ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə71/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   67   68   69   70   71   72   73   74   ...   100

 

279 


İstilin

*

 dalaları 



Kəkliyin balaları, 

Qurban olsun qardaşa

Qoşaca bacıları. 

 

İstilin gül-gülləri, 



Oxuyur bülbülləri. 

Qurban olsun qardaşa, 

Qoşaca bibiləri. 

 

Ləmə çıxdım mən bu gün, 



Ləmdən tapdım bir düyün. 

Yad oğlu mənim nəyim? 

Yadıma düşdü bu gün. 

 

Evləri yaxın yarın, 



Boyuna baxın yarın. 

Gözəldir, göz götürməz 

Nişanın taxın yarın. 

 

Evdən evə zəng olar, 



Eşqə düşən dəng olar, 

Tuteydun könül quşun

Göreydün nə rəng olar. 

 

                                                             



*

  İstil  –  süni  şəkildə  düzəldilən 

gölməçə  və  ya  su  anbarış  İstildən 

çəltik əkinində istifadə olunarmış. 

Dəyirman boyu çiçək, 

Çin gətir, onu biçək. 

Qardaş bir qız sevibdir, 

Uzunboy, qarabirçək. 

 

Əmim oğlu bir idi 



Üstü-başı kir idi. 

Getdim onu yumağa 

Axar sular qurudu. 

 

Şərəfənin o üzü, 



Yatışıb qoyun, quzu. 

Qurban olsun qardaşa 

Hər sürüdən bir quzu. 

 

Kəhər at qaçdı, gəldi, 



Yüyənin açdı, gəldi. 

Xanımlara muştuluq 

Bəylər barışdı, gəldi. 

 

Əlin əlimdə deyil, 



Şalın belimdə deyil. 

Sənin başun ağrısı 

Mənim əlimdə deyil. 

 

Nizami gedir Mərəndə 

Tamaşadı gələndə. 

Vay Nizaminin halına 

Qaynanası öləndə. 

 



 

280 


Ay, Nizamın həndi var 

Həndi var, şəhəri var 

Hər qapıda oynasa, 

Bir nəlbəki qəndi var. 

 

Mənim yarım kasıbdı 



Üzünü tük basıbdı. 

İstədi üzün qırxa. 

Qayçısın pas basıbdı. 

 

Mənim balam naşıdu, 



Qaşı qələm qaşıdı. 

Oturanda bəy kimi, 

Duranda yüzbaşıdı. 

 

Sürmə çəkin gözlərə. 



Şəkər qatın sözlərə. 

Bir damla qanımız, 

O da qurban sizlərə. 

 

Mən aşiq oyun eylər

O günlər oyun eylər. 

Yar-yara qovuşanda 

Bayramın o gün eylər. 

 

Mən aşiq binə gəlləm. 



Gedərəm, yenə gəlləm. 

Əlim əlivə dəysə, 

İmana, dinə gəlləm. 

 

Aşığ ellər ayrısı. 



Şana tellər ayrısı. 

Bir günüvə dözməzdim, 

Düşdüm güllər ayrısı. 

 

Gülü əkdim dübara. 



Bülbül onu süvara. 

Yayı bir yerdə olduq, 

Qışda qaldığ avara. 

 

Su atdım, yara dəydi, 



Qolum divara dəydi. 

Dilim, ağzım qurusun, 

Nə dedim yara dəydi? 

 

İstil üstə putrax. 



Dövrə vuraq oturaq. 

Bivəfa yar əlindən 

Dustağ olağ oturağ. 

 

İstil üstə dur, oğlan, 



Kəklik gəlsə, vur oğlan. 

Eldən-elə aşığdı. 

Süfrə dolu qaşığdı. 

Bizim oğlan neynəsün? 

Sizin qızdar aşığdı. 

 

O taydan əl eyləmə, 



Bağrımı qan eyləmə. 

Sən mənimsən, mən sənin, 

Özgə xəyal eyləmə. 



 

281 


Bu yol yolluğa gedər, 

Ucu bolluğa gedər. 

Qurban olum qardaşa, 

Gələr qulluğa gedər. 

 

Gedən alagöz oğlan



Qoltuğunda saz oğlan. 

Al qələmi əlinə, 

Mən dediycə yaz, oğlan. 

 

Gedirsən neynim sənə, 



Düşübdü meylim sənə. 

Özüm özüvə qurban, 

Daha mən neynim sənə? 

 

Yeri-yeri gəlirəm, 



Qolumu düymələyirəm. 

Aç qollaruvu, gəlim mən

Uzağ yerdən gəlirəm. 

 

Yeri-yeri, nişan yar. 



Təzə eşqə düşən yar. 

Elçiləri qırılmış 

Özü elçi düşən yar. 

 

Bu gün yemiş yemişəm, 



Yara sözlər demişəm. 

Dilim, ağzım qurusun 

Acığımdan demişəm. 

 

Ay getdi, batdı ola. 



Gün getdi, batdı ola. 

Sənin bu narahat canın 

Dincəldi, yatdı ola. 

 

Ayın qədri olmaz. 



Günün qədri olmaz. 

Hər uşağın atası-anası olmasa 

Onun qədri olmaz. 

 

Aşığ hayannan gəldi. 



Teykən yanınan gəldi. 

Göydə bulud yox idi. 

Bu sel hayannan gəldi? 

 

Dağlarda sənəy olmaz. 



Sənəyi yeməy olmaz. 

Canım bir oda düşdü. 

Heç yerdə deməy olmaz. 

 

Dağların sarı gülü. 



Ağ gülü, sarı gülü. 

Mən fələyə neynədim 

Görmədim tarı gülü. 

 

Dağlar duman oldu, gəl. 



Halımız yaman oldu, gəl. 

Aylara vədə verdüz 

İliviz tamam oldu, gəl. 

 



 

282 


Dağlari gəzdim, gəldim, 

Daşdari düzdum, gəldim, 

Yari bivəfa gördüm  

Əlimi üzdüm, gəldim. 

 

Dağlar duman oldu, gəl, 



Halım yaman oldu, gəl, 

Nə dedim mən dili yanmiş

Evim talan oldu, gəl. 

 

Su gəlir yarpızdığa, 



Tökülür qarpızdığa. 

Gördün işün müşgüldü, 

Özüvü vur arsızdığa. 

 

Əzizim, Ərzuruma, 



Ərizəm var Ərzuruma. 

İşi özüm tutmuşam 

Gərək dözəm hər zuluma. 

 

Aşığ ellər ayrısı 



Başda tellər ayrısı. 

Bir dərdüzə dözməzdim, 

Düşmüşəm illər ayrısı. 

 

Aşığ el bərabəri, 



Başda tel bərabəri, 

Yaxşı evladdarım var, 

Tamam el bərabəri. 

 

Baxça məndə, bar məndə. 



Heyva məndə, nar məndə. 

Sinəm ətdar dükanı, 

Hər nə desən var məndə. 

 

Araz aşdı başımnan. 



Kür qovuşdu başınnan. 

. . . . . . . . . . . . . . . . . .  

. . . . . . . . . . . . . . . . . . 

 

Bağçamızda miyana 

Gül yastığa boyana. 

Oxu, bülbülüm, oxu, 

Bəlkə yarım oyana. 

 

Bu yoldan yol saleydım. 

Karvanımı bol saleydım. 

Bilseydim hardan gəlirsən 

Oradan yol saleydım. 

 

Aşığ, o gün oleydi. 



Zülfün bu gün oleydi. 

Sənnən keçirdiyim günnərin  

Biri bu gün oleydi. 

 

Əzizinəm, yüz yerdən, 



Əlli yerdən, yüz yerdən. 

Yaram çox, sana gəlməz

Təbib gəlsə yüz yerdən. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə