ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə92/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   88   89   90   91   92   93   94   95   ...   100

 

380 


*  *  * 

   


 

Çəkin, halay düzülsün. 

   

 

Xumar gözlər süzülsün. 



   

 

Hər kim halay çəkməsə, 



   

 

Əli yardan üzülsün. 



 

Mahmudavar kəndində halay 

  

Öz qərarıynan Mahmudavar kənd klubuna rəhbər oldu o 



vaxtı.  Həmin  ili  anam  rayon  yığma  ansanbılıynan  Respub-

likaya  çox  gözəl  bir  müsabiqəyə  qatılır,  müğənni  kimi.  Orda 

çıxış eliyəndən  sonra  musiqiçilərin diqqətini cəlb edir özünə, 

yəni çox bəyənirlər onu və bu musiqiçilərin içində oturur arıq 

bir  qadın,  anamın  dediklərini  deyirəm.  Səhv  eləmirəmsə,  hə-

min  müsabiqədə  Zeynəb  xanım  Xanlarova  da  müsabiqədən 

çıxır. Deməli, 55-ci ildə həmin müsabiqədən çıxır. Onu Bakı-

da saxlamaq istəyirlər müğənni kimi. Anam deyir mənim işim 

var,  molla  qızı  olduğuna  görə,  ağır  seyidlər  nəsli  olduğuna 

görə  rədd  edir  bu  təklifi.  Deyir  ki,  mən  qala  bilmərəm,  razı-

laşmır.  Münsiflərdən  biri  uzun  arığ  xanım  anama  təklif  edir 

ki,  sənə  baxıram  sən  gəncsən,  gözəlsən,  bacarıqlısan,  sən  öz 

bölgənizin,  cənub  bölgəsinin  qədim  folklor  bayatılarından 

ibarət kollektiv yarada bilərsən. Orada cənub bölgəsinin rəqs-

ləri,  mahnıları  olar.  Anam  deyir  ki,  həmin  an  halay  düşün-

düm, bilirsiz nəyə görə, çünki mənim nənəm bədahətən baya-

tı,  qəzəl  deyən  olubdur.  Onun  savadı  olmuyubdu,  yazı  yaza 

bilməyib. O vaxtı biz körpə olmuşuq,  yəni tez-tez onun  yanı-

na gələrmişlər. O, bədahətən bayatılar deyərmiş. Deyir ki, nə-

nəm o vaxtı o kəndin sahə kənd işindən uzaq oladuğuna görə, 

o  vaxtı  avtomobili  olmuyubdu  onun,  o  qadınları  helə  bil  iki 



 

381 


hissəyə  bölürdü.  İki  cərgəyə  ayırırdı  onları,  oxuya-oxuya  nə-

nəm  də  rəhbərlik  eliyərmiş  ki,  başçı  kimi  başçılıq  edərmiş. 

Onlar da oxuyarmışlar bunlar da gedərmiş həmin əkin  yerinə 

ki,  məsafə  onlar  üçün  tez  gəlsin,  yəni  halay  o  dövrdən  qalıb 

halay,  yəni  haray  kimi  bir  şeydi.  Halay  çoxluqdu,  bir  yerdə 

rəqs  etməkdir,  birlikdi.  Yəni  bir  cərgə  deyir,  o  biri  cərgə  ca-

vab  verir,  yəni  ki  yallı  getmək  bir  yerdə,  oxuya-oxuya  bu 

cərgə cavab verir. Deyir ki, saylar istədiyi qədər ola bilər, tək 

olmamalıdır.Yəni  həmin  vaxt  anamın  ağlına  bu  gəlib  anam 

deyərdi  ki,  halay  gedirlər.  Sonra  nənəm  ilə  5-6  qadın  olub-

durlar. Hələ 30-cı illərdən söhbət gedir. Əlli beşinci ildə ana-

mın  fikirlərini  dedim.  Nənəmin  o  qadınlarnan  hələ  30-40  ci 

illərdə  halay  çəkdiyini  anam  yadıma  salır.  O  dövrdə  nənəm 

hələ 5-6 qadından ibarət bir kollektiv formasında öz araların-

da  xına  gecələrinə  gedərlərmiş.  O  vaxtı  xına  ev  şəraitində 

olubdu.  Qadınlar  yığışıblar,  qızlar,  qonşular  gə

linin başına. 

Yəni  qarmon  çala-çala  oxuyarmışlar,  yəni  o  dövrlər  anamın 

yadına gəlir. O dövrün bayatılarıdı bizə gəlib  çıxıb. Bir  yaşlı 

Xumar  nənə  vardı  kəndimizdə,  o  da  nənəm  kimi  bədahətən 

bayatılar deyirdi. Yəni anama təklif olunanda onun yadına nə-

nəmin dedikləri düşür. Vaxt gəlir halay yaranır.  

İlk  dəfə  artıq  56-cı  ildə  burda  Mahmudavar  kulubunda 

baxış keçirilir. Halaya Qəmbər Hüseynli gəlir, Ənvər Abdulla-

yev  gəlir.  Mahmudavarda  iki  nəfər  bayatılarnan,  geniş  bir  re-

pertuarnan  çıxış  ediblər.  Deyiblər  ki,  sayı  artırın,  üç  nəfərnən 

müsabiqəyə qatılmaq olmaz, bir az sayı artırın. 57-ci ildə artıq 

festival keçirilir, onlar həmin festivala qatılırlar. 59-cu ildə hə-

min festival ikinci dəfə keçirilir o dövrdə artıq on iki nəfər olur. 

Bunlar on iki nəfər həmin festivala qatılırlar. O festivalın bütün 

üzvləri, halayın bütün üzvləri halay diplomuna, nişanına layiq 



 

382 


görülürlər, həm də diplom verilir onlara, yəni o gündən bu gü-

nə  festivallarda,  müsabiqələrdə  xarici  ölkələrdə  olurlar.  52-ci 

ildən  anam  işləyibdi.  Bunun  55  ilini halay,  yaratdığı  kollektiv 

ilə məşğul olubdu. Uzun illər şəkər diabetindən əziyyət çəkirdi 

anam. Onu mən əvəz edirdim, mən də bir övlad kimi fəx

i

-




 

383 


Biz avropalaşmayaq. Mədəniyyətimiz yaşası,n folklor yaddan 

çıxmasın  deyə  veteranları  başıma  yığdım  ki, əsl  folklorumuz 

qalsın. Gənclər pul alırlar hələ ki, veteranlar yox.  

Belə mahnılar oxunur, deməli, mənim az-çox informasi-

yam var. Deməy, halay deyəndə nə başa düşülür? Bu qadınla-

rın  toplaşdığı  yer  olur  halay.  Mən  deməzdim,  elə  kişilər  də 

halay  gedirlər.  Türklərdə  kişilər  halay  gedir.  Tək-tək  halay 

yoxdur. Meydan ki yaranır halay çəkilir: 

Çəkin, halay düzülsün. 

Xumar gözlər süzülsün. 

Kim halaya gəlməsə, 

Əli yardan üzülsün. 

Yəni o bayatı elə bil ki, insanları  qorxudur. Burada de-

yirlər ki, kim halaya gəlməsə əli  yardan üzülsün. Heç bir qa-

dın  istəməz  ki,  yarsız  qalsın.  Yəni  bu  halay  sözü  qarğışdan 

qorxurlar. Meydançanı dəyişmək olar. Yəni halay yallı forma-

sında gedir. Orada birləşirlər, iki qrupa ayırırlar. Biri girir or-

talığa, həmin səhnə gələndə həmin bayatı gələndə. 

Ay yordu yordu yordu, 

Görək kim kimi yordu? 

Bu formada bir nəfər qalır ayaq üstə, əl çala-çala həmin 

bayatıları  deyirik,  sonra  o  biri  cərgə  cavab  verir.  Elə  bu  for-

mada  yallı  gedə-gedə  səhnədən  çıxırlar  səhnəni  tərk  edirlər. 

Elə bil sadə bir şeydi hərəkətlər. 



 

Mübarək, ay mübarək 



Nəqarət: 

I dəstə: Mübarək, ay mübarək, qardaş toyun mübarək. 

II dəstə: Mübarək, ay mübarək, qardaş toyun mübarək. 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə