ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə80/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   76   77   78   79   80   81   82   83   ...   100

 

326 


Bizim oğlan neynəsün? 

Sizin qızdar aşığdı. 

 

Gəlin üçün deyirlər bunu: 



Gəlin gedək evlərinə

Xına yaxaq tellərinə. 

 

Mən qurbanam dillərinə. 



Al ipək, amma ipək uçar gedər. 

Bu evin böyük qızı (və yaxud kiçik qızı) 

 

   köçər gedər. 



Bu gecə Xanımbacı bizə qonağdı. 

Sabah da yola sal, yolu uzağdı. 

Qara qoyunun ağısan, ay gəlin. 

Bir gecənin qonağısan, ay gəlin. 

Xınanı yaxın dəstinə-dəstinə. 

Xəbər getsin düşmanına-dostuna. 

 

Dəst  haradı?  Saçın  dəstəbədəstəsi.  Yəni  bu  gecə  bunun 



toyudu.  

Boyu bəstə gəlinin, 

Saçı dəstə gəlinin. 

O gəlini gətirirlər taxta, üzüy taxmağa, onda deyirlər: 

Vəziri şamlar yanar. 

Çiyni üstə gəlinin. 

Uşağ  vaxtı  deyirdim  o,  nə  deməkdi?  Vəziri  şamlar  ya-

nar. Şamın bir üzü bu üzdə, bir üzü bu üzdədi. Yəni vəzirlərdi 

də. Sora gəlini gətirən günü deyərlər: 

Əylən gəlin, əylən gəlin,  

Bizim bu farsu dilin öyrən, gəlin, öyrən gəlin. 



 

327 


Yəni evin adətini öyrən gəlin. 

Bi dənə gəlin deyər hanı atam. 

Qoyunu, quzuya qatan. 

Oğlanın bacısı üçün deyirlər ki:  

Xatirədi sənin bacun. 

Gəlin, xoş gəldün, xoş gəldün. 

Yəni evdə day qardaşdı-bacudu, hamısı bir dənə-bir də-

nə burdadılar. 

Ey gülü xaş-xaşdı gəlin, 

Əsli qızılbaşdı gəlin. 

Evlisən, ev halıdı, 

Ev sənə peşkəşdi gəlin. 

Nazlamağ üçün “xoş gəldin” deyirsən. Sonra başlıyırsan 

keçirsən acığlanmağa:  

Stəkanı nəlbəkiyə qoy, gəlin. 

Evdəki dilləri yerə qoy, gəlin. 

Sonra qurban verərdik: 

Ay bəndi, bəndi. 

Bəylər bəyəndi. 

Ay gəlin, o da sənə qurban. 

Qurban, sadağa gedərdik. Toy mahnısı dörd dənə olardı. 

İkisi o üzdə, ikisi bu üzdə. Başlığı bu idi:  

Bu toy kimin toyudu? 

Toyuna qurban olum. 

Toyunda oynuyanların. 

Boyuna qurban olum. 

 

Yəni bir-bir çağurun, hay çəkün. 



Hay xumar gözlər süzülsün. 


 

328 


Yəni  bir  birivizə  çığıra-çığıra  eləmiyin,  xoş  gedə-gedə. 

Sora o biri dəstə sənə cavab verir. O dəstə deyəndən sora sən 

başlıyırsan. Birdəki gəlmiyəni qarğıyır:  

Hay həkim, halay demə say. 

Ay əlin yardan üzülsün. 

Sora keçirsən ikinci hissədə: 

Uca dağlardan səslərəm, neynim, 

Yarı qoynumda bəslərəm neynim. 

On iki imamdan istərəm neynim

Yar əlindən, dad əlindən. 

(Gileylənir də.) 

Evlərinin dalın keçdim, 

Əyildim suların içdim. 

Mən bu yerə qərib düşdüm neynim. 

Yar əlindən dad əlindən. 

Ancağ yarı qınıyır. Deyir mən bu yerə qərib düşmüşəm. 

Sora dingildiyirsən:  

Yeri ha yeri, kimin yarısan? 

Kimin heyvasısan kimin narısan? 

Hansı bəxtəvərin vəfadarısan? 

Sevdim ala gözlü, kimin yarısan? 

Ayağın atma qaydaları var. Mən dədəmə çəkmişəm. Də-

dəm aşığ gətirib çaldırardı: 

Səni and verirəm adın Hüseynə. 

Gəlib-getmiyəsən bizim küçeynən. 

İreyhan dəstəsi ətir şüşeynən. 

Sevdim ala gözlü, kimin yarısan? 

Biz bayatını deyib qurtarınca o biri dəstə deyirdi:  

Sevdim ala gözlü kimin yarısan? 



 

329 


Bayatını qurtardım, olar bayatı başlamalıdılar. Biz nəqa-

rət deyəcəydük. Gözəl halayımız olub. Masallı rayonunun Şa-

rafa  kəndində  olub.  Kəndin  kökü  Ərdəbil  tərəfindəndir.  Hə-

mişə xırdalıyardım: “Sevdim ala gözlü nədi?” Demə, onu tez-

tez deyirmişlər, həm də avamçılığ idi axı. 

Bir dəstə reyhan bala-bala, 

Yar-yara heyran ay. 

Əlim əlimdə deyil, sunalar, sunalar. 

Şalım belimdə deyil, bir dəstə reyhan

Bala-bala yar, yara heyran. 

O birisi də deyir: 

Bir dəstə reyhan. 

Artıq sənə cavab verir olar, nəqarət deyir. Sonra sən ye-

nə bayatının ardın deyirsən:  

Sənin başun ağrısa, sunalar sunalar. 

Mənim əlimdə deyil. 

Bir dəstə reyhan,  

Bala bala yar yara heyran. 

 

Sora keçirsən: 



                    Dəst eylər, gül eylər. 

Nəqarətdi o deyir: 

                    Evlərinin dalında. 

 

Bu deyir: 



Dəst eylər, gül eylər

Bənd oldum kollarında. 

Dəst eylər gül eylər. 

Qızıl qolbağ olaydım, 

Dəst eylər, gül eylər. 



 

330 


Yarımın qollarında ay, 

Dəst eylər, gül eylər. 

Ondan alırsan mahnını sən deyirsən: 

Dəst eylər, gül eylər. 

Valla, gözəl sizdədir. 

Nəqarət də budur: 

Bizdə deyil, sizdədir. 

O deyir: 

                     Gözələ ver güzgünü. 

Bu deyir: 

Valla, gözəl sizdədir. 

Gözəl neynir güzgünü? 

Valla, gözəl sizdədir. 

Gözəl suda baş bağlar. 

Valla, gözəl sizdədir. 

Zülfün darar, yaş bağlar, 

O deyir: 

Yar yardan ayrılanda. 

Valla, gözəl sizdədir. 

Ürəyinə daş bağlar. 

Valla, gözəl sizdədir. 

 

                    Yar əlim, yar düymələri mərcan. 



Sonra  havanı  dəyişirsən.  Çox  vaxt  eyni  bayatılar  olur. 

Ondan sonra: 

Ocağa qoymuşam dolma qazanı, 

Yarı yola saldım axşam bazarı. 

 

Gileynən deyirlər də güyə yar gedib-gəlmiyib.  



 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə