ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə58/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   54   55   56   57   58   59   60   61   ...   100

 

230 


– A kişi, 50 metrədi.  

Deer:  


– Ola bilməz, sən heç ölçü bilmirsən ki... 

Deer:  


– A kişi, 50 metredi də. 

Deer: 


– Onda düş ölç də bi şey döör ki.  

Bı  deer  hə.  Deer,  onda  gala  sən  ciloyu  tut  atdarı  sür. 

Deer, bala, mənim qulağım da ağır eşidir, araba sürməyi də bil-

mirəm.  Bını  örgədir  ki,  ciloyu  əlində  belə  tut,  düz  tut,  düz 

tutson, bi dayanmalıdı, yaxud da düz getməlidi, sağa, sola bını 

çək, bını çək. Bı örgədir təfsilatıynan düşür. Deer, gütdüm, gut-

düm  hansı  telfun  yola  yaxındı  orada  saxlamadım.  Elə  ki,  o 

birilərinə çatdım deer dedim, hə düş olç. Elə ki, bı düşdü atdan, 

atdarı bi qamçıladım. Bı indi gedib ölçməyə. Hərdən baxır mə-

nə gorür araba gedir də. Ha yavaş-yavaş, atdarı tərpətdim, deer 

bi  qaldı.  İndi  qışqırır  daldan deer  demişəm  axı  karam. Bı  indi 

söyür məni. A kar kopoyoğlu, saxla. Baxmıram deer bına. Atın 

bı cilovunu cəkirəm at yolun bı cinahına gılir. O ciloyun çəki-

rəm, o  yolun qirağına gedir. Ta bını 1 km. qaçırtdım, gördüm 

lap ölür, yaxşı döyi ayıbdır, axı. Həm də Göytəpəyə yaxınnaşı-

ram, axı. Saxladım arabanı deer dedim ki, bala, mən araba sür-

məyi də bilmirəm, qulağım da eşitmir, gəldi oturdu.  

Deer  dedim  ki,  bırda  bına  mən  desəm,  məni  vırıb  zad 

eliyər. Pirişivə girəndə bildim ki, burda daaa adam zad var də. 

Dedim:  


– Bala, sən mənə 3-4 dəfə dedin ki, gij talış, gij talış. İn-

di gic talış mən oldum, ya sən oldun. Gic sənsən ki, at-arabo-

yun  cilovun  da  verdün  məəm  əlimə,  özün  də  ləhliyə-ləhliyə 

qaçırsan dalımca. 




 

231 


Orandlıların öküzü 

 

19-cu  əsrin  axrlarında  bırda  kəndxuda  olub,  Kərbəlayi 



Rəhim adında. Bu indi kəndimizin dalında Meşəkənd var, tə-

zə Alvadıynan bizim kəndin arasında. O Meşəkənd əvvəl oba-

lardı,  orda  olannar  Orandlılardı  –  Lerikin  Orand  kəndinnən 

köçüb  gələnnərdi.  Olar  bir  az  yaxşı  aparmeblar  özzərini.  Bi-

zim mal-qaraya ziyan vırıb, camaatın əkinnərinə zadına. Hətta 

iş ora gəlib ki, kətdən oğurruğ da eleblər mal-qaradan. Bı söz 

çatar  Kabla  Rəhim  kişiyə.  Yığıb,  o  bilir  də  bı  işin  kim  öh-

dəsinnən gələ bilər. Deer: 

– Gedirsüz, o vaxtı Orandlıların belə bi qaydası olub, iş 

öküzü, oba öküzü deyərdilər. Hə deer ki, gedirsüz bir dənə zi-

yan  vurmadan, itdərinə də daş  atmamağ şərtiynən o öküzzəri 

gətirəcəysüz. Amma gətirib mənə təhvil verəcəysüz.  

Camaat 3-5 nəfər gedər, geceynən həmin o oba öküzünü 

gətirəllər.  Orannının  da  dediyim  kimi  varı  əmlakı  odu.  Səhər 

ayılallar  biləllər  iş  nə  yerdədi  və  başa  düşəllər  ki,  bını  ancaq 

Alvadılar eliyər. Bizim zada ancağ Alvadılı gələ bilər. Gələllər 

bı  kişinin  yanına.  Kişi  boyun  çəkməz.  Atnan  gələllər  öz  də. 

Qəsdən bıları yubadar, uşağlara gizzincə xəbər yolluyur ki, ge-

din  bıların  atdarın  da  oğurroun.  Bilara  deyəllər  ki,  bizdə  belə 

şey yoxdu, çıxın gedin bırdan. Bılar çıxar qırağa görəllər ki, at-

dar da yoxdu. Əslində inanallar ki, öküzzər bılarda yoxdu.  

Gedəndə  atdarın  da  yox  olduğunu  görəndə,  qayıdallar 

təzədən dala. Kərbəlayı da bilər ki, bılar işi başa düşdü. Gələr 

deyər gedün. Atdaruz da ordadu, öküzüvüz də. Tooğumuza da 

daş  atmıyasuz.  Sizi  da  köçürtmürəm  bırdan,  əgər  özüvüznən 

bacarmasoz,  özxoşuvuza  köçün  bırdan.  Ağsaqqallar  deerlər 

ki, olar aparıllar öküzzərin bırdan lakin o ki, oğırrığı dəb eli-



 

232 


yən,  adət  eliyən  adamlar  köçür  bırdan.  Həmin  bı  Orandlılar 

qalır bırda, olar doğrulardı qalır. Oların özdərinin dili var, ta-

lış dilinə oxşar dildi, bir az kobuddur. 

 

Ona zərərdi 

 

Bi kişi olur, bının bi gözü kor olur.  Vaxt olur, sora o biri 



də  tutulur.  Məsələn,  bozbaş  bişirillər  yağlı-zaddı,  deer,  yo, 

kişinin  gözünə  zərərdi  olmaz  ona,  yeyə  bilməz.  Vermillər  ona. 

Məsəl,  bi  gün  plov  bişirillər,  yo,  yo  kişiyə  zərərdi  olmaz  ona. 

Helə-helə  məsəl,  cücə kəsillər, katlet eliyillər evdi də  indi. Yo-

yo  olmaz  ona,  gözünə  zərərdi.  Kişi  yazıx  əlin  belə  eliyir  ki,  bi 

şey tapsın qoysun ağzına, iyi gəlir, axı. Tappır. Əşi, sənnik dööl, 

səən  gözəə  zərərdi  yemə.  Kişi  də  günnərin  bir  günü  başdıyır 

qalxır. Ay başııza daş düşsün, məən hər şey gözümə zərərdi diyə 

niyə məə yemək vermirsiz, axı, mən acınnan öldüm.  

 

Çörəyə and içmə 

 

Şərəfədən bi məllim var idi. Sözünə qulağ asanımız yox 



idi.  Qətiyyən.  Otururduğ  aşağı  məktəbdə,  otduğumuz  yerdə 

başdıyırdığ  fit  verməyə.  Hə,  hə  kimdi  fit  verən?  Dəlisiz? 

Kimdi  fit  verən?  Oğlannar  fit  vermirdi  axı,  qızdar  fitdiyirdi. 

Məllimin də  adı Yunus idi. Sinifdə Salman adında itoynadan 

biri vardı. Teez o Salmanın bi xasiyyəti var idi deerdi:  

– Yunus məllim, Allah haqqı biz fit vermirik.  

Bunu deyib tez çıxırdi partanın üstünə. Məktəbin damı-

na da qamış döşəmişdilər. Aralarından qurt-quş düşürdü. Sal-

man da ora beblə, bi parça cörək qoymuşdu. Çörəgi götürür-

dü,  məllim,  bı  çörəg  haqqı  biz  dəyildik  fit  verən.  Çörəyi  qo-

yurdu ora, tez partadan gupp atdanırdı yerə. Yunus məllim də:  



 

233 


– Sən nağayrırsan? Sən nağayrırsan? Tərbiyəsizzər. Be-

lə tərbiyəsizziy olar?  

– Məllim, ta deersən fit verillər and içirəm dana çörəgə.  

O çörəyi ordan heç kimin götürmək ixtiyarı yox idi. 



 

Allaha güllə atma 

 

Bir  gün  bu  kəntdə  Xansuvar  kişi  olub,  onun  anası  xəstə 



olur, sağalmır, özü də payız fəsli olur, get gedə qadının vəziyyəti 

daha da ağırraşır, indı bılar hazırraşırrar ki, bir azdan keçinəcəy 

fılan.  Bu  tərəfdən  də  yağış  başdıyır  yağmağa,  deer,  ədə,  bı  da 

vaxt tapdı yağmağa. İndi öləcəy qalacuğ belə. Neyniyim, nağay-

rım,  deer  bura  bax,  diyəsən  bekarçılığdı  ya.  Mən  bırda  dərd 

çəkirəm,  sən  diyəsən  qəsdən  yağışı  mənim  başıma  tökürsən? 

Bının da bi dənə dayandoldurum tüfəngi var imiş, götürür tüfən-

gi  çıxır  bayıra.  Tutur  yuxarı  Allaha  atır  gulləni,  paart.  Qayıdır 

geri  görür  ədə,  ana  öldi  ki,  bı  tərəfdən  də  yağış  lap  da  şid-

dətləndi. İndi, xəbər vermək istiyir anasına ki, ana, Allaha güllə 

atmışam deyəsən  yaralanıb, balaları da ağlıyır  odu bax suyu da 

tökülür. Onda görür ki, ana da ölüb. Deer, ədə, bu öləcəydi, elə 

nahağ yerə mən Allahı da özümə yaman elədim. 

 

Kommunist qəzetindəki variant 

 

O  vaxtı  bını  kəmnist  qəzetinin  qirağında  dərc  eləmiş-



dilər,  adə  Şamıyan  savxozda,  Mişkəmi  adlı  kənd  var,  vaxtilə 

olar Allaha güllə atıb. Əslində hadisə belə olub ki, o vaxt biz-

dərdə  belə  bi  adət  varıdı  ki,  gəlin  gətirəndə  və  yaxud  da  bi-

rinin  ölüsü  öləndə  olar  kəddə  gullə  atardılar  göyə.  O  bayaq 

cın, şeytan deyirdiz aaaa hə bax oları qovmaqdan ötrü. Bının 

da anası qocadı da, indi gedib özünnən, bı da indi tüfəngi gö-




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə