ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə98/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   92   93   94   95   96   97   98   99   100

 

407 


Kənəfçilik 

 

 



Bu kənəf bitkisini biçiblər, qurudublar, qurudannan sora 

bu alətlə onun saçağını  lif hissəsini döyüblər. Döyənnən  sora 

həmin saçaxdan alınmış lifdi bu. Sora bunu təzədən abrabotka 

edərək onnan iplik alıblar. Bu da həmin lifdən alınmış iplikdi. 

Bundan yalnız ipəkçilikdə istifadə olunub. Bu isə gördüyünüz 

baramadan  alınmış  iplikdi.  Bu  həmin  kənəf  bitkisinnən  alın-

mışdır. Bu bitkilərin qarışığınnan qədim buriya həsiri olan hə-

sir hazırlanıb, sora bizdə ciyə toxumaxçin, kəndir toxumaxçın 

bundan  istifadə  olunub.  Müxtəlif  corab  toxumaxçün  istifadə 

olunub,  sora  rəngə  salarax  xalça  toxumaxçın  istifadə  olunub. 

Qədim xalça imenni kənəf bitkisinnən toxunmuş xalçadı. İpək 

kimi olub, daha doğrusu kətan. Kətan hissəsi ki, var xalçanın, 

bax o bu kənəf bitkisinnən toxunub. Hal-hazırda bu kənəfçilik 

sənəti ölüb gedib tamamilə, istifadə olunmur. Bitkinin özu də 

yetişdirilmir, onun dənəsi küncüt dənəsinə oxşuyur. 

 

Kəndirçilik 

 

Bu  kəndir  toxumaxçin  alətdi.  Ciyə  toxumaxçin.  Deməh 



bunu  necə  toxuyullar?  Xırda  nazih  iplihləri  3  dənə,  4  dənə,  5 

dənə,  yəni  yoğun,  ya  da  nazik  eləmək  istiyirsənsə,  bunu  100 

metir,  200  metir,  sənin  məsafənnən  asılıdi,  yəni  nə  qədər  isti-

yirsən də, cəmi uzunnuğu olsun. Xırda həmin ipliklər o başdan 

bu başa bağlanılır, aşağı hissədə belə burulur, bura salınannan 

sora.  Həmin  o  3-lük  burc  hissəsi,  əsas  hissəsi,  ipliklər  bax 

burdan  salınır  və  o  burulduxca  bunu  çəkillər  və hazır  ip,  yəni 

ciyə hazırdır. Bu sənət də çoox qədimdir, amma bunnan məş-

ğul  olan  bizim  kənddə  var  idi,  o  da  iki  il  olar  rəhmətə  gedib. 

Amma başqa kəndlər var ki, hələ bunnan məşqul olanlar var.  




 

408 


Camçılıq 

 

Bu  isə  hac  ziyarətinə  gedəndə  geyilən  geyim  dəstidir. 



Amma bizdə dinə bağlılıq zərdüştlük dövründən başladığından, 

ən  əsasda  dualardan  istifadə  olunurdu.  O,  siz  dediyiniz  kimi 

qızları köçürdəndə 40 açarlı camlar var, belə camlar hazırlanıb, 

o  camları  su  ilə  doldururdular.  O  qızları  bir  evdən  başqa  evə 

koçürərkən onların başı üstündə tutardılar. Onun içi butun ərəb 

yazısıyla  yazılmış dualardı. Bunun adına da 40 açarlı cam de-

yirlər. Yəni qizi 40 gün müddətində həmin duaların qoruması. 

  

Söyləyicilər: 

Zöhrab Nuriyev, doğum tarixi 1975, təhsili orta, Ərkivan kəndi 

Mədinə Kərimova, doğum tarixi 1942, təhsili 7-illik, Şərəfə kəndi 

Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili 7-illik, Musaküçə 

kəndi 


Gülsaba Rəsulova, doğum tarixi 1928, təhsili 7-illik, Hişkədərə 

kəndi 


Kişvər Abbasova, doğum tarixi 1927, təhsili yoxdur, Ərkivan kəndi 

İqamət Kərimov, doğum tarixi 1949, təhsili ali, Mollahəsənli kəndi 

İbrahim Sadıqov, doğum tarixi 1950, təhsili ali, I Seybətin kəndi 

Qasım Qafarov, doğum tarixi 1923, təhsili 7-illik, Hişkədərə kəndi 

Əntiqə Tağıyeva, doğum tarixi 1971, təhsili ali, Hişkədərə kəndi  

 

Toplayanlar: 

Füzuli Bayat (Gözəlov) 

Nuridə Muxtarzadə 

Ağanənə Məmmədova 



 

409 


İÇİNDƏKİLƏR 

 

Tarixini folklorunda,

 

sözünü tarixində yaşadan diyar ..3

 

1. İNANCLAR ..................................................................18

 

2. DİNİ RƏVAYƏTLƏR .................................................27

 

İmam Hüseynlə ərəb.....................................................27



 

Hz. Əlinin borcu...........................................................31

 

Halallıq və ya dişlənmiş alma.......................................34



 

Qonaq...........................................................................38

 

İmam Hüseynlə Əli Əkbər ...........................................39



 

Nuh peyğəmbərin yazısı...............................................44

 

Peyğəmbərin məsləhəti.................................................44



 

Nuh Peyğəmbər............................................................47

 

Qarı əhvalatı .................................................................47



 

Hz. Məhəmmədin Namaz Ricası..................................48

 

Mansurla Hüssam.........................................................50



 

Qəbr əzabı ....................................................................52

 

Bir anbar xurma............................................................53



 

Alicənab kişi.................................................................53

 

Gəlin-məleykə ..............................................................56



 

Naxələf oğul.................................................................57

 

Allaha şükr etmək.........................................................58



 

İnsan Nəfsi ...................................................................59

 

Peyğəmbərin uzaqgörənliyi ..........................................59



 

Loğmanın şağirdi..........................................................60

 

Loğmanın möhləti ........................................................61



 

Qarışqanın balasına yemək verirəm,.............................62

 

sənin balana yemək vermiyəcəm? ................................62



 

Böyük gələndə ayağa durarlar ......................................63

 

Daş ...............................................................................64



 

Hələ nəzəri üstümdədi..................................................64

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə