ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə75/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   71   72   73   74   75   76   77   78   ...   100

 

298 


Dağların sarı gülü, 

Ağ gülü, sarı gülü. 

Fələyə neynəmişəm 

Görmədim tarı günü. 

 

Dağlarda səməy olmaz, 



Səmayi yeməy olmaz. 

Canım bir dərdə düşdü, 

Heç yerdə deməy olmaz. 

 

Dağları gəzdim, gəldim, 



Daşları gəzdim, gəldim. 

Gəzdim, tapa bilmədim

Əlimi üzdüm, gəldim. 

 

Dağların göy çəməni, 



Göyərib göy çəməni. 

Gəzib taparam səni 

Ya vurar ovçu məni. 

 

Dəvəçiyəm gəzirəm, 



Dəvəm itib, gəzirəm. 

İtirmişəm balamı, 

Soraqlaşıb gəzirəm. 

 

Gəlmişəm görəm səni, 



Zülfümsən hörəm səni. 

Nə qapı, pəncərəm var 

Bir açıb görəm səni. 

 



 

299 


Dəryaya atdı məni, 

Nəqqalar utdu məni. 

Fələyə neyləmişdim? 

Nalələr tutdu məni. 

 

Mən aşiq, oxusana, 



Bülbülüm, oxusana. 

Hər gün oxuyan bülbül, 

Kim atdı oxu sana? 

 

Mən bu bağa gəlmişəm, 



Yağa-yağa gəlmişəm. 

Götürmüşəm dərdimi 

Ağlamağa gəlmişəm? 

 

Getdi, gələ bilməzsən



Zülfün hörə bilməzsən. 

Elə yerdə yatıbdır, 

Bir də görə bilməzsən. 

 

Ağlaram ağlar kimi, 



Dərdim var dağlar kimi. 

Viran olub tökülləm, 

Xaraba bağlar kimi. 

 

Mən aşiq çaşdım yenə, 



Qaynadım, coşdum yenə. 

Dərd mənə elə üz verdi, 

Kəlməmi çaşdım yenə. 

 



 

300 


Köynəyi ağ saxlaram, 

Yuyaram, ağ saxlaram. 

Bir də əlimə düşsən, 

Səni qonaq saxlaram. 

 

Mən aşiq uymamışam, 



Baş yastığa qoymamışam. 

Sən məndən doymuş olsan

Mən səndən doymamışam. 

 

Əlimə saz verdilər, 



Sazıma naz verdilər. 

Yalvardım təbiblərə 

Dərmanım az verdilər. 

 

Gəl-gəl, gərəyimsən, 



Beşiyim, bələyimsən. 

Qərib yerdə ölürəm, 

İndi gəl, gərəyimsən. 

 

Mən aşiq, bacı, bağlar,  



Açar, qıyğacı bağlar. 

Bacımın sınıq könlün 

Bağlasa, bacı bağlar. 

 

Aşığ ellər ayrısı. 

Sona tellər ayrısı. 

Bir günüvə dözməzdim, 

Düşdüm illər ayrısı. 

 



 

301 


Dağların göy çəməni 

Göyərib göy çəməni. 

Ya gəlib taparam səni. 

Ya vurar ovçu məni. 

 

Bunu onda deyirlər ki, evin böyüyləri öləndə: 

 

Bağa girməli deyül. 



Gülün dərməli deyül. 

Gedib bağın bağbanları, 

Gəlib görməli deyül. 

 

Bağa girmərəm sənsiz, 



Gülün dərmərəm sənsiz. 

Bağda quzu mələsə, 

Bil ki, o, mənəm sənsiz. 

 

Ağac aşanda ağlar. 



Kür qovuşanda ağlar. 

Ana balasından, bala anasından 

Ayrı düşəndə ağlar. 

 

Aşığ ellər ayrısı, 



Bacım laylay, bacım laylay 

Sona tellər ayrısı, 

Bacım laylay, bacım laylay. 

 

Deyir, bacı, bütün ayrılığuva dözməzdim 



Elə düşdü ellər ayrısı. 

Laylay bacım, laylay. 




 

302 


Arvadlar  qoşulur  səs  verir.  Hərənin  öz  avazı  var. 

Ana üçün ağlayanda belə deyirsən: 

 

Mən aşığ ana yeri. 



Xan yeri, ana yeri. 

Bütün aləm yığılsa, 

Heç verməz ana yeri. 

 

Dağların başı sənsən. 



Dibinin daşı sənsən. 

Bütün aləm yığılsa, 

Hamının başı sənsən. 

 

Dağlarda sənəy olmaz. 



Sənəyi yeməy olmaz. 

Elə bir dərdə düşdüm. 

Heç yerdə deməy olmaz. 

 

Nərgizlər, ay nərgizlər. 



Top-top bitər nərgizlər. 

Hayıf sənnən 

Torpağ örtər, yer gizlər. 

 

Mən aşığam, ay dərdim. 



Vay dərmanım, vay dərdim. 

Hamı gül əkdi, gül dərdi. 

Mən gül əkdim, vay dərdim. 

 

Deer yerüz soyuğ olmıyeydi, 



Qızılgül solmıyeydi, 


 

303 


Bir ayrılığ bir ölüm, 

İkisi olmuyeydi. 

 

Dərya, sənnən kim keçdi? 



Kim qərq oldu, kim keçdi? 

Əzrayıl sinəyə çökəndə 

Göz önünnən kim keçdi? 

 

Dəryada fənar yanar. 



Baxdıqcan iraq yanar. 

O qədər dərd mənim var, 

Dedigcən ürəg yanar. 

 

Yolda maral durmuş oldu. 



Boynunu kəc burmuş oldu. 

Zalım ovçu sərrast oldu

Atam oğlun vurmuş oldu. 

 

Yük yığıb, dayanmadı. 



Ev tikib qoyammadı. 

Ardıycan ağlamağa, 

Bir kəsi olammadı. 

 

Aşıx barat, eylədim. 



Halım barat eylədim. 

Yığdığını, dərdiyini 

Kimə barat eylədim? 

 

Aşıx ozan olmuşam. 



Ozanı yozan olmuşam. 


 

304 


Tutmuşam dişimə qəmli qələmi, 

Almışam əlimə dərdin dəfdəri, 

Qəm-qüssədən betəri 

Bayatı deyən olmuşam. 

 

Mən aşıx, bu xaniyə, 



Bu qana, bu xaniyə. 

Kimin belə dərdi var 

Gəlsin bu qəmxaniyə. 

 

Əzizim, birəm dağlar,  



Gülüm yox dərəm, dağlar. 

Mənim ahu-zarımnan  

Göydə mələklər ağlar. 

 

Ay taleyim, ay dərdim,  



Vay dərmanım, vay dərdim.  

Gül əkənlər gül dərdi,  

Mən bəs niyə vay dərdim? 

 

Mən aşıq, sulu dağlar,  



Çeşməli, sulu dağlar.  

Mənim ahu-zarımnan  

Göy kişnər, bulud ağlar. 

 

Əzizim, ulu dağlar,  



Çeşməsi sulu dağlar.  

Mənim ahu-nalama  

Göydə mələklər ağlar. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə