ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə68/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   64   65   66   67   68   69   70   71   ...   100

 

266 


dəstəmaz  suyu  aparır.  Azan  vaxtı  babam  yenə  Şeyx  üçün 

dəstəmaz suyu, yemək aparır. Şeyx deyir:  

–  Babalı,  səhər  arvadımın  üstünə  qışqırdığını  eşitdim. 

Bu çəliyi əsanı elə vuraram başına başın partdıyar.  

Babam bir söz demir düşür gedir. Babam gedəndən son-

ra  Fatma  nənə  deyir  ki,  a  kişi  bu  bütün  ölümü,  ailəsini,  uşa-

ğını ölümünü gözə alıb, bizə evində sığınacağ verib. Mənnən 

böyükdü  mənim  üstümə  qışqırıb  onu  mən  keçirəm  sən  həzm 

eləmirsən bu sözü.  

Deyir:  


– Arvad, düz deyirsən.  

Səhər  tezdən  sübh  azanında  yenə  babam  su  götürür, 

dəstəmaz  suyu,  qalxır  Şeyxin  yanına.  Şeyx  bunu  görür  deyir 

ki, sən məndən  yaxşı kişinin oğlusan. Səhər tezdənnən qalxıb 

yanıma  mənə  xidmət  üçün  gəlmisən.  Deyirsən  Şeyx  sabahın 

xeyir, ancağ inandırım sən mənim evimdə qaçağ olsaydın səni 

o sözüvə görə aparıb NKV– də yatızdırardım bu sözüvə görə. 

Bu o kişilərin özünə məxsus hərəkətləri idi.  

 

*  *  * 


Günlərin  bir  günü  NTB-də  əsgərlər  kəndə  girir.  Kəndə 

girəndə babam başa düşür ki, bütün hər yeri axtaracağlar. Dər-

hal  özü  girir  süpürgənin  altına,  evdə  də  Şeyxi  tapmaq  üçün 

evin damına çıxırlar. Siz hay salın mən çıxacam süpürgənin da-

lından.  Süpürgədə  çöldən  yığılıb  satmaq  üçün.  Çöldə  yabanı 

kökündən  bitən  süpürgələrdir.  Girir  babam  gizzənir  onun  al-

tında. Əsgərlər evin damını axtarmaq istiyəndə qadınlar hay sa-

lır. Babam süpürgənin altında. Baxırlar görürlər saqqallı zaddı 

bir  qoca  kişi,  tuturlar  babamı  gətirirlər  ki,  bəs  sən  Şeyxsən. 

Deyir,  yox,  mən  Babalıyam  bunu  tanıyanlardan biri  iki  nəfəri 




 

267 


çağırırlar  deyirlər  bu  kimdi?  Deyirlər  Babalı.  Bəs  Şeyx  Rəh-

məti tutmalı idi, əsgərlər bunu niyə tutub? Deyir mən əsgərləri 

gördüm  kəndə  girəndə  qorxudan  getdim  süpürgənin  altında 

gizləndim.  Bu  proses  zamanı  da  Şeyxi  damdan  düşürdürlər. 

Dəyişirlər, bu bir bəhanə idi, Şeyxi gizlətmək üçün.  

 

*  *  * 



Ağa  Palaz  oğlu  varmış.  Sımavara  kömür  atarmış.  Kö-

mür başdıyarmış  yanmağa, sımavar səs verir axı. O səsə bəm 

tutarmış, not tutarmış, oxuyarmış muğamı. 

Sora  aşığ  sapı  kəsib  ortalığdan  siqaretin  kağızı  yoxdu, 

“Avrora”nın  kağızı  onu  qırarmış,  onnan  zü  tutarmış,  oxuyar-

mış. 


İndi Masallıda aşığ yoxdu. Atabala idi, getdi rəhmətə. 

 

*  *  * 



1918-ci ildə Sığınacaq Çaxırrıda ermənilər olub. Erməni 

qızdarı  hətta  gül  əkərmişdər.  Ermənilər  də  yaşayıb  burda  ta 

1918-ci  ildə  Nuru  paşanın  qoşunları  gələnə  kimi  ermənilər  at 

oynadıblar burda. Burda Nikalay yolu deyiblər, bu Prişiv yolu, 

Kalinovka  yolu.  Burdan  rus  daşnaq  birləşməsi  gedirmiş  ca-

maatı qıra-qıra. O yol bura yaxındı. Burda Məmmədalı adında 

bir adam olur o vaxtı. Yaxşı natiq olub o. Həm də ona türklərin 

generalı deyillərmiş. O deyib ki, mən imkan vermərəm ki, er-

mənilər bizim yurddan keçsinlər. O atəş açıb ermənilərdən biri-

ni vurub. Onnan sora olar da əvvəl məscidin güldəstəsin, sora 

isə kəndi yandırıblar. Camaatın çoxu qaçıb dənizə tərəf, yarısı 

meşəyə.  4-5  aydan  sora qayıdıb  gəliblər. Demək,  martda  olub 

hadisə,  oktyabrda  qayıdıblar.  O  zamana  qaçaqaç  deyirdilər. 

Xırmandalı camaatı da qaçaqaçda çox əziyyət çəkib.  




 

268 


*  *  * 

Acxamramız dönüb daşa, 

Süfrəmiz ortülüb başa.  

Baxmayır qardaş qardaşa, 

Ay sarı telli buğdaça. 

Ay qara telli buğdaça.  

Allah  heç  kimə  müharibə  gostərməsin,  onu  danışmaq 

özü zülümdü. Bı dediklərim 1943-cü ildən sorakı əhvalatlardı. 

Elə  ki,  gün  batardı,  görərdün  bı  kəndin  ortasında,  o  başında, 

bı  başında  şüvən  qalxdı.  Yəni  paştalyonnar  qara  kağızı  gecə 

gətirərdilər.  Mənim  atam  tez  gedib  gəlib  muharibəyə,  şıkəst 

olub, ona görə. Ona görə də biz yaşamışuy də atam gəlib işdi-

yib  eliyib.  3-4  vəzifə  aparırdı  onda.  Çəliynən  idi.  Atam  ya-

dımdadı qoşa çəliynən gəzirdi.  

Vijdan  haqqı  bi  də  gördun  kətdə  bi  müsibət  qalxdı. 

Deyərdilər  ədə  filankəsin  qara  kağızı  gəlib.  O  vaxt  ona  qara 

kağız  deyirdilər.  O  hallar  mənim  heeççç  yadımnan  çıxmır 

dəhşət idi. Mənim  yadımnan çıxmır bi də kadınnar, taxta gö-

türüb  sağsağannarı  qovardılar  ki,  sağsağan,  sağsağan  xeyir 

xəbər,  xeyir  xəbər  gətir.  Hec  vaxt  bu  səhnələri  unuda  bil-

mirəm.O vaxtı belə bir boyatı deyərdilər ki, 

Uçubdur quşun sənün, 

Yaşıldır başın sənün, 

Gedəndə cüt getmişdün,  

Hanı yoldaşın sənün. 

Axı həmişə kətdən 3-4 nəfəri bir aparırdılar. Nəbilim belə. 

O vaxtlar kolxozda işliyirdi ancax qocalar, kadınlar və əlillər. 

Mən  bı  təzə  icra  hakimiyyətində  bir  6  il  işlədim.  Məni 

məsləhətçi  kimi  saxladılar.  Mavin  verdilər  getmədim,  sora 

gördüm ki, yox işləməli dööl. Bı dövrdə mən işdiyə bilmirəm. 




 

269 


Orda  mənim  üzümə  dedilər  ki,  ədə,  o  vaxtı  hələ  bı  kalxoz 

sədrrəri zadı  yığıb, raykom katiblərinnən bi  yerdə dağıdıblar. 

Mən cavab qaytardım başçıya da,  mavinə də. Dedim, bə  indi 

siz  satdığuuzu  kim  tikib?  Siz  kişisüz  deun  bi  dənə  daşı  daş 

üstə  qoymuşam.  Əyəm  deyə  biləllərsə.  Elə  gələn  gəlir  divar-

rarı kraskalıyır gedir. 

 

*  *  * 


Amma Şah  İsmail Xətai Şeyx Heydərin oğludur. 550  il 

Səfəvilər  sülaləsi  hökmdar  olublar.  250  il  Abbasilər  olub,  80 

il Əməvilər olubdur. Şah İsmail Xətainin anası Qibti Məryəm 

gürci qızıdur. Bu öləndə, Heydər öləndə ona bir üzük verib. O 

da  zəhərli  olub.  Deeb,  nəbadə  özüü  düşmana  verəsən.  Gəlib-

lər, bını öz dayısı əhatə eleyib, bı görüb ki, onu tutacağlar, hə-

mən uziki salıb ağzına, onan da dünyasını dəyişib, qadın. 

Lələ  Hüseyin  Şah  İsmayılı  götürüb  qoyub  cəbbarəyə 

(beşiyə) asıb ağajdan. Gəliblər axtarsınnar, and içib ki, İsma-

yil  bu  torpaxda  döör.  Axı  ağajdan  asıb.  O  vaxt  çatdı  ki,  Şah 

İsmayil  gəldi  çıxdı  13  yşına.  Ordan  Ərdəbildən  yavaş-yavaş 

gəldi  çıxdı  bu  Ərçivana.  Astaranın  Ərçivan  kəndinə.  Yasir 

Həsən ordan bının gəldiyin bildi, xəbər göndərdi ki, Lənkəran 

xanlığına onu tutun. Deeb, məən nə işim var onnan, gəlib gəz-

məyə  gəzir  də.  Ordan  adam  gönərər  ki,  ona  xörəy  bişirəndə 

zəhər töksün. Onu da güdəllər biləllər  tutallar.  Ordan Şah İs-

mayıl  gəldi  Xudafərin  körpusunə.  Dedi,  mənim  babam  Cü-

neyd  də  bırdan  keçib.  Onnan  sora  özü  birinci  dəfə  atı  saldı, 

bütün mal qaranın da hamısını barkəzzərnən keçirdi. 

Yasir Həsən bütün qoşunlarının hamısını çıxartmışdı şə-

hərdən,  salmışdı  qalıya.  Kənd  qalmışdı  bomboş,  birdən  bı 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə