ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə83/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   79   80   81   82   83   84   85   86   ...   100

 

341 


Evlisən, ev halı bil,  

Ev sənə peşkəşdi, gəlin. 

 

*  *  * 


Gəlini aparmağa gələndə deyirdüg: 

Yaxşı bəzəg vurun bizim gəlinə, gəlinə, 

Mirvarıdan saçağ tökün telinə, telinə. 

 

Alırduğ  gəlini,  mindirirdüğ  arabaya,  maşına,  nə  gəlibsə 



ona. Deyirdüg: 

Gəlin gəlir, evimi döşə, 

Qayınnarı əyləşib qoşa. 

 

Aparıb təhvil verirdüy, orda da xeyləm mahnı deyirdüy: 



Almanı alma, gəlin, 

Al yerə salma, gəlin. 

Evlərdə çox söz olar, 

Ürəyivə salma, gəlin. 

 

İstəkanı nəlbəkiyə qoy, gəlin. 



Evdəki xasiyyətivü yerə qoy, gəlin. 

Yəni gəldün oldun dayı bu evin adamı. 

Qabağkı  aşığlar  toya  gələrdilər,  çalardılar.  Tahirdən, 

Zöhrədən, Əslidən, Kərəmnən, Şah İsmayıldan  dastan başda-

dardılar.  Onarın  bir-birini  isdəməyinnən,  ərə  getməyinnən, 

köçünnən, ya qismət oldu, ya olmadı, onu deyərdilər.  

Qoçum balabançı, gəl dalımcan gör, aşığ nə deyir. Sazı 

basardı sinəsinə, sifdə girəndə toyxanıya, nəsiətnamə verərdi. 

Əhali oturub sakit. Aşığ deyərdi: 

 



 

342 


Salam verib bir məclisə varanda, 

Böyükdən kiçiyə nəsihət gərək. 

Hər kim öyüd versə, öz övladına, 

Nəsildən-nəsilə nəcabət gərək. 

 Balabançı da onun dalıycan fırranırdı. Hamı onun aşığı-

na, sazına pul basardılar. Bular oğlan toyunda olurdu.  

 Deməg gedirdilər elçiliyə. Başdıyırdılar deməyə ki, Alla-

hın  göndərdiyi,  Məhəmmədin  buyurduğuynan  sənin  qızın,  mə-

nim oğlum bir-birinə qismət olarsa, sizin razılığuvuzu isdiyirik. 

 Hə,  alırduğ  qızı,  “hə”  deyilirdi,  gəlirdüg  hazırrığımızı 

görürdüg.  Yəni  istəgana  bi  qənd  atılırdı,  şirin  eliyib,  əl  görü-

şürdülər  ki,  yəni  qız  bizimdi.  “Hə”ni  alduğ,  gedirdüg  evə.  İndi 

adam var 3 günnən sora, adam var 1 həftə sora, bi üzüg, şal, əsa-

sən, baş yaylığı aparırdılar. Bi də şirniyat aparırdılar. Xonçıynan 

gedən də olurdu. Mahnı deyə-deyə gedərdüy nişana. Deyərduk: 

Ay qız, nişanun gəlir

Qırmızı şalün gəlır. 

Gəldi oğlan adamı, 

Oğlan, sındır badamı, 

Görməsin qız adamı. 

Ay qız nişanun gəlir, 

Qırmızı şalun gəlir. 

Belə-belə nişanı  verirdük. Yeyirdük, kəllə qəndləri payla-

yırduğ, qayıdırduğ dala. Sora “paltarkəsdi” eliyirdüy. Yenə pal-

paltar  götürüb  qız  evinə  gedirdük.  “Paltarkəsdi”,  toy  eliyəna 

yaxın olurdu. Bını oğlan evi eliyirdi. Hərə bi xoncaynan, xələt-

nən gedirdilər qiz evinə. Orda da deyirdilər ki, bı filankəsin payı, 

bı  bəhmənkəsin  payı.  Yenə  orda  da  halay,  demək,  yemək,  ic-

mək, sora hər kəsən öz evinə. Qaldı toy. Hər kəsən öz toyun eli-

yirdi.  Oğlan  evi  qız  evinə  başdığ  verirdi.  Məsələn  bi  qoyun,  bi 




 

343 


tay un, bi tay dügi, bi tay qənd aparırdı. Qoyunun başında qırmı-

zı şal aparırdılar qız evinə. Hə sora, şükür Allaha, gəlini gətirdi, 

oğlan  evi  də  toy  eliyirdi,  qoyun  aparana  pul  verilirdi,  kim 

tutubsa, ona, güzgü tutana, şam tutana, hamısına pul verirdilər. 

Hə, az qalmış da, “ev döşəmə” (ev bəzəmə) başdıyırdı: 

Gəlin gəlir, evini döşə, 

Qayınnarı əyləşib qoşa. 

Verdim bi balaca quzu, 

Aldım bi balaca qızı. 

Atasına, anasına, 

Verdim issiotnan, duzu. 

“Qazanaşdı”da  xələt  verilməsə,  qazanın  ağzı  açılmazdı. 

Neçə  nəfər  varsa  hamısına  pul  verilirdi,  qırmızı  onnuğ.  Sora 

qazanın ağzı açılırdı. Bişirirdilər, qoyunu kəsirdilər, əti qovuur-

dular soğannan, qıp-qırmızı yağ içində. Plov süzürdülər. 

 

Bayramlığ aparmaq 



 

Qurban bayramı vaxtı gəlinçün qurban aparardılar. Qur-

ban xoncaları götürülür, qurbannığ qoyunu da bəzəyillər, qır-

mızı  yaylığı  salıllar  boynuna.  Qurban  qabağı  da  xoncalar  əl-

lərdə,  hamı  gedərdi  qız  qapısına.  Evin  ic  adamları,  qohum-

ağraba  gedirdilər,  qurbanı  gəlinin  başına  fırradırdılar,  kəsir-

dilər. Qanınnan da gəlinin alnına bi balaca vuvurdular. 

 

*  *  * 



Bu gün toy günündür ,ay xanım bacım, 

Başına qoyulur xoşbəxtlik tacın. 

Səni yoxlamağa gələr qardaşın, bacın, 

Gedən yerdə yarıyasan, mənim bacım. 

Xoşbəxt olub qarıyasan, mənim bacım. 



 

344 


Bu gün toy günündü, ay Həsən qardaş, 

Atan, anan sənə alıb ömürlüg sirdaş. 

Arxadır, dayaqdır qardaşa qardaş, 

Allah bir ömrü verib, yüz yaşıyasan. 

Ata-anava mehriban ailədə şən yaşıyasan. 

 

Yaşa bu dünyanı, yaşınnan qocal, 



Çalış bu dünyada adınnan ucal. 

Allah sevən ol, Allahdan güc al, 

Aldığunnan yarıyasan, tazə bəy, 

Ata-anaya mehriban ol, tazə bəy. 

 

Əyləş, gəlin, əyəş, gəlin, 



Bizim dil farsu dilidi, 

Öyrəş, gəlin, öyrəş, gəlin. 

 

Evlərində var aftafa, 



Yolunda çəkmişəm cəfa, 

İndi olmuşam bifəva, 

Əyləş, gəlin, əyləş, gəlin. 

 

Ay xınanı yaxun dəsdinə-dəsdinə, 



Xəbər getsin düşmanına, dosduna. 

Gəlib burdan getmiyəsən

Ay xınanı yaxun dəsdinə-dəsdinə. 

 

Çadranı yellətmiyəsən, 



Ay xınanı yaxun dəsdinə-dəsdinə. 

Dul kişiyə getmiyəsən, 

Ay xınanı yaxun dəsdinə-dəsdinə. 



 

345 


Səhər qız gəlin köçəndə deyirdilər: 

 

Evlərinin yanı hasar, 



Ay qara toyuğun yağısan, ay gəlin. 

Bir gecənin qonağısan,  

Ay qara toyuğun yağısan, ay gəlin. 

 

Gün gəlib kölgəni basar, 



Ay qara toyuğun yağısan, ay gəlin. 

Yarun gəlib qulağ asar, 

Ay qara toyuğun yağısan, ay gəlin. 

 

*  *  * 



Mən  qız  vaxtı  qəşəng  qabal  çalardım.  Sonradan  cırıldı. 

Kişiyə dedim, bir qabal al, dedi: “Şöngi oturduğun yerdə”.  

Qabal çaldığıma görə, qızdar məni “xınayaxması”na ca-

ğırardılar. Gedərdüy oturarduğ, xınayaxdıda, e, gecə yarısına-

can.  Qaval  vurardım,  dambıltısı  çıxardı  ərşə.  Başda  mən  du-

rardım.  Elə  vaxtı  olurdu,  gecənin  yarsınacan  səhərə  yaxın 

oturduğ ki, nə var, nə var bi çiqqana xına yaxacüy, sora gedə-

cüy  öy-eşiyimizə.  Bi  dəfə  bi  dənə  qızın  xınayaxtısı  idi.  Ged-

müşüy,  o  qızın  xınayaxtısına.  Halay  çəkdüy,  yatdüy-durdüy, 

ay Allah, neyliyək, səhər açılmadı. 

Həmən bu nişannı qızgilin həyətdərində 2-3 dənə gomuş 

bağlamışdılar həyətə. Üç-dörd dənə qızzdarnan düşdüy həyətə. 

Gomuşdarın təzəyi koma-koma, “əstəfurulla” gördüy xına kimi 

şeydi.  O  qıza  dedim  ki,  gə  bu  gomuşun  nəcisinnən  bi  çıqqan 

götürəy, çıxəy yatanların əlinə yaxəy. Biqətənə götdüy, çıxduğ 

yuxarı.  Yatannarın  əlinə  yaxay.  Kimin  əli  münasib  yerdədi, 

əlinin  ortasına  qoyduy.  Biri  gənnəşir,  biri  durur.  Yuxudan 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə