ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Şahın ənamını xırdalayıram



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə54/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   50   51   52   53   54   55   56   57   ...   100

 

214 


Şahın ənamını xırdalayıram... 

 

Deyilənlərə  görə,  seybətinli  xanəndə  Mir  İslam  həm  də 

hazırcavab  və  zarafatcıl  bir  adam  kimi  ad  çıxarıbmış.  Nəql 

edirlər ki, bir dəfə İran şahı Şərqin ünlü xanəndələrini sarayı-

na dəvət edir. Böyük Muğam dəsgahı qurdurur. Məclisə xitam 

veriləndə şah bütün xanəndələrə ənam verir. 

Mir İslama çatanda:  

– Məhrəba! BərəkAllah! – deməklə təşəkkürünü bildirir.  

Ertəsi gün bazara alış-verişə çıxan Mir İslam tacirlərdən 

hər nə alır, pul vermir, sadəcə “Məhraba!”, “BərəkAllah” de-

yib yola düzəlir... Nəhayət, bir nəfər tacir əsəbləşib soruşur ki

bu nə sözdür deyirsən?  

Mir İslam halını pozmadan deyir:  

– Dünən şahınızın mənə verdiyi ənamı xirdalayıram... 

Nə isə, bu söhbət şahin qulağına çatır. Xanəndəni tutub 

gətirirlər saraya. Şah xəbər alır:  

– Bazarda çıxartdığın nə oyundur belə? 

Mir İslam deyir:  

–  Şah  sağ  olsun,  dünən  bütün  xanəndələrə  qiymətli  xə-

lətlər,  ənamlar  verdiniz!  Mənə  isə  “Məhraba!”,  “Bərəkallah” 

dediniz... 

Şahı  gülmək  tutur.  Barmağından  fosfor  qaşlı  üzüyünü 

çıxarıb Mir İslama hədiyyə edir. Deyilənlərə görə həmin üzük 

zülmət gecədə ətrafa gur işıq salırmış... 

 

Mehtər əhvalatı 

 

Ötənlərdə Mir Cavad bəyin bir mehtəri olur. El arasında 



“eyibsiz  gözəl  olmaz”  deyirlər.  Taleyi  bu  mehtərdən  eybləri 

əsirgəməmişdi:  dili  pəltək,  ayağı  axsaq,  bir  qolu  şikəst,  üzü 




 

215 


çopur, başı da keçəlmiş. Bəy həmişə mehtərə zarafatla deyər-

miş ki, ağa sənə bir qız alacaq, dünya gözəli! Məxləs, bir dəfə 

Lənkəranda  qonaq  olan  Cavad  bəy  həqiqətən  də  tanınmış 

adamlardan birinin qızına elçi düşür. Deyir ki, sənin qızını elə 

bir  oğlana  alıram  ki,  dünyada  tayı-bərabəri  yoxdur...  Allah-

təala ondan bir dənə yaradıb! Nə isə...  

Aldım-verdim  olur.  Bir  gün  qız  adamı  Masallıya –  Mir 

Cavad  bəyə  qonaq  gəlir.  Bağçada  çay  süfrəsində  əyləşən  qo-

naqlara mehtər xidmət edirmış. 

Bu zaman qonaqlar soruşurlar ki, bəs ay Cavad bəy, bizi 

təzə yeznə ilə tanış etməyəcəksən? Mir Cavad bəy qımışır:  

– Bəylər, gözünüzün qarşısındakı bu adam yeznədir də!  

Qonaqlar  peşman  olurlar.  Əvvəl  elə  bilirlər  ki,  Cavad 

bəy zarafat edir. Dübarə soruşurlar ki:  

– Bə sən deyirdin, dünyada ondan bir dənədir, tayı bəra-

bəri yoxdur?  

Mir Cavad bəy deyir: 

–  Əvvəla,  bu  tifil  də  Allah  bəndəsidir,  ikincisi,  bunun 

oxşarı olan bir adam tapsanız mən təslim, odur ki, mən sözü-

mün ağasıyam, bəy, bu adamdan dünyada bir dənədir!  

 

“Cahanda kəllə sağ olsun...” 

 

Masallının  Ağaşbəyli  kənd  sakini  əzcaçı  Əliməmməd 



kişi  klassik  poeziyanın  vurğunu  imiş.  Bir  dəfə  kolxoz  baza-

rında Racinin: 

 

Külahun satgilən, xərc et, tüfeyli olma namərdə



Cahanda kəllə sağ olsun, külah əskik deyil mərdə - 

 

beytini  ucadan  deyə-deyə  gedirmiş.  Birdən  bəstəboy  bir  kişi 



onu saxlayıb, bədahətən belə deyir: 


 

216 


Bir qələt sözdür, külahun sat, külah lazımdı hər mərdə,  

Dəxi, mərdanə güşəş qıl, girifdar olma, namərdə. 

 

Məlum  olur  ki,  bu  misaraları  deyən  şəxs  lerikli  Molla 



Qələm axund imiş. 

Əliməmməd  kişinin  atası  Şeyx  Həsən  axund  İraqın 

Nəcəf şəhərində ali ruhani təhsili alan və şəriət hüququnu ka-

mil  bilən  alimlərdən  idi.  Odur  ki,  Əliməmmədin  evə  dəvət 

etdiyi Molla Qələm axundla doyunca həmsöbət olur, ehtiram-

la onu evində qonaq eləyir.  

 

İtələmə, gedirəm də... 

 

Deyir,  işsiz-gücsüz  bir  kişi  hər  gün  məsciddə  ibadət 



edəndə, əllərini göyə açıb:  

– Ay Allah, mənə çörək yetir! – deyə dua edərmiş.  

Bir gün evdən çıxanda arvadı təngə gəlib ona deyir:  

– Ay kişi, niyə girinc-giriftar qalıbsan? Get, haranın da-

şını başuva salırsan sal, ancaq evə çörək gətir! 

Kişi  yenə  kor-peşman  gəlir  məscidə.  Dizini  yerə  atıb, 

üzünü göyə tutub:  

– Ay Allah, əl məndən, ətək səndən, – deyir. Bura sənin 

evindir,  vAllahi-billahi  yol-yolaqda  nə  dilənənə  çörək  verən 

var, nə də sülənənə! Ya sən  mənim başıma daş sal, ölüm,  ya 

da bir tikə çörək ver aparım evimə!  

Elə  bu  zaman  məscidin  divarından  qırmızı  kərpic  par-

çası düşür kişinin başına. Kişi üzüqoylu sərəvəzlənir yerə. Az 

sonra özünə gəlib baş-gözünün qanını silə-silə yenə üzünü gö-

yə tutub deyir:  

– Allah, bir aydır səndən çörək istəyirəm, bir tikəsini də 

vermirsən, bir dəfə başıma daş sal dedim, nə tez eşitdin?!..  



 

217 


Deyinə-deyinə  qamətini  düzəldib,  çıxıb  gedəndə  ayağı 

ilişir döşəməyə sərilmiş xalçanın qırağına. Səntirləyib təzədən 

üzüqoylu  yıxılır  yerə.  Bu  dəfə  üzünü  göyə  tutub  hündürdən 

acıqlanır ki:  

–  Ə  yekə  kişisən,  çörək  vermirsən,  vermə!  Başıma  daş 

salıbsan, hələ bir üstəlik itələyirsən də... İtələmə, gedirəm də... 



 

Alagöz əhvalatı 

 

Nəql edirlər, mollaobalı Sahib Mahmudov kənd toyunda 



“Segah”  oxuyurmuş.  Qarşı  tərəfdən,  toyxana  çadırının  deşi-

yindən bir göz kirpik çalmadan heyranlıqla xanəndəyə tamaşa 

edirmiş. Bu baxışdan kişinin təbi çuşə gəlir, peşəsi sürücü ol-

sa da bildiyi qəzəlləri, xalq  mahnılarını bu  toyda daha məha-

rətlə  ifa  edir.  Ən  çox  da  dostu  Əlimərdanın  qəzəllərini  oxu-

yur, “Alagöz”, “Şəhla göz” “Şahanə gözlər” ifadələri ilə zən-

gin nə qədər gözəlləmə var, yağdırır qaynar nöqtəyə – çadırın 

deşiyindən  boylanan  baxışların  “sahibəsinə”.  Oxuya-oxuya 

fikir verir ki, zalımın qızı hər kimdirsə, heç yerindən də qımıl-

danmır.  Qərəz,  xanəndəyə  alagöz  gözəli  görmək  marağı  güc 

gəlir.  “Gözlərinə  quzu  kəsim,  ay  ala  göz!”–  deyib  təsnifə  xi-

tam verir. Sonra çalğıçılara:  

–  Əyə,  siz  bir  oyun  havası  çalın,  mən  də  çıxım,  bir  ha-

vamı dəyişim.  

O  vaxtlar  kişi  məclislərini  qadınlar-qızlar  toy  çadrının 

arxasından seyr edərdilər. Sahib özünü verir “Alagöz” səmtə. 

Görür ki, həmin  yer tövlədi, axura bağlanmış bir buzov dartı-

na-dartına başını söykəyib çadıra, gözünü də həmin deşikdən 

zilləyib  içəri...  Gördüyü  mənzərəyə  özü  qəşş  eləyir.  Rəhmət-

lik xanəndənin “Alagöz əhvalatı” belə sona çatır. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə