ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə78/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   74   75   76   77   78   79   80   81   ...   100

 

315 


Mədinə  Həsənova,  doğum  tarixi  1941,  təhsili  7-illik, 

Xırmandalı kəndi.   

Həsən Əhədov, doğum tarixi 1935, təhsili ali, Həsənli kəndi.   

Yavər  Abbasov,  doğum  tarixi  1937,  təhsili  orta,  Gəyəçöl 

kəndi.   

Arəstə  Əsgərova,  doğum  tarixi  1939,  təhsili  7-illik,  Ərkivan 

kəndi. 

 

Toplayanlar: 

Füzuli Bayat (Gözəlov) 

Nuridə Muxtarzadə 

Qurban Əliyev 

Ağanənə Məmmədova 



 

316 


13. TOY ADƏT-ƏNƏNƏLƏRİ 

 

Bizim zəmanəmizdə toy yox idi. Kim kimiynən ailə qur-



maq  istiyirdi  götürüb  qaçırdırdı.  Deyirlər,  guyə  gəlin  gələndə 

qapının ağzına bal çəkirlər ki, şirin dili olsun. Bizdə yağ qoyur-

dular. Gəlin qapıya çatanda o, çörəyi üç-dörd yana bölürdülər. 

Verirdilər balaca uşağlara,  yesin. Bir də boşqabları düzürdülər 

gəlin gəlib çıxanda təpiyi vururdu boşqabı sındırırdı. Olar bərə-

kətdi. Bolluğ olsun, gəlin gəlir, ayağı düşərli olsun.  

Mən aşiq üzüm ağacı, 

Yollara düzüm ağac. 

Ya Hüseyin. 

Qapıya paltacı gəldi, 

Kəsdim üzüm ağacı. 

 

Gəlinə xeyir dua verəndə, 



Gəlin gələn əllər bər-bəzənibdi. 

Gəlinin ağ əlləri gülgəz olubdu

Gəlin, xoş gəldin, xoş gəldin. 

Bizim ellərə xoş gəldin. 

Səni görək oğullu, qızdı olasan. Səni görək dövlətli, çö-

rəkli  olasan,  mehriban  olasan,  şirin,  dil  olasan,  qayğıkeş  ola-

san, belə deyirdik.  

 

*  *  * 



Halayı beş nəfər bu üzdə dururdu üz-üzə belə deyişirdi-

lər. Bu, ancağ toy ərəfəsində olurdu. Oynaya-oynaya deyirdi-

lər. Halay çəkirdilər: 

Hay lolu, hay düymələri mərcan

Hay lolu, qızıl üzük laxladı. 



 

317 


Hay lolu, verdim anam saxladı. 

Hay lolu, anama qurban olum. 

Ya Əli, məni qonağ saxladı. 

Belə-belə  mahnılar  diyirdilər.  Olar  “lolu”nan  deyirdilər 

bizdə “haleleynən”.  

 

Xına gecəsi toy gecəsi 

 

Bala bülbül, balalı bülbül, 



Bir gecənin qonağı bülbül. 

Gəlin gələndə deyərdilər ki, gəlin, qədəmlərin sayalı ol-

sun. Xoş gəlmisən evinə. Mahnılar deyərdilər. Nəğmələr oxu-

yardılar. Toy, nişan olanda deyirik: 

Qırmızı şal güllüdü, 

Ortası zər güllüdü. 

Oğluma qız almışam, 

Hamısınnan dillidi. 

 

 

Gəlinə hədə-qorxu gəlmək üçün: 



 

Qardaş minib dayçanı, 

Gəzib bağı-baxçanı. 

Qardaşa söz demiyin, 

Buraxar tapancanı. 

 

Ay qız nişanın gəlir, 



Qırmızı şalın gəlir. 

 

Mübarək, ay mübarək. 



Qardaş, toyun mübarək. 


 

318 


 

Axıracan  gərək  demək  üçün  dəstəbaşı  ola  beş  nəfər. 

Burda da beş nəfər, ordada, halay eyləsinlər: 

Anam, bacım, qız gəlin, 

Əli ayağı düz gəlin. 

Yeddi oğul istərəm, 

Bircə dənə qız gəlin. 

 

Qız bəyənmə, elçilik, xınayaxdı 



 

Qızı alanda saçına baxardılar, belinə baxardılar, yerişinə 

baxardılar.  Baxardılar  ki,  necə  dırnağ  vurur.  Papağ  atardılar, 

yıxılmasa, deməli, ərə getməlidir. Hamama gedəndə fikir  ve-

rərdilər.  Hamamdan  çıxanda  başını  necə  bağladı,  hamamdan 

çıxanda nətər çıxdı? Özünə  vid  verə-verə, təmiz su tökə-tökə 

çıxdı, hamısına hamamda fikir verərdilər. Hamamda bəyənər-

dilər, mağazaya gedəndə bəyənərdilər, toya gedəndə bəyənər-

dilər. Sonra tayfanı da nəzərə alardılar. Əsli-nəsli də gəzərdi-

lər. Əvvəl oğlanın bacısı, əmisi qızı gedib qonşuya deyərdi ki, 

filankəsin qızının ağzını ara. Nə deyir? Mənim oğlumu bəyə-

nər,  ya bizə qız  verərlər? Sonra “hə”sin alandan sonra gedər-

dik.  Buna  “elçi  plov”  deyərdilər.  Filankəsin  “elçi  plovu”dur. 

“Elçi  plov”  olandan  sonra  bakılılar  “hə”  deyir  ona,  “hə”sin 

alardılar. Geniş nişan olardı. Ata minib kəndə gedərdilər, qır-

mızı  bağlayardılar.  Sonra  xına  aparardılar.  Sonra  qəndin,  ça-

yın, qoyunun, xələtin verərdilər. Başlıqda gücü çatandan var-

lılar çox verərdi, kasıblar az verərdilər.  

Sonra qıza “xınayaxdı” eliyərdilər. Qızı  istiyəndə əvvəl 

qız  uşaqları  gedib  qızdan  xəbər  alardı.  Könlün  var?  Deyərdi: 

“Hə”. Sonra elçi gedərdilər. Elçi gələndə “salam əleykim” de-



 

319 


yir. Qız qaçardı, gizlənərdi ki, “Mənə elçi gəlib”. İsdədiyi oğ-

lan olsaydı, ürəyinnən olardı. İsdəmədiyi olsaydı, gedib gizlə-

nərdi, gəlməzdi. Qızın boyuna baxardılar. Qız gələrdi çay qo-

yardı.  Ona  baxardılar,  bəyənərdilər.  Deyərdilər:  –  Biz  gəlmi-

şik elçiliyə.  

Deyərdi:  

–  Oğlun  nəçidi,  nə  işə  baxır?  Gedib  bir qonşusundan  da 

xəbər alardılar. Oğlan necə oğlandı, yaxud qız necə qızdı? On-

dan  sonra  “hə”sin  aparardılar. Nişanı  taxarlar  sonra  “xınayax-

dı”, sonra toyu. Gəlini gətirərdilər.  

Halay toyda olardı:  

Ay lolo, lolu, əl-ələ 

Hay çəkün, halay düzülsün. 

Kim halaya girməsə, 

Əli yardan üzülsün. 

Uca dağlardan səslərəm neynim? 

Yar qoynumda bəslərəm ey. 

On iki imamdan istərəm ey. 

Yar əlinnən, dad əlinnən hey. 

O biri dəstə deyərdi, o biri bunun təkrarın deyərdi: 

Yar əlinnən, dad əlinnən hey, 

Bizim xoruz uca bannar neynim? 

Yar əlinnən, dad əlinnən hey. 

İkinci sıra deyərdi: 

Yeri ha, yeri ha, kimin yarısan? 

Kimin heyvasısan, kimin narısan? 

Hansı bəxtəvərin vəfadarısan, 

Sevdim, ala gözlü, kimin yarısan? 

Bunu  deyəndən  sonra  halayı  yenə  dəyişərdilər.  Ondan 

sonra deyərdilər: 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə