ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə88/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   84   85   86   87   88   89   90   91   ...   100

 

359 


Zərifə  Xəlilova,  doğum  tarixi  1945,  təhsili  7-illik,  Ərkivan 

kəndi. 


Fatma (Pərzad) Tağıyeva. Doğum tarixi 1938, təhsili 7-illik, 

Gəyəçöl kəndi. 

Şabikə Bəşirova, 75 yaş, təhsili yoxdur, Dadva kəndi. 

Güləsər  Dadaşova,  doğum  tarixi  1942,  təhsili  7-illik,  Musa-

küçə kəndi 

Gülbacı Əhmədova, doğum tarixi 1947, təhsili orta, Gəyəçöl 

kəndi. 

 Mədinə  Həsənova,  doğum  tarixi  1941,  təhsili  7-illik,  Xır-



mandalı kəndi. 

Cavahir Xanəliyeva, doğum tarixi 1931, təhsili 7-illik, Gəyə-

çöl kəndi. 

Musarza Mirzəyev. Mahmudavar kəndi. B., 1997.  

Rübabə Ələkbərova, 80 yaş, Qızılağac kəndi. 

 

Toplayanlar: 

Füzuli Bayat (Gözəlov) 

Çiçək Əfəndiyeva 

Nuridə Muxtarzadə 

Qurban Əliyev 

 



 

360 


13. HALAY 

 

Halayın  kökü  var,  halayın  mənası  var.  Uşağ  olanda  de-



yərdim niyə halay loluynan başlıyır?  

Ay lolo  

Lolu nə deməkdi, uşağı nəyə mindirərdik? Loluya. Lolu 

yüyrük, beşikdir, uşağın  yırğalandığı  yerdir. Halay heç olma-

sa altı nəfərdən ibarət olmalıdır. Azı üç, dəstə üçdən başlıyır. 

Filankəsin  bir  halay  qızı  var,  filankəs  bir  yerə  bir  halay  qız 

apardı. Halay  yığıncağ deməkdi. Halay nədi? Çoxluğ demək-

di.  Filankəsin  bir  halay  qızı  var.  Filankəs  bir  yerə  bir  halay 

getmişdi.  Halay  çoxluğdu.  Öz-özümə  fikirləşərdim  ki,  lo,  lo, 

lo, lo nədi lolo uşağ asdıyırsan e, yellədirsən a, keçmişdəkilər 

ona  lolo  deyib.  Halay  ki,  başladı  elə  bil  ki,  yellənirsən,  ona 

görə də lolu ilə başdayır:  

  Ay lolo, lolo əl-ələ 

  Hay çəkün, halay düzülsün. 

  Ay çəkün halay düzülsün, hay, 

  Ay əli yardan üzülsün, hay, 

   

  Uca dağlardan səslərəm, neylim. 



  Yarı qoynumda bəslərəm, neylim. 

  On iki imamdan istərəm, neylim. 

  Yar əlindən, dad əlindən, hay. 

   


  Bizim xoruz uca bannar, neynim.  

  Onun dilin kimlər annar, neynim. 

  Qonşular üzümü dannar, neynim. 

  Yar əlindən, dad əlindən, hay... 

 

   



 

361 


  Evlərin dalın keçdim, neynim. 

  Əyildim suların içdim, neynim. 

  Mən bu yerə qərib düşdüm, neynim. 

  Yar əlindən, dad əlindən, hay. 

 

 

  Halayın ardıcıllığı.  



 

1-ci: Lolu. 

2-ci: Uca dağlardan səslərəm səni. 

3-cü: Yeri ha, yeri. 

4-cü: Yar əli, yar düymələri mərcan. 

5-ci: Sunalar. 

6-cı: Dəst eylər gül eylər. Yəni gülü dəstəliyir. 

7-ci: Aman mələk. 

8-ci: Basma, basma tağları. 

9-cu: Ay yordu, yordu, yordu 

10-cu: Aman, aman 

 

Bunların heç olmasa hərəsini  yarım saat deyərdilər. İki-



iki qruplarda mahnılar olardı. Halay gedə-gedə fırranardıq. 

 

Sunalar 

 

Gəncənin qıyqacına 



Sunalar, sunalar, 

Nabat bağla ucuna. 

Bir dəstə reyhan, 

Bala-bala mən sənə heyran. 

 

Bakı, Bakı bu imiş 



Sunalar, sunalar, 


 

362 


Dörd tərəfi su imiş. 

Bir dəstə reyhan, 

Bala-bala mən sənə heyran. 

 

İndiki oğlanların 



Sunalar, sunalar, 

Etibarı bu imiş. 

Bir dəstə reyhan, 

Bala-bala mən sənə heyran. 

 

Bakıda girdim bağa 



Sunalar, sunalar, 

Başım dəydi yarpağa. 

Bir dəstə reyhan, 

Bala-bala mən sənə heyran. 

 

Cavanam keçmə məndən, 



Sunalar, sunalar, 

Necə gedim torpağa? 

Bir dəstə reyhan 

Bala-bala mən sənə heyran. 

 

Əlim əlimdə deyil. 



Sunalar, sunalar, 

Şalım belimdə deyil. 

Bir dəstə reyhan 

Bala-bala mən sənə heyran. 

 

Sən mənimsən, mən sənin. 



Sunalar, sunalar, 


 

363 


Camahat acığına 

Bir dəstə reyhan 

Bala-bala mən sənə heyran. 

 

Mənim çəpərdən aşmağım 



Sunalar, sunalar, 

Ağzımdan düşdü yaşmağım. 

Bir dəstə reyhan, 

Bala-bala mən sənə heyran. 

 

Mələk, mələk, canım mələk 

 

Mən bu küçənin qızıyam, 



Yarın nəməkdan duzuyam. 

Hər kəsənin baldızıyam. 

Gəl bağa, bostana mələk

Canı mələk, mələk, 

Aman mələk, mələk. 

 

Evlərinin dalında 



Bənd oldun kollarında. 

Qızıl qolbaq oleydim 

Yarımın qollarında. 

Canı mələk, mələk, 

Aman mələk, mələk. 

 

Oğlan adun Mürşüddü. 



Gün dağlara düşübdü. 

Sən aldığın üzüklər, 

Barmağımdan düşübdü. 



 

364 


Canı mələk, mələk, 

Aman mələk, mələk. 

 

Mənim çəpərdən aşmağım, 



Ağzımdan düşdü yaşmağım. 

Əlimdə güllü dəsmalım, 

Mələk, mələk, mələk, 

Canı mələk, mələk, 

Aman mələk, mələk. 

 

Oğlan adun Yağubdu, 



Gün dağlara doğubdu. 

Sən aldığın üzüklər, 

Barmağımı boğubdu. 

Canı mələk, mələk, 

Aman mələk, mələk. 

 

Gəl gedək eyvan altına 



Eyvanın, eyvan altına. 

Kəlağayı yorğan altına. 

Canı mələk, mələk, 

Aman mələk, mələk. 

 

Ay leyli leylaye, gəl saçı tellaye 

 

Yeri ha, yeri, ha kimin yarısan? 



Kimin heyvasısan, kimin narısan? 

Hansı bəxtəvərin vəfadarısan? 

Ha leyli leylaye, gəl saçı tellaye. 

 

Ocağa qoymuşam dolma qazanı, 



Yarı yola saldım axşam bazarı. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə