ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə70/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   66   67   68   69   70   71   72   73   ...   100

 

274 


8. LAYLALAR VƏ OXŞAMALAR 

 

Laylay çallam yatasan, 



Qızılgülə batasan, 

Qızılgüllər içində, 

Şirin yuxu tapasan. 

Laylay, balam, a laylay, 

Beşiyim, bələyim, laylay. 

Evim, eşiyim, laylay. 

 

*  *  * 


Ürəyimin yaraşığı, 

Balam laylay, a laylay, 

Körpə quzum, a laylay, 

Şirin balam, a laylay. 

 

*  *  * 


Laylanın səsi gələr

Yatar yuxusu gələr, 

Uzağ-uzağ ellərdən, 

Balamın əmisi gələr. 

*  *  * 

Laylayı mən gülü mən, 

Gülü mən bülbülü mən. 

Balamın xətrinə dəysəm,  

Gərək çəkəm zülmü mən. 

 

*  *  * 



Su gəlir arxa nə var

Tökülür çarxa nə var, 

Bala baldan şirindi, 

Adı baldan şirindi. 

 

*  *  * 


Laylay, beşiyim, laylay 

Evim, eşiyim, laylay 

Qurban olam o günə, 

Cəkim keşiyin laylay 

Balam laylay, a laylay 

 

*  *  * 



Deyirdilər, yürügdə də uşaği yelliyərdilər ki, yatsın. 

 

*  *  * 



Bülbül gül üstündə xəstə olubdu, 

Ürəyim də məhəbbətlə dolubdu 

Balam, biz gedərgiyik qoca dunya qalıbdır 

Balam laylay, a laylay 

Körpəm laylay, a laylay. 



*  *  * 

Laylay çalım məzəsən, 

Gülü-güldən təzəsən, 

Qurban olum o günə 

Ayağ tutub gəzəsən. 

Balam laylay, a laylay 

Gülüm laylay, a laylay. 

 

*  *  * 



Qızılgül dəstə-dəstə, a balam 

Kim sevər mən həvəsdə 

Balam laylay, a laylay lay 

Əziz balam, a laylay. 

 

*  *  * 


Laylay çallam yatasan 

Şirin yuxu tapasan 

Laylay balacan, laylay 

Körpə balam, laylay. 

 

*  *  * 


Laylay balam, a laylay, 

Güllü balam, a laylay. 

Körpə balam, a laylay. 

Yat beşigində, 

Duraram keşigində. 

Laylay balam, a laylay,  

Güllü balam, a laylay. 

 

 



 

*  *  * 


Balama naz eliyirdi, 

Astara Bakı torpağı. 

Balama kim göz vursa,  

Gözünə bibər yarpağı. 

 

*  *  * 


Dilim imanım bala 

Xara tumanım bala. 

Allah səni verib mənə 

Yana çırağım, bala. 

 

*  *  * 


Balama qurban quzular, 

Balam haçan üz anlar 

Balama qurban atlar, 

Atlar çəməndə otlar. 

Həmiləli arvadlar  

Bu balama qurban. 

 

*  *  * 


Laylay beşıyim laylay, 

Evim eşiyim laylay. 

Sən yat yuxu alginan,  

Man çəkim keşiyin laylay. 

 

*  *  * 


Balama qurban ilannar,  

Balam hacan dil annar. 

Balama qurban qoyunnar, 

Balam hacan oyun eylər. 

 



Söyləyicilər: 

 

Şabikə Bəşirova, 75 yaş. Dadva kəndi. 



Həcər  Həsənova,  doğum  tarixi  1950,  təhsili  orta,  Şərəfə 

kəndi. 


Ağabəyim  Nuriyeva,  doğum  tarixi  1906,  təhsili  yoxdur, 

Qasımlı kəndi. 

Gülcahan Ələkbərova, 75 yaş, Qızılagac kəndi. 

Tağıyeva Fatma (Pərzad). Doğum tarixi 1938, Gəyəçöl kəndi. 

Mənsumə  Hüseynova,  doğum  tarixi  1948,  təhsili  orta, 

Xırmandalı kəndi. 

Zəhra Bədəlova, doğum tarixi 1931, təhsili orta, Hişkədərə kəndi 

 

Toplayanlar: 

Füzuli Bayat (Gözəlov) 

Vüsalə Kərimova 

İlahə Heybətova 




 

277 


9. BAYATILAR 

 

Əziziyəm gül-gülə, 



Bülbül gülə, gülgülə. 

Göz gözdən kəmin aldı 

Həsrət qaldı dildilə. 

 

Əziziyəm yaş ağacı, 



Kəsməzlər yaş ağacı. 

Qaralar qəbrim olsun 

Göyçəklər baş ağacım. 

 

İlana bax, ilana 



İlan göydə bulana. 

Təzəcə yar sevmişdim, 

Göndərillər İrana. 

 

Su ilanı olaydım, 



Ləkdən ləkə dolaydım. 

Qardaş əkən çəltiyin, 

Sünbülü mən olaydım. 

 

Bu yol yolluğa gedər, 



Ucu bolluğa gedər. 

Yaxşı qızın cehizi, 

Bəylərə xələt gedər. 

 

Bu evlər uzun evlər



İçində olsun toylar. 

 

Yığışsın qız-gəlinlər, 



Oynasın bəstəboylar. 

 

Su gəlir arxa nə var? 



Tökülür çarxa, nə var? 

Məndən öz yarım küsüb, 

Bilmirəm, xalxa nə var? 

 

Əmim oğlu Mirağa, 



Nöyüt töküb çırağa. 

Piltəsin uzun eylə, 

İşıq getsin İrağa. 

 

Əmim oğlu, sən nəsən? 



Sən məni bəyənmirsən? 

Eləsinə gedərəm, 

Sən onun nökərisən! 

 

Su gəlir iki haça, 



Yar gəlir qaça-qaça. 

Əlində qızıl qayçı, 

Yaxasın aça-aça. 

 

Sən mənim andım, oğlan, 



Şəkərim, qəndim, oğlan. 

Necəsən, bir ah çəkim 

Olasan bəndim, oğlan! 

 



 

278 


Oymaqdan gəl, oymaqdan 

Yar gəlir oynamaqdan. 

Barmaqlarım yanıbdır 

Paprıza od qoymaqdan. 

 

Şalım qara boyandı, 



Ucu yerə dayandı. 

Mənim ah-zarımdan 

Göydə fələk oyandı. 

 

Ağdaşdan gəl, Ağdaşdan, 



Ağ Gəncə

*

 düşdü başdan. 



Bacının sənətidir, 

Tez ayrılar qardaşdan. 

 

Ay dolanır batmağa, 



Yuxum gəlir yatmağa. 

Gecə yuxusu şirin, 

Qıymıram oyatmağa. 

 

Su gəlir lülə-lülə



Yar gəlir gülə-gülə. 

Əlində ipək dəsmal, 

Tər-qanın silə-silə. 

 

Qızıl üzük füruzə, 



Gedin deyin xoruza, 

                                                             

*

 Gəncə - baş örtüyü 



Bu gecə banlamasın, 

Yarım gələcək bizə. 

 

Evləri burda yoxdu, 



Köçübdü, yurdu yoxdu. 

Getdim pələt ağzına 

Dedilər, evdə yoxdu. 

 

Mirvari aldırmışam, 



Boynuma saldırmışam. 

Bir oğlana getmişəm, 

Aləmi yandırmışam.  

 

Qardaş gedib bazara, 

Cibində şam qızara. 

Qardaşın düşmənləri 

Sabah düşər azara. 

 

Qardaş, sən arayıbsan, 



Telini darayıbsan. 

Özün alagöz oğlan 

Yaruva yarıyıbsan. 

 

Lənkaran hacıları, 



Başında tacıları. 

Qurban olsun qardaşa

Qoşaca bacıları. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə