ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə53/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   49   50   51   52   53   54   55   56   ...   100

 

210 


– Qulamhüseyn, o zənbil sənin üçün  yox, Molla Nəcəf-

qulu üçün qoyulub ki, mərhum üçün Yasin oxusun.  

Qulamhüseyn gedə-gedə deyir:  

– Axund, bizim ağzımızda qatıq çalmayıblar ki? Yasini 

mən özüm oxuyaram.  

Sən demə, zənbildəki hüzrünə getdikləri mərhumun mi-

ras paltarları imiş. Qulamhüseyn bir gün onları geyib məclisə 

gedir.  Papaqdan  tutmuş  ayaqqabıya  qədər  təzələnən  Molla 

Qulamhüseyni görən Molla Əli Axund mübarəkbadlıq edir.  

Qulamhüseyn  deyir  ki,  bu  həmin  zənbilin  sehridir,  hələ 

bir çox şeylər evdə qalıb.  

 

Bısk budut 

 

Ağamirzə Ağarzanın əsas məşğuliyyəti ovçuluq, balıqçı-

lıq  idi.  Mahmudavarda  bol  olan  su  tutar-istillərdən  çoxlu  çəki 

tutar, təndirdə bişirtdirib yaxın qəsəbə və şəhərlərə də satmağa 

aparardı.  Bir  gün  Port  İliçdə  şişə  çəkilib,  təndirdə  bişirilmiş 

ləvəngi  balıq  satdığı  zaman  bir  rus  qadını  ona  yaxınlaşır,  bu 

balıqlardan  almaq  istəyir.  Ağarzadan  xəbər  alır  ki,  balıqlarda 

bu deşik nədir? Rus dilini bilmədiyi üçün Ağarza bu deşiyin nə 

olduğunu qadına başa sala bilmir, təkcə bunu deyir:  

–  Bısk  budut.  (Bısk  talışca  şiş,  budut  rusca  olmuşdur, 

deməkdir). Bazarda bu mənzərini müşahidə edən bir mahmu-

davarlı əhvalatı kənd çayxanasında danışır, o gündən rəhmət-

liyin ləğəbi Bısk budut qalır. 

 

Bacıoğludur, aparmaz 



 

Bir mahmudavarlı Lənkəran dəmiryol vağzalından Bakı-

ya  gedirmiş.  Vağzalda  gəzib-dolaşır,  ağız  dolusu  nəql edirmiş 



 

211 


ki,  lənkəranlılar  mənim  bacım  oğlanlarımdır,  çünki  bir  bacım 

burda ərdədir. Kişinin başında qatı açılmamış, qəttəzə bir papa-

ğı varmış ki, hamının nəzərini cəlb edirmiş. Qəfildən biri kişi-

nin başından papağı alıb öz başına qoyur, əvvəl hamı bunu bir 

zarafat bilir, mahmudavarlı da özünü o yerə qoymur:  

– Bacıoğludur, zarafat edir, – deyir.  

Oğru  yavaş-yavaş  uzaqlaşır,  adamlar  mahmudavarlını 

xəbərdar edirlər ki, kişi, deyəsən, papağın getdi, axı? Mahmu-

davarlı hər dəfə deyir ki, bacıoğludur, aparmaz. Bir də görür-

lər,  oğru  götürülüb  aradan  çıxdı.  Amma  mahmudavarlı  hələ 

də  adamlar  içindən  bacıoğluna  sarı  boylanır,  qayıdıb  gələcə-

yinə ümid edir, eləcə deyir:  

– Bacıoğludur, aparmaz.  

Beləcə  kişi  papağını  gözgörəsi  oğruya  verib  başıaçıq 

kəndə qayıdır. 

 

Vermərəm, nə qədər vurursunuz, vurun. 



 

Bir  dəstə  mahmudavarlı  Murdova  ova  gedir.  Qadağan 

zonada  ov  etdikləri  yerdə  qoruqçu,  qaravulçular bunları  yaxa-

layırlar, kimin əlində, əynində nəyi varmış alırlar. Növbə Məş-

hədi  Surətin  kürkünü  birovuz  alıb  geyinən  mahmudavarlıya 

çatır,  qoruqçular  nə  qədər  əlləşirlər  ki,  kürkü  bundan  alsınlar, 

gücləri çatmır. Ağac götürüb çırpmağa başlayırlar. Ağac zərbə-

lərindən inildəyən-zarıyan mahmudavarlı elə hey təkrar edir:  

– Nə qədər vurursuz, vurun, vermərəm, Məşhədi Surətin 

kürküdür. 

Bu  əhvalatın  başqa  bir  variantı  da  var,  hadisə  eynidir, 

amma kürkü İnci xalanın adına çıxırlar. 

 



 

212 


Sosialist realizmi 

 

Ədəbiyyatdan dərs deyən bir tələbkar müəllim sovet ədə-

biyyatının  əsas  yaradıcılıq  metodu  olan  sosialist  realizminin 

tələbləri  və  xüsusiyyətlərini  daha  yaxşı  mənimsətmək  üçün 

dəftərə  yazdırır,  əzbər  öyrənməyi  şagirdlərə  tapşırır.  Evdə 

bütün  gecəni  sosialist  realizmi  deyib  onun  xüsusiyyətlərini 

əzbərləyən bir şagirdin atası bunu uşaqdan tez əzbərləyir. Çəl-

tikçi-kolxozcu  olan  ata  o  gündən  kim  gəldi,  hara  gəldi  –  hər 

yerdə: iclasda, məclisdə, çayxanada, çəltik zəmisində, yeri gəl-

di-gəlmədi sosialist realizminin tələblərindən danışır. Adamlar 

da o vaxtdan ona sosialist “realizmi ləqəbini” qoyurlar. 

 

Tırkə səlat 



 

Mahmudavarlıların  məişətində  tez-tez  işlətdikləri  tırkə 

səlat  anlayışı  –  məsəli  nə  deməkdir?  İşlətdiyimiz  tırkə  səlat 

sözü  ərəbcə  tərki-səlat  sözündən  alınmışdır,  mənası  namazı 

tərk etmək deməkdir.  

Belə bir hədis var. Bir kişi Əba-Əbdüllahdan soruşdu:  

– İçki içmək çox pisdir, ya tərki səlat olmaq?  

Buyurdu:  

– İçki içmək, tərki-səlatlıqdan daha pisdir.  

Soruşdu:  

– Bilirsən, niyə?  

Özü cavab verdi:  

–  İçki  onu  bir  hala  salar  ki,  Allah  izzü  cəllini  və  onu 

yaradanı tanımaz.  

Çoxları  üçün  anlaşılmaz  bir  ifadə  olan  tırkə  səlat  sözü-

nün mənası belədir. 




 

213 


Kürk götürərsən 

 

Qulamhüseyn  kişi  Seyid  Miri  ilə  məclislərdə  tez-tez 



zarafatlaşardılar.  Məclislərin  birində  Molla  İbrahim  moizə 

edirmiş  ki,  günah  işlətmiş  seyid  peyğəmbər  övladları  nə  cə-

hənnəmə gedər, nə də behiştə. Onları behiştlə cəhənnəm ara-

sında  çox  soyuq,  şaxtalı  yerdə  saxlayacaqlar...  Qulamhüseyn 

kişi bu dəmdə Seyid Miriyə xitabən deyir: 

– Miri, gedəndə özünlə yaxşı bir kürk götürərsən. 



 

Huşi Xamməd 

 

Ötən  əsrdə  kəndimizdə  Xanməmməd  adı  ilə  huşsuz, 

yaddaşsız  bir  şəxs  yaşamışdır.  O  vaxtdan  səriştəsiz,  tənbəl, 

küt, huşsuz adamları “huşi Xamməd” deyib çağırırlar. 

 

Nüsrətin göy rəngli inəyi 

 

Nüsi  (Nüsrət)  adında  bir  kişinin  göy  rəngli,  tez  gözə 

çarpan,  fərqlənən  bir  inəyi  varmış.  Özünü  gözə  soxan,  hər 

yerdə görünən adama kənddə deyirlər: 

– Nüsrətin göy rəngli inəyi. 

 

Yallah Baloğlan 



 

Deyirlər  Qafur  kişi  Baloğlangilə  elçiliyə  gəlir.  Mətləbə 

keçib-keçməmiş sözünü bir cümlə ilə bitirir:  

–  Yallah  Baloğlan,  sənin  qızın,  mənim  oğlumun  olsun 

qurtardı-getdi.  Bu  cür  danışıqdan  əsəbiləşən  Baloğlanın  bərk 

acığı tutur, elçilik baş tutmur. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə