ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə91/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   87   88   89   90   91   92   93   94   ...   100

 

375 


Bi dəstə reyhan,  

Bala, bala yar yara heyran. 

Bını  dəfnən  vıraraduğ,  qəşəy  dəfnən,  halay  vırıb  oyni-

yarduğ.  Halayda  dəstədə  olannar  da  belə  tutullar,  çəçələ  bar-

mağınan  bir-birinin  əlinnən,  6-7  nəfər  biyanda,  6-7  nəfər  də 

biyanda olur, lap 20 nəfər də olar, fərqi yoxdu. Fırranır bi dəs-

tə belə durur, bi dəstə də o tərəfdə durur. Biz halayın sözdərin 

deyəndə, o biri dəstə nəqarətin deyirdi, olar sözdərin deyəndə, 

biz nəqarətin deyirdik. Fırrana-fırrana, belə-belə.  

Dolayı gəl, dolayı,  

Həsri basma, dolan gəl. 

Övləri bırda yoxdu, 

Həsri basma, dolan gəl. 

Köcübdü yurdu, 

Həsri basma, dolan gəl. 

Getdim pələd ağzına, 

Həsri basma, dolan gəl. 

Dedilər evdə yoxdu, 

Həsri basma, dolan gəl. 

*  *  * 


Su ilanı oleydım, 

Həsri basma, dolan gəl. 

Ləkdən-ləkə doleydım, 

Həsri basma, dolan gəl. 

Qardaş əkən çəltigün, 

Həsri basma, dolan gəl. 

Sünbülü mən oleydım ay, 

Həsri basma, dolan gəl. 

 

 



 

376 


*  *  * 

Ay xınanı yaxun dəstinə, dəstinə. 

Xəbər getsin düşmanına, dostuna. 

Helə dedim mənəm, mənəm  

Ay xınanı yaxun dəstinə, dəstinə. 

*  *  * 


Lənkəran hacıları,  

Ha yordu, yordu, yordu. 

Başında tacıları. 

Görək kim kimi yordu? 

Qurban olsun qardaşa,  

Ha yordu, yordu, yordu. 

Qoşaca bacıları. 

Görək kim kimi yordu? 



 

Digər kəndlərdə halay 

 

Qız  vaxtı  halaya  gedirdik.  Halay  çəkürdük.  Onnan  sora 



mahnı deyirdik: 

Aman, nənə, zalım nənə, yar nənə. 

Qaynanamı bağda ilan vureydi. 

Baldızıma Quran qənim oleydi. 

 

Qaynatama Məkkə qismət oleydi. 



Aman, nənə, zalım nənə, yar nənə. 

  Gəlini hamama göndərin. Bunu oxuya oxuya gəlini bə-

ziyərdik:  

Gəlini hamama göndərin. 

Gəlini hamama göndərin. 

Gəlin hamamdan çıxanda. 

Hamamdan çıxdı balaca qız. 



 

377 


İndi gələrlər apararlar qızı. 

Səhər obaşdan deyərdik. 

Dan yerinə səda düşdü. 

Bülbüllər yuvadan uçdu. 

Dan yerinə səda düşdü. 

Bülbüllər yuvadan düşdü. 

Mahnıynan deyərdik. Halaya gedərdik. Paltar aparardıq, 

xonça qoyardıq başımıza.  

Nar atdılar yara. 

Bu evin böyük qızı. 

Uçar gedər yara. 

 

*  *  * 



Dəfnən halaya gedərdik.  

Qaynım var idi, gəlib durardı yanımda. Deyərdi ki, oxu. 

Deyərdim, nə oxuyum axı? 

Nənəm-nənəm, bacım, nənəm. 

Süd ver mənə, nənə- nənəm. 

Deyərdim Vallah deyə bilmirəm deyərdi de. Deyərdim. 

Nənəm, ay nənəm, ay nənəm, nənəm ay. 

Süd ver mənə, balam ay. 

Nənəm, nənəm, nənəm ay. 

Süd ver mənə, balam ay. 

*  *  * 

Gecəni səərəcən halay deyərdik 

Dan yerinə sada düşdi, 

Bülbillər nuna da

*

 düşdi. 


                                                             

*

 nuna – çuxur  




 

378 


 

Çıxarduğ qırağa, 2 nəfər bırda durardı, 2 nəfər orda, onu 

deyərdik, camaat da bilərdi ki, filankəsin bı gecə xınayaxdısıdı. 

Ay xınanı yaxun dəsdinə-dəsdinə, 

Xəbər getsin düşmanına, dosdına. 

Halayda 10 nəfər bu tərəfdə, 20-25 nəfər bu tərəfdə du-

rurdu başdıyırdılar.  

Ay lolo, lolo, lo, 

Ya lolay ey, 

 

*  *  * 



Ay çəkin halay düzülsün, 

Ay xumar gözlər süzülsün. 

Duşmançılığsa əyər, 

Əlim yardan üzülsün. 

A yordu, yordu, yordu, 

Görən kim kimi yordu? 

 

*  *  * 


Bizim  vaxtımızda  15  qadın  bıyizdə,  15-i  bıyizdə  daya-

nardı.  Kişilərimiz  deyərdi  ki,  halay  çəkilməsə,  günarta  veril-

miyəcək. Halaybaşının əlində qırmızı dəsmal, birinin də əlin-

də qaval: 

Çəkin, halay düzülsün, 

Xumar gözlər süzülsün. 

Hər kim halay çəkməsə, 

Əli əldən üzülsün. 

*  *  * 

Yar, əlim yar, düymələri mərcan. 

Əmim oğlu sən nəsən. 



 

379 


Sən məni bəyənmirsən 

Eləsinə gedərəm, 

Sən onun nökərisən. 

Yar, əlim yar, düymələri mərcan. 



 

Bi kəlmə olar deyirdi, bi kəlmə də biz deyirdiy. 

 

Heyvalığdan yolum var, 



Sənə qurban olum yar. 

Dimə ki, bivəfadur, 

Anam qoymur gələm yar. 

 

Bu mahnılar kişiləri dəlicəsinə həyəcana gətirirdi.  Səsi-



miz gedirdi kəndin o başına. Kişi deyəndə öz qardaşımız, əmi, 

dayı  oğlannarımızıydı.  Səhərəcən  mahnı  deyərdüg,  dəf  çalar-

duğ,  toyxana  musiqiçi-zad  yoxuydu.  Gəlib  gəlini  apararduğ. 

Bəyi bəy hamamına aparardılar, onda deyirdilər: 

 

Dan yerinə sada düşdü, 



Bülbüllər yuvadan uçdu. 

 

*  *  * 



Kecmişdə  qız-gəlin  halay  cəkməsə  idi,  o  toyun  dadı-

ləzzəti olmazdı. Yığılardılar əl-ələ verərdilər halay cəkərdilər. 

İndi o halaylar yoxdu. Deyerdilər:   

Su atdım yara dəydi, 

Əlim divara dəydi. 

Yar əli, yar düymələri mərcan. 

Lal olsun həylə dilim, 

Nə dedim yara dəydi? 

Yar əli, yar düymələri mərcan. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə