ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə69/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   65   66   67   68   69   70   71   72   ...   100

 

270 


kəndə gələndə hücum  eləsinnər, tutsunnar.  Amma bını İsma-

yıla xəbər verdilər. O da getdi qalanın qabağın kəsdi. 

 

*  *  * 


Bizim  bi  axundumuz  olub,  Qaryağdıoğlu  Hacı  Məhəm-

məd axund. 1804-ci ildə anadan olub, 1924-cü ildə ölüb. 120 il 

yaşeeb.  Bu  axund  Nəcəfdə  qutarıb,  həm  də  tibb  elmini  də  öy-

rənib orda. Bu ətrafda axundluğdan əvvəl həkimlik eliyib. Deeb 

camaatın  gərək  səhiyyəsiynən  sağlamlığıynan  məşğul  olam. 

Axund  məşhur  olub  həkim  kimi.  Sora  da  axund  kimi.  Məçid 

tikib bırda. 1902-ci ildə başdeeb 1907-ci ildə qutarıb. 5 ilə mə-

çid  tikiblər. Orda  mədrəsə açlb,  mənim babam,  Sərəfə kəndin-

nən gələn başqa bi molla orda dərs verib, məllim olub. Mənim 

babam  Molla  Əliabbas  (Əliş  deyirdilər  ona).  Bu  axund  gəlib 

çıxıb sovet hökuməti dövrünə qədər. Onun oğlu da varmış. On-

nan  razı  döörmiş  axund.  Müəyyən  davranışlarınnan.  Bı  oğlan, 

gəlir bir gün gecə deer ki, ata, məni kənd soveti sədri qoydular. 

Axund da savaddıdı də deer ki, adə izah elə görüm, o sənin işün 

nədi?  İzah  eleer  ki,  bəs  belə  rəhbər  oldum,  camaata  rəhbərrik 

eliyəcəm  filan.  Axund  deer  ki, ədə  sən?  Sən  heç  öz  ailöə  rəh-

bərrik  eliyə  bilmirsən.  Deer  ki,  hə  belədi  də  məni  qoydular. 

Axundda  bir  hiss  yaranır.  İlahi  bu  hükumətin  əyər  rəhbəri  bu 

olacağsa, vay o xalğın başına. Axund səhər süb namazına durur. 

Namazı  qılır,  Allaha  yarvarır.  Deer,  İlahi,  mən  bu  quruluşda 

yaşaya bilmərəm. Əgər məsləhətdisə, mənim canımı al. Axund 

öziyçin yer salır, üziqibliyə, uzanır elə orada da ölur. 

 

*  *  * 


Bizim  kənd  ruhani  kəndidür.  Əyri-üyrülər  də  var,  bı  söz-

süz belədü. Bıların çoxı Nəcəfdə də oxuyanı var, Tehranada da 




 

271 


oxuyanı  var, ən çox Ərdəbildə oxuyublar. Mənim babamgil bir 

yığın  adam  Ərdəbildə  oxuyublar.  Babam  ordan  gələnnən  sora, 

kətdə  onda  bu  qədər  adam  yox  idi  ki,  indi  3  min  əhali  yaşeer, 

1000 ev var və s. Yəni mollaya o qədər də ehtiyac olmadığınnan 

babam dərziliynən məşğul olub balalarını saxlıyırmış. 

Bıları  müsadirə  eliyillər  nəyi  var,  əslində  dölətdi  ol-

meeblar,  elmə  fikir  veriblər  ən  çoxu.  Babamın  nəyi  varmış 

alıblar. Hətta evin də müsadirə eliyillər, üst mərtəbə olur kənd 

soveti  sədri,  alt  mərtəbədə  bına  bi  zirzəmi  kimi  yer  verillər. 

Biyannara  bilir  hessad  eliyə  bilmillər.  İndi  Yardımlıdu,  Ça-

nağbulağ, Bərcan bəlkə eşidərsüz Alar kəndləri sora, indi Cə-

lilabadındu  Alaşar  Vənni,  Qızıldərə  zad  bı  kətdərdə  meşə 

kəndidür bılar, gedillər mollalığ eliyillər məhərrəmliylərdə. 

 

*  *  * 



Şirməmməd bizim babamız olub. Onun yeddi oğlu olub. 

Ən  axırıncısı  Kərbəlayi  Əkbər  kişi.  Kərbəlayi  Əkbər  1976 

ildə 103 yaşında rəhmətə gedib. Şirməmməd ölənnən sora ar-

vadı  Şahnisə  xanım  22  il  yaşeeb.  Deeb  ancağ  mən  bı  yetim-

cəmnən  qalacam.  Əkbərnən.  Onda  bı  cavan  uşağ  olub.  Bı  da 

evlənmeeb, ta anasına istədiyi kimi qulluğ eləsin onnan sora. 

İndi bı anasına necə qulluğ eleeb?  

Təsəvvür elə ki, onda qardaşdarı da qalırmış, hamısı da 

ona minnətdarlıq eliyillərmiş ki, qardaş sən bu arvada elə ba-

xırsan, bizim hec birimiz sənin kimi bu nənəni saxlıya bilmə-

rük.  Analarına  nənə  deyillərmiş.  Kalba  Əkbər  də  hec  kimdə 

qalmağa  qoymurmuş  arvadı.  Getsə  də  axşam  mütləq  gedib 

kürəyində gətirirmiş. O, arvad yaxşı görməzmiş gözü. O vaxtı 

da  indiki  kimi  tualet  zad  yox  imiş.  Kalba  Əkbər  neyneeb,  bi 

dənə qatma bağleeb bının yerinin yanında, bi ucunu da aparıb 



 

272 


tualetəcən. Deyərmiş nənə bu qatmadan tut, get tualetə. Nənə 

ora gəlincə bı onun suyun zadın hamısın hazır eliyərmiş. Özi, 

ancağ özi. Çimizdirməyə də gəlinnərdən çağırarmış, su qoyar-

mış  özü,  hər  şeyin  eliyərmiş,  indi  deyərmiş  soyundurun  nə-

nəni çimizdirün, yuyun. 

 

*  *  * 



Sora  bizdə  Səfəvilər  dövləti  gəlir.  Bu  dövlətə  aid  olan, 

Ərkivanda da görmüsüz yəqin Şah Səfi bulağı var, oların mən-

bələri, həm də ki, bizdə olar məskunlaşıblar, öz ordularını olar 

gətiriblər yerrəşdiriblər, həm də ki, olların qəbirləri bizdə rayon 

ərazisində  səpələnib.  Çünki  bizim  qəbristanlıqlarda  onların 

qəbirləri  var.  Amma  bizim  öz  qəbristanlığımızda  Qızılbaşlara 

aid olan iki dənə qəbir var. Bunlar isə dəmir xəncərlər, qılınc-

lardır, bir də dayan doldurumlardı. Bunlar bizim xanlığlar döv-

rünə  aiddir  və  yeni  Çar  Rusiyası  gələnnən  soraya  aid  olan  si-

lahlardı. Bu da dayandoldurumlar və çaxmaxlı tufənglərdi.  

 

Söyləyicilər: 

Natavan  Əliyeva,  doğum  tarixi  1964,  təhsili  ali,  Mahmuda-

var kəndi.   

Kərbəlayı Qulamhüseyn, doğum tarixi 1928, təhsili orta ixti-

sas, Alışanlı kəndi.  

Rəfayıl  Vahabov,  doğum  tarixi  1944,  təhsili  ali,  Göylənni 

kəndi.   

Mənsurə  Abdullayeva  İbrahim  qızı.  Doğum  tarixi  1933, 

Qızılağac kəndi.  

Cəmiyəpüstə  Sadıqov,  doğum  tarixi  1920,  təhsili  yoxdur, 

Qızılağac kəndi.  

Həsənova  Mədinə.  Doğum  tarixi  1941,  təhsili  7  illik,  Xır-

mandalı kəndi.   



 

273 


Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili orta, Musaküçə 

kəndi.   

Arif  Fərzəliyev,  doğum  tarixi  1956,  təhsili  ali,  Xırmandalı 

kəndi.   

Həsən Əhədov, doğum tarixi 1935, təhsili ali , Həsənli kəndi.   

Molla  Kərbəlayi  Nüsrət  Qızılağaclı,  Qızılağac  kəndi,  dünən 

və bu gün, B., 2003.  

Musarza Mirzəyev, Mahmudavar kəndi, B., 1997.   

Yavər Abbasov, doğum tarixi 1937, təhsili orta, Gəyəçöl kəndi.   

Arəstə Əsgərova, doğum tarixi 1939, təhsili 7  illik, Ərkivan 

kəndi.   

Möhsün Ağayev, doğum tarixi 1932, təhsili orta, Ərkivan kəndi.   

Həsən Ağayev, doğum tarixi 1930, təhsili orta, Ərkivan kəndi.   

Agababa  Abasov,  doğum  tarixi  1926,  təhsili  orta,  Mollahə-

sənli kəndi.   

Hacı  Mir  Qiyas  Təhməzov,  doğum  tarixi  1944,  təhsili  orta, 

Masallı şəhəri.   

Hikmət Xəlilov, doğum tarixi 1977, təhsili ali, Köçəkli kəndi.   

İbrahim Sadıqov, doğum tarixi1950, təhsili ali, Seybətin kəndi 

Kərbalayı Nüsrət Nəsrullayev, doğum tarixi 1947, təhsili ali, 

Qızılağac kəndi 

Əli Əlişov, doğum tarixi 1938, təhsili ali, Köhnə Alvadı 

Məhəmməd  Abıyev,  doğum  tarixi  1927,  təhsili  orta,  Köhnə 

Alvadı 


Əntiqə  Tağıyeva,  doğum  tarixi  1971,  təhsili  ali,  Hişkədərə 

kəndi 


 

Toplayanlar: 

Füzuli Bayat (Gözəlov) 

Nuridə Muxtarzadə 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə