ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə61/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   57   58   59   60   61   62   63   64   ...   100

 

242 


bina qulağ asmır. Deer, əəə, onu mənə satun uşağlar. Cibində 

nəbilim  2  dirhəmnən,  tümənnən  nə  varsa  verib  bı  pışiyi  alır. 

Sora da pışiyi bıraxır gedir evinə. Səhəri görür  adə qapısında 

15-20 uşaq hərənin qoltuğunda da bi pişik. Şeyx pişik alır. 



 

Üçgünlük möhlət 

 

Bir  növbəti  məhərrəmliydə,  yəni  1932-ci  ilin  qışında, 



babam gedər Bərcan kəndində mollalığ eliyər. Məhərrəmliyin 

aşura  günü  qutarar,  babam  xəstələnər.  Lap  pis  vəziyyətdə 

olar, gətirəllər Bərcana. Orda da ölər. Ordan da Alaşara, çün-

kü orda bının qohumları var. Gətirəllər qohumlarına. Onun bi 

qardaşı  ordan  evlənib,  olara.  Ordan  xəbər  eliyəllər  ki,  gəlün 

kişi rəhmətə gedib.  

Atamgil araba zad götrəllər, əmiləri zadı bı kişinin atası, 

başqaları, yığışallar gedəllər babamı gətirməyə.  

Rəhmətdiy atam onda cavanmış, evlənmişmiş. Atam yol-

da  görər  ki,  atasının  səsi  gəlir,  bı  su  istiyir.  Deer,  adə,  bı  öl-

mişdi axı, bı nətər olur danışır.Yığışıllar, adə, bı kişi dirildi ki, 

gətirəllər  su  zad  verəllər  bına,  istiyəllər  verməsinnər  atam  de-

yər yox verün, doyuncan su verəllər mına. Gələr evə. Evdə de-

yər  ki,  məni  dikəldün.  Əmilərimi  çağırun  1-ci  bının  babasını 

çağırar,  sora  qaynatasını  çağırar,  hamını  yığar,  uşağlarıynan 

görüşər, qucağlaşar, öpüşər. Deər ki, qulağ asun mənə, molladı 

özü  də  biyaz  savaddı  kişiymiş.  Deeb  ki,  mən  Allahdan  3  gün 

icazə almışam, mən ölmişdim Bərcanda, məni arabaya qoyan-

da  Allahdan  isdədim  ki,  İlahi,  mənə  3  gün  möhlət  ver,  gedim 

əmilərimnən, balalarımnan görüşüm sora canımı alarsan. Allah 

mənim duamı eşidib, gəldim mən saba yox, birgün ölməliyəm. 



 

243 


Gedün tədarüküzü görün. Heç də narahat olmeon. Mən deerəm 

bı sözi sizə. Həqiqətdə də belə olub 3-cü günü də ölüb babam. 



 

Allah istədiyinizi verdi 

 

Bizim babamız Alməmmədin 9 qızı olub, 4 oğlu. Əvvəl 



onun  övladı  olmıyıb.  Oğul  övladı  olmıyıb,  qızı  olub  –  6  qız 

olub. Bi dənə dağdan katib var imiş azərbaycannı. Deyər Kər-

bəlayı, sənin heç oğul övladən yoxdu məgər? Deeb: 

– Xeyr, yoxdu. 

Deeb:  

–  Gələn  səfər  gələndə  mənim  bi  dənə  bacım  var,  onu 



gətirəcəm səninçün.  

Gəlir bu onunla evlənür. Birinci ili olar qız, 7 qurban kə-

səllər,  2-ci  olar  qız,  8  qurban  kəsəllər.  3-cu  ili  deyər  ki,  mən 

gedirəm  nahara,  gəlləm  qurbannarı  kəsəm.  Dağdan  da  adam 

gəlmişmiş. Görəy qızımızın nəyi oldu? Axir bı oğlan doğacağ. 

Alməmməd  gəlib  görüb  kəsmeeblər,  12-ni  kəsmişmiş,  xəbər 

verib  arvad  içəridən  ki,  ay  balam,  Allah  issədigüüzü  verdi. 

Deməli oğlan oldu. Arvad bının adını qoyub Şirməmməd. 

 

Balığ istəmə 

 

Günnərin bir güni keçmiş adamlar yiyən olub də, hamısı 



hər şey. İndi  ya  yaz olub,  ya da payız. Yağışlı haveymış. Ba-

lığ da həməşə  yağışda olar. Arvad deyər ki, bala deyəsən ha-

valar yağışdıdı indi balığ olar ha. Əkbər kişi başa düşər ki, ar-

vadın göölü balığ issiyir. Fikirrəşib, Allah, mən nağayrım nə-

yi  satım?  Neyneem?  Meşə  evin  qırağındadu.  Masallıda  da  o 

vaxtı  çörəyçilər,  nabatçılar  zaddar  varmış.  Olar  odun  alar-




 

244 


mışdar. Gedər bi yaxşı şələ odun düzəldər, səviyyəli, çox mə-

səl 5 manatdısa, biyaz da iri eliyir ki, aparar satar, gələr baza-

ra.  Gennən  balığçılara  fikir  verər,  görər  orda  yaxşı  iri  bi  saz 

balığ  var.  Amma  bi  kişi  onu  danışdırır.  Qulağ  asır  görür  ki, 

balığı  bu  kişiyə  deyir  iki  abasıya,  kişi  deyir,  yooo  mən  bına 

bir  abası  verirəm.  Kalba  Əkbər  deyir  ki,  mən  ürəyimdə  dua 

elerdim ki, ay Allah o kişi almıyeydi onu, mən  bını aleydim. 

O  kişi  almır.  Helə  balaca  o  kişi  o  yana  dönən  kimi  bı  qaçır 

deer  ki,  neçiyə  deersən,  deer  2  abasıya.  Çıxardır  pulu  verir, 

balığı alır. Bı dəmdə o kişi qayıdır geri. Deer: 

–  Ədə,  sağır,  yetim,  sən  mənim  pılım  ola  ola,  varım 

dövlıtim ola ola, o balığı almadım, sən yetim o balığı aldın.  

Kalba Əkbər gör ona nə deyir: 

– Sənin də anon sənnən balığ istəsə, sən də o qiymətə də 

olsa, alardun. Mən anamın xatirinə alam o balığı. Anam balığ 

istiyib, neçiyə desə, allam o balığı mən onunçün.  

O çörəyi elə Allah o ananın üzünə verir də. Elə helə də 

deyillər ki, soralar elə o çörəyi də  yeyir. Cünki  soralar o çox 

dölətdənib, varranıb. 

 

Söyləyicilər: 

Rəfayıl  Vahabov,  doğum  tarixi  1944,  təhsili  ali,  Göylənni 

kəndi. 


Həcər Həsənova, doğum tarixi 1950, təhsili orta, Şərəfə kəndi. 

Muxtar Gənciyev, doğum tarixi 1951, təhsili ali, Ərəb kəndi. 

Həsən Əhədov, doğum tarixi 1935, təhsili ali, Həsənli kəndi. 

Vasif Alışov, doğum tarixi 1953, təhsili orta, Həsənli kəndi. 

Musarza Mirzəyev, Mahmudavar kəndi, B., 1997 

Nurəddin  Ədiloğlu,  doğum  tarixi  1958,  təhsili  ali,  Xırman-

dalı kəndi. 



 

245 


Ağaverdi  Novruzov,  doğum tarixi  1940,  təhsili  orta,  Ərkivan 

kəndi. 


Hikmət Xəlilov, doğum tarixi 1977, təhsili ali, Köçəkli kəndi. 

Arəstə  Əsgərova,  doğum  tarixi  1939,  təhsili  7-illik,  Ərkivan 

kəndi. 

Yavər Abbasov, doğum tarixi 1937, təhsili orta, Gəyəçöl kəndi 



İbrahim Sadıqov, doğum tarixi 1950, təhsili ali, Seybətin kəndi 

Əli Əlişov, doğum tarixi 1938, təhsili ali, Köhnə Alvadı kəndi. 

Mədinə  Həsənova,  doğum  tarixi  1941,  təhsili  7-illik,  Xır-

mandalı kəndi.   

 

 

İmran  Nəzərov,  doğum  tarixi  1940,  təhsili  ali,  Hişkədərə 



kəndi.   

Hacı  Əlihəsən,  doğum  tarixi  1939,  təhsili  orta  ixtisas,  Ərki-

van kəndi. 

Muxtar Muxtarov, doğum tarixi 1944, təhsili ali, Həsənli kəndi. 

Bulqeyis Gözəlova, doğum tarixi 1947, təhsili orta, Xırman-

dalı kəndi. 



 

Toplayanlar: 

Füzuli Bayat (Gözəlov) 

Qurban Əliyev 

Çiçək Əfəndiyeva 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə