ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə76/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   72   73   74   75   76   77   78   79   ...   100

 

305 


Su axar, yeri yaş qalar,  

Daş zindanda daş qalar.  

Oğlu gedən ananın  

Gözlərində yaş qalar. 

 

Araz axanda ağlar,  



Kür qovuşanda ağlar.  

Analar balasından  

Ayrı düşəndə ağlar. 

 

Mən aşiq, özüm ağlaram,  



Özüm deyib, özüm ağlaram.  

Dərdimi bilən olmaz,  

Özüm deyib, özüm ağlaram. 

 

Mən aşığ, bala dağı. 



Bal dagı, bala dağı. 

Hər yaralar sağalar,  

Sağalmaz bala dağı.  

 

Tüfəngimin mazı var,  



Atmamışam, azı var. 

Bala, səni sinidim  

İllərcən yaşı var.  

 

Oçular olmasın,  



Caxmağı qo almasın.  

Səni vuran oçular,  

Əlləri qo

*

 olmasın 



                                                             

*

 qo – qoy  




 

306 


Mən aşığ, doymamışam,  

Baş yasdığa qoymamışam.  

Sən bizdən doydun getdün  

Biz sənnən doymamışuy. 

 

Qızılgül olmiyaydı.  



Saralıb, solmiyaydı.  

Bir ölüm, bir ayrılıq  

İkisi olmiyaydı.  

 

Gedirəm giran olsa.  



Dərdimi bilən olsa. 

O qədər ağliyaram, 

Gözümə tor gəlincə 

Ay bacım, lay-lay.  

Anam, lay-lay.  

Atam, lay-lay. 

 

Ay sevgilim, səndən qeyri kimim var



Gəl üstümə.  

Aman öldüm, bi kəs öldüm, dad öldüm, 

Aman öldüm, bi kəs öldüm, yad öldüm. 

 

Mən aşığ, uymamışam, 



Baş yerə qoymamışam, 

Sən mənnən doymuş olsan

Mən sənnən doymamışam. 

 

Fələgin zənciri kürəgimdədi



Zalımın zənciri biləgimdədi. 


 

307 


Soruşursuz mənə bayatı de, şeer de,  

Bala, yarın,

*

 ürəyimdədi. 



 

Bu çaylar axar gedər,  

Evləri yıxar gedər. 

Dünya bi pəncərədü, 

Hər gələn baxar gedər. 

 

Açığ qoy pencərəni



Gözüm gürsün gələni. 

Qəbrə necə qoyalar,  

Gözü yolda qalanı. 

 

Yanaram, mən yanaram,  



Göydə ulduz sanaram. 

Hər yadıma düşəndə  

Balam, onda mən yanaram. 

 

Aşığam, gözdə məni, 



Kababam közdə məni. 

Payım qoy paylar üstə, 

Gəlirəm, gözdə məni. 

 

Pambığ aralı qaldı, 



Başım darağlı qaldı. 

Hitlerin gözü çıxsın, 

Qızdar adaxlı qaldı. 

                                                             

*

 yarın – yarmaq mənasında 




 

308 


Hitler gəldi yol qoydu, 

Bumaşnigə pul qoydi, 

Hitlerin gözü çıxsın, 

Gəlinnəri dul qoydi. 

 

Göydən gedən quba qazlar



Maşın vurar, tükün tozlar. 

Əslidən mənə bir xəbər. 

Məktub səni kim gətirdi,  

Mən xəstiyə kim yetirdi? 

 

Söyləyicilər: 

Gülsüm Muradova, doğum tarixi 1937, təhsili 5-ci sinif, Xal-

lıcalı kəndi. 

Mənsumə Hüseynova, doğum tarixi 1938, təhsili 7-illik, Xır-

mandalı kəndi. 

Mədinə  Kərimova,  doğum  tarixi  1942,  təhsili  7-illik,  Şərəfə 

kəndi. 

Həcər Həsənova, doğum tarixi 1950, təhsili orta, Şərəfə kəndi. 



Rübabə  Ələkbərova,  80  yaş,  təhsili  natamam  orta,  Qızılağac 

kəndi. 


 Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili 7-illik, Musa-

küçə kəndi. 

Fizzə  Abdullayeva,  doğum  tarixi  1935,  təhsili  7-illik,  Hacı-

təpə kəndi. 

Əlizaman  Baxış,  Hacıtəpə  kəndi  (Keçmişdə  və  indi),  B., 

2010. 


 Gülxanım  Tagıyeva,  doğum  tarixi  1928,  təhsili  yoxdur, 

Gəyəçöl kəndi.  

 Arəstə Əsgərova, doğum tarixi 1939, təhsili 7-illik, Ərkivan 

kəndi. 



 

309 


Məşədxanım  Mirzəyeva,  doğum  tarixi  1931,  təhsili  7-illik, 

Hişkədərə kəndi. 

Şabacı Quliyeva, doğum tarixi 1924, təhsili 7-illik, Hişkədə-

rə kəndi . 

Rəxşəndə  Məmmədova,  doğum  tarixi  1936,  təhsili  7-illik, 

Şərəfə kəndi. 

Həlimə  Rzayeva,  doğum  tarixi  1924,  təhsili  yoxdur,  Digah 

kəndi. 


 

Toplayanlar: 

Füzuli Bayat (Gözəlov) 

Qurban Əliyev 

Nuridə Muxtarzadə 

Vüsalə Kərimova 

İlahə Heybətova 

 

 

 




 

310 


12. ADƏT-ƏNƏNƏ 

 

Uşağı  da  böyüg  yanında  qucağa  götürməzdilər.  Bi  dəfə 



gördüm qaynatam ordan gəlir, uşağı elə tulladım pola az qaldı 

keçinsin.  Qaynatam  dedi:  –  “Gülcahan,  indi  səni  çıxardaci-

yam o bana, mən də səni ordan tulliyacam”. Heç öz uşağın da 

dindirməzdilər  böyük  yanında.  Arvadın  da  adını  deməzdilər. 

Gizdin çağırardılar. Him-cimlə çağırardılar. 

 

Sünnət toyu 

 

Sünnət  eliyəndə  adam  var,  adam  yığır,  toy  eliyir,  çalğı 



çaldırır.  Dəllək  gəlirdi,  uşağları  kəsirdi.  Xonça  yığırdılar 

qədimdə hərə bir xonça qayırırdı, vururdu qoltuğuna zənənlər

 

aparırdı.  Kişilər  gedirdi.  Əməlli-başdı  toy  eliyirdilər.  Neçə 



qazannarnan xörəy bişirirdilər. Camaat gəlirdi, yeyirdi, gedir-

di.  Ondan  sonra  dəllək  gəlirdi,  uşağı  sünnət  eliyirdi.  Kirvə 

yox  idi.  Əmi  tuturdu,  dayı  tuturdu,  əmi  oğlu  tuturdu.  Olara 

xonça verirdilər, pul verirdilər. 

Sünnət  lap  beşikdə  olan  uşağı  da  eliyillər.  Qabağkı  dəb 

ayrıydı,  indiki  ayrı.  Qabağ  bi  dənə  molla  çağırarduğ,  gəlirdi 

uşağların  yerin-yadın  qayırırdı.  Dəlləy  də.  Biyaz  xörəg  eliyir-

düy, şirin qoorma eliyirdüy, tooğ kabab eliyirdüy. Belə də, ki-

mim gücü nəyə çatardı. Həə, kəsirdilər uşağları, yıxırdılar yeri-

nə.  Sora  xörəy-yad  da  çəkilərdi  içəridə  belənçiynə.  Kirvəsi 

olardı  uşağın,  ona  da  pul,  padarka  verərdilər,  uşağı  tutana  da, 

kirvə  deyərdilər.  Kutarannan  sora  da  uşağın  əlinə  də  pul  ve-

rərdilər. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə