ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


 YAXIN KEÇMİŞLƏ BAĞLI ƏHVALATLAR



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə62/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   58   59   60   61   62   63   64   65   ...   100

 

246 


7. YAXIN KEÇMİŞLƏ BAĞLI ƏHVALATLAR 

 

Deməli,  çox  məşhur  məhlədir  Qala  məhləsi.  Dediyim  o, 



yəni  babamın  qayınatası,  nənəmin  atası  –  ulu  babam  o  dövrdə 

elə  hey  hələ  qədim  dövrlərdə  hansı  illər  ki,  mən  bilmirəm  bu 

Qala  məhləsində  yaşayb.  Adı  Mircavad  Ağa  olub.  Mircavad 

Ağa bu bölgənin bəyi  olubdur,  bu bölgəyə,  bu kəndə rəhbərlik 

edən  Mircavad  bəy.  Nənəm  Mircavad  bəyin  qızıdır.  O  dövr-

lərdə XVI əsrdə yaşayıbdır Şah İsmayıl Xətai. Şah İsmayıl Xə-

tai öz qoşunları ilə İrana gedəndə onlar gəliblər Mahmudavarda 

Qala  məhləsində  istirahət  ediblər.  Qala  nəyə  görə  deyilir  ora. 

Onlar tərəfindən səngər qazıblar o qoşun tərəfindən, hətta divar-

ları  kərpiclə  hörüblər.  İndi  o  kərpiclər  yoxdur.  Onlar  o  vaxtı  o 

nəslin  yəni  o  dövrdə  yaşayan  ulu  babamın  nəslinin  məkanı 

olubdur o yer. Deməli, o vaxtı onların bir başçısı olubdur da.  

Onların  gözəl  bir  qızı  olubdur.  Həddindən  artıq  gözəl 

olubdur.  Şah  İsmayıl  Xətai  indi  bilmirəm  onun  neçə  xanımı 

olubdur. Buda həmin xanıma vurulubdur. Biri  var deyirlər 3-

cü  xanımı  qalalı  olubdur,  biri  də  var  deyirlər  7-ci  xanımı 

qalalı olubdur. Yəni Şah İsmayıl Xətai burada onu kəbin edir. 

O qədər qız gözəl olur ki, qızı Şah İsmayıl Xətaiyə qulluq et-

mək  üçün  gətirirlər  meydana  yanına  və  ona  vurulur.  Hətda 

İrana  gedəndə  o  xanımı  qoymur  axı  onlar  müharibəyə  gedir-

lər.  Deyir  birdən  əldən  çıxar,  nəsə  olar.  Yəni  ki,  hər  şey  ola 

bilər. O xanımı özüylə götürür aparır. Orada qələbə qazandıq-

dan  sonra  xanımı  gətirir  özüynən  aparır.  Həmin  o,  xanım 

mahmudavarlı  qız  olur.  O,  nəslin  musiqiçilər  nəslinin  nüma-

yəndəsi  olur.  Yəni  belə  şeyləri  nənəmdən  eşitmişəm.  Belə 

şeylər  olub  biz  bilmirik  uşaqlar  bilmirlər.  Müasir  dövrün 

gəncləri bilmirlər. Bu qalalar məhəlləsi yəni onlardan qalıb. 



 

247 


*  *  * 

Bu  mənim  əmim  qızıdır.  Bunların  cahı-cəlalını  görmü-

şəm. Fələk belə gətirdi. Xülasə, razılığ verdim gəldilər, mənə 

dedilər ki, sən gəlginən camaat səni görsün. Neynən gəlim cı-

rığdı  çuxam,  yamağlı  köynəyim.  Əmim  arvadı  mənə  dedi  ki, 

getməlisən.  Dedim,  ay  bibi  mənim  əmim  arvadın  adı  Ümni-

sədi dedim, axı mən ora neynən gedim. Paltarım yox, cibimdə 

pul yox, bir şey aparam. Dedi əmin deyir ki, getməlidir. Deyir 

qanundu. Gəldim köhnə yoldan aşağı düşürəm e ordan arx ge-

dir.  Hava  qaralıb  gördüm.  Mənim  qaynanam  var  idi.  Demək 

istiyirəm  bularında  mən  cahi  –  cəlalını  görmüşəm.  İndi  gəlib 

heç zad. Hava qaralıb qaynanam dedi, əlindəki nədir? Dedim 

bax. Gəldik çayı nədə qaynadırdıq aftafada. Qara aftafada, ça-

yı nədə içirdik fincanda. Çaya nəyi  atırdıq qəndi  yandırırdıq. 

Mən  neçə  dəfə  demişəm  ki,  Allah  hər  şeyin  yaxşısını  bilir. 

Kamil insan nə qədər səbir eləsə, asan olar. Səbri gərək ola. 

 

*  *  * 


Günlərin  bir  günündə  mən  oğlumnan  gedirəm  bazara. 

Evdən çıxıncan bazara qədər mənə salam verdilər. Ağa, salam 

əleykim. Uşağ day yığıldı bura. Kinoteatırın yanında dedi:  

– Ata, bular sənə niyə salam verir e.  

Dedim:  

–  Oğul,  mən  oların  atalarına  salam  vermişəm  dedi  indi 

mən  olara  salam  verməliyəm  ki,  olarında  evladları  mənə  sa-

lam versin.  

Sonra dedi ki, ata, sən bu tərbiyəni kimnən almısan?  

Dedim:  


- Bala,  hey  yığışardılar  həftənin  birinci  günü  məsələn 

bizdə idilər, ya bazar günü başladıq söhbət eləməyə mənə de-




 

248 


dilər  ki,  məsələn  Füzuli  var  e,  Xırmandalıda  pay  atonnan  in-

san necə qabiliyyətli olar  insan necə tərbiyəli olar. Səhər du-

rurdum  düşürdüm  arxasıycan  görüm  bu  Füzuli  neynir.  Gö-

rürdüm Füzuli salam verir, skamekada oturub böyüyü gələndə 

durur  ayağa  belə-belə  onun  yaxşı  xüsusiyyətlərini  götürdüm. 

Sonra deyirdilər ki, filankəsin oğlu çox tərbiyəsiz uşağdı. Dü-

şürdüm onun dalınca görürdüm o götürüb daş atır. Atam mən-

nən oturub dizbədiz demiyib bunu elə, bunu eləmə. Mən belə 

götürmüşəm. Ata dedi məntiq vara burda uşağ idi, beşinci si-

nifdə oxuyurdu. İnsanı paltarnan qarşılayıb kəlləynən yola sa-

larlar.  Gözünnən  götürəsən  yaxşını,  pisdən  vaz  keçəsən.  Ma-

sallı masal bəy deyirlər çox şeyə misal çəkirlər. 

 

*  *  * 


Babamgili sürgün eliyiblər. Məmmədəmin deyib ki, sən 

o pulları ver mənə, mən qoyum bu toxunulmaz bang deyirlər. 

Qoyum onu ora bir vaxt olar sənin nəsillərivə qismət olar. Qa-

yıtsan heç, qayıtmasan qoy pulun əllərə düşməsin. Sənin gələ-

cək nəsillərin qoy o puldan istifadə eləsin. Bu babam bu pulu 

verir  ona  Məmmədəmində  buna  xəbər  verir  ki,  pulu  qoyub 

toxunulmaz  bangə.  İndiyəcən  o  pul  bizə  çatmıyıb.  O  vaxt 

bangdə bundan istifadə eliyirmiş axı. O pul batdı. 

Mənim  xalamgili  sürgün  eləmişdilər.  O  vaxtı  xalamın 

qızılları qalır burda. Məktəb var bu yanda orada paraxot daya-

nır.  Nənəm  götürür  məni  qucağına  qızıllarıda  tikir  arxalığına 

pramoy praxota, minir praxota. Pramoy  Astarxana gedir. Nə-

nəm  orada  qızılları  verir  gəlir.  Bizim  bu  kənd  bular  hamısı 

dəniz olub. İndi-indi açığlığ olub. 

 



 

249 


*  *  * 

Kişi danışırdı ki, on iki on beş  yaşı olub. Deyir gəldilər 

siyahı  tutdular.  Məscidin  böründə  kommunist  partiyasına  ya-

zılardığ.  Böyük  axund  yazıldı,  kiçik  axund  yazıldı.  Deyir 

gəldilər  mənim  Ağama  dedilər,  Ağa  səndə  yazıl.  Dedi  mən 

yazılmıram və bir dənə Allahın partiyasının üzvüyəm. Nə qə-

dər elədi yoldaşlar  yazıl  yazılmadı. Gəldim soruşdum ay Ağa 

neyçündü,  dedi  ay  bala,  dünya  dəyişəndən  sonra  o,  partiya 

ona  qalıb.  Gələndən  sonra  hamısını  bir  dənə-bir  dənə  dən-

niyirlər. Tuturlar. O kişi də çox təmiz kişi olub.  

 

*  *  * 


Qağam  deyərdi,  mən  oğruyam,  amma  baxır  nətəri  oğru. 

Mən  omrü  boyu  kiminsə  gedib  mal  heyvanını  oğurruyam,  ya 

birinin  toyuğunu  gətirəm  uşaxlarıma  yedizdirəm  omrü  boyu 

belə şey eləməmişəm. Mən qumaroyniyan olmuşam. Qağamın 

yaxşı  qardaşdarı  olub  eeee.  Bi  qardaşı  ölüncən  kənd  soveti 

işdiyib, bi qardaşı kolxoz sədri olub, bi dənə bu qumarbaz idi. 

Həm  də  dələğayı  idi.  Qumara  uduzurmuş.  Bi  rəhmətdik  Abi 

kolxoz sədri bunnan  yaxın dost olub. Qumara bir  yerdə gedil-

lərmiş. Qumar oynıyannar da Səlyandan gəlirlərmiş. Səlyannan 

2-3  nəfər  gəlib  birda  qumar  oynuyurlarmış,  bular  udduğunda 

dermişdər  biz  pul  istəmirik,  bizə  cəltik,  buğda  verin  aparağ. 

Uduzanda  qağam  dururmuş  ayağa,  kolxoz  sədri  belə  göz 

eleermiş  ki,  yəni  dimmə.  3-4  dənə  siyəzi  götür  get.  Gedirdim 

deer ambarın taxtasını cıxardardım, doldurardım, ağzın bağlar-

dım,  atardım  ciynimə,  aparıb  atdım  o  səlyannının  arabasına, 

sağ ol-sağ ol. Götürüb cıxıb gedərdilər. Mınnan da bitərdi.  

Amma  and  icərdi  ki,  mən  1  kilo  bi  adamın  bi  şeyini 

oğurramamışam.  Özu  də  cox  quvvalı  olub  eee  qağam.  Sarı 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə