ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə94/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   90   91   92   93   94   95   96   97   ...   100

 

389 


Bal yemə, bal yemə...... 

 



Nəqarət 

I dəstə:  Bal yemə, bal yemə, bal yeyəsi gəlir, balam. 

Dədəmin evindən toy səsi gəlir, balam. 

 

II dəstə: Bal yemə, bal yemə, bal yeyəsi gəlir, balam. 

   


Dədəmin evindən toy səsi gəlir, balam. 

 

I dəstə: Şal-şala bağlar gedər. 

   

Gül şala bağlar gedər. 



Oğlanın bacıları 

   


Nişanə bağlar gedər. 

 

 I dəstə: Bal yemə, bal yemə, bal yeyəsi gəlir, balam. 



   

Dədəmin evindən toy səsi gəlir, balam. 

 

II dəstə: Dərmişəm şirin narı, 

   


Şirin deyərlər yarı. 

   


Hamıdan şırın olsun, 

   


Kicik qaraşın yari. 

 

II dəstə: Bal yemə, bal yemə, bal yeyəsi gəlir, balam. 

   

Dədəmin evindən toy səsi gəlir, balam. 



 

I dəstə: Ləmə çıxma damcıdı, 

Köynəyim narıncıdı. 

   

Oğlan qızın dərdindən. 



   

Ölməsə, zarıncıdı. 




 

390 


I dəstə: Bal yemə, bal yemə, bal yeyəsi gəlir, balam. 

   


Dədəmin evindən toy səsi gəlir, balam. 

II dəstə: Mən aşiqəm, gün gələr

   


Ay dolanar, gün gələr. 

   


Gözlərin aydın olsun, 

   


Nişanlın bu gün gələr. 

 II dəstə: Bal yemə, bal yemə, bal yeyəsi gəlir, balam. 

   


Dədəmin evindən toy səsi gəlir, balam. 

 

II 



Nəqarət 

I dəstə: Əcəb şalın güllüdü, ortası bülbüllüdü. 

   


Qardaş, adaxlın gördüm, əcəb şirin dillidi. 

 

II dəstə: Əcəb şalın güllüdü, ortası bülbüllüdü. 

   

Qardaş, adaxlın gördüm, əcəb şirin dillidi. 



 

I dəstə: Qardaş mənim qardaşım, 

   


Qardaşa qurban başım. 

   


Qardaş evlənmək istər, 

   


Dur ayağa, yoldaşım. 

 I dəstə: Əcəb şalın güllüdü, ortası bülbüllüdü. 

   

Qardaş, adaxlın gördüm, əcəb şirin dillidi. 



 

II dəstə: Qardaş gəlir enişə, 

   


Yükü dönüb gümüşə. 

   


Qardaşa qız tapmışam, 

   


Üzdə xalı bənövşə. 

 II dəstə: Əcəb şalın güllüdü, ortası bülbüllüdü. 

   

Qardaş, adaxlın gördüm, əcəb şirin dillidi. 




 

391 


I dəstə: Qardaş ovuna gedər. 

   


Baxar boyuna gedər. 

   


Bu bayramın xonçası, 

   


Qardaş toyuna gedər. 

I dəstə: Əcəb şalın güllüdü, ortası bülbüllüdü. 

   


Qardaş, adaxlın gördüm, əcəb şirin dillidi. 

 

II dəstə: Qardaş, adına qurban. 

   

Alma, dadına qurban. 



   

Sənə yalğız demərəm, 

   

Gül adaxlına qurban. 



 II dəstə: Əcəb şalın güllüdü, ortası bülbüllüdü. 

   


Qardaş, adaxlın gördüm, əcəb şirin dillidi. 

   


 I dəstə: Əcəb şalın güllüdü, ortası bülbüllüdü. 

   


Qardaş, adaxlın gördüm, əcəb şirin dillidi. 

 

Arxalığın mərdanə, yar hey... 



 



I dəstə: Arxalığın mərdanə, yar hey. 

   


Mərcan düzdüm gərdanə, yar hey. 

 

II dəstə: Mərcan düzdüm gərdanə, yar hey. 

 

I dəstə: Sevdin ala bilmədin yar-yar, 

   


Niyə girdin meydana, yar hey? 

 

II dəstə: Gül baxçada yolun var, yar-yar, 

Anam qoymur gələm, yar-yar hey. 



 

392 


I dəstə: Anam qoymur gələm, yar-yar hey. 

 

II dəstə: Demə ki, bifəvasan, yar-yar, 

   

Sənə qurban olum yar-yar hey. 



 

II 

I dəstə: Göy dəvə düzdə qaldı, ay nar hey nar. 

   


Yükü Təbrizdə qaldı, gülü nar hey. 

 

II dəstə: Yükü Təbrizdə qaldı, gülü nar hey. 

 

I dəstə: Oğlanı dərd apardı, ay nar, hey nar, 

   


Dərmanı qızda qaldı, gülü nar hey. 

 

II dəstə: Qızılgülsən butasan, ay nar, hey nar, 

   

Dostu əziz tutasan, gülü nar hey. 



 

I dəstə: Dostu əziz tutasan, gülü nar hey. 

 

II dəstə: Mən o güldən deyiləm, ay nar, hey nar, 

   

İyləyəsən, atasan, gülü nar hey. 



 

III 

Nəqarət 

I dəstə: Çal belə qurbanın olum, çal belə, 

   


Gedər bu dövran, daha qəlməz əley.  

 

II dəstə: Çal belə qurbanın olum, çal belə, 

   

Gedər bu dövran daha qəlməz əley.  



 


 

393 


I dəstə: Eşqdən zarə gəlmişəm oğlan-oğlan

   


Eşq bazara gəlmişəm oğlan-oğlan. 

 

 II dəstə: Çal belə qurbanın olum, çal belə, 

   

Gedər bu dövran, daha qəlməz əley.  



 

I dəstə: Əvvəlki görüş yeri oğlan-oğlan, 

   


Çəmənzarə gəlmişəm oğlan-oğlan. 

 

II dəstə: Mən gəlmişəm sini-sini, ay oğlan, 

   

Mən sevmişəm birisini, ay oğlan. 



 

 I dəstə: Çal belə qurbanın olum, çal belə, 

   


Gedər bu dövran, daha qəlməz əley.  

 

II dəstə: Ay, cəllad boynumu vursa, ay oğlan, 

   

Mən demərəm özgəsini, ay oğlan. 



 

IV 

Nəqarət 

I dəstə: Xonçaya düzdüm noğulu, badamı, 

   


Mübarək olsun gəlinin qədəmi. 

 

II dəstə: Xonçaya düzdüm noğulu, badamı, 

   

Mübarək olsun gəlinin qədəmi. 



 

I dəstə: Ellər deyər mənəm-mənəm, 

   


Xonçaya düzdüm noğulu, badamı. 

 

 II dəstə: Xonçaya düzdüm noğulu, badamı. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə