ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə87/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   83   84   85   86   87   88   89   90   ...   100

 

356 


dən  sonra  bəy  öz  dəstəsi  ilə  toyxanaya  daxil  olur.  Toyda  oğ-

lanlar rəqs edir, xanəndə oxuyur, bəy toyun axırında öz dəstə-

si  ilə,  yaxın  adamları ilə oynayır, bəy  tərif edilir, ona xələt – 

hədiyyələr verirlər. Axırda xanəndə “Bəy tərifi” edir, oğlan və 

qız adamları bəyin boynuna müxtəlif xələt (parçalar) bağlayır, 

əlinə  şabaş  verirlər.  Başına  şirniyyat,  pul  səpirlər.  Toya  qız-

gəlin  gəlməməlidir,  oğlan  toyunda  bu  nöqsan  sayılır,  düzgün 

hesab edilmir. Son zamanlar bəyə  yaxın qadınlar toy çadırın-

dan  uzaqda  durub  tamaşa  etdiyi  hallara  rast  gəlinir.  Toy  ax-

şam başlanır, gecə yarısında bitir. 

Bəylə gəlinin yerini yengə salır, bəzəyir, gəlinin bakirə-

liyini isbat edəcək ağ parçalar qoyulur, bu, elə  yengənin əsas 

vəzifəsidir:  gəlinin  bakirəliyini  yoxlayıb  nümayiş  etdirmək. 

Yeri  gəlmişkən,  Mahmudavarda  gəlin  qızın  bakirəliyinə  çox 

ciddi  yanaşırlar. Bu, ismət, ləyaqət, şərəf, namus rəmzi hesab 

edilir.  Zifaf  gecəsi  oğlan  yengəsi  bəyə,  qız  yengəsi  gəlinə 

məsləhətlər  verirlər. Oğlanın sağdış,  soldışı bayırda gözləyir-

lər.  Sağdış  ailəli  cavan,  soldış  isə  subay  olmalıdır.  Bəy  gəlin 

otağına daxil olarkən, qız ayağa qalxmalıdır, hər ikisi bir-biri-

nə yaxınlaşmalı, bir-birinin ayağını basmalıdır (bu adətə “lınq 

əğatə”  deyərlər,  yəni  ayaqbasma).  Əlaməti  budur  ki,  görək 

ailədə  kimin  sözü  ötəcək?  Guya  nişanlısının  ayağını  birinci 

basan ailədə sözü ötər, dili uzun olar. Toy gecəsi ilə bağlı bir 

sıra adətlər də mövcuddur. Məsələn, bəy kişilik gücündən isti-

fadə edə bilsə, qız gəlin olandan sonra oğlan da, qız da döşə-

yin  altına  xələt-pul  qoyarlar,  qızın  bakirəliyi  barədə  yengə 

(“deyne jen”) oğlan adamlarına xəbər verər, xələt alar, muştu-

luq istəyər, səhər qız evinə də xəbəri özü aparar, onlardan da 

xələt-muştuluq  alar.  Xəşil  bişirilib  (talışca  “leketor”)  yaxın 

adamlara qonum-qonşulara paylanar, xələt-pul  alınar. Bəs zi-




 

357 


faf gecəsi bəy kişilik gücündən istifadə edə bilməsə, nə olur? 

Onu  utancaqlıq,  zəiflik  və  naşılıqdan  xilas  etmək  üçün  mol-

laya  kitab  açdırar,  dua  etdirərlər.  Bəyoğlanı  sağdış-soldış  so-

yuq  suda  çimizdirər,  yaxud  söyüd  ağacına  çıxmağa,  evin  ba-

şına dolanmağa məcbur edərlər. Bunlar da kömək etməyəndə 

qız üçün mamaya, oğlan üçün həkimə müraciət edərlər. 

Bəylə gəlin üç gün “pərdəyi-ismətdə” qalarlar. Bəy ana-

sı balaca bir qızla onlara çay-çörək  yollayar. Üçüncü gün qız 

yengəsi gələr, gəlini otaqdan bayıra çıxarar, onu quyu başına 

aparar. Gəlin quyu başında yerə iynə sancar, gül basdırar, pul 

qoyar. (Mahmudavarda belə bir inam var ki, gəlinin o pulunu 

kim görüb götürsə, xoşbəxt olar). Gəlin kişilərdən yaşınar, ağ-

zını  və  burnunu  tutar,  bundan  sonra  ailə  üzvlərinin  hər  biri 

üçün  hazırlayıb  özü  ilə  gətirdiyi  hədiyyələri-xələtləri  payla-

yar, ailə şənlik edər. Buna “se rüje” (üç günlük) deyərlər. Bu-

nunla da yengələrin işi-vəzifəsi bitmiş olar, xələtlərini alıb ge-

dərlər. Yeddinci gün qız adamları gələrlər, hədiyyələr gətirər-

lər.  Oğlan  evində  onlara  qonaqlıq  verərlər.  Qız  anası  qızı  ilə 

xısınlaşar,  ona  məsləhətlər  verər.  Bu  mərasimə  “haft  rüje” 

(yeddi günlük) deyərlər, gətirdikləri hədiyyələrə isə “haft rüje 

şele” (yeddi günün xonçası) deyilir. 

Gəlin qırx gün özünü bəd ruhlardan, soyuq sudan, qaran-

lıqdan gözləməli, gecələr  bayıra  tək  çıxmamalıdır…  Qırx  gün 

müddətində gəlin hər şeydən pəhriz saxlamalıdır. Gəlin “çillə-

li”  sayılır.  Gəlinin  hamiləliyi  onun  şor  və  meyxoş  meyvələr, 

şeylər  yemək  istəməməsi  ilə  aşkar  olar.  Buna  “voni  karde” 

(yerikləmə)  deyərlər.  Gəlin  uzun  müddət  uşağa  qalmayanda 

oğlan  və  qız  tərəfi  narahat  olarlar.  Gəlini  pirə  apararlar,  dua 

yazdırarlar,  türkəçarə  ilə  müalicə  edərlər.  Mahmudavarlıların 

inamına görə, gəlin hamilə vaxtı dovşana baxsa, uşaq qarnında 




 

358 


bu zaman tərpənsə, ağzı mırıq olar, yerikləyən vaxtı böyürtkən, 

yaxud  gicitkən  yesə,  uşağı  nadinc  olar.  Vaxt  yetişəndə  “mo-

mone  jen”  (mamaça)  dalınca  gedərlər.  Ailədə  ilk  uşağın  –  ilk 

nəvənin…  olması  şənlik  doğurar,  körpə  oğlan  olsa,  bu  sevinc 

bayrama çevrilər, ikiqat – fərəh gətirər. Mahmudavarlılar oğlan 

uşağını çox istər, ona “peşt” (arxa, dayaq) deyib əzizlərlər. Gə-

lin zahılıq dövründə bir həftə evdən bayıra çıxmaz, “şaşa” adlı 

qara pişikdən, kiçik heyvandan qorunmalı, qırx gün özünü bəd 

ruhlardan,  bərk  isti-soyuqdan,  qaranlıqdan,  tənhalıqdan  qoru-

malıdır. Özü də, uşağı da “çilləli” olduğu üçün otağa qırx gün 

nə özü, nə də bir başqası qəfildən girməməlidir. Kim də otağa 

girmək istəsə, əvvəl uşaq eşiyə çıxarılır, həmin adam otağa gi-

rər, sonra uşaq otağa daxil edilər. Uşaq ailə səadətinin başlan-

ğıcı sayılır. Körpə yeddi gün bələnər, ana qucağında yatar, yed-

di gündə nənəsi ona beşik, nənni, uşaq arabası gətirər, uşaq da 

beşikdə yatar, bəslənib böyüyər… 

 

Söyləyicilər: 

Gülsüm  Muradova.  Doğum  tarixi  1937,  təhsili  5-ci  sinif, 

Xallıcalı kəndi.  

Həcər  Həsənova.  Doğum  tarixi  1950,  təhsili  orta,  Şərəfə 

kəndi. 

Gülcahan  Ələkbərova,  75  yaş,  təhsili  yoxdur,  Qızılagac 



kəndi. 

Zəringül  Mirzəyeva,  doğum  tarixi  1956,  təhsili  orta,  Musa-

küçə kəndi. 

Zemfira  Əliyeva,  doğum  tarixi  1944,  orta  təhsili,  Ərkivan 

kəndi. 

Ağaverdi Novruzov, doğum tarixi 1940, təhsili 7-illik, Ərki-



van kəndi. 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə