ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə65/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   61   62   63   64   65   66   67   68   ...   100

 

256 


igiddiklər  göstərib.  Ona  sovet  ittifaqı  qəhrəmanı  adını  verməyə 

az  qalmış,  rus  dilini  bilmədiyinə  görə  vermiyiblər.  O  vaxt  rus 

kamandirrərdən  biri  bizim  kətdə  kəççinin  birini  rusca  bilmədi-

yinə görə silahı cıxardıb vurmağ istiyəndə Əhmədağa kişi deyib:  

– Ə kopoyoğlu, mənim kəççimi vurursan?  

Həmin zabiti  vurub. Onnan sora da rəhmətdik  nə qədər 

cəhd  eliyib  sənəddərin  düzəltməyə  öz  hakkını  qaytarmağa 

alınmadı. 

Həsənli  kəndi  azərbaycanda  çoxdu.  Xüsusilə  şimali 

Azərbaycanda.  Amma  bizim  cənub  zonasının  tarixinnən  üst-

üstə  düşür.  Həsən  bəy  gəlib  bura,  Cənubi  Azərbaycanın  Sul-

duz vilayəti olub, o ordan gəlıb. Burda bina eliyib 12 qəməran 

yeri. Qəməran torpağ sahiblərinə deyiblər o vaxtı. Yığıb oları 

başına  12  nəfər.  Püşk  atma  yolu  ilə  bəylik  qazanıb.  Sora  da-

vam  etdirib  onun  nəsli  kökü  bu  ənənəni,  kəndi  idarə  ediblər. 

İndi kənd 300 ildən artıq bir tarixə malikdir. 

 

*  *  * 


Puşkatma  mərasimi  qabağ  belə  olardı.  Primitiv  şəkildə. 

Tayfanın  nə  qədər  adamı  varsa,  onun  sayına  görə  uyğun  qoz 

yığıllarmış  torbaya.  Səsvermə  ancaq  qoznan  bildirilirdi.  Mə-

sələn, torbalar qoyulub ora. Sənin torbana nə qədər qoz atılır-

dısa o səsi qazanırdı. Qoz da torpağ sahiblərinə verilirdi. Hər 

adama  yox.  Olar  da  istədiyi  torbaya  atıb  səs  verillərmiş.  Ya 

torba  olarmış  ya  sərinc.  Bizim  babalarımızdan  biri  Kəlba 

Mahmud olub. 2 dəfə qazı secilib. Demək, bir qəlyanı varmış, 

bir  mahud  cuxası,  bir  də  samovarı.  Arvad  buna  yandı  qındı 

verirmiş  ki,  sənə  dedim  ki,  yığginən  malı  dövləti.  Yığmadın. 

Elə  belə  də  qalacağsan.  Deer,  arvad  darıxma.  Bir  neçə  ildən 

sora camaat  yığışır bunu  yenə qazı  seçillər. Yenidən bu seçi-




 

257 


lir. Deyir, arvad, gördün? Düzgünlük həmişə qalib gəlir. Xal-

qa nə qədər xeyir versən köməklik eləsən xalq itirməz. 

 

*  *  * 


Qızılağac!  Bu  ad  haqqında  çoxlu  rəvayətlər  söylənilib. 

Ancaq ad iki məfhumla bağlıdır. Biri qızıl-sərvət, dövlət, o biri 

ağac,  uca,  əzəmətli,  vüqarlı.  Bu  kənd  həmişə  nəzər  nöqtəsi 

olub. Qızılağac və cənub bölgəsi üzrə ən qədim məlumatı  yu-

nan tarixçisi Heredot, çoğrafiyaşünas Starabon verib. Ptolome-

yin  hazırladığı  xəritədə  Xəzər  dənizinin  sahilində  Qızılağac 

şəhəri gösrərilib. O qeyd edib ki, Qızılağac şəhəri Viləş çayının 

Xəzərə  töküldüyü  yerin  qərb  sahilindədir. Heredot  və  Strabon 

öz əsərlərində Qızılağacın Midiya ərazisində yerləşməsini qeyd 

edilər.  Makedoniyalı  İsgəndərin  vaxtında  Qızılağac  Midiya 

dövləti  tərkibində  olmuşdu.  Bunu  Plutarx  özünün  “İsgəndər 

Zülqərneyn”  əsərində  işıqlandırıb. O,  yazır  ki,  İsgəndər  Dara-

nın vaxtında İrana hücum etmiş və Daranı məğlubiyyətə uğra-

daraq ( e.ə.331-ci il) onu həlak etmişdir. İsgəndər bu qələbədən 

sonra öz adamları ilə Hirkana (Lənkaran ərazisindədir) gəlmiş, 

oradan  Qızılağaca  gəlib  Nefcalaya  getmişdir.  İsgəndər  uzun 

müddət Nefçalanı mühasirə şəraitində saxlamışdır. 

 

*  *  * 



Kəndxudaya  talışlar  qısa  şəkildə  “kətto”  deyirlər.  Mah-

mudavarda kəndxuda seçkisi ədalətli, düzgün aparılırdı, o, heç 

də  yuxarıdan  təyin  olunmurdu.  Xankişi  Kişiyev  nəql  edir  ki, 

Mahmudavarda  kəndxudalıq  vəzifəsinə  namizədi  ağsaqqallar 

özləri  irəli  sürürdülər.  Seçki günü  bütün  kənd camaatı,  əsasən 

yaşlılar bir yerə toplaşır, göstərilən iki nəfər namizəddən birini 

seçmək üçün ortaya iki qoduş (süd sağılan qab) və yanında da 



 

258 


bir zənbil qoz qoyurdular. Hər kəs kimin kəndxuda seçilməsini 

istəyirdisə, bir qoz götürüb həmin namizəd üçün nəzərdə tutu-

lan qoduşa atırdı. Axırda qoduşlarda  yığılan qozları sayırdılar. 

Hansı  namizədin  qoduşuna  daha  çox  qoz  yığılırdısa,  o,  kənd-

xuda seçilirdi. Bu seçki üsuluna ciddi nəzarət edilirdi. Seçkilər 

müəyyən müddətə keçirilirdi, əgər kəndxuda özünü doğrultma-

saydı,  növbədənkənar  seçkilər  keçirilərdi.  Beləliklə,  hər  yeni 

seçilən  kəndxuda  çalışırdı  ki,  müəyyən  qrupun  mənafeyini 

deyil, əhalinin böyük əksəriyyətinin mənafeyini müdafiə etsin. 

İndiki  kəndxudalar  rəiyyətlə  çox  vaxt  hesablaşmır,  bilirlər  ki, 

onu aşağıdan deyil, yuxarıdan təyin edirlər.  

 

Xanlar da ədalətli idi 

  

Tarix kitablarında xanlar və bəylər həddən ziyadə tənqid 

edilir, onları az qala dünyanın ən qəddar zümrəsi kimi qələmə 

verirdilər. İxtiyar babalar qaynaqlarda göstərilən faktlarla heç 

də  tamamilə  şərik  deyillər.  Onlar  hakim  sinfin  istismarçı  ol-

masını təsdiq etsələr də, bunu da qeyd edirlər ki, xanlar, bəy-

lər və kəndxudalar xalq malını  yeyib dağıdan indiki bəzi rüş-

vətxor və bacarıqsız təsərrüfat rəhbərlərinə nisbətən daha əda-

lətli olub, iqtisadiyyatı daha  yaxşı idarə edir, əkinçilik  mədə-

niyyətləri də yüksək idi. 

 

Mir Abdulla xan rəiyyəti sevirdi 

 

Yüz  yaşlı  Seyid  Hüseyn  Həsənov  Mahmudavarda  yaşa-

yan  Talışxanov-Talışinskilər  nəslini  yaxşı  tanıyır,  o  dövrün 

canlı  şahidi  idi.  O  nəql  edir  ki,  Talışinskilər  nəslindən  olan 

xan-bəylər arasında hümanist, rəiyyəti sevənlər az deyildi. On-

lardan  biri  Mir  Abdulla  xan  Talışinski  idi,  o,  rəiyyəti  sevən 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə