ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə74/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   70   71   72   73   74   75   76   77   ...   100

Söyləyicilər: 

Elşad  Zeynalov,  doğum  tarixi  1974,  təhsili  orta,  Qızılağac 

kəndi.  

Nahidənin kitabından. 

Mənsurə Əbilova, 100  yaş, Şərəfə  kəndi, Nahidənin kitabın-

dan. 


Rəfayıl  Vahabov,  doğum  tarixi  1944,  təhsili  ali,  Göylənni 

kəndi. 


Həcər  Həsənova,  doğum  tarixi  1950,  təhsili  orta,  Şərəfə 

kəndi. 


Cəmiyyəpüstə  Sadıqova,  doğum  tarixi  1920,  təhsili  yoxdur, 

Qızılağac kəndi. 

Gülcahan  Ələkbərova,  75  yaş,  təhsili  yoxdur,  Qızılagac 

kəndi. 


Rübabə Ələkbərov. Doğum tarixi 1929, təhsili 7-illik, Qızıla-

ğac kəndi 

Güləsər Dadaşova. Doğum tarixi 1942, təhsili orta, Musakü-

çə kəndi. 

Fizzə  Allahverdi  qızı,  doğum  tarixi  1935,  təhsili  7-illik, 

Hacıtəpə kəndi. 

Əlizaman Baxış. Hacıtəpə (Keçmişdə və indi). B., 2010 

Nurəddin  Ədiloğlu,  doğum  tarixi  1958,  təhsili  ali, 

Xırmandalı kəndi. 

Gülxanım  Tağıyeva,  doğum  tarixi  1928,  natamam  orta,  Gə-

yəçöl kəndi.  

Arəstə  Əsgərova,  doğum  tarixi  1939,  təhsili  7-illik,  Ərkivan 

kəndi. 

Səmərrux Süleymanova, doğum tarixi 1924, təhsili  orta  ixti-



sas, Xırmandalı kəndi. 

Minaxanım  Yusubova,  doğum  tarixi  1948,  təhsili  orta,  Xır-

mandalı kəndi. 

Ülkər Əhmədova, doğum tarixi 1958, təhsili orta, Xırmandalı 

kəndi. 



 

293 


 Mahirə  Bədəlov,  doğum  tarixi  1952,  təhsili  orta,  II  Yeddi-

oymaq kəndi. 

 Arif  Fərzəliyev,  doğum  tarixi  1956,  təhsili  ali,  Xırmandalı 

kəndi. 


 Məşədxanım  Mirzəyeva,  doğum  tarixi  1931,  təhsili  7-illik, 

Hişkədərə kəndi. 

 Şabacı  Quliyeva,  doğum  tarixi  1924,  təhsili  7-illik, 

Hişkədərə kəndi. 

 Rəxşəndə  Məmmədova,  doğum  tarixi  1936,  təhsili  7-illik, 

Şərəfə kəndi. 

 

Toplayanlar: 

Füzuli Bayat (Gözəlov) 

Vüsalə Kərimova 

Nuridə Muxtarzadə 

Qurban Əliyev 

Aganənə Məmmədova 

 

 



 

294 


10. AĞILAR 

 

Qardaş-qardaş, quş qardaş. 



Çevril ol gümüş qardaş. 

Bacın qərib yerdədir, bacın qurban, 

Atını döndər düş, qardaş. 

 

Göydən gedən quşa bax. 



Qanadı sınmışa bax. 

Aləmə pay paylandı. 

Mənə yağan daşa bax. 

 

Hər  kəndin  öz  adəti  var.  Hər  kəndin  özünün  adamları 



ayrı-ayrı yeddi gün ağlaşma tutar. Mənim qardaşım atam rəh-

mətə  gedəndə,  mən  uşağ  olmuşam  da,  özü  dilə  gəldi,  dedi: 

Ağlıyın  görüm,  kim  nətər  ağlıyır?  Sağlığında  deyirdi.  Danış-

dı, Yasinin oxudu, bəlkə bir yüz nəfər adam var idi. Qardaşım 

can verən gecəsində dedim:  

  

Qardaş, sən mənim diləyim idin. 



Qəfil görünən qonağım idin. 

Gəl mənim canım, ürəyim, qardaş. 

Gəl mənim gözüm, ürəyim, qardaş 

Qardaş biriviz sağ gözüm, biriviz sol gözüm. 

Birviz ürəyim, biriviz canım. 

 

Biri  bacım  oğlu  idi,  biri  qardaşım  idi.  Bakıda  həkim 



işliyirdi. Deyirdi: 

– Bir at mindim başı yox. 

Bir çay keçdim, daşı yox. 



 

295 


Mənə deyərlər burda bir qərib ölüb 

Yanında qardaşı yox. 

 

Aşığ olmayaydım. 



Saralıb solmayaydım. 

Dünyada bir ayrılığ, bir ölüm, 

Heç biri olmayaydı. 

 

Qardaşlar, a qardaşlar, 



Yağış yağar, qardaşlar. 

Tabutum əyri gedər, 

Yapışmasa qardaşlar. 

 

Bala dağı, bal dağı, 



Əzizəm bala dağı. 

Hər yaralar sağalar, 

Sağalmaz bala dağı. 

 

Deyir, əzizinəm, ağlamazdım. 



Sızlardım ağlamazdım. 

Ana, bilsəydim vəfan budur

Sənə bel bağlamazdım. 

 

Mən aşiq dolana-dolana



Dur gəl, dolana-dolana. 

Balaların yazığdı, yatma torpağda,  

Dur gəl, dolana-dolana. 

 

Deyir, bu qızın adı nədi? 



Şənbədir adı nədir? 


 

296 


Bala saxladım böyütdüm, 

Bilmədim dadı nədir. 

 

Dağlara bax, dağlara, 



Şeh qonub yarpağlara. 

Hayıf sənin canınnan, 

Qarışdın torpağlara. 

 

Qardaş, dinmə qan olar



Yel əsər, tufan olar. 

Qardaş, gəzən yollaruva

Tək bacın qurban olar. 

 

Balam can, ay balam,  



Can, ay balam, can, 

Çağır məni, ana, bala,  

Deyim sənə can. 

 

Anam, məndən sonra qəmli dayanma



Məndən sonra qəm oduna sən yanma. 

 

Əslim Qarabağlıdı, 



Sinəm çarpaz dağlıdı, 

Gəl mənə dəymə fələk, 

Ürəyim oğul dağlıdı. 

 

Qoyunu kəsən olmaz. 

Qanaradan, asan olmaz. 

Qərib yerdə ölənin 

Gözlərin basan olmaz. 



 

297 


Gözlədim birdən bilməz. 

Sən qəmdə, mən fikirdə. 

Öləndə cüt öləydiy, 

İkimiz bir qəbirdə. 

 

Qaşları qibləgahdu. 



Yada baxur günahdur. 

Dağları duman alsa, 

Bil ki, mən çəkən ahdu. 

 

Meşənin yaş ağacı. 



Kəsməyə yaş ağacı. 

Bağa baltalı girdi. 

Gördü bizim ağacı, 

Kəsdi bizim ağacı. 

 

Şalım qana boyandı. 



Ucu yerə dayandı. 

Mənim ahu-zarıma 

Göydə fələk oyandı. 

 

Qəribəm bu vətəndə. 



Gözüm yoldan ötəndə. 

Qəriblik yaman olur, 

Baş yastığa yetəndə. 

 

Səlyana binə gəlləm. 



Gedərəm, yenə gəlləm, 

Bilsəm hardan gəlirsən, 

İmana, dinə gəlləm. 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə