ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə43/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   39   40   41   42   43   44   45   46   ...   100

 

169 


Siftə xiyar 

 

Mən Maskvada oxuyurdum, ailəynən gəlmişik, otpuska-



ya.  Axşam  nəsə  söbət  olub,  yoldaşım  deeb  ki,  mart  ayı  idi, 

görəsən xiyar çıxıb? Bırda kət camaatı tez əkir  də. Baba rəh-

mətdik deer ki,  yəqin ki, çıxar. Səhər-səhər saat 6, 7-yə işdə-

miş  maşın  siqnal  verdi.  Ay  ağa,  ay  ağa.  Mən  şəxsən  özüm 

durdum  çıxdım.  Gördüm  ağa  əlində  bu  qədər  bükülü  xiyar 

gəlir. Deməli, qonşu kətdə kimsə əkib, bazara satmağa aparır, 

siftəsin ağeyçün gətirir. Ağa gətirib deer, gəlin, nə istəmişdün 

dünən? Gəlin deer ki, ağa bunnan ötrü bazara getmisən? 

Deeb  ki,  bala  mən  bazara  getmirəm,  Allahım  özü  gön-

dərib. 


 

Yun torbasında ilan 

 

O vaxtı kətdərdən yun yığırdılar, kimin nə qədər qoyunu 



var  nəsə.  Bir  xoşagəlməz  bi  adam  var  idi,  həmən  o  yun  yı-

ğannarın  üstündə  rəhbərrik  eliyirdi.  Kənt  yeridi  el  adəti  var, 

yəni  kişi  evdə  olmuyanda  qadın  icazəsiz  gətirib  nəyisə  orda 

təhvil  verməzdi.  Bizim  evin  yanında  baza  kimi  yığırdılar 

yunu ora. Bi dəfə kişi dedi,  iki dəfə kişi dedi.  Anam dedi ki, 

seyid evdə  yoxdu  indi gələr, gözdeyin. Bu, çox kobud danış-

dı. Böyük qardaşım Hacı Mir Yahya o vaxt 10-cu sinifdə oxu-

yurdu.  Əsəbləşdi  ki,  başqa  kişi  necə  yəni  evə  deyər  ki,  belə. 

Əlin atdı iki dənə sarı meşoklar var idi yunnan dolu. Əlin belə 

tutdu  götürdü  gətirdi  qoydu  ora.  Dedi,  götürün,  nə  qədər  ya-

zılmısızsa,  götürün.  Deməli,  kişi  yaxınnaşdı.  İpi  açanda  me-

şokun ortasından bi dənə qızıl ilan qaldırdı başın belə tutdu. O 

kişi  yalan  olmasın  200  metrə  yola  qədər  qaşdı  qorxusunnan. 

Camaat çəkildı, iş dayandı.  




 

170 


Yəni qeyrilərinnən də mal tədarük eliyirdilər, onu ala bil-

mədilər. İndi gözdüyüllər ki, nə vaxt atam gələr. Bi də baxdılar 

ki, ağa gəlir. Yaxınnaşdı noolub? Bı uje ağama gələ-gələ danışır, 

deer, ağa, sən Allah bağışda, qurban olum. Neynirsən elə o ilanı 

ordan  götür.  Ağam  yaxınnaşdı,  əvvəlcə  dannadı  o  kişini.  Sora 

dedi ki, ay Allahın heyvanı, cəkil. İnanın qızıl ilan torbadan düş-

dü, sivrilə-sivrilə düz bizim həyətə – tövlənin yenə arxasına get-

di. Sora qardaşım torbanın birin saxladı, o birisini götürdü getdi.  

Camaat  ağaya  çox  böyük  hörmət  bəsdiyərdi.  Məsələn, 

kimnənsə  kimin  arasında  bi  də  görürsən  qan  davası  düşərdi, 

ora əgər ağa gəlirdisə, orda mütləq barışığ olmalıydı. 

 

Ağanın övlad verməsi 

 

Məsəlçün birinin uşağını maşın vurmuşdu. Uşağ ölmüş-



dü. Özdə uşağ bir az ruhi xəstə idi. Olara demişdilər ki, sizin 

heç  övladıvız  olmıyacağ.  Amma  ağa  orda  barışığ  eliyənnən 

sora, iki il sora oların övladı dünyaya gəldi. Həmin oğlan sağ-

salamatdı indi də. Ağam olara demişdi ki, haqqa gəl Allah yo-

lunda barışığ elə, Allah da sənə yenə övlad payı verər. Elə də 

oldu. Şükür Allaha indi o oğlanın 15-20 yaşı var. 

 

Ölümünü deməsi 

  

Yolda  QAİ  saxladı  bizi  Rusiyada  olanda.  Sənəddər  ha-



mısı  bir  yerdə  və  həmən  ağanın  pulu  da  oların  arasında.  De-

dim,  saxlıyacağlar,  qayda  pozmusan.  Dedi,  heç  nə  eliyə  bil-

məzzər,  ağanın  nişanəsi  var  orda.  Deməli,  inanın  ki,  açdı  sə-

nəddərə baxdı, baxdı, fırradı. Axırıncı səyfəyə baxdı, pravaya 

baxdı,  texpasporta  baxdı,  ağanın  manatına  belə  baxdı  ortdü 

sənəddəri, verdi, dedi “şaslivovo puti”. Dedi, mən sənə nə de-




 

171 


dim?  Bir  yerdə  ki,  ağanın  nişanəsi  var,  orda  söz  ola  bilməz. 

Biz də sürdüy çıxduy gəldüy.  

Baba  rəhmətdiy  ölməmişdən  40  gün  əvvəl  nə  vaxt  olə-

cəyini özü dedi.  Təcili  ağamı,  yəni atamı çağırdı  yanına. De-

di,  bala,  mən  getməliyəm.  Dedi,  ay  ağa,  noolub  necə?  Dedi, 

gəlmişdi  imamlarımız,  kimsə  qarşısına  çıxıb.  Deyib  məni  də 

apar,  deyib  sən  qeyb  olmamalısan.  Biz  gedirik,  sən  də  qırx 

günnən sora gələrsən. 

Aşura günü – imamın 1-ci günü rəhmətə gedib. Dedi ki, 

mən ehsan verməliyəm, axı mənim babalarım deyəcək ki, sə-

nin  qapiva  gəlmişdik,  sən  bizçin  neynədin?  Nə  isə  çadır  qu-

ruldu,  heyvannar  kəsildi,  baba  ehsan  verdirdi.  Sonuncu  dəfə 

bir tikə o ehsannan  yedi. Biz günnəri sayırdığ, çünki demişdi 

ki,  40  gün  tamamında  getməliyəm.  Dediyi  kimi  də  oldu.  40 

gün  tamamında  da  rəhmətə  getdi.  Dediyi  vaxtda.  Deyirdi, 

Məhəmməd  peyğəmbərdən  nəyim  artığdı.  Mənim  vaxtımdı 

mən getməliyəm. Elə də oldu, qırxıncı gün öldü. 

 

Mənə dərman qismət eləmə 

 

Atam  Allahdan  diləmişdi  ki,  İlahi,  mənə  heç  vaxt  iynə-



dərman  qismət  eləmə.  Elə  də  oldu.  Möcuzə  budu  ki,  deməy 

atam  xəstə  oldu  biz  onu  aparduğ  Bakıya.  Bütün  klinikalardan 

keşdik. Eyni vaxtda bu insanda beyində iki xəstəlik yaranmışdı. 

Mən  bütün  xəstəliyin  kağızdarını  təcili  apardım  Maskvıya. 

Dünya şöhrətli neyroxirurq var Kanavalov. Bir sutka orda göz-

dədim.  Həmən  vaxtı  Reyqanı  aperasiya  eliyib  qayıdırdı.  Han-

sısa  möcüzə  ilə  hətta  deməy  olar  ki,  mən  Kanavalovun  qəbu-

luna  düşdüm.  O  da  bir  möcuzə  oldu.  Heç  kəsi  buraxmırdılar. 

Nəsə  düşdüm  qəbula,  bəzi  yoldaşdardan  verilən  məktublar  var 



 

172 


idi oları  verdim, o baxdı. Snimoklara baxdı. Dedi ki,  burda  iki 

xəstəlik var. Bu xəstəliyi müalıcə eləsək, dərmannar digər xəs-

təliyi artıracağ. Yəni buna heç nə eləmək olmaz, heç bir dərman 

qəbul eləmək olmaz. Orda  mənim  ani olarağ  yadıma düşdü ki, 

İlahi, axı o demişdi ki, mənə dərman qismət eləmə. Elə formada 

da oldu. Necə demişdi elə də getdi dünyadan.  

 

*  *  * 


Boğaz  ağrısı,  qulağ  ağrısı  və  s.  olanda  suyu  götürərdi, 

nəsə deyərdi, oxuyardı, üflüyərdi içənə verərdi ki, için. Amma 

inamnan  sən  onu  içirdinsə,  onda  səbəb  olurdu.  Bir  şeyə  qə-

zəbnən baxsaydı, o mütləq bəla çəkməliydi. 

 

Allah səsüvü batırsın 

 

Məsələn, sizə bir şey deyim, demək bir dəfə biz uşağıy-



dıx.  Daim  gəlib  namaz  qılardı  günortalar,  televızor  açığ  idi, 

orda  da  mahnı  gedirdi.  Biz  də  karidorda  baxırdığ  televizora. 

Bu  da  orda  namaz  qılırdı.  Ha  qıldı,  qıldı  indi  deyə  də  bilmir 

ki, onun səsini alın mane olur. Biz də başa düşmürük. Orda da 

Akif  İslamzadə  oxuyurdu.  4  rəkət  qılannan  sora  dedi,  üzünü 

televızora tutdu və qeyznən, acıxnan dedi. Allah səsüvü batır-

sın. Sən qoymadın məni rahat 4 rəkət namazımı qılam. Bu 19-

80-ci  illərin  axırı  olan  şeydi.  Heç  üstünnən  1  həftə  keçmə-

mişdi ki, onun həqiqətən də səsi batdı. 

Allahdan istədiyi, dilədiyi niyyətləri adətən sübh namazı 

vaxtı istiyirdi. 

 

Mənim qəlbim qəbul eləmir 

 

Bir dəfə ağanı gəlib qonşu kətdən apardılar. Xaloğlu xa-



laqızıya  sataşmışdı,  aralarında  böyük  münaqişə  düşmüşdü. 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə