ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə72/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   68   69   70   71   72   73   74   75   ...   100

 

283 


Yaralıyam, yatmaram. 

Yaram ağrar, yatmaram. 

O qədir dərd məndə var 

Heç kəsin dərdinə qatmaram. 

 

Dağda maral bozdadı, 



Tükün göyə tozdadı. 

Getmisən, tez qayıt gəl, 

Qəm məni yalqızdadı. 

 

Yarəm Ay batdı ola, 



Mələk gül atdı ola, 

Mənə baxtəvər deyənnər, 

Dincəldi yatdı ola. 

 

Qızım qızlar içində. 



Əyrisi var qıçında. 

Qızıma elçi gələr 

Gələn ayın üçündə. 

 

Mən aşıq o gün eylər. 



Zülfünü dügün eylər. 

Haçan qardaşım gələr. 

Toyunu o gün eylər. 

 

Araxçının məndədi. 



Yumuşam, çəməndədi. 

Aləm gözələ dönsə, 

Mənim gözüm səndədi. 

 

Qızıl üzük laxladı. 



Verdim, anam saxladı. 

Anama qurban olum 

Məni tez adaxladı. 

 

Dağda maral xoş mələr. 



Xoş dayanar, xoş mələr. 

Dərdimnən söhbət açsam, 

Dağ dayanar, daş mələr. 

 

Sizi qoşa deyərəm, 



Coşa-coşa deyərəm. 

Ayırmaram sizi bir- 

birinizdən 

Əzizlərim, həmişə qoşa  

deyərəm. 

 

Qarabağda talan var, 



Talan üsdə talan var. 

Gedirsən tez qayıd gəl, 

Gözü yolda qalan var. 

 

Mən səni el bilirəm



Başımda tel bilirəm. 

Uca dağlar başında  

Səni qurumaz göl bilirəm. 

 

Gəlmişəm görəm səni,  



Zülfün yox hörəm səni. 

Nə qapı yox, nə pəncərə 

Açam bir görəm səni. 



 

284 


İstil üsdü pıtrağ. 

Məsgən tapağ, oturağ, 

Bivəfa yar əlinnən 

Hara qaçağ qutarağ? 

 

Çıxdım çini divara. 



Baxdım alagöz yara. 

Mən baxdım, o baxmadı 

Nəhlət bivəfa yara. 

 

Dağısdan dağ yeridi. 



Gürcüsdan bağ yeridi. 

Ancağ bizim Masallı 

Qızların bol yeridi. 

 

İsdil içi pizədü. 



Yolu rizə-rizədü. 

Atamın cavan oğlı 

Naçalnikə mirzədi. 

 

İsdil üsdə oturmuş. 



İpəy dəsmal götürmüş. 

Mən bir oğlan sevirəm 

İnistitutu bitirmiş. 

 

Evdən evə işığdu. 



Sürfə dolu qaşığdı. 

Bizim qızlar neyləsin  

Sizin oğlan aşığdu. 

 

Əzizim, gülə-gülə,  



Caladım gülü gülə.  

Niyə evimi yıxdın  

Üzümə gülə-gülə? 

 

Əzizim, axar, gedər.  



sular axar, gedər.  

Bu qəmli pəncərədən  

Çoxları baxar, gedər. 

 

Əzizim, ağlamazdım.  



Qəlbimi dağlamazdım.  

Bilsəydim gələcəksən,  

Sənə yas saxlamazdım. 

 

Əzizinəm, baxdı kəm,  



Fərmanı kəm, baxtı kəm.  

Sənin yolunda oldum  

Üzü dönük, baxtı kəm. 

 

Əzizim, nə şad olsun,  



Sürmə çək qaşa, dolsun.  

Məni səndən ayıran  

Nə gülsün, nə şad olsun. 

 

Əzizinəm, bir də mən,  



Bir sən ola, bir də mən.  

Səni əğyar aparsa,  

Necə dözüm dərdə mən. 

 



 

285 


Mən aşıq, bacınam mən.  

Sirr qalmır, açıram mən.  

Belə xaraba kənddən  

Baş alıb qaçıram mən. 

 

Gülü sancdım divara.  



Bülbül onu suvara.  

Yayı yarnan keçirtdim,  

Qışı qaldım avara. 

 

Muğanın göy çəməni,  



Göyərib göy çəməni.  

Ya gəzərəm taparam,  

Ya vurar ovçu məni. 

 

Gedirdim qırağıynan,  



Gül biçdim orağıynan.  

İtirmişəm yarımı. 

Axtarram sorağıynan. 

 

Dəryalar atdı məni,  



Naqqalar utdu məni.  

Mən fələyə neylədim,  

Naləsi tutdu məni? 

 

Savalanım buz bağlar,  



Dörd yanı yarpız bağlar.  

Burda cavan oğlanın  

Yarasını qız bağlar. 

 

Mən aşıq, atma məni,  



Yüklərə qatma məni.  

Sənnən zəhmət çəkmişəm,  

Bu gündə atma məni. 

 

Qəribəm, vətənim yox,  



Dadıma yetənim yox.  

Nə gedən var, nə gələn,  

Axtarıb tapanım yox. 

 

Əzizim, vətən sarı,  



Geyməyə kətan sarı.  

Çıxeydim dağ başına,  

Baxeydim vətən sarı. 

 

Əzizim, yazana qaldı.  



Qış getdi, yaza nə qaldı?  

Mürvət qələmdə deyil,  

İnsaf yazana qaldı. 

 

Başıma baş bağlaram,  



Ujdarın boş bağlaram.  

Desələr qardaş gəlir,  

Xəstə olsam, qalxaram. 

 

Bayquşam mən, bayquş mən.  



Hər quşlardan say quş mən.  

Nə dərdim var, nə qəmim, 

Sızıldaram yay-qış mən. 

 



 

286 


Keşgə bir quş olaydım,  

Yola qonmuş olaydım.  

Səni vurmuş ovçunun  

Qolun tutmuş olaydım. 

 

Mən aşiqəm, yaraşıq,  



Kimsə gəzər yaraşıq.  

Dolan, tap o zənəni,  

Olsun ömrə yaraşıq. 

 

Mən aşiqəm yarasa,  



Fəhmnən uçar yarasa.  

El unutmaz bir kəsi,  

El dərdinə yarasa. 

 

Ata minən ağadır,  



Atın yolu dağadır.  

Yaxşı qulaq as, yarım,  

Bu bayatı sənədir. 

 

Ay doğdu, gecə oldu,  



Gün doğdu, uca oldu.  

Bu ayrılıq çox olar,  

Halımız necə oldu? 

 

Əlinin babası var,  



Belində əbasi var.  

Özü pis oğlan deyil,  

Nə kifir anası var. 

 

Ayı tutdum qaraldı,  



Gül bənizim saraldı.  

Yarımnan ayrı düşdüm,  

Dünya mənə daraldı. 

 

Dərələr buz bağladı.  



Ovçular iz bağladı.  

Məni bir gəlin vurdu,  

Yaramı qız bağladı. 

 

Al xara, yaşıl xara,  



Ciyərim para-para.  

Mənnən salam aparın  

O qara gözlü yara. 

 

Axşamın vaxtı keşdi,  



Bir gözəl baxdı, keşdi. 

Zülfünü kəmənd edib,  

Boynuma taxdı, keşdi. 

 

Gülü sancdım divara,  



Bülbül onu suvara.  

Oxu, bülbülüm, oxu,  

Bəlkə yatan oyana. 

 

Mən aşiqəm, qal indi,  



Qalmalısan, qal indi.  

Mən ki, getməli oldum,  

Kimə qalırsan, qal indi. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə