ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə66/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   62   63   64   65   66   67   68   69   ...   100

 

259 


adam idi, camaata əl tutar, bayram günlərində dükanından on-

lara ucuz qiymətə şirniyyat, pal-paltar satdırar, borc verər, əkin 

vaxtı  əkinçi  rəiyyətlə  bicarda  işləyərmiş.  Novruz  bayramında 

rəiyyətlə “xan-xan oyunu” zamanı Mir Abdulla xanı cəzalandı-

raraq suya – Qamaş çayına atmışdılar. Bu, xanın xoşuna gəlsə 

də,  qardaşlarının  bərk  kefinə  dəymişdi.  Nəql  edilir  ki,  o,  qar-

daşlarını həmişə rəiyyətlə yaxşı davranmağa sövq edərdi.  

 

Kərbalayı İsa Həzrət Məryəmin nəvəsini öpdü 

 

1918-ci ildə kəndimizdə Mir Qasım xan Talışinskinin to-



yunda  baş  vermiş  bir  hadisə  indiyədək  yaddaşlarda  qorunur. 

Toy Novruz bayramı günlərində təşkil olunmuş bir həftə davam 

etmişdir. Seyid Hüseyn Həsənov nəql edir ki, o, bu toyun canlı 

şahidi olmuş, yeddi gün toyxanada yeyib içmiş, hətta gecələr də 

toyxanada  yatıb  evə  qayıtmamışdı,  çünki  özünün  dediyi  kimi 

anasının  sözünə  qulaq  asmadığına  görə  atası  ondan  acıqlanıb 

evdən qovmuşdu. Seyid Hüseyn nəql edirdi ki, toyda baş verən 

bütün  hadisələr  onun  gənclik  yaddaşında  möhkəm  həkk  olun-

muşdur,  çünki  o,  ömründə  heç  vaxt  Mahmudavarda  belə 

təmtəraqlı  toy  görməmişdi.  Toya  Lənkəran  qəzasının  tanınmış 

adamalrı dəvət edilmişdi. Çalğıçılar Bakıdan çağırılmışdı. Onlar 

özləri ilə Marusiya adlı bir rəqqas da gətirmişdilər.  

Marusiya  yarıçılpaq  geyinmiş  halda  rəqs  edir,  hamının 

diqqətini  özünə  cəlb  edirdi.  Mahmudavar  mühiti  üçün  nadir 

görünən bu səhnəyə tamaşa edən bığıburma kişilər ehtirasları-

nı  zorla  cilovlayırdılar. Əsəblər  gərilmişdi.  Marusiya  növbəti 

dəfə rəqs edərkən Kərbəlayi İsa adlı ortabab bir kəndli özünü 

saxlaya bilməyib qeyri-ixtiyari ayağa durub Marusiya ilə rəq-

sə  başlayır.  Bir  qədər  rəqs  edəndən  sonra  İsa  kişi  heç  kəsin 



 

260 


gözləmədiyi  halda  Marusiyanı  qucaqlayıb  öpür  və  tez  cibin-

dən  bir  qızıl  onluq  çıxarıb  rəqqasa  verir.  Marusiya  pulu  alan 

dəmdə İsa kişi onu yenidən öpür. Bu, məclisdəkilərin hay-kü-

yünə və gülüşməyə səbəb olsa da, bəzi dindarlar bundan hid-

dətlənirlər.  Guya  ki,  Kərbəlayi  İsa  xristian  qadını  öpdüyü 

üçün qusl verməlidir. Bu hadisəyə görə İsa kişinin bir müddət 

dini  məclislərə  qoymurlar.  İsa  kişiyə  həm  maddi  və  həm  də 

mənəvi ziyan deyir. Buna baxmayaraq o, xristian qadınını öz 

kəndində öpən ilk mahmudavarlı idi. 

 

*  *  * 



O vaxt briqadalar var idi. Əkin-biçinçiliklə məşgul olur-

duq. Tərəvəz əkirdik. Yolluyurdug Urusiyaya, orda da neçəyə 

satılırdı, sovxozun hesabına o qiymət də gəlirdi. Məndə 9 nə-

fər  işləyən  olub.  O  dövürdə  bir  ilə  bir  gaz  24  alacaq  qədər 

mükafat alırdığ. Son Sovet höküməti dagılandan sora çox çə-

tinlik çəkdik. Çox gorxulu vaxtlar oldu .  

Keçmişdə  kotan  idi,  yəni  öküz  deyirdik,  malın  erkəyi, 

onnan  yer  sürmüşüy.  Gün  ərzində  2  adam  15  sot  yeri  sürüb 

gurtara bilmiyib. Onu sürəndən sora 1-ci şumu var, 3-cü şumu 

var.  Bu  əlnən  görülən  işdər  idi.  Elə  vaxt  olurdu  yagmurun 

vaxtı  keçirdi.  Texnika  olmadığından  lapatkenan,  yavenan  iş 

görürdük .  

Gəyəçöl  –  mənası,  “gen  sahəli,  geniş  sahəsi  olan”  yer-

dir.  Sahəsi  gen  olub  tarixə  gəlib  düşüb  Gəyəçöl.  İsrafil,  Şıx-

lar,  Yeddioymağ  kəndləri  var,  bu  kəndə  Gençölli  diyirlər. 

Soruşanda hardansan? – Diyirsən – “ Gəyəçöl”dən, diyir Gən 

çöllisən. Dünya zadını araşdıranda, bizdən alayi kənddər bizə 

“Gençöl” diyəllər. 

 



 

261 


*  *  * 

Bugdanı  tökərdük  tavaya  onu  qovrərdük  tökərdük  cib-

mizə  gedərdük  məktəbə.  Kündə  tutub  fətir  bişirərdik.  Ondan 

bebelə qoyardıq başmızın altına. Aclıq idi. Azuqə  yox idi də. 

Bebelə un tökərdüy, onu heyvana verirdilər ki, heyvanın qarnı 

agriyə.  Onu  tökürdüy  qarışdırərdüy  bir  çömçə  ola  olmiya. 

Turpi  töküb  qəynədürdüy,  yiyərdüy.  Ayaga  çarıg  giyərdün  e 

çarıg. Elə bil heyvanın gönü  yoxdu? Göndən ayaqqabı düzəl-

dirlər. Onu dögriyərdilər, qəzənə töküb, bişirib, yeyərdilər. 

 

*  *  * 



Atam  Müzəffər  1901-ci  ildə  Nəcəf  şəhərinə  ruhani  təh-

sili almağa gedir. 25-il Nəcəfdə təhsil alır. Ərəb qızinən orda 

evlənir. Bir oğlu olur, bir qızı. Oğlunun adı Yusif olur, qızının 

adı  Bətul.  1926-cı  ildə  qayıdır.  Maşallah  zirək  kişi  olub,  tək 

gedib, beş nəfərnən qayıdır. Gələnnən sora 32-37-ci  ildə  sür-

gün  eliyirlər.  Atam  qacağ  olub,  bizi  evdən  qovublar.  Mən 

anadan olmamışam onda. Dimək, 32-ci ildə bizi evdən çıxar-

dıblar. Böyük çillədə qarda, şaxtada. Heç kəs bizi kəntdə sax-

lamaz. Nə əmi, nə dayı, nə qohum, heç kəs qorxusundan bizi 

saxlamıyıb. Bi dənə lüt ev varmış, balaca koma. İki qardaş or-

da olurmuşdar. Deməy, olar bizi saxliyarlar.  

Qışın  oğlan  çağında  otağı  veriblər  bizə.  Anamnan,  bö-

yük nənəmə. Onnan sora özzəri çıxıb çölə. Palaz-malaz tutub-

lar,  balaca  yerdə  qalıblar.  Haman  yerdə  mən  anadan  olmu-

şam.  Guya  ki,  buların  atası  axunddı,  sürgün  eliyək  getsin. 

Atam da gəlmiyib. Onnan sora atam gəldi. Atam gələndən so-

ra  1941-ci  ildə  böyük  qardaşım  Yusif  müharibəyə  getdi,  gəl-

mədi.  Atamı  onnan  sora  Bakıya  Şeyx  İslam  idarəsinə  nüma-

yəndə seçdilər. 47-ci ildə Stalin qalmışdı. Onda bir neçə mol-



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə