ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə57/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   53   54   55   56   57   58   59   60   ...   100

 

226 


lah. Bir dənə barza götürüb, deyib əhsən, bərəkəllah. Bı çatıb va-

liyə. Deyib, hə, bildim, nə deyir bı. Bına bir dənə üzüy bağışdı-

yıb, qəşəng, qiymətli, üstü brilyantlı üzüy. Gəlib burdan oğurru-

yublar. Bizim Masallıdan. O da tərk elədi buranı çıxdı getdi. 

 

Səni çöllərə salaram… 

 

O, burda toyda olub. Səlyannan bir  müğənni gəlib.  Mi-

rislam  Abdullayev  başqa,  Mirislam  Rəfiyev  başqa.  Səlyannı 

buna  deyib,  oxuyaram,  səni  ağladaram.  Bir  dənə  zəminxarə 

oxuyub  səlyanlı.  Bu  deyib,  mən  də  sənə  oxuyaram,  səni  çöl-

lərə  salaram.  Bu  da  bir  dənə  Mirzə  Hüseyn  segahı  oxuyub, 

səlyanlı qavalını götürüb çıxıb gedib. 

 

Namazda dombalan aşdı var? 

 

Bizdə  bir  Zirvəli  kişi  olub  bizdə.  Allah  rəhmət  eləsin. 



Bizdə  bir  oğlan  vardı,  Allahqulu.  Böyuk  adam  olub,  iş  ada-

mıydı,  getdi  rəhmətə.  Bının  qaynanası  da  çox  dindar  adam 

olub.  Yardımlı  deyilən  rayon  var  bizdə.  Ordan  bir  sail  gəlir, 

dilənçi gəlir. Gələr axşam düşər bulara. 

Deyər ki: 

– Qardaş, sən namaz qılansan?  

Deyər ki: 

– Hə, qılanam. 

Deyir: 

– Onda namaz qılansansa, mənə qonağsan. 



Arvada deyər: 

– Düş bir dənə beçə kəs.  

Kəsər,  bozbaş  bişirər,  yeyəllər,  eliyəllər.  Sora  namaz 

vaxtı qalxallar ki, namaz qılsınnar. Gələn bu kişi durar bunun 




 

227 


arxasında  ki,  görməsin.  Bu  nəğayrır,  bu  elə  deyir,  yox,  bu 

məni alladır. O rüküt ki,  var, namaza gedirsən,  bu dombalıb-

mış aşağı belə. Bu aşar. Deyər: 

- Ə,  qardaş,  namazda  dombalan  aşdı  var?  Deməli,  sən 

namazı bilmirsən. Deyib, dur çıx mənim öyümnən.  

 

İncil deyil, boranıdı 



 

Bir  dənə  də  qonağ  gələr,  bu  lap  qədimdə  olub,  həmən 

kişi  də  getdi  rəhmətə.  Bizdə  incil  deyillər.  Bizdə  də  yetişir. 

Bu  boranı  var  e,  balqabaq  deyillər.  Bu  boranı  da  mirəd  elə 

şeydi ki, dırmaşır incil ağacına. Deyər: 

– Qonağ, dur gedək bir dənə incil yeyəy həyətdə.  

Çıxallar ağaca. Bı da boranını görmüyüb, bilmir nədi.  

Deyər: 


– Qonağ, mən bir yeddi – səkkizini yemişəm a. 

– Deyir: 

– Ə, nətər yeyərsən, mən birin yeyə bilmirəm. Deyər, ə, 

incil döyül e, boranıdı. Bax, bu olub, həqiqi olub. 

 

Talış qızı 

 

Bir  dənə  də  talış  qız  gəlib  bıra.  Gəlin  gəlib.  Çox  avam 

imiş.  Rəhməttiy  Böyükağanın  anası.  O  vaxtı  kitayskı  batare-

yalar çıxardı, basardun knofkanı, qalardı yana-yana. Qonşuda 

da toy imiş. Oğluna deyər ki, Xəlil mənə bir şey ver, işığ, zad 

yoxuydu da, o vaxtı. Xəlil batareyanın knofkasını basar, verər 

buna.  Gedər,  baxar  toyuğa-cücəyə.  Başdıyar  üfləməyə.  Bata-

reyanı  üfləməyə.  Gələr  deyər,  Xəlil,  axı  bu  sönmür.  Deyər, 

avam oğlunun qızı avam, bunun knofkasını çək də, sönəcəy. 



 

228 


Təvəkkülün neft quyusu 

 

Birdən  xəbər  tutullar  ki,  Seybətinnən  neft  çıxır.  Təvək-



külgilin  həyətinnən  neft  çıxır.  Camaat  hamısı  yığışdı  ki,  Tə-

vəkkül oldu Zeynalabdin Tağıyev, həyətinnən neft çıxır. Bizdə 

də dövlətdə qanun var da. Torpağın 5 m-si sənindi, sərvət döv-

lətindi,  kim  olur  olsun.  Millət  də  deyir  ki,  Təvəkkül  varrı 

olacağ. Bir nəfəri məzəyçün gətirər orda quyu qazar, traktorist 

də  ora  salyarka  tökübmüş  traktornan. Gətirər  iki  vedrə  salyar-

kanı boşaldar quyunun içinə. Dayı, Bakıdan Nazirliydən gəldi-

lər, Geologiyadan gəldilər, gördülər yox, bu həqiqi neft döyül. 



 

Gic sənsən 

 

Birda  bi  Məhəmmədtağı adlı  kişi  var  idi,  mənim  atamın 



əmisi idi o. Evladı zadı yox idi. O helə belə gəzən adam olub, 

yaxşı dostları var idi bütün kəndlərdə, rayonlarda. O vaxtı ma-

şın az olan vaxtı, müharibədən bir az sorakı illərdə. Deməli, bı 

kişi o qonşu kəndlərin birində bel satardı, bel sapı, lapatkasapı. 

Aparır  satır  orda  yavaş-yavaş  çıxır  yola.  Ancaq  orada  bının 

qabları da varmış, kisələri də, kisələri bağleeblar belə, gəlir ya-

vaş-yavaş.  Onda görür  daldan  bi ataraba gəlir. Əl  eliyir  atara-

baçı  saxleer,  bıda  oturur.  Arabaçı  xəbər  alır  ki, haralısan  deer 

ki,  Masallıdan.  Deer,  əəə,  gij  talışlardansan  ki.  Bı  kişiyə  acığ 

gedir, amma dinmir. Talış olmasa da arabaçının sözü ona bərk 

toxuner. Deer, indi sənə sübut eliyərəm mən gijdiyimi.  

Bir  az  gedənnən  sora  bı  atarabaçı  yenə  diç  qalmır  deer 

ki, bi nədi kisələr nə aparirsan ? Deer:  

– Bala, bi kisə xiyardı, bi kisə yelpənəy.  

Atarabaçı deer:  



 

229 


– Nə danışırsan sən, xiyar yelpənəy eyni şeydi də.  

Deer:  


– Ə nə danışırsan hələ bilmirsən ki, yelpənəy ayrı şeydi, 

xiyar ayri.  

Xüləsə,  bı  kişi  bina  xiyrnan  yelpənəyin  fərqin  deyir. 

Deer, xiyar üstü tikannıdı, yelpənəy isə şumaldu.  

Arabaçı deer:  

– Eeeee başun xarabdı sənin.  

Gedillər  yolnan görür ki, qırağda ana potuğ oturub. Po-

tuğ  camış  balasına  deellər  bizim  tərəfdə.  Ala-bıla,  axı  camış 

ala olmur tək-tək qaşqası-zadı olur. Deer:  

– Ədə, ora bax nə göyçək potaxordı.  

Deer:  

– Nə potaxor görmeersən o camış balasıdı?  



Deer: 

– Hə də ona potaxor deyillər.  

Deer:  

– Ə, necə yəni?  



Deer:  

– Ə, bilmirsən danaxor nədi, potaxor nədi?  

Deer ki, bala inəynən camış ciftələşəndə camış dişidirsə, 

o  potaxor  doğar,  amma  inəy  dişidirsə,  ona  deyəllər  danaxor. 

Sən  gijsən  ee,  ay  gij  dağlı.  Sən  bilmirsən,  bı  bını  yenə  sıxış-

dırır. Biyaz gəlillər bəri.  

Kişi fikirrəşir ki, bına bir əməlli dərs verim.  

Deer:  


–  Ay  bala  ey,  sən  bilərsən  neçə  adamnan  mənim  mü-

bahisəm olub, bi telfun ağacı, biri deer 500 metrədi, biri deer 

300 metrədi, biri deer 1000 metrədi.  

Deer:  



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə