ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə89/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   85   86   87   88   89   90   91   92   ...   100

 

365 


Xarabada yoxdur kağız yazanı 

Ha leyli leylaye, gəl saçı tellaye. 

 

Gəmiyə vurmuşuq taxta, talaşa, 



Gəmini hasta sür, dəyməsün daşa. 

Bir kağız yazaram Ağa qardaşa, 

Ha leyli leylaye, gəl saçı tellaye. 

 

Sənə kim dedi ki, düyü alasan? 



Mənim bu canımı çəbrə salasan, 

Məni qoyub, o pintini alasan

Ha leyli leylaye, gəl saçı tellaye. 

 

Allam, allam səni 



 

Evlərini dalın aldım, oturdum. 

Daşların sinəmə saldım, oturdum. 

Eşitdim yar gəlir, durdum, oturdum. 

Allam, allam səni, qıza, mən allam səni 

Qıza, mən allam səni, hey, ay qara göz, 

Yarın ollam sənin, hey, ay qara göz. 

 

Evlərin dalın halağ eylərəm, 



Gələnə, gedənə sorağ eylərəm. 

Bacısı göyçəyi qonaq eylərəm, 

Allam, allam səni, qıza, mən allam səni, hay 

Ay qara göz, yarın ollam sənin, hey, ay qara göz. 

 

Evlərinin dalı hündür məsçiddir, 



Oğlan, arxalığın nə güllü çitdir. 


 

366 


Məyər mən ölmüşəm rəngin qaçıbdır? 

Allam, allam səni, qıza, mən allam səni 

Ay hey, ay qara göz, 

Yarın ollam sənin, hey, ay qara göz. 

 

Qaynana, qaynata, mənnən düz danış, 



Altuva qoyaram nazlı gül balış. 

Oğlun evə gəlir, xanım, az danış! 

Allam, allam səni, 

Ay hey, ay ara göz, 

Yarın ollam sənin, 

Ay hey, ay qara göz. 

 

Qaynanamın adı Mahidi, Mahi, 



Ətəyinə atdım yüz əlli şahi. 

Qaynananı tutub gəlninin ahi. 

Allam, allam səni, 

Ay hey, ay qara göz, 

Yarın ollam sənin, 

Ay hey, ay qara göz. 



 

Şərəfə kəndində halay

 

 



Nəqarət 

I dəstə: Ay lolo, lolo, əl ələ,  

II dəstə: Ay cəkin halay düzülsün. 

 

I dəstə: Ay lolo, lolo, əl ələ,  



II dəstə: Ay xumar gözlər süzülsün. 


 

367 


I dəstə: Ay lolo, lolo, əl ələ,  

II dəstə: Ay hər kəs halay deməsə 

 

I dəstə: Ay lolo, lolo, əl ələ,  



II dəstə: Ay əli əldən üzülsün. 

 

I dəstə: Uca daglardan səslərəm neynim? 

Yarı qoynunda bəslərəm neynim? 

 

II dəstə: Yarı qoynunda bəslərəm. 

 

I dəstə: On iki imamdan istərəm neynim? 

Yar əlindən, dad əlindən neynim? 

II dəstə: Yar əlindən, dad əlindən. 

 

I dəstə: Yeri ha yeri, ha kimin yarısan? 

Kimin heyvasısan, kimin narısan? 

Hansı bəxtəvərin vəfadarısan? 

Sevdim ala gözlünü, kimin yarısan? 

 

II dəstə: Səni and verirəm adın Hüseynə? 

Gəlib getməyəsən bizim küceylə. 

Reyhanın dəstəsi ətir şüşeylə 

Sevdim ala gözlünü kimin yarısan? 

 

I dəstə: Evlərinin dalın aldım, oturdum. 

Daşdarı sinəmə saldım, oturdum. 

Eşitdim yar gəlir, durdum, oturdum. 

Sevdim ala gözlünü kimin yarısan? 



 


 

368 


II 

Nəqarət 

I dəstə: Mələk, mələk, ay canı mələk-mələk, 

II dəstə: Mələk, mələk, ay canı mələk-mələk. 

 

I dəstə: Mən bu küçənin qızıyam,  

Yarın nəməkdan duzuyam. 

Ay canı mələk-mələk. 

 

II dəstə: Mələk, mələk, ay canı mələk-mələk. 

 

II dəstə: Hər kəsənin baldızıyam, 

 

Gəl bağa, bostana mələk. 



Ay canı mələk-mələk. 

 

I dəstə: Aman mələk, ay canı mələk-mələk. 

 

I dəstə: Mənim çəpərdən aşmağım, 

Ağzımdan düşdü yaşmağım. 

Ay cani mələk-mələk. 

 

II dəstə: Aman mələk, ay canı mələk-mələk, 

 

I dəstə: Əlimdə güllü dəsmalım. 

Gəl bağa, bostana mələk. 

Ay canı mələk-mələk. 

 

II dəstə: Aman mələk, ay canı mələk-mələk. 

 

 



 

369 


III 

Nəqarət 

I dəstə: Bir dəstə reyhan, bala-bala, yar-yara heyran. 

II dəstə: Bir dəstə reyhan, bala-bala, yar-yara heyran. 

 

I dəstə: Əlin əlimdə döyül, sunalar, sunalar, 

Şalın belimdə döyül.  

 

II dəstə: Bir dəstə reyhan, bala-bala, yar-yara heyran. 

I dəstə: Bir dəstə reyhan, bala-bala, yar-yara heyran. 

 

II dəstə: Sənin başın ağrısı sunalar, sunalar, 

Mənim əlimdə döyül. 

 

I dəstə: Bir dəstə reyhan, bala-bala, yar-yara heyran. 



II dəstə: Bir dəstə reyhan, bala-bala, yar-yara heyran. 

 

IV 



Nəqarət 

I dəstə: Yar, əlim yar düymələri mərcan. 

II dəstə: Yar, əlim yar düymələri mərcan. 

 

I dəstə: Yar, əlim sevdim həyətdə səni. 



II dəstə: Yar, əlim yar düymələri mərcan. 

 

 



I dəstə: Yar, əlim boyda qamətdə səni. 

II dəstə: Yar, əlim yar düymələri mərcan. 

 

I dəstə: Yar, əlim lacin kimi boylaram. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə