ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə56/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   52   53   54   55   56   57   58   59   ...   100

 

222 


–  Cibimdə.  Kölə,  görüm  nətərdi.  Köhliyib  calanda,  nə-

fəs  alətdərin  nizamlıyan  dişi  düşdü.  Dişi  damağdı  axı.  Dür-

dür eliyəndə dişi çıxır, salır içəri.  

Diyibdi:  

–  Dimay  qocalmısan,  dişin  tökülüb,  zurnanı  damağında 

saxlıya  bilmlrsən.  Ona  görə  toba  eliyirsən?  Day  sənə  ölüm 

yoxdu, ged ölüncən çal. O Aşığ Abdulla ölüncə çaldı . 

 

Şir balası 

 

Deməli  mən  atamla  həmsöhbət  olmaram.  Bu  hadisələri 



öyrənməyim  necə  baş  verib.  Mən  işdən  evə  gəlirəm  bir  az 

atamla otururam, sonra atamla sərbəst olmadığıma görə keçir-

dim o biri otağa. Anam ayrı otururdu. Atamın yanına ağsaqqal-

lar  gəldiyinə  görə  anam  qızlarla  ayrı  oturur.  Anamın  yanında 

daha sərbəst hiss edirdim özümü. Bəzən atam tək qalanda, da-

rıxanda  deyirdi  ki,  Hikmət  hara  getdi  bəs  gəl  yanıma,  bura  –  

deyirdi.  Sən  4-cü  sinif  qurtarmış  arvaddan  nə  öyrənirsən.  Gəl 

otur  məniynən.  Mən  danışanda  alimlər,  professorlar,  yazıçılar 

dayanıb  mənə  qulaq  asır.  4-cü  sinif  oxumuş  arvaddan  sən  nə 

öyrənirsən  mən  bilmirəm.  Belə  oturanda  da  atam  mənə  çox 

maraqlı söhbətlər edir. Bəzən onu məclislərə aparırdılar maşın-

nan.  Yaşlaşmışdı  maşını  sürə  bilmirdi,  mən  sürürdüm  maşını. 

Apardığım məclislərin birində söhbət siyasiləşdi bir az.  

Dedilər:  

–  Bir  müxalifətçi  dedi  ki,  Heydər  Əliyevdən  sonra  İl-

ham Əliyev prezidentliyi idarə edə bilmiyəcək  Respublikada. 

Heydər Əliyevin yolunu siyasətini davam edə bilməyəcək.  

Atam onlara özünə məxsus şəkildə cavab verib deyir ki, 

meşədə  tülkü  bir  gün  gedirmiş.  Görür  ki,  meşənin  dərinliyin-



 

223 


dən bir nərilti səsi gəlir. Meşə lərzeyə gəlir. Tülkü qorxa-qorxa 

yaxınlaşır görür ki, bir aslandır dünyaya övlad gətirir. Deyir:  

–  Aslan  qardaş,  neynirsən?  Bu  boyda  meşəni  lərzeyə 

gətirmisən səs-küydən deyir.  

– Tülkü, görmürsən dünyaya övlad gətirirəm, – deyir.  

Tülkü:   

–  Mən  də  altısını-yeddisini  birdən  doğururam,  amma 

heç cıqqırımı da çıxarmıram.  

Deyir:  

– Tülkü, sən doğanda tülkü doğursan, mən doğanda as-

lan doğuram.  

 

Sənəti var 

 

Pul məsələsində belə oldu ki, məclisdə oturmuşuq. Məc-



lisdə  oturub  Astaranın  keçmiş  icra  başçısı  İbrahim  Quliyev, 

bir  də  bir  həmyerlimiz  var  idi  –  Lənkəranın  polis  polkovniki 

idi  o  vaxtlar.  Belə  sual  verirdi,  atama  “dayı”  diyə  müraciət 

edirdi.  Atam  tibbi  qurtarmışdı  Lənkəranda.  Onlarnan  çox 

təmasda olmuşdu.  

Deyir:  


– Dayı, bəziləri deyir ki, bu pul  yaxşı şeydi, bəziləri də 

deyir pul pisdir, bəziləri deyir, adamı çaşdırır pul, bəziləri de-

yir, şeytan işidir pul. Sən necə fikirləşirsən?  

Deyir:  


–  Bala,  pulda  heç  bir  qəbahət  yoxdur,  qəbahət  insanda 

ola  bilər.  Pul  gələndə  ehtiyac  gətirdiyi  kimi  mədəniyyət  də 

gətirir.  Pul  insanı  mədəniləşdirir,  təsərrüfatı  inkişaf  elətdirir, 

pul gələndə ev-eşik düzəldirsən, pul gələndə qonağ qarşılayır-




 

224 


san, qonağ  yola salırsan, tələbə oxudursan, ümumiyyətlə, bü-

tün işlərlə pul olarsa, məşğul ola bilirsən.  

Bu mənada deyir ki, pul iki şəxsin əlinə düşə bilər ya yax-

şı adamın, ya da pis adamın. Yaxşı adamın əlinə düşəndə yaxşı 

işlərnən, xeyriyyəçiliynən məşğul olar, pis adamın əlinə düşən-

də pul pis işlər üçün yarıyır. Deməli, yaxşı adamın əlinə düşən-

də  qonşusu  gəlir  onun  qapısına  deyir  ki,  qonşu  bəs  qızımı  ərə 

verirəm  cehizimnən  bir  500  yüz  manat  çatmır  ki,  onu  köçür-

düm. Deyir baş üstə, çağırır həyat  yoldaşını, arvad gəl 500  yüz 

və  yaxud  1000  manat  ver  bu  qonşunun  problemi  var  imkanı 

olar qaytarar, imkanı olmaz halal xoşu olar. Ancağ bir şərtlə to-

ya mənidə çağırarsan, məndə sizin şaddığınızda iştirak edərəm.  

Səhər  bu  kişi  gedir  evinə  qohum-əqrəbasına  danışır  ki, 

əşi, mənim pulım çatmırdı, mənim qonşum belə şəxsiyyət imiş, 

belə  xeyriyyəçi  imiş.  Mənə  pul  köməy  eylədi.  Bu  qohum-əq-

rəba bundan xəbərdar olandan sonra sabahları buna dəvətnamə 

yazırlar  ki,  bunu  şadlığa  dəvət  edirlər.  Bu  qonşu  məclisə  gi-

rəndə xalq ayağa qalxır. Buna ağsaqqallığı pul gətirir.  

Pis  adamın  əlinə  düşəndə  pis  adam  girir  bazara  bazarda 

bir  nürani  ağsaqqal  kişiyə  bir  şillə  vurur.  Deyir,  a  kişi,  məni 

niyə vurdun? Deyir mənim dakumentim, sənədim var səni vura 

bilərəm. Bu kişi bunu verir məhkəməyə. Məhkəmə çağırır sən 

niyə ağsaqqala vurmusan. Deyir mənim sənədim, dakumentim 

var, bunu vura bilərəm. Deyir gətir görüm sənədini, gətirir pa-

ketdə verir təqdim edir məhkəməyə məhkəmə paketin açır içini 

və  yüzdükləri  görəndə  deyir,  hə  ağsaqqal  bunun  sənədi  var 

imiş, bəs bu sənə də vura bilər, mənə də vura bilər. Bu pis ada-

mın əlinə düşür pul, bu pulun hesabına gedir prakrolnan, məh-

kəməynən otur-dur eliyir. Yanında dostları var belə yuxarı və-

zifədə işliyən. Bu evə gələndə bunun qadını da pis adamdı. Qa-




 

225 


dın buna deyir ki, a kişi bilirsən nə olub, deyir yox, deyir bizim 

o  çil  fərə  vareee  deyir  hə,  hə  deyir,  nə  olub  çil  fərəyə?  Keç-

mişdi qonşunun həyətinə, qonşu götürdü bir daş atdı, amma az 

qalmışdı  çil  fərənin  qanadına  dəysin.  Toyuğ  çıppıldıya-çıppıl-

dıya  həyətə  uçdu  qayıtdı  gəldi.  Deyir,  ə,  qələt  eliyir  mənim 

toyuğuma  daş  atır,  mən  onu  basdıraram  içəri  məhkəməynən, 

prakrolnan dostam, bəs o məni tanımır. Görürsən ki, bir toyuğa 

kiş eliyib hələ daş ona dəymiyib, onun qanadının yanınnan ke-

çib deyir, onu mən basdıraram içəri. Deməli, bu pula görə, pis 

adam olduğuna  görə belə  iqayısdığ  bəsliyir.  Pulda  heç bir  qə-

bahət yoxdur, insanlardadır problemlər. 

 

Gəlin, ya meyit 

 

Bi  dəfə  dayım  qızının  oğluna  gəlin  gətirməyə  getmiş-



dük. Boradigiyə. Qıza maşın yox idi. Dayımqızı qayıtdı didi: 

Arazı ayırdılır a nari, nar  

Qumuynən qovürdülər a nari, nar.  

Bu  oxşamadi.  Camaat  daldan  bu  nə  bir  təpiy.  Səni  yerə 

soxim. Nə yemisən tuşili aş, gəlin aparırsen, ya meyid aparersən. 

 

Əhsən, bərəkəllah 



 

Mirislam Rəfiyev var bizdə, onun qəbri Bibiheybət qəbir-

stanlığındadı, Bakıda. Onun burda 3 qızı olub, oğlu olmiyib. Nə-

sillərinnən qalır. İndi Mirislam da var, Rəfi də var. Əmioğludu-

lar. Deməy, gedib İrana toya. Ərdəbildə bu başdıyıb toyda oxu-

mağa.  Oxuyub,  oxuyub,  oranın  valisi  deyib,  əhsən  bərəkallah. 

Üç gün orda toy oxuyub. Buna heç bir mükafat-zad vermiyiblər. 

Gedib bir dənə xurma götürüb dükannan, deyib əhsən, bərəkəl-




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə