ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə64/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   60   61   62   63   64   65   66   67   ...   100

 

253 


*  *  * 

Qağam  yaxşı  güləşəndi,  toyda  onun  belini  yerə  vuran 

olmamışdı.  O  vaxt  kənddə  Müseyib  adında  biri  vardı.  Toyda 

bəzilərinin dolduruşuna gəldi qağamla güləşmək istədi. Cəngi 

çalındı,  qağam  rəhməttiy  bu  Müseyibnən  güləşdi.  Güləşəndə 

əlini belə qoyub belə-belə, belə-belə aşırdı. Ə paşa, məni yıxa 

bilərsən, Müseyib deyib qağama. Deer gəldi əlin belənçik tut-

du  qağam,  atdı  özünnən  bu  yana,  Müseyib  arxası  üstə  düşdü 

yerə.  Camaat  şapalağ  vurdu  güldü.  Aşıx  da  bu  yannan  çalır. 

Hə, bi xeyləm oynadı 101-i havasına oynıyardı  qağam. 101-i 

havası  ən  çətin  havadı,  hər  adam  oynıya  bilməzdi.  Elə  belə-

belə eliyərdi bir də gördün toyxananın o başındadı.  

Bi  gün  hardansa  pəhlivan  gəlibmiş  Xoççobannıya,  bur-

dan  da  gəlib  qağamı  aparıblar.  Həə,  qağam  elə  bil  güləşəndə 

elə  bi  dəfə  yapışıb  belənçig  əlinnən  atıb  özünnən  bu  yüzə.  Bi 

də  durub  bunun  üstünə  gələndə  əl  atıb  yapışıb  burasınnan  tə-

kəlli qalxızıb göyə. Qalxızanda hamı başdıyıb hoy-hoy şapalağ 

vurmağa.  Pəhlivan  deyib  sən  Allah,  qardaş,  atma  məni  yerə, 

ölərəm.  Qağam  deyib  səni  mən  atmaram  axı  yerə,  amma  sən 

mənnən güləşə bilməzsən. Ged özüvə bab adam tap çağırtdır.  

Fərahim  əmioğluynan  da  güləşməsi  belə  olur  ki,  hamı 

deyir  ki,  paşa  qocalıb  uje,  70  yaşı  var.  Fərahim  də  hündür-

boylu, kök, dolu adam  idi. Həm əmioğluydular, həm də qon-

şu. O da deyir, ə, paşanı yıxmağa nə var? Bi o yana, bi bu ya-

na gedib, gəlib qağama yapışmağ isdiyəndə qağam əlini çəkib 

deyib hələ gözdə güləşmə, hələ oynıyağ biyaz. Yox əmi, yıx-

malıyam səni, sən yaşdısan, mən cavan. Qağamı zad eliyəndə 

belənçık  eliyib  qağam  boynunu  salıb  qoltuğunun  altına.  Elə 

qolunun altında belə-belə qiçdarını eliyib, burdan dik qaldırıb 

yuxarı göyə. Deeb, ə,  mən nə qədər  yaşdı olsam da 5-6 dənə 




 

254 


sənin  kimi  cavanın  quvvası  var  məndə.  Qağam  rəhməddig 

quvvalı adam olub. Həə, deeb əmi elə bil ayağım yerdən üzü-

ləndə ürəyim üzüldü. Dedim öldüm daa.  

 

*  *  * 



Qağam  rəhməddiy  yeyən  idi.  Necə  yeyəniydi,  lətif  xö-

rəy  yeyərdi. Da onun plov bişirtdirməyi camaatın canına ver-

mişdi.  Daimi  quşa  gedən  idi,  ova.  Olmıyanda  alardı.  20,  30, 

40  dənə  quşu  birdən  alardı,  tökərdi  evə.  Qonşumuz  vardı, 

əmim  arvadı.  Qağam  dedi,  get  Səbiyəni  şağır.  Səbiyə  gəldi, 

dedi qağa, nə qədə quş almısan. Dedi köməy elə əvvəl mınnan 

3-4  dənəsini  qoorun  günortaya  yeyəg.  Sora  başdıyun  yarun, 

duzdıyun  gedəndə  sən  də  apararsan.  Həmin  günü  3-4-nü  gü-

nortıya  bişirdilər,  hammız  yedüg,  axşama  da  3-4-ün  qoydu 

plovun altına. Həə, belə-belə bala. Əgər paşa qalseydi, indi bu 

kənd  belə  olmazdı.  Nə  böyügü  bilinir,  nə  kiçiyi  bilinir.  Yola 

daş töküləcəg, qağam bi kəlmə dedi qutardı. Gedirdi kənd sa-

vetinə deyirdi filan  yol filan  yerə qədər düzəlməlidi, daş gəl-

məlidi. İxdiyarları nədi gətirməsinlər.  

 

*  *  * 


Əvvəl  bura  atalarımızın  deməyinə  görə,  Ərkivanın  as-

faltına qədər çay olub, dəniz olub. Çünki biz quyu qazdıranda 

4  metrədən  sora  kötüy  çıxdı  bu  uzunnuğunda.  Ordan  bildüy 

ki,  bura  həqiqətən  dəniz  olub.  Viləşçay  da  burdan  keçib.  So-

radan çəkilib o tərəfə. Musa adında bir kəs gəlib burada düşüb 

koma düzəldib qalıb. O adnan da bura qalıb  Musaküçə. Sora 

acığ eliyən gəlib bura, təzə yurd salan gəlib bura. Mənim ulu-

larım  Səlyanın  Xolqarabucağından  gəlib.  Acığ  eliyib  gedib 

Səlyana. Babamın atası Xolqarabucağdan gəlib Səlyana ordan 



 

255 


da  gəlib  düşüb  Musaküçəyə.  Burda  ailə  qurub.  Yeddi  oğlu 

olub.  Babmın  atasının  adı  da  Kərim  olub.  Böyük  tayfa  olub-

lar.  İndi  məhəllənin  adı  atamın  adıynan  adlanır.  Atamın  adı 

Alıhüseyin idi. Məhəllə də Hüseynli məhəlləsi adlanır. 

 

*  *  * 


Deyillər ki, Azərbaycanda qurulan ilk sovet dövləti Xır-

mandalı bolşevik respublikasıdır. Deməli bizdə dəniz yolu ol-

duğuna  görə  adətən  bolşeviklər  qacağ  yolnan  bizim  kəndin 

ərazisindən  kecib  üzü  Lənkərana  gedirmişdər.  Deyillər  ki, 

Stalin  dəfələrnən  ordan  kecib.  Hətta  bir  kağız  da  yazıb  verib 

ki, ilk bolşeviklər məkanı bu kənd elə özu olmuşdur və bu öz 

təsirini 32 kənddə birdən birə ya rayspalkom, ya hansısa başçı 

xırmandalıdan  olub.  30-cu  illərdə  ilk  başçı  rayon  icra  komi-

təsi  aryek  dövründə  olub.  Səmərrux  arvadın  atası  bu  tarixi 

qeyd  eliyib.  Deer,  bi  gün  Stalini  tutubmuşdar,  salıbmışdar 

Lənkəranda  həbsxanaya.  Bizim  kənddən  də  bir  kişi  olur  bu 

türmədə, adı Məcid olur. Stalinin dostdarı onu qutarmağ üçün 

türmənin divarının birini capıllar və Stalini qacırdıllar. Qaçan-

da Stalin deyir, ay kişi, gəl gedək. Kişi deyir, yox, mən qanu-

nu  poza  bilmərəm.  Səhər  tezdən  gözətcilər  türmə  işçiləri  gə-

lillər, qapını acıb görüllər ki, türmənin bir divarı yoxdu. Soru-

şullar  ki,  a  kişi,  bəs  nə  baş  verib?  Deer,  a  bala,  gəldilər  çap-

dılar divarı onu apardılar. Sən demə bu kişi heç bilmirmiş ki, 

söhbət Stalinnən gedir. Deellər, bəs sən niyə burdasan? Deer, 

bala, divarın 4-nü də uçurtsaydılar mən elə burda da qalasıy-

dim, mən qanun adamıyam. 

 

*  *  * 



Əhmədağa kişi olub bizdə pəhləvan cüssəli adam olub. O 

müharibə  dövründə  göndərilib  müharibəyə  cətin  yerlərə.  Çox 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə