ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə77/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   73   74   75   76   77   78   79   80   ...   100

 

311 


Əsgər yola salma 

   


Əsgərriyə  yola salanda Quran altınnan keçirdirdüy. Qo-

num-qonşu  yığılardı  yola  salarduğ,  göndərərdüy.  Gələnnən 

sora da qurban kəsib paylıyarduğ qapı-qapı. 

 

Əsgərliyə yola salanda onda aparırdılar avtobusa mindi-



rirdilər. Allah, Məhəmməd çəkirdilər. Salırdılar yola, gedirdi. 

Gəlirdi, gedirdi, bacı, qardaş, qohum-əğrəba. Qurban kəsirdi-

lər.  Camaat  yığılırdı  kimi  ehsan  verirdi,  kimi  qonşuya  pay 

verirdi. 



 

Əsgərlik 

 

Oğlannarımızı hərbiyə yola salanda, belə deyərdik: necə 



ana-bacını  qoruyursansa,  vətəni  də  elə  qoru!  And  icdirirlər, 

Quran altından kecirdirlər. Əsgər getməmişdən qabaq qohum-

qonşu, qonax cağırırdı. Məsələn, dayı, o bacı oğlunu istiyirsə, 

cağırırdı, ya baba nəvəsin cağırırdı. Qurban deyirdik ki, İlahi! 

Mənim  oğlumun  əzaları  üstündəcə,  qolu-qıcı  üstündəcə,  sağ-

salamat,  ana-bacısına  bu  şəkildə  catsın.  Sağ-salamat  gəlirdi, 

biz qoyun kəsirdik. Məsələn, yeddi dənə sağır tapırdıq, payli-

yirdik.  Hec  valdeyin  elə  olurdu,  o  ətdən  dilinə  də  vurmurdu. 

Əhd eliyib axı, balam sağ-salamat qayıtsın, mən qurban kəsib 

ancax  payliyaram.  İndi  bir  az  dəyişib,  indi  bir  az  sintizator 

gətrirlər.  İndi  bu  dövürnən  o  dövür  müqayisə  olmur.  Mən 

özüm də üc oğul hərbiyə  yola salmışam. Əsgər  getməmişdən 

bir gecə qabaq, gəlib qonum-qonşu, dostları  yığışardı. Deyir, 

ay qardaş, fikir eləməye, oğul əsgər gedər, dənə!  

 

 



 

312 


*  *  * 

Ümumyyətlə  yuxunu  yozanda  deyərdilər,  “Yusif  pey-

ğəmbər  xeyrə  calasın”.  Bəd  yuxu  olanda  isə  gedib  sübdən 

suya danışardılar. Bi də deyərdilər filankəsin yuxuluğu yaxşı-

dı, yəni bu gun məsəl Fatmani yuxuda görmüşəm, onun yuxu-

luğu yaxşıdı, xeyir olacağ inşallah. 

 

*  *  * 


Böyuklərin  yanında uşaq götürməzük qucağımıza, üzün-

nən öpməzdik. Ər-arvad bir-birinin adını cağırmazdılar. Yemə-

yə  sirəm  əyləşərdüy  belə,  böyuklərimiz  başda  oturardı,  xörəyi 

arvad cəkərdi. Hamiya cəkərdi yeyərdüy,  yığışdırarduğ. Bi işi-

miz də olanda məslaat eliyərdüy böyüklərə bunu nətəri eliyim? 

 

*  *  * 



Aşura  günü  adət  idi,  evə  süpürgə  vurmazdılar.  Həmin 

günü imamın müsibətinnən məşqul olursan. Günnərin bi güni 

aşura vaxtıdı, hamı gedib Mürsəl ocağına. Mən qalmışam ev-

də.  Mənə  də  pul  veriblər,  qoymuşam  o  pulu  da  döşəyin  ara-

sına.  Ağlım  kəsmədi,  getdim  bizdə  bi  qədimi  sandığ  var  idi, 

döşəyi  tərpədəndə  o  pul  düşər  sandığın  dalına.  Hə,  yadıma 

düşdü ki, pul ora düşüb, gedim onu da cıxrdım. Elə süpürgəni 

götürdüm ki, piləkan süpürgəsini. Oynan belə sandığın dalına 

soxanda  mənim  bu  barmağımı  elə  aparmışdı  ki  sandığın  də-

miri,  sümüyüm  görünürdü.  Evdə  də  hec  kəs  yox  idi.  Əlmin 

ətinin  belə  yapışdırdım.  Mən  bunu  pul  tamahına  elədim,  sü-

pürgə süpürmədim. Ona görə də aşuranın günündə bi dənə işə 

əl vurmaq olmaz. Gərək matəm tutasan. Nə biş-düş eləsön de 

ki, imam ehsanıdır. 

 



 

313 


*  *  * 

Orucduğ  vaxtı  kecmişdə  qocalardan  biri  durardı  kəndə 

səs  salardı,  hamı  obaşdannığa  durardı.  Obaşdannığa  duranda 

qazan  səsi  gələrdi,  qab-qaşığ  səsi  gələrdi.  Bilərdüy  ki,  kənd 

durub oruc tutur. Biş-duş eliyərdilər kim durdu. 

Hə  bayram  gəldi  indi  orucduğa  1-2  gün  qalıb  da,  deyək 

oruc tutan, tutmıyan bı bayramı əziz tutardı. Şirniyyatı,  yeməg-

ləri cürəbəcürə, hər şey, kecmişdə zirinc

*

 cörəyünnən belə bişiri-



lərdi. Bayram günü oruc tutulmurdu. Camaat çıxırdı kücəyə yola 

ki, bulud olmasın biz Ayı görək. Onnan bı deyir Ayı gördüm, o 

deyir Ayı gördüm, sora oruc açılardı. Hə, huzur  yerinin orucaş-

dısı dəhşət olardı. Ölü ücün biş-düş eliyirdilər. Sırfa bəziyirdilər. 

Camaat əyləşir hansi ki, o evdə yasdı, il çıxmayıb hələ. Əgər o il 

orucduğdan  qabaq  cıxıbsa,  onda  onun  ili  qutarırdı.  Ona  qara 

bayram da olmurdu. Əgər çıxmayıbsa qara bayram olurdu. 

 

*  *  * 



Xarmandalı  kənd  camaatının  bir  yaxşı  xüsusiyyəti  var 

ki, qəriblərə hörmət eliyəndi. Məsəl, bi gəlin gəlib qəribdi ona 

qonum-qonşu hamı hörmət eliyir. Cəlilabadda belə deyil. 

 

*  *  * 



Qəbir  üstündə  bizdə  cadır  qurallar  üş  gün,  müsəlman 

adətinə görə, inkir-minkiri sakitləşdirmək ücün üş gün Quran 

oxuyarlar.  Orada  iki  molla  olar  ki,  biri  yorulanda  o  biri  oxu-

yur. Yəni daim Quran oxunsun. Demək biri  yatmışmış, o biri 

də quran oxuyurmuş. Bıdı görüb ki, adə taxta qalxır. Adə, bu 

                                                             

*

  



 

314 


nədi  nə  ola  bilər?  Qorxullar  ki,  kaftarsiyir  zaddı,  ya  da  ölü 

durub ayılır. Bu molla da arif adam olar götürər qaynar suyu, 

tökər  taxtanın  üstünə.  Ordan  da  “Vay  dədə,  yandım”,  –  deyə 

kimsə qışqırar. O kəndin yaxınlığında yaşayannardandı kimsə 

buları qorxutmağcın gəlib. Bu molla da bunu başa düşür.  

 

*  *  * 



Qabağ  buxarı  vardı.  Peç-meç  yox  idi.  O  başda  –  yuxarı 

başda  nənə oturardı. Bu başda dədə oturardı. Uşaqlarda buların 

qabağında oturardı. Öyün dədəsi öləndə böyük qardaş gəlib də-

dənin  yerində  oturardı.  Onda  uşağlarçın  belənçiy  isti  yerdə  yer 

açılardı.  Əgər  basaratdı  gəlin  olseydi,  zirək  olseydi,  qaynananı 

basardılar  dala.  Yani,  burda  yeməy  bişirməy  var,  aş  bulamağ 

var.  Yani  acıtmalı  fətir  bişirərdilər,  bölərdilər,  qatığdan-yaddan 

olardı.  Fərasətdi  gəlin  çömçəni  alardı  əlinə.  Elə  bifarasat  gəlin 

vardı,  vırırdılar başına,  büzülürdü  qalırdı orda. Qaynata  həmişə 

gəlini çox istərdi. Hamıdan gözəl ailədə dili şirinniydi. 

 

*  *  * 


Müharibə idi. Qabaqlar meyidi külnən yuyurduq. Ama o 

külün miqdarı  yüz faiz  yox, həm də beş  yüz faiz sənin bədə-

nivə mənfəti var, həm yara, həm də xora salmır.  

 

Söyləyicilər: 

Gülcahan Ələkbərova, 75 yaş, təhsili yoxdur, Qızılagac kəndi.   

Mahirə  Bədəlova,  doğum  tarixi  1952,  təhsili  orta,  II  Yed-

dioymaq kəndi.   

Fatma  (Pərzad)  Tağıyeva,  doğum  tarixi  1938,  təhsili  7-illik, 

Gəyəçöl kəndi.   

Şabikə Bəşirova, 75 yaş, təhsili yoxdur, Dadva kəndi.   



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə