ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə49/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   45   46   47   48   49   50   51   52   ...   100

 

194 


– Muxtar, sənin ağzın elə məni saldı oda.  

Dedim:  


–  Əslində  mən  haxlıyam.  Hərə  öz  işiynən  məşğul  olsa, 

yaxşıdır. 



 

Nə doyunca yeyir 

 

Bi gün kəndə pavidla gətiriblər rusdar. Bu Bığır kişi də 



qənddən, caydan alannan sora deellər ki, burda pavidla da var. 

Bığır  kişi  də  bu  pavidla  haqqında  eşidmişdi.  Deer,  alım  gö-

rüm hələ bu nəmənə  şeydi? Nə isə, həmən o pavidladan alır. 

Elə orda da dadına baxır, xoşuna gəlir. Deer, bay, zalım oğlu 

Stalin gör indi nə doyunca yeyir bunnan hər gün. 

 

Gör özləri nə qədər yeyiblər 

 

Bi  gün  də  yığışıllar  bu  camaat,  plov  bişiriblərmiş  məclis 



imiş.  Bığır  kişi  də  bu  məclisə  dəvətliymiş.  Gəlib  oturub,  söz, 

söhbət, oyan-biyan, plov gəlir ortaya. Bığır kişi də kor olduğun-

dan  əliynən  yoxluyur  görür  ki,  belə  lap  qalalama  vəziyyətində 

cəkiblər buna plovu. Deer, bay atonnan gör indi bular özdəri nə 

qədər yeyiblər ki, mən kor adam mənə də be belə cəkiblər. 

 

Dalaşan qardaşlar 

 

İki qardaş olub. Bular həmişə bir-biri ilə dalaşırmışdar. O 



deyirmiş  mən  burda  yurd  salacam,  bu  deyirmiş  mən  burda  sa-

lacam. Sora elə ki, yay gəlirmiş, yayda buları tapmaq olmurmuş. 

Biri bu kölgəlikdə, biri də o yanda sərələnib yatıllarmış. 

 



 

195 


Hacının kələyi 

 

O  kəntdə  Hacı  Məmməd  adında  biri  olub,  onun  yaxşı 



qızılı var imiş, sandıx dolusu. Demək o qaçhaqaçda sandıqça-

nı  da  götürür,  qaçır  köhnə  Alvadıya.  Orda  dostu  olur.  Qoyur 

olarda. Mən onun qəbrini görmüşəm. Onun başdaşına baxmı-

şam, tarixinə. O, 1919-cu ildə ölüb. Demək bu hadisə 1918-ci 

ildə  olub,  1919-cu  ildə  ölüb.  1918-ci  ildə  ermənilər  çəkilib 

gedəndən sora camaat qayidanda, bu da gəlir, ama onun qızı-

lın  mənimsiyillər,  vermillər.  6-7  aydan  sora  o  vəfat  eliyir. 

Onun qızılı belə olub də.  

Deməli bu  qızılı  (sələm  vermək  o zaman  da  varmış)  sə-

ləmnən qazanıb. Bi qadın olub, onda da qızıl var imiş, 12 dənə, 

amma  cır-cındır  içində  gəzərmiş.  Gəlir  bu  Hacı  deyir  ki,  12 

qızılı  ver  mənə,  mən  sənə  15  qızıl  verəcəm.  Arvad  12  qızılı 

verir. Həqiqətən bi müddətdən sora 15 qızıl alır. Sora 15-i eli-

yir  20.  20-ni  30.  Belə-belə  cəmliyib  arvadın  bütün  qızıllarını 

alır.  Alannan  sora  arvad  düşür çöllərə ki,  mənım  qızılımı  ver. 

Deer, mən sənnən qızıl almamışam. Gediblər pristavın yanına. 

Olar da nümayəndə göndəriblər, qazını çağırıblar. Deer bunun 

üstunə  başına  baxın,  əgər  qızıl  əlaməti  olsa,  biləcəysüz.  Üstü 

başınnan  bilinəcəy.  Bu  bədbax  da  cındırın  içındədir  axı.  Ba-

xıllar qızıl nə gəzir. Dilənçi şeydir. Hə, bax Hacı Məmməd be-

lə mənimsəyib o qızılları. Amma özünə də qismət olmayıb. 

 

Qismətimizdi 

 

Möhkəm  oğru  olub  o  Mürsəl.  Hansısa  kəndə  oğurruğa 



gedir,  görür  ki,  səbət  var  həyətdə.  Birdən  qışqırıllar  ki,  səbət 

hərəkət edir. Ev  yiyəsi çıgırır ki, həyətdə oğru var. Gəlib gö-




 

196 


rüllər ki, Mürsəldi. Aparıllar yuxarı. Şişi qoyullar manqala ki, 

bunu  dağlasınnar,  öldürsünnər.  Bu  bilir  ki,  yoldaşı  da  həyət-

dədi, əlində də tufəng. Elə bular hazırraşanda o biri dostu atəş 

açır ordan lampanı vurur. Ara qarışır, məssəb itir. Deer, girən-

də də gözum bir qəşəng buxarı papağa sataşmışdı. Hə, ara qa-

rışanda tez həmən papağı da gotürdüm.  

Mürsəl çıxır aradan. Mürsəl qaçhaqaç, qaçhaqaç da bağ-

rı çatdıyır. Bular taxta körpüdə görüşüllər dostuynan. Deer, ə, 

ürəyimiz  dayandı  qaçmağdan,  ə,  bi  dayan  görək  gələnnər 

kimdi, vurax da oları. Dayanıb arxaya baxıllar görüllər bi də-

nə  qoç  hürküb  bu  çaxnaşmada  düşüb  buların  dalınca.  Deer, 

Mürsəl, tut toğlunu, gətir kəsək yeyərik qismətimizdi. 

 

Köməkliknən bunu udun 

 

İnqilabdan  əvvəl  olub,  Dəli  Həbi.  Cox  marağlı  adam 



olub.  Dəli  Həbi  elin  görən  gözü  olub.  O  xeyir-şərdə  həmişə 

gülüş  yaradırmış. Onu bi dəfə döyüllər. O da deyir, a köpəy-

oğlannarı,  toyuvuzda  ağlamıyım,  yasuvuzda  ağlamıyım,  ney-

niyim  bəs  mən?  O  vaxt  İrandan  bu  taya  keçən  oyunbazlar 

kəndirbazlar gəzir, pul  toplayırlarmış. Bu dəstənin tərkibində 

oyunbaz,  təlxək, məzhəkəçi,  musiqiçi, gözbağlıca göstərənlər 

daxil  imişlər.  Həsənlilər  eşidirlər  ki,  bu  dəstə  Hacıhüseynli 

tayfasında  toya  dəvət  alıb.  Kəndin  seçmə  cavanları  və  başda 

Dəli  Həbi  olmaqnan  toya  gedirlər.  Toy  da  hörmətli  adamın 

oğlunun  toyu  olduğundan  qonaq-qara  bir  əldən  gəlib  yeyib, 

içib bir əldən toyxanada sayxınlaşırlar.  

Bu  toya  Lənkaranın  pristavı  Ağzıəyri  Cavad  bəy  öz 

əyan-əşrəfi  ilə dəvət olunmuşdu.  Toyun sədr-əzəmi gələnnəri 



 

197 


salamlayıb, xoşgəldin, deyir.  Toy get-gedə qızışır. Bu əsnada 

İranlının baş oyunbazı deer:  

– Ə, burda bi kişi var? Gəlsin mənnən oynasın. Kim mə-

nimlə mənnən yaxşı oynasa, kim özü demişkən onu zarafatda, 

oyunda pozsa, bu yığdıqları pul onun olacaq.  

Bu sözləri neçə dəfə bərkdən elan eləsə də bu işə tərəf mü-

qabili  olunmur.  Toyxanaya  pıçıtlı  düşür.  Hamı  İranlının  bu  sö-

zündən cana gəlir. Bu lotu da dil qəfəsə qoymur ki, kim mənim 

döşümə  çıxar. Hamının  ümüdü Dəli Həbiyə qalmışdı. Qəfildən 

Həbi quş kimi ortaya atılır. Qışqırıq, çəpik asimana bülənd olur. 

Nəsə  girər  meydana.  Zurnaçılara  iti  hava  sifarış  verilir, 

özü  də  “Qazağ”ı.  Birinçi  mərhələdə  Həbi  ilə  İranlının  rəqsi 

yarım  saat  davam  edir.  İranlı  yekə  olduğundan  qan-tər  onu 

aparır.  Həbi  də  deyilənlərə  görə  elə  bil  ilanın  boğazından 

çəkib  çıxartmışdılar.  Deer,  bular  hansı  havanı  caldırallar  bu 

oynayar, oynayar. Həbi bu oyunda heç azca da olsa tərçikmir. 

Şərtin biri Həbinin xeyrinə olur. Səs aləmi götürür, pişto atan, 

bir-birinə  qarışır.  Qısa  fasilədən  sonra  yenə  isti  hava  sifariş 

verilir. Bu dəfə şərti Həbi qoyur, o deyir ki, “Yallı”nı bir saat 

oynayacağıq.  Şərt  qəbul  olunur.  “Yallı”nın  nöfləri  ifa  edilir. 

Əldən  düşən  İranlı  yerə  oturur.  Bundan  onun  dəstələri  çox 

qəmgin olur ki, pul əldən çıxır. Həbi də çox fəndgir olduğun-

dan  fikirləşir  bunlar  sözlərini  dana  bilərlər.  İşi  dərinləşdirir. 

Danışığa görə pul quyulur ortaya. İranlı deyir ki, bir şərt qalıb 

məni  pozsan,  mənə  qələbə  çalsan,  bu  sənin  –  pulu  göstərir. 

Hamı kimi Cavad bəy də bu işin sonunu gözləyirmiş. 

Yenə iti hava çalınır, rəqs başlayır, özü də bir-birinə söz 

ata-ata. Həbi üç-dörd dövrə vurub əynindəki arxalığı çıxardıb 

atır. İranlı da şalvarını çıxardıb atır. Bunu görən qız-gəlin kə-

nara çəkilir. Ağzıəyri Cavad bəy də məclisin başında, mauzer 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə