ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə97/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   92   93   94   95   96   97   98   99   100

 

404 


*  *  * 

Həsiri ağacda da toxuyurduq, yerdə də, çöldə vururdük oni, 

pizəni eşürdük, asurdük. Səhər 3 dənə kəsürdük, 4 dənə kəsürdük. 

*  *  * 


Həsir toxuyardım deyərdim: 

Yeri, qamışda yerı, 

Qızıl camışda yeri. 

Ayağların ağrısa,  

Gəl sinəm üstə yeri. 

*  *  * 


Bax, bu göy həsiri toxumağçin dəzgahdır. Göydən asılır, 

bir də var ki, yer həsiri. O da bu formada qurulur. Yəni yerin 

üzərində  qurulur.  Bax,  həmin  qadının  şəklidi  bu  bayax  otur-

muşdu  ha  burda,  odu  həsir  toxuyur  burda.  Bunun  haqqında 

qısametrajlı  20  dəqiqəlik  bi  film  də  çəkilib,  o  film  Azər-

baycan  telestudiyasının  arxivində  saxlanılır.  Bizim  etnoqra-

fiyamızı tərənnüm edən bir filmdir. 

Bi də var Gilan həsirin toxunması. Gilan həsirin sili göy 

həsirin silinnən bir az fərqlənir. Gilan həsiri bax o naxışlı hə-

sirdi.  Burya  həsiri  isə  bax  budur.  Kənəfnən  lığbisin  qarışı-

ğınnan  hazırlanmış  həsirdi.  Həsirçilik  sənəti  hələ  də  davam 

eliyir. Bu əsasən Şatrobada, Türkobada hələ də  davam eliyir. 

Amma Burya həsiri artıq toxunmur. Gilan isə  Masallıda  yox, 

Lənkəranda  toxunur.  Sora  bizdə  o  bölmədə,  mən  sizə  göstə-

rərəm, namaz qılmaqçün möhürü hansı nöqtəyə qoymaq ücün 

yeri olan namazlıq həsir toxunmuşdur.  

Bu isə səbətdir, çay filan yığmağçin istifadə olunub. Siz 

dediyiniz  zənbil  isə,  bax  bu  eşmələrdən  lığlar  bir-birinə  bir-

ləşdirilir. 3-3 qurulur, sora birləşdirilir qıyıqla hazırlanıb. Bu-

lar isə balıq torudu. Balıxcılıx da var burda. Bizdə sarvan var 




 

405 


idi,  o  vaxtı  çay  axını  gəlirdi,  çayçılığı  sulamağçün  həmən  o 

sarvanlarda balığ tuturdular. 



 

Arıçılıq 

 

Mən heç vaxt arıya yem-zad vermərəm. Şanı qoyursan ora, 



ramkanı özü düzəldir. Asan başa gəlir. Boş yeşiyə dörd qaşığ bal 

sürtürsən,  Allaha  təvəkkül.  Daşiyir,  yığır  balı  ora.  Nektarı 

qıçdarında  gətirirlər.  Elə  bil  vertalyot  gəlir.  Bəzisi  qona  bilmir, 

düşür  aşagı,  gəlir  yeşiyin  dayanacağ  yeri  yoxdu?  Ora  düşür, 

təzədən qalxır. Ayagındakı nektarı yavaş-yavaş ora işdiyirlər. Elə 

qəşəng toxuyur, yıgır onun içinə. Məsələ ondadı ki, təbiət buna öz 

təsirin edir ki, bu öz formasın dəyişdirir. Belə qoyursan, görürsən, 

bıyy  xarrandı.  Qəndalaş  gülü  sarı  gül  açır.  Haçan  gülün  rəngi 

qaralanda balı kəsməy olar. Arı özü ağzın şirəliyib üstün bağlıyir. 

On-on  beş  günə  bal  hazır  olur.  Əgər  bir  ailədə  iki  ana 

varsa, onlar vuruşur. Hansı ana zəif olarsa, bala da zəif olur. Üç 

yeşiyin  arısın  yığıram  bir  yeşiyə.  Onda  onu  yığıb-yığışdırmağ 

olmur. Başqa bir cücü, ya bir kəpənək gələrsə, onu qoymurlar, 

öldürürlər. Təzə ailə çıxır şanıdan. Köhnə işçi arını ana götürüb 

çıxır  gedir.  Ana  arı  yumurta  qoyur,  ana  çıxır.  Bir  ailədə  üç 

mindən beş minə qədər arı olur. Yaz ayında bir saata kimi uçuş 

eliyirlər.  Qalan  biri  nəzarət  eliyir  ki,  görüm  nə  iş  görürlər.  O, 

bir  nəfərə  bağlıdır.  İyirmi  min  də  olsa  bir  nəfərə  tabedi.  Ana 

arının  yerini  özün  dəyişdirə  bilərsən.  Alayı  eşiydən  gətirirsən 

ananı şirə qoymağa. Gərək onunla bunun yeri uyğunlaşa. Arılar 

8 km

2

 kimi gün ərzində yol gedə bilir. Yəni biri uçuşa getdi, o 



biri  ona  lazım  olanı  gətirsin.  Gün  ərzində  36  dəfə  uçuş  eliyə 

bilirlər.  Arılara  baxanda  ona  tüstü  verirsən.  Ona  dair  geyimi 

var, əlcəyi var, papağı var. Onun zəhmətindən götürəndə acığ-



 

406 


lanıb  vurur.  Balı  səhər  saat  9-da  götürəsən.  Onda  arılar  çöldə 

olur. Çöldən gələn çox vurur, içərdəkilər az vurur.  

İki dəfə məhsulun götürmək vaxtı var. May ayının 15-dən 

sora,  bir  də  avqust,  sentyabrda  götürəsən  ki,  o  da  yaşıya  bilsin. 

Çıxış  yolları  var  orda.  Arının  nonasının  ağzında  yələmir  olur. 

Onunla qapısının ağzın tutur. Bir dənə arı özü üçün giriş-çıxış yeri 

qoyur. Lenti iki ramkanın arasına qoyurlar ki, o iyə gənə gəlmə-

sin. Gənəni o məhv edir. Bir yeşiydə 7-8 kilo bal olur. Beçə balı-

nın şanısı da ağ olur. Körpə arı süd kimi olur. Getdikcə böyüyür. 

Düzdü qolı-qıçı  bilinmir.  Bir  aya,  ay  yarıma  böyüyür.  Qış  vaxtı 

noxuddan bir az balaca yer qoyurlar, özlərinə sərf eliyən qədər.  

 

Qavalçılıq 

 

Qavallar  hazırlanır  çəki  balığının  dərisinnən.  Çünki  bizdə 



bir  dənə  müəllim  vardı,  –  Qaraxan  Behbudov  –  mənə  dedi  ki, 

mənə  iri  çəkilər  gətir  Masallıdan.  Dedim,  neynirsən,  dedi,  mən 

onnan  qaval  düzəltdirəcəm  özümə.  Ən  yaxşı  qavallar  çəki  dəri-

sinnən olur, heyvan dərisinnən də var, amma səs məsələsi var da. 



 

Zənbilçilik 

 

Zənbil  toxumaq  üçün  lığı  çalırsan,  qurudursan,  oni  se-



çirsən  biri-birindən.  İrisi  olur  onun,  bi  də  balacası.  Oni  isda-

dıllar,  yumşaldıllar.  Onnan  qayış  kimi  toxuyullar.  9  dənə 

eşmə  götürüllər,  deməy,  5  götürsən,  alınmaz,  8  də  götürsən 

alınmaz. Onun  ispisəlni  iynəsi olur, iynə ücün  də sapı lığdan 

eşillər, bir xana aşağıdan götürüllər, bir xana  yuxarıdan,  belə 

firramayçin.  Əgərrərim  hər  ikisini  qoşa  götürsəg,  alınmaz.  O 

gərəg firrana axı dairə şəklində, o cürə onu tuxuyullar ta başa 

qədər. Böyuk kiçikliyi sənin özünnən asılıdı.  




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə