ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə51/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   47   48   49   50   51   52   53   54   ...   100

 

202 


Kisəqalxızan 

 

Bi Həsənov vardı bizdə, katib idi. Bu Həsən kişi də fer-



mada gecə növbəsində olurmuş. Həsənov gələr girər fermaya 

deyər:  


– Ağsaqqal, sən burda nə işdiyirsən ? 

Deer:  


– Kisəqalxızan. 

Katib deer:  

– Kisəqalxızan nədi? 

Həsən kişi deer:  

– Direktornan ferma müdürləri satıllar, alıcılar gəlir, 

mən də kisələri qalxızıram bellərinə, aparıllar. 

 

32 hərfdən kənara çıxmıram ki? 

 

 



Bi Həsənqulu kişi olub, çox hazırcavab olub. Səlyannı idi. 

Bi dəfə bu gedər şikayətə. Girər içəri. Çox hirsdənər, danışar, o 

yan, bu yan. Yaman da şöyüşcül adam olub. Elə bu hey danışan-

da  söyər-söyər.  Arada  Həsənov  deyər  ki,  Həsənqulu  kişi,  ağzı-

vın danışığını bil. Bu eşidməz. Yenə danışar, söyər. Yenə Həsə-

nov deyər ki, a kişi, mən katibəm, ağzıvın danışığını bil. Deyər:  

– Ay yoldaş katib, mən nağayırram ki, nə qədər söysəm 

də 32 hərfdən kənara çıxmıram ki. 

 

Kamal, gəl qapışaq 

 

Bi gün bu Sıgıncağ tərəfdə axşamcağı  yaz  vaxtı Qudrət 



kişi dayısıgildən gəlirmiş. Deer, gəldim girdim kəndə. Kəndin 

arxasında gördüm Kamal heyvan otarır. Çatan kimi dedim:  

– Kamal, gəl qapışağ.  



 

203 


70-80  yaşı  var  axı  bu  kişinin  də.  Mən  zarafat  eliyirəm, 

bu  qalxızdı  çirpdı  məni  yerə.  Da  hec  nə  demədim,  düzəldim 

yola gəldim. Buranın bütun cavannarı bilir ki, mənim belə za-

rafatım var. “Qapşağ” deyəndə bilillər nə deyirəm də. 

 

Yaxşı itim var 

 

Ağazahidnən  də  Qüdrət  kişi  həmişə  zarafat  eliyərdilər. 



İkisi  də  baməzə  adamlar  olub.  Ağazahid  deyər  mənim  atım 

var, arabam var, bu deyər mənim də var. O deyər mənim inə-

yim  var.  Bu  da  deyər  mənim  də  var.  Helə-helə  o  deer,  bu 

deer. Birdən Qüdrət qayıdır deer, Ağazahid mənim yaxşı itim 

var 8-9 dənə doğur, a əclaf, sənın nəyin var? 

 

Adam oğlu adam 

 

Bi  dəfə  Rəcəb  kişi  bağın  icində  durubmuş.  Bi  dənə  də 

Həzi varmış, oğlu Rusiyada yaşayırmış. Bu Həzinin oğlu gəlir 

Rəcəbnən 2 əlli görüşür, əmi ya Allah, ya Allah. Rəcəb kişi də 

bınnan  görüşür.  Uşax  bına  ədəbnən  salam  verib  axı.  Qayidib 

Rəcəb kişi ki, ay oğul, sən adam oğlusan, sənin atan adam oğlu 

dəyil. Sən adamnan adam kimi görüşürsən, dədənsə yox. 

Həzi də baxir deer : 

– Ə, safağ oğlu safağ, ə, mən adam oğlu dəyiləm? 

Deer,  bax  gordün  sən  hec  danışığıvı  bilmirsən  hansı 

adamlığdan söhbət eliyirsən?  

 

Siz Mədinə əhlisiniz 

 

Bi  100  il  bundan  qabağ  bizdə  bir  nəcəf  alimi  olub.  Bi-



zim  kənddə  məsciddə  namaz  qılırmış.  Çıxır  məsciddən  çölə, 


 

204 


ətrafda da xəndək varmış. Ordan çölə.  Atın  yüyənini tutullar, 

alim minər ata. Üzün tutar camaata. Deyər: 

–  Həsənli,  əhli  bir-birinizin  qədrini  bilin,  siz  Mədinə 

əhlisiniz. 

 

Səxavət ibadətdən üstündür 

 

Hişkədərəli Molla Əli Axund adamları səxavətli olmağa 



çağıraraq  moizə  edirmiş  ki,  hər  kim  öz  artıq  qalan  malından 

mömin qardaşına versə, əhlibehişt olar. 

Moizədən  sonra  camaat  namaza  durur.  Sözünü  bitirən 

Axund da ayaqlarındakı iki cüt corablarını soyunub dəstəmaz 

alır,  namaza  durur.  Axundun  dostu  Molla  Qulamhüseyn  xəl-

vətə  salıb  corabların  bir  cütünü  götürüb  öz  ayağına  keçirir. 

Əli Axund bir də onda ayılır ki, corablardan bir cütü  yoxdur, 

ora-bura  boylanır,  baxıb  görür  ki,  corablar  Molla  Qulamhü-

seynin  ayağındadır.  Qulamhüseyn  Axundu  qabaqlayıb  yarı-

zarafat-yarıciddi  deyir  ki,  Qurani-Kərimdə  yazılıbmı  ki,  bir 

möminin  iki  cüt  corabı  olsun,  birinin  heç  olmasın?  Narahat 

olma, Axund, özün dedin ki, şəriətdə səxavət ibadətdən üstün-

dür,  etdiyin  moizəyə  əvvəl  özün  əməl  et,  biz  də  səndən  ibrət 

götürək. Corabları mənə halal elə. Əli Axundun Qulamhüsey-

nə sənə halaldır, – sözlərini deməkdən başqa çarəsi qalmır. 

 

Qırxına bəs elər 



 

Kənddə  bir  kişi  vəfat  edir.  Yeddi  oğlu  olan  bu  kişini 

qəbrə qoymağa həsir tapılmır  (Adətdir, dəfn olunan üçün qə-

birdə  mütləq  həsir  olmalıdır).  Övladları  həsir  əvəzinə  qəbrə 

saman tökürlər. Bir qədər saman tökəndən sonra fərsiz övlad-

ların şərəfsizliyindən hiddətlənən Molla Qulamhüseyn deyir:  




 

205 


  – Bəsdir, atanız yeddi gündə bu samanı yeyib qurtarar, 

artıq qalan samanı qəbrin üstünə tökərsiz, qırxınacan bəs edər. 

  

Ay köpəkoğlu, Mahmudavarlı mənəm, sən haralısan? 

 

Bir  gün  Molla  Qulamhüseyn  Lənkəran  şəhərində  bir 



dostunun evində qonaq imiş. Qapıya bir dilənçi gəlir. Ona pay 

veriləndə  soruşurlar  ki,  hardansan?  Dilənçi  cavab  verir  ki, 

mahmudavarlıyam. Mahmudavarda hamını – böyükdən kiçiyə 

tanıyan  Molla  Qulamhüseyn  yaxına  gəlib  yalançı  dilənçidən 

ünvanını  təkrar-təkrar  soruşur  və  hər  dəfə  eyni  cavabı  alır. 

Səbri tükənən Qulamhüseyn çomağı alıb:  

– Ay köpəkoğlu, mahmudavarlı mənəm, sən haralısan, dü-

zünü de,  yoxsa... – deyərək başlayır dilənçini qovmağa. Dilənçi 

dükanı toz görüb yalvarır ki, onda işi olmasın, o, leriklidir.  

 

Paromda mərci əkmişdin? 

 

Bir molla məclislərin birində heç vaxt oğurluq etmədiyi-



ni,  dilinə  haram  tikə  dəymədiyini  ağız  dolusu  söyləyəndə 

Molla Qulamhüseyn özünü saxlaya bilmir, o mollanın sözünü 

kəsib soruşur:  

– Molla, Bakı-Krasnovodsk paromunda nə vaxt öz əlin-

lə mərci əkmişdin ki, bir pud götürdün? 

Demə,  30-40-cı  illərin  aclıq  və  qıtlıq  dövründə,  cavan 

vaxtlarında  həmin  molla  ilə  Qulamhüseyn  türkmənlərdən 

mərci oğurlayıblarmış. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə