ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə55/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   51   52   53   54   55   56   57   58   ...   100

 

218 


Qibləyə düz dayan!.. 

 

Deyir  günlərin  bir  günü  o  vaxt  Masallıda  birinci  katib 



işləyən Əlövsət Baxışov maşınla Masallıdan üzü Lənkəran is-

tiqamətinə  gedirmiş.  Birdən  görür  ki,  atını  buğda  zəmisində 

otaran  bir  qoca  yol  qırağında  namaz  qılır.  Raykomun  birinci 

katibi  maşını  saxlatdırıb  kişiyə  yaxınlaşır.  Təmkinini  pozma-

dan namazın başa çatmağını gözləyir. Namazını qurtaran kimi 

üzünü qocaya tutub deyir: 

– Ay dayı, sən qibləyə düzgün dayanmamısan. 

Qoca deyir: 

–  Bala,  40  ildir  namaz  qılıram,  həmişə  də  qibləyə  belə 

dayanmışam. 

Raykom katibi gülümsünüb: 

– Dayi, sən qibləni bu gün səhv salmısan, – deyir və kişi-

yə zəmidə otlayan atı göstərir. Bax, bizim qibləmiz kimi, həm 

də o atın ayaqları altında taptalanan çörək də müqəddəsdir.  

Qoca üzrxahlıq eləyir.  Və Baxışov ona birinci  katib ol-

masını bildirmədən xüdahafizləşib yoluna davam edir. 

 

Ya Sibir görürəm, ya da qəbir... 

 

Tuthatut  zamanı  qorxu-hürkü  camaatın  qanına  o  qədər 



işləmişdi ki, hətta müharbədən 5– 6 il ötəndən sonra da adam-

lar hər an sürgünə göndərilmək təlaşı ilə yaşayirdılar. Sibir sö-

zü  xalq  arasında  “gedər-gəlməz”  mənasında  ifadə  olunurdu. 

Belə deyirlər ki, bizim Muğan kəndlərinin birində müharibədən 

şikəst qayıtmış bir nəfər aclıq illərində kolxoza sədrlik edirmiş. 

Təkqıc sədr özüylə cəbhədən “qənimət” gətirdiyi durbinlə kol-

xoz idarəsinin pəncərəsindən kəndin anbarına, fermasına və ən 

çox da qəbiristanlığına baxmağa vərdişkar imiş... 




 

219 


Günlərin bir günü sədr adəti üzrə yenə gah fermanı, gah 

anbarı, gah da qəbiristanlığı “seyr” edirmiş. Bu zaman kolxo-

za  baş  çəkməyə  gələn  raykom  katibi  onun  kabinetinə  daxil 

olur.  Eşitdiyi  yavaş  ayaq  səslərindən  mühasibin  gəldiyini 

zənn  eləyən  kolxoz  sədri  halını  pozmadan  durbinlə  “nəzarə-

tini” davam etdirir. Bu mənzərəyə bir xeyli tamaşa edən katib 

sakitcə  soruşur  ki,  bəs,  ay  yoldaş  sədr,  de  görüm  baxdığın  o 

yerlərdə nə görürsən?.. 

Sədr  arxaya  dönmədən  cavab  verir  ki,  vAllah,  bu  gün 

hara baxıram, ya Sibir görürəm, ya da qəbir.  

Katib soruşur ki, bu nə sözdür, ay sədr? 

Sədr birdən dönüb katibi görür, saymazyana verdiyi ca-

vaba görə boğazı quruyur. Qərəz, özünü ələ alıb, deyir ki, ay 

yoldaş  katib,  həmişə  bizim  kənd  qəbristanlığında  adam  çox 

olardı.  Yəni  camaat  acından  ölənləri  dəfn  edirdi.  Amma  ba-

yaqdan baxıram, deyəsən bu gün kənddə ölən yoxdur, deməli, 

bu  adamlar  ya  anbarı  çapıblar,  ya  da  fermanı...  Bu  da  o  de-

məkdir ki, mən bədbəxtin oğlunu Sibir gözləyir... 

Elə bu dəmdə kəndin kuryeri tövşiyə-tövşiyə içəri girir. 

Təngünəs deyir ki, bəs, ay sədr, camaat anbarı çapıb, buğdanı 

da kəl arabaları ilə Üçdaş dəyirmanına aparıblar. 

Sədr deyir:  

– Day de ki, evin yıxıldı, o buğdanı toxumluq saxlamış-

dım.  


Sonra üzünü raykom katibinə tutub yazıq-yazıq dillənir:  

–  Deyirəm  axı,  bayaqdan  hara  baxıram,  ya  Sibir  görü-

rəm, ya da qəbir!.. 

 



 

220 


Dəvəni hürkütməyin 

 

Günlərin  bir  günü  bir  arvad  olur,  bir  kişi.  Lotular  yığışır 



deyir  ki,  a  kişi,  sənə  bir  iynə  vuracuğ  hardasa o  iynənin  vaxtü 

10 saat olacağ, sənə bu qədər pul verəcüy, səni aparıb kəfin-də-

fin eliyib basduracuğ. Qəbrün üstünə seyrək bir torpağ səpəcüy. 

Sonra  qalx-çıx  qırağa.  Bədəbəd  olanda  qalx  çıx  kef  elə  özün-

çün,  nə  isə  kişini  basdırırlar.  Zəvvar  yolnan  gedirmiş,  fatihə 

vermək  üçün dayanır. Həmişə zəvvar gedər,  zəvvarın qabağın-

da  dəvə  olar. Dəvənin  boynunda zınqırov olar. Bu kişinin  dər-

manının  vaxtı qutarır, bu kişi  ayılanda qalxır,  başını çölə  çıxa-

randa dəvə hürküb qaçır. Kişini basdıranda  qəyiş bərabəri  bas-

dırırlar.  Qadını  isə  sinə  bərabəri  basdırılır.  Sual  verirlər,  nə 

üçün?  Ona  görə  ki,  kişi  kişidir,  qadını  da  namus  məsələsinə 

görə  dərin  filan  basdırırlar. Zəvvarlar görür ki, basdırılan xort-

duyub  gəlir.  Başdıyırlar  onu  döyməyə.  And  içir  mənu  vurmu-

yun  mən  xortdamamışam  filan,  üstü-başı  qan  içində  gəlir  evə. 

Karvan çıxır gedir. Bunu arvadı səliqə-səhmana salır. Deyir ki, 

sizə  bir  məsləhət  eliyim.  Yolnan  gedən  dəvəni  hürkütməyin. 

Əgər dəvəni hürkütsüz, sizün də başuza bu haqq-hesab gələcək.  

 

Atın tapılması 

 

Bir kişinin atını gecə həyətdən oğurlayırlar. Malı-qarası 



da yoxmış. Ağlıyırmış. Bir atdı kişi yolnan gedirmiş. Soruşur:  

– A kişi, nədi sənə kim toxunub, nə hadisə baş verib ki, 

sən ağlayırsan.  

Diir:  


–  Mənim  bir  dənə  atım  var  idi.  Ailəmi  onnan  idarə  eli-

yirdim.  Məsələn,  Masallıdan  alıb,  Lənkaranda  satırdım.  Masal-




 

221 


lıdan  alıb,  Cəlilabadda  satırdım.  Çörək  pulu  eliyirdim.  Beş  baş 

ailəyük. Uşağlarım acından qırılacağ. Gecə atımı oğurlayıblar.  

Deyib:  

–  Bir-iki  gün  döz.  Sənin  atuu,  İrana  keçirsələr  də,  mən 

onu qaytartdırıb gətizdirərəm. 

Deməy üç gün çəkib, bu adam haralı imiş. Diyib bu gü-

nə  çatdıra  bilmədim,  axşama  sənin  atuu  gətirib  çatdıracam. 

Bu  kişi  çox  gözdiyib.  Görüb  at  gəlmədi.  Səhər  durub  görüb 

ki, atı bağlıyıblar ağaca. Belənçiy adamlar olub. Minnətsiz atı 

tapıb gətiriblər.  

  

Demə qocalmısan 

 

Bizdə  ”Keçi  məməsi”,  ”Dərnəgül”  o  vaxtının  oyun  ha-



vaları idi. O vaxtı bizdə zurnenan çalardılar. Bi Aşığ Abdulla 

var  idi.  Gözəl  zurnaçı  idi.  Yaşdaşmışdı.  Bizdə  bir-birinin  ar-

dınca 12-13– dənə hava oyniyan cayıl var idi. Nə hava çalur-

dun,  ocürnə  də  oynıyırdı.  Nə  hava  çalurdun,  o  cürnə  də  oy-

nıyırdı. Ussa zurnanı saxladı, ona dedi:  

– Nəsir!  

Dedi:  

– Bəli. 


– İki sutka oynasan, mən zurnanı çalacam.  

Zurnaçının pirani vaxtında dedi:  

–  Məni  apara  bilmirlər.  Təzə  zurna  çalan  var.  Bı  gəlir, 

helə bıralıdı, yaxın talış kənddəridi. Gəlir axunun yanına. Diir 

issirəm toba eliyəm, day zurnaçılığ eləmiyəm. Axun diyir sə-

nin çalduğun alət hardadı.  

Diyir:  



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə