ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə96/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   92   93   94   95   96   97   98   99   100

 

399 


 II dəstə: Nar, nar, nargilə. 

   


Durun, gedək yargilə. 

 

II dəstə: Bu yerlə də talan var, 

   

Zülfün üzə salan var. 



  

I dəstə: Nar, nar, nargilə, 

   


Durun, gedək yargilə. 

II dəstə: Gedirsən tez qayıt gəl, 

   


Gözü yolda qalan var. 

  

I dəstə: Nar, nar, nargilə, 

   

Durun gedək yargilə. 



 

IV 

Nəqarət 

I dəstə: Ağlama, ceyran balası, ağlama, 

   


Gedər gözlərin qarası, ağlamey. 

II dəstə: Ağlama, ceyran balası, ağlama. 

   


Gedər gözlərin qarası, ağlamey. 

 

I dəstə: Hey, gülü lalə vaxtıdı, 

   

Ağlama, ceyran balası, ağlamey. 



 II dəstə: Ağlama, ceyran balası, ağlamey. 

 

I dəstə:  Doldur piyalə vaxtıdı, 

   

Ağlama, ceyran balası, ağlamey. 



 II dəstə: Ağlama, ceyran balası, ağlamey. 

 

I dəstə: Çix eyvana, bax ulduza, 

   

Ağlama, ceyran balası, ağlamey. 




 

400 


 II dəstə: Ağlama, ceyran balası, ağlamey. 

 

I dəstə: Gör gecənin nə vaxtıdı? 

   

Ağlama, ceyran balası, ağlamey. 



 II dəstə: Ağlama, ceyran balası, ağlamey. 

   


Gedər gözlərin qarası, ağlamey. 

 

II dəstə: Ay, Masallı yeddi küçə. 

   

Ağlama, ceyran balası, ağlamey 



  

I dəstə: Ağlama, ceyran balası, ağlamey. 

II dəstə: Ay, yeddi yol, yeddi küçə. 

   


Ağlama, ceyran balası, ağlamey. 

 

 I dəstə: Ağlama, ceyran balası, ağlamey. 



II dəstə: Ay, qardaşa toy eylərəm, 

   


Ağlama, ceyran balası, ağlamey. 

  

I dəstə: Ağlama, ceyran balası, ağlamey. 



II dəstə: Ay, yeddi gün, yeddi gecə. 

   


Ağlama, ceyran balası, ağlamey. 

   


Gedər gözlərin qarası, ağlamey. 

 

I dəstə: Ağlama, ceyran balası, ağlamey. 

   

Gedər gözlərin qarası, ağlamey. 



 

Nəqarət 

 

I dəstə: Nanay, nanay, ay nanay. 

   

Gülüm, nanay, ay naney. 




 

401 


II dəstə: Nanay, nanay, ay nanay. 

   


Gülüm, nanay, ay naney. 

 

I dəstə: Nanay, nanay, ay nanay

   

Gülüm, nanay, ay naney. 



 

II dəstə:

" t



 

402 


Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili orta, Musaküçə 

kəndi 


Natavan  Əliyeva,  doğum  tarixi  1964,  təhsili  ali,  Mahmuda-

var kəndi 

Heyran Sadıqova, doğum tarixi 1967, təhsili orta, Mahmuda-

var kəndi  

 

 

 



 

Minarə Hüseynova, doğum tarixi 1959, təhsili orta, Mahmu-

davar kəndi  

 

 



 

 

Həlimə  İbadova,  doğum  tarixi  1955,  təhsili  orta,  Mahmuda-



var kəndi  

Lətifə Abdullayeva, doğum tarixi 1963, təhsili orta, Mahmu-

davar kəndi  

 

 



 

Məhbubə Nuriyeva, doğum tarixi 1965, təhsili orta, Mahmu-

davar kəndi  

 

 



 

 

Gülizar  Nağıyeva,  doğum  tarixi  1960,  təhsili  orta,  Mahmu-



davar kəndi 

 

 



 

 

Mehparə  Qulamova,  doğum  tarixi  1961,  təhsili  orta, 



Mahmudavar kəndi  

 

 



 

 

Pərvanə Məmmədova, doğum tarixi 1959, təhsili  orta, Mah-



mudavar kəndi  

 

 



 

Ayabəyim  Hacıyeva,  doğum  tarixi  1957,  təhsili  orta,  Mah-

mudavar kəndi 

 

Toplayanlar: 

Füzuli Bayat (Gözəlov) 

Nailə Rəhimbəyli 

Nuridə Muxtarzadə 



 

403 


14. XALQ SƏNƏTLƏRİ 

 

Dulusçuluq 

 

Dulusçuluqda  hər  palçıqdan  qab-qacaq  qayırmaq  olmur. 



Dulusçuluq mamulatları gil tərkibli palçıqdan olur. Palçığı isla-

dırığ iki üç gün sora elə bil ki, acıyandan sora içinə heç bir şey 

qatmırıq.  İsladırıq  qalır,  sora  yapışqan  kimi  olur.  Ondan  sora 

başlıyırıq  hazırlamağa.  Qurudub  qoyuruq  taxçalara.  On-on  beş 

gün  qalır  quruyur.  Ondan  sora  peçə  veririk.  İşə  başlamazdan 

əvvəl  Allah,  Məhəmməd  ya  Əli  deyirik.  Bu  elə  peyğəmbərin 

sənəti olub. Bu çox qədim sənətdir. İki min, üç min, beş min il 

tarixi  var.  Keçmişdə  belə  qablar  olmadığı  üçün  torpaqdan 

düzəldiblər.  Qatığın  saxlanması,  südün  saxlanması  üçün  saxsı 

qablardan  istifadə  olunub.  Bura  hər  cürə  insan  gəlir  baxırlar. 

Cin,  şeytanı  Allah  qəbul  eləmirsə  bizdə  qəbul  eliyə  bilmərik. 

Əziyyət çəkilir, zəhmət çəkilir. Mən babamdan öyrənmişəm. 



 

Həsirçilik, səbətçilik 

 

Həsir  toxunanda  otururduğ,  altımızda  nalçalı  stul.  Yerdə 



dəzgah qururduğ, daldalı gedə-gedə vururduğ. Belə-belə uzanıb 

olur  həsir.  Qabağ  həsir  sıx  toxunardı.  İndi  seyrəy  toxuyullar. 

Həsir  yayda sərin, qışda  isdi  saxlıyır  evi. Həsirin salınma  qay-

dası  var.  Enni  toxunan  həsiri  otağa  elə  salırsan  ki,  həm  bu  di-

vardan,  həm  o  divardan  qalxır  yuxarı.  Həsir  iki  cür  olur,  yaş-

mağlı  və  lıcığlı.  Lıcığlının  elə  bil  qırağına  yaşmağ  verilmirdi. 

Yaşmağlıda  isə  pizə  qatdıyırsan,  qırağı  olur  yaşmağlı.  O  möh-

kəm olur. Ona görə də ona yaşmağlı həsir deyilir. Həsir pizədən 

toxunurdu. Torpağın üsdünə sərilir. Rütubəti buraxmır. Həsirin 

sdandart qalınlıqda toxunuşu var. Sərilmə qaydası var. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə