Riyaziyyat



Yüklə 2,35 Mb.
tarix23.12.2023
ölçüsü2,35 Mb.
#154547
1-dən 100-ə qədər nömrələnmənin metodikası

Riyaziyyat

1-dən 100-ə qədər olan ədədlərin nömrələnməsi

Azərbaycan dilində istənilən böyüklükdə natural ədədləri adlandırmaq üçün 16 söz kifayət edir: bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, yüz, min, milyon, milyard, trilyon, trilyard.

Azərbaycan dilində istənilən böyüklükdə natural ədədləri adlandırmaq üçün 16 söz kifayət edir: bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, yüz, min, milyon, milyard, trilyon, trilyard.

n onluq say sistemində istənilən sayda natural ədədləri yazmaq (işarə etmək) üçün on işarə qəbul edilmişdir: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9

  • n onluq say sistemində istənilən sayda natural ədədləri yazmaq (işarə etmək) üçün on işarə qəbul edilmişdir: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9

100 dairəsində ədədlər

100 dairəsində nömrələnmə zamanı şagirdlər ilk dəfə ikirəqəmli ədəd, mərtəbə, mərtəbə rəqəmi, mərtəbə vahidi anlayışları ilə tanış olurlar.

  • 100 dairəsində nömrələnmə zamanı şagirdlər ilk dəfə ikirəqəmli ədəd, mərtəbə, mərtəbə rəqəmi, mərtəbə vahidi anlayışları ilə tanış olurlar.

1. Rəqəmli say çöpləri 2. Abak 3. Sinif və fərdi çötkələr


Nömrələnməyə aid əyani materiallar:

Qalan ədədləri adlandırmaq üçün bu 16 sözdən aşağıdakı iki prinsip əsasında istifadə etmək kifayətdir. 1. Sonlu çoxluğun onluqlara ayrılması və onluq say sistemində mərtəbə anlayışı; 2. Təkliklərdən, onluqlar və yüzlüklərdən yeni bir çoxluğun düzəldilməsi – onluq say sistemində sinif anlayışına gətirir. On-on sayma o deməkdir ki, çoxluğun hər on elementi yeni çoxluğun bir elementini əmələ gətirir. Bunun da on elementi öz növbəsində üçüncü – yeni bir çoxluğun bir elementini əmələ gətirir və s. On-on sayma onluq nömrələməyə gətirib çıxarır. Bir, on, yüz - onluq say sistemindən nömrələmədə uyğun olaraq birinci mərtəbə vahidi, ikinci mərtəbə vahidi, üçüncü mərtəbə vahidi adlanır. Hər on vahid sonrakı mərtəbənin bir vahidini təşkil edir. Bir, on, yüz, min, milyon və s. mərtəbə vahidləri adlanır.

  • Qalan ədədləri adlandırmaq üçün bu 16 sözdən aşağıdakı iki prinsip əsasında istifadə etmək kifayətdir. 1. Sonlu çoxluğun onluqlara ayrılması və onluq say sistemində mərtəbə anlayışı; 2. Təkliklərdən, onluqlar və yüzlüklərdən yeni bir çoxluğun düzəldilməsi – onluq say sistemində sinif anlayışına gətirir. On-on sayma o deməkdir ki, çoxluğun hər on elementi yeni çoxluğun bir elementini əmələ gətirir. Bunun da on elementi öz növbəsində üçüncü – yeni bir çoxluğun bir elementini əmələ gətirir və s. On-on sayma onluq nömrələməyə gətirib çıxarır. Bir, on, yüz - onluq say sistemindən nömrələmədə uyğun olaraq birinci mərtəbə vahidi, ikinci mərtəbə vahidi, üçüncü mərtəbə vahidi adlanır. Hər on vahid sonrakı mərtəbənin bir vahidini təşkil edir. Bir, on, yüz, min, milyon və s. mərtəbə vahidləri adlanır.

Qəbul edilmiş işarələr vasitəsilə çoxlu sayda natural ədədlərin işarə edilməsinə (yazılmasına) yazılı nömrələmə deyilir. Həqiqətən onluq say sistemində istənilən sayda natural ədədləri yazmaq (işarə etmək) üçün on işarə qəbul edilmişdir: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Sıfır işarəsi ədəddə həmin mərtəbə vahidinin olmadığını göstərir. Məsələn, 10, 100, 150, 105 və s. İstənilən böyüklükdə ədədi yazmaq üçün həmin on rəqəmdən istifadə olunur. Özü də «rəqəmin yerinə görə qiyməti» prinsipi tətbiq edilir. Məhz bu prinsip əsasında qısa şəkildə yazmaq mümkündür.

100 dairəsində nömrələmə

  • 100 dairəsində ədədlərin nömrələnməsinin öyrədilməsi zamanı şagirdlər ilk dəfə belə
  • bir faktla rastlaşırlar ki, 10 təklik, ikinci mərtəbənin 1 təkliyini və ya 1 onluğunu əmələ gətirir: 10-dan böyük olan ədədlərin adları on və təkliklə birlikdə adlandırılır. Məsələn, on səkkiz – 18 və s.

11-dən 20-yə qədər və 21-dən 100-ə qədər ədədlərin adlandırılmasında vahid prinsipə əməl edilir. Əvvəlcə ədədin yüksək mərtəbə vahidi, sonra isə aşağı mərtəbə vahidi tələffüz edilir və həmin qayda ilə də ikirəqəmli ədədlərin yazılması icra edilir:

  • 11-dən 20-yə qədər və 21-dən 100-ə qədər ədədlərin adlandırılmasında vahid prinsipə əməl edilir. Əvvəlcə ədədin yüksək mərtəbə vahidi, sonra isə aşağı mərtəbə vahidi tələffüz edilir və həmin qayda ilə də ikirəqəmli ədədlərin yazılması icra edilir:
  • a) ədədi 1 artırmaqla sonrakı ədədin alınması;
  • b) natural sırada qonşu ədədlər arasındakı miqdar münasibətlərin aşkar edilməsi;
  • c) ədədlərin adları və onların işarə edilməsi

10 ədədi onluq say sisteminin əsası olduğu üçün 0 və 1 rəqəmləri vasitəsilə yazılır.
Şagirdlərə aşağıdakı kimi suallar verilə bilər:
- Neçə rəqəm tanıyırsınız? (10 rəqəm)
- Deməli bir onluq rəqəm var. 1 onluq çöp götürün, üstünə 1 çöp də qoyun.
- Neçə çöp oldu?
- 10 çöp və 1 çöp.
- Yəni 11 çöp oldu.
Müəllim bu ədədin adını xüsusi vurğu ilə deyir: on və bir dənə çöp, bu eləyir 11 çöp.
Eyni qayda ilə 11, 12, 13, …, 20 ədədləri əyani şəkildə öyrədilir

20 ədədinin alınması, oxunması və yazılması üzərində xüsusi dayanmaq lazımdır. Müəllim 2 dəstə çöp götürür və hər ikisinin ayrılıqda 10 çöp olduğunu və ya 1 onluq olduğunu söyləyir. İkisi birlikdə 2 onluq çöp və ya iyirmi dənə çöp olacaqdır. 2 onluğu belə də yazarıq: 20

20 ədədinin alınması, oxunması və yazılması üzərində xüsusi dayanmaq lazımdır. Müəllim 2 dəstə çöp götürür və hər ikisinin ayrılıqda 10 çöp olduğunu və ya 1 onluq olduğunu söyləyir. İkisi birlikdə 2 onluq çöp və ya iyirmi dənə çöp olacaqdır. 2 onluğu belə də yazarıq: 20

DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə