,  mən  görrəm  bıdə  mənnən  üzbəüz  dayanıb.  Ay 

əmi, nədi? Sən görmürsən o hərifi. Yasinin birini oxudu. Əlini 

deer,  bele  eledi  ki,  birini  də  oxu.  Birini  də  oxuyanda  yarıya 

çatmışdı ki, kişi öldü. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə